Azərbaycan Küveytdə keçirilən sərgidə təmsil olunubKüveyt Universitetinin Sabah Əl-Səlim şəhərciyində “COVID-19 pandemiyasından sonra tədrisə təhlükəsiz dönüş” adlı sərgi təşkil olunub. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.

Azerforum.com xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyilə sərgidə Azərbaycan stendi qurulub. Tədbir zamanı iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı, sərmayə qoyuluşu imkanları barədə məlumat verilib, həmçinin çap materialları nümayiş etdirilərək paylanılıb. Bununla yanaşı, “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə ölkəmizdə istehsal olunan “Azərçay” məhsulları sərgi iştirakçılarına hədiyyə edilib. Sərgini Küveyt Universitetinin müəllim-tələbə heyəti ilə yanaşı, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri ziyarət ediblər.

Sərgiyə gələnlərə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin dekabrın 15-dən etibarən bərpa olunacaq Bakı-Küveyt-Bakı istiqaməti üzrə reyslərinin uçuş cədvəli və xidmətləri barədə məlumat verilib. Eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığı haqqında səfirliyin dəstəyi ilə nəşr olunmuş vəsaitlər təqdim edilib.

Azərbaycan stendində videomateriallar vasitəsi ilə ölkəmizin tarixi-mədəniyyət abidələrinə, gəzməli-görməli yerlərinə virtual səyahət də təşkil olunub.

Sərgidə fəal iştiraka görə səfirliyə Küveyt Universitetinin sertifikatı təqdim edilib.

Baş həkim mağazadan oğurluq edib? - VideoSosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin videogörüntüləri yayılıb.

Axar.az xəbər verir ki, videoda kişinin marketdəki rəflərdən birindən məhsulu götürüb cibinə qoyduğu aydın görünür. Sosial şəbəkələrdə həmin şəxsin Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov olduğu iddia edilir.

Rasim Əzizov Baku TV-yə açıqlamasında sözügedən iddialara münasibət bildirib və haqqında yayılan məlumatların təxribat olduğunu deyib.

Sözügedən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, həmin mağazadan Masallı Rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.
Ana və 2 yaşlı oğlu dəm qazından BOĞULDUBərdədə bədbəxt hadisə baş verib. Gənc ana və 2 yaşlı oğlu dəm qazından boğularaq həyatını itirib.

Avrasiya.net xəbər verir ki, hadisə Bərdə rayonunun mərkəzində, çoxmənzilli yaşayış binasında qeydə alınıb.

Yevlax rayon sakini, 26 yaşlı Ayşən Eldəniz qızı Yusifova və övladı 2019-cu il təvvəlüdlü Tunar Vüsal oğlu Əliyev yaşadıqları evdə dəm qazından boğularaq, həyatlarını itriblər. Şahidlərin sözlərinə görə hadisədən saatlar sonra xəbər tutulduğundan faciənin qarşısını almaq mümkün olmayıb.

Hazırda hər iki şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Bakıda türk usta işlədiyi evdə öldüBakıda ölüm hadisəsi qeydə alınıb.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 24-ü saat 11:30 radələrində S. Hümmətov küçəsi ev 23-də baş verib.

Vəfa Sarəddin adlı şəxsin evində usta işləyən Türkiyə vətəndaşı 1962-ci il təvəllüdlü Barikan Hamil ürək çatışmazlığından ölüb.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.
“Nizami Gəncəvi ili”nə həsr olunan onlayn şeir müsabiqəsinə yekun vurulubSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən müsabiqədə 87 şagird iştirak edib. Noyabrın 10-dan 25-nə kimi davam edən müsabiqə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3. yarımbəndinin icrasının təmin edilməsi, Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması, dahi şairin ədəbi-bədii və fəlsəfi irsinin gənc nəsil arasında təbliği, istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Gənclər və İdman İdarəsi münsiflər heyətinin qərarına əsasən müsabiqənin nəticələrini təqdim edir.

Uşaqlar arasında:

I yer - Kənan Abdulov (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
II yer – Nuray Bayramova (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
III yer – Ayan Talıblı (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
III yer – Mirhidayət Kazımov (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
Fərqlənənlər:
Aydan Qurbanova (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Nübar Tağızadə (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
Səma Nəcəfli (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Xədicə Quliyeva (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Sevil Muradlı (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Zümrüd Atakişiyeva (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Zeynəb İsmayılova (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Səbirə Həsənli

Yeniyetmələr arasında:

I yer – Xoşbəxt Muradlı (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
II yer – Nigar Manaflı (şəhər 4 saylı tam orta məktəbin şagirdi)
III yer – Firuzə Həmzəyeva (şəhər 4 saylı tam orta məktəbin şagirdi)
III yer – Lalə Həsənova (şəhər 5 saylı tam orta məktəbin şagirdi)

Fərqlənənlər:
Alim Məmmədli (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Gülər Kərimova (Böyük Həmyə kənd tam orta məktəbin şagirdi)
Günal Məcidsoy

Gənclər arasında:

I yer – Sənubər Qurbanova (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
II yer – Güllü Hacıyeva (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
III yer – Nəzrin Ağamalıyeva (Böyük Həmyə kənd tam orta məktəbin şagirdi)
III yer – Ayşən Əkbərova (Balaca Həmyə kənd tam orta məktəbin şagirdi)

Bütün iştirakçılara müsabiqədə fəal iştirak etdiklərinə görə idarə adından öz təşəkkürümüzü bildirir, gələcək müsabiqələrdə uğurlar arzulayırıq.

#NizamiGəncəvi #nizamigəncəvi880 #nizamiili #2021nizamiili #nizamiganjavi #низами #nizamigəncəvii̇ #şeirqmüsabiqəsi #SiyəzənGİİ #Azərbaycangəncliyi #GənclərvəİdmanNazirliyi #ARGİN #MysGovAz #MysAz #Gənclərsiyasəti
İrandan Azərbaycan və Ermənistana ÇAĞIRIŞİranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Modern.az İran mediasına istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlıq və regionda baş verən hadisələri müzakirə ediblər.

Əmir Abdullahian iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib.

İran şirkətlərinin Ermənistanda daha çox iş qurmaq istədiklərini deyən Əmir Abdollahian iki ölkə arasında iqtisadi komissiyanın iclasının tez bir zamanda keçirilməsini arzuladığını bildirib.

İranlı nazir Cənubi Qafqazda son vaxtlar baş verən münaqişələrdən narahat olduğunu bildirərək, region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı olduqlarını bəyan edib və onları təmkinlə hərəkət etməyə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Mirzoyan Tehrana son səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafı üçün təklif edilən yol xəritəsinə toxunaraq, birgə iqtisadi komissiya iclası keçirməyə və İranla ticarət əlaqələrini artırmağa hazır olduqlarını açıqlayıb.

Erməni nazir İran İslam Respublikasının ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyini yüksək qiymətləndirib.

İranla hər sahədə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildirən Mirzoyan Əmir Abdollahianı ölkəsinə dəvət edib.


Paşinyan yenə separatçılara pul ayırdıErmənistan Qarabağdakı separatçılara 13.5 milyard dram (28 milyon dollar) dram məbləğində “dövlətlərarası” kredit verəcək.

Axar.az xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Ermənistan Maliyyə naziri Tiqran Xaçatryanın sözlərinə görə, vəsaitin 6,5 milyard dramı (təqribən 14 milyon dollar) maaşların, 1,2 milyard dramı (2.5 milyon dollar) təqaüdlərin, 349 milyon dramı (731 min dollar) isə müavinətlərin ödənilməsinə sərf ediləcək. Vəsaitin qalan hissəsi isə “yerli idarəetmə” orqanlarına və elektrik enerjisi, qaz və rabitə xərcləri, səhiyyə üçün nəzərdə tutulub.

İclasda cari ilin əvvəlindən bəri separatçı rejimə müxtəlif yollarla 120 milyard dramdan çox pul ayrıldığı da qeyd edilib.
Nazirlik tələbələrə müraciət etdi: Bu gündən başlayaraq...Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Avrasiya.net-ə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.

Qeyd edək ki, təhsil tələbə kreditinin alınması qaydaları ilə bağlı aşağıdakı sual-cavab faylından daha ətraflı tanış olmaq mümkündür.
Ermənilər su borularının içərisinə də mina yerləşdirib - ANAMATəmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdiriblər. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".
Kolumbiya sülhün bərqərar olması istiqamətində irəliləyirYekun Sülh Sazişinin imzalanmasının beş illik yubileyi münasibətilə, cari ilin 22 noyabr tarixində Kolumbiyanın Xarici İşlər Nazirliyi “ARTIQ inşa edilmişin üzərində yenidən İnşa etmək: beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qanunvericilik ilə Sülhün icrasındakı Nailiyyətlər” adlı hibrid formatında brifinq keçirmişdir. Bu tədbirin əsas məqsədi Qanunvericilik ilə Sülhün icra edilməsi üçün Milli Hökumətə edilən beynəlxalq dəstəyi və əldə edilmiş nailiyyətləri digər ölkələr və qurumlar ilə paylaşmaqdır.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə tədbirdə, Kolumbiyanın Vitseprezidenti və Xarici İşlər Naziri Marta Lusiya Ramirez, Stabilləşmə və Konsolidasya üzrə Prezident müşaviri Emilio Arçila, və Kolumbiyada akreditə edilmiş beynəlxalq təşkilatların və Səfirliklərin nümayəndələri Prezident İvan Dukenin başçılığı ilə qanunvericilik ilə sülh siyasətinin icrasına dair son üç il ərzində əldə edilmiş uğurlar, və atılmış addımlar barəsində müzakirələr aparmişdır.

Vitseprezident və Xarici İşlər Naziri Marta Lusiya Ramirez vurğuladı kı, bu son 3 il ərzində Prezident İvan Duke Markezin Hökuməti sülhün bərqərar edilməsi istiqamətində Yekun Sülh Sazişinin icrası üçün ciddi və qətiyyətli addımlar atmışdır və, bugün narkotiklə mübarizə kimi böyük məqsədləri olan daha yaxşı bir ölkə təsis etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini xüsusi vurğuladı.

“Biz gələcək hökumətlərə zorakılığa məruz qalmış qurbanlara, sağlam həyata qovuşan keçmiş silahlı döyüşçülərə, qeyri-qanuni əkinləri münbit torpaqlara çevirən kəndlilərə, və onlara daimi dəstək kimi artıq qurulmuş şeylər üzərində qurmağa imkan verəcək bir miras qoyacağıq. Kəndlərin inkişafından kim faydalanacaq”, - deyə vitse-prezident donor ölkələrin səfirləri və beynəlxalq ictimaiyyət nümayəndələrinin köməyi ilə Xarici İşlər Nazirliyində keçirilən mərasimdə bildirib.

Vitseprezident Ramirez əminliklə vurğuladı kı, Kolumbiyada sülh üçün əlbətdə bu Sazişin icrası mütləqdir. Ancaq bundan çox daha çox şey tələb olunur və ölkəmizdəki o narkotik ticarəti biznesini məğlub edə bilmək xüsusilə tələb olunur, çünki narkotik ticarəti Kolumbiyada bu qədər uzun illərdir ki, davam edən zorakılığın başlıca səbəbidir ". Bu mənada o, qeyd etdi ki, kənd yerlərində daha çox tərəqqiyə nail olmaq, daha çox sərmayə, inkişaf, iş yerləri əldə etmək üçün dövlətin və Kolumbiya cəmiyyətinin daimi işi də tələb olunur, lakin hər şeydən əvvəl narkotik ticarətinə qarşı.mübarizədə beynəlxalq ictimaiyyətdən daha çox dəstək tələb olunur.

Bu səbəbdən o, tədbirdə iştirak edən bütün ölkələri narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəsi ilə birgə mübarizə aparmağa çağırıb: “Narkotik ticarətinə son qoymasaq, Kolumbiyanın sülhü tam olmayacaq və bu baxımdan beynəlxalq əməkdaşlıq əsasdır. Bu, milyonlarla evin xoşbəxtliyinə son qoyan və ölkəyə böyük ziyan vuran düşməndir”, - deyə o əlavə edib.
“Qanunvericilik ilə sülh siyasəti Milli Hökumətin FARC ilə əldə etdiyi razılaşmanın həyata keçirilməsinə sadiqliyi olub, ölkəmizin uzun illər ərzində mövcud olduğu boşluqları aradan qaldırmaq bizim vizyonumuz olub və bu, bir neçə il əvvəl. illər həll edilməli olan problemlərin mövcudluğunu izah edir.” deyən vitse-prezident və nazir Ramirez prezident İvan Duke adından və 50 milyon kolumbiyalı adından təşəkkür edərək, “bütün bu illər ərzində sizlərin hökumətləri və agentliklərin göstərdiyi marağa görə, lakin, son beş ildə, ölkəmizin barışığa nail olmaq, inkişafa nail olmaq, hamımızın layiq olduğu sülhə nail olmaq üçün dəstək göstərmişdir”.

Eynilə, vurğuladı ki, “Konstitusiya Məhkəməsi qeyd etdi ki, Sazişdə nəzərdə tutulan öhdəliklər 15 il müddətində davamlı olaraq işlənməlidir. 15 il ərzində ölkəmiz bu Sazişin tam yerinə yetirilməsinə nail olmalıdır, bu o deməkdir ki, hal-hazırki Hökiumət Sazişdəki hər bir məqsədinin 26%-nə cavabdehdir. O zaman vacib olan odur ki, bizə uyğun olan faizi gecikdirməyək, xoşbəxtlikdən, bir çox göstəricilərdə irəliləyişlər artıq xeyli yüksəkdir” və o, bunun konkret nəticələrini göstərdi:

Gender boşluqlarının aradan qaldırılmasında biz 38,176 qadına dəstək göstəririk. Buna görə ərazi yanaşması ilə İnkişaf Planlarına 170 bələdiyyə cəlb edilmişdir. Habelə 40 000-dən çox qadına cinsi və reproduktiv sağlamlıqla bağlı iqtisadi səlahiyyətləndirmə təşəbbüsləri irəli sürülmüşdür.

Reinkorporasiyadakı keçmiş döyüşçülərin ümumi dəyəri 18,8 milyon dollar olan 3,289 təsdiq edilmiş məhsuldar layihə həyata keçirilmişdir. Bu layihələr ətrafında 7,327 nəfəri birləşdirir.

2020-ci ildə zərərçəkmişlərə yardım üçün tarixdə ən yüksək büdcə icra edilib: 1 milyard dollar.

Prezident İvan Dukenin rəhbərliyi dövründə 318,795 nəfər zərərçəkmişə kompensasiya ödənilib ki, bu da tarixən təzminat ödənilmiş bütün zərərçəkmişlərin 24,94%-nə bərabərdir, dəyəri 2,69 milyard dollara yaxındır.

Tədbir zamanı Müşavir Arçila Sazişin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini xatırladıb və “bir araya gəldiyimiz yerə çatdığımızı, lakin buna nail olmaqda beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını nəzərə alaraq” qeyd edib.
Bu mənada o, əmin etdi ki, “yatırılan bütün investisiyalar və əldə edilmiş uğurların təməlləri üzərində qurulacaq, bizi müşayiət edən hər dollar, hər avro, hər peso artıq inşa edilmiş şeylərin üzərində qursaq, mütləq çoxaldığını görəcəyik.”.

Beynəlxalq ictimaiyyətdən dəstək

Öz növbəsində, Norveç səfiri Con Petter Opdal əmin etdi ki, onun ölkəsi əməkdaşlıq edən ölkə kimi “sonrakı illərdə də bütün əməkdaşlığımızın mərkəzində qurbanları dəstəkləməyə davam edəcək”.

İsveç səfiri Helena Storm reinkorporasiyanın bir çox ərazilərdə hələ də münaqişənin davam etdiyi bir ssenaridə mürəkkəb bir proses olduğunu qeyd etdi və əmin etdi ki, “müqayisəli perspektivdə, dünyadakı digər reinkorporasiya təcrübələrinə nəzər salsaq, bu (Kolumbiya nümunəsi) həqiqətən təsir edicidir: keçmiş döyüşçülərin əksəriyyətinin öz reinkorporasiya layihələrini davam etdirməsi özlüyündə Kolumbiya Dövlətinin bu məsələdə əsas nailiyyətini təşkil edir”.
Öz növbəsində İtaliyanın səfiri Gerardo Amaduzzi təsdiqlədi ki, “qurulduğu gündən bəri hökumətin qanuniliyi ilə sülh prosesini və sülh siyasətini İtaliya inam və qətiyyətlə qeyd-şərtsiz dəstəkləyib və müşayiət edib. Avropa İttifaqının Sülh Fondunun əsas töhfə verənlərdən birinə çevrilib.”

Almaniya səfiri Peter Ptassek bildirib ki, “Bu Qanunvericilik ilə Sülh layihəsi buna dəyər. Bu səydə Kolumbiyanı müşayiət etmək şərəfdir. Çox Donorlu Fondda nəticələr göstərir ki, sərmayə qoyduğumuz pullar reinkorporasiyada məhsuldar layihələrə, nümunə göstərmək üçün istifadə olunur”.

Birləşmiş Millətlər Sisteminin Kolumbiyadakı Rezident Əlaqələndiricisi Mireia Villar izah etdi ki, ölkəmizdəki bütün BMT agentlikləri öz fəaliyyətlərinin planlaşdırılmasında və prioritetləşdirilməsində dövlət qurumları ilə əl-ələ verib işləyirlər.