"Ramiz Mehdiyevin yaşını nəzərə alaraq barəmdə dediyi sözlərə çox təəssüf edirəm"AMEA İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev akademik Ramiz Mehdiyevin ittihamlarına cavab verib.

F. Abdullayev APA-ya açıqlamasında R.Mehdiyevin iddialarına təəssüfləndiyini qeyd edib:

“Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı məsələnin ictimailəşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə, yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”.

Qeyd edək ki, R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.
"Ermənistanın bütün bəhanələrini əlindən almağa çalışmalıyıq"Əlisahib Hüseynov
Milli Həmrəylik Partriyasının sədri


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə görüşünün keçirilməsinin planlaşdırılmasını təbii və normal qarşılamaq lazımdır. Rusiya dövlət başçısının təşəbbüsü ilə aparılacaq bu danışıqları bəzi siyasilərin və ekspertlərin dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünə qarşı qoyması hesab edirəm ki, qətiyyən düzgün yanaşma deyil. Bu görüşlərin biri digərini istisna və ləğv etmir. Bu görüşlərin hər birinin öz siyasi əhəmiyyəti və tarixi rolu var. Putinin tələsərək və prosesləri qabaqlayaraq Soçi görüşünü qəsdən Brüssel görüşündən önə çəkməsi fikri də absurd fikir təəssüratı bağışlayır. Zatən üç ölkə liderinin onsuz da 10 noyabr Bəyanatının imzalanmasının bir illiyi ərəfəsində növbəti görüşünün keçirilməsi və sözügedən Bəyanatın icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılırdı.

Lakin Kremlin mətbuat katibi Dmitri Peskovun öncədən anons etdiyi bu görüş məhz Ermənistanın avantürist baş naziri Nikol Paşinyanın ikibaşlı oyunları, Qərblə sövdələşmələri nəticəsində təxirə salındı. Daha sonra isə yenə də Ermənistanın təxribatı nəticəsində noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində qısamüddətli döyüşlər baş verdi və bu döyüşlərin nəticələri Paşinyanı yenidən Rusiya prezidentinə yalvarmağa məcbur etdi. Beləliklə, Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə edildi. Eyni zamanda bu döyüşlər üçtərəfli görüşün təcili olaraq keçirilməsinin nə qədər zəruri olduğunu bir daha Ermənistan rəhbərliyinə başa salmış oldu. Bu arada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşünün keçirilməsi təklifi ilə çıxış etdi. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq birmənalı şəkildə razılıq verib. Tərəflər həmçinin Soçi görüşünə də razılıb veriblər.

Bu görüşlər hər iki tərəf üçün faydalıdır. Ermənistan tərəfinin bu görüşlərdən sonra ənənəvi davakar, təxribatçı mövqeyindən bir xeyli dərəcədə əl çəkəcəyi ehtimalı yüksəkdir. Soçi və Brüssel görüşlərinin nəticəsində İrəvanın sərhədlərin delimitasiyası və böyük sülh sazişinin imzalanmasından boyun qaçırmaq imkanları da əhəmiyyətli dərəcədə tükənəcək. Ermənistanın 10 noyabr və 11 yanvar Bəyanatlarından irəli gələn öhdəliklərini yerinə yetirməkdən başqa bir yolu qalmayacaq. Odur ki, yenə də deyirəm, Soçi görüşü ilə Brüssel görüşünü üz-üzə qoymaq lazım deyil. Biz hər iki vasitəçinin – Putinin və Şarl Mişelin yaratdığı bu fürsətdən səmərəli şəkildə istifadə etməyə, Ermənistanın bütün bəhanələrini əlindən almağa və onu sülhə məcbur etməyə çalışmalıyıq. Gerisi təfərrüatdır.

Yeni qanun QƏBUL EDİLDİ: bu rüsumlar kəskin artdı - SİYAHIAzərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Avrasiya.net xəbər verir ki, məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bakıda tanınmış musiqiçi ilə əlaqəyə girən azyaşlı qız ŞOK FAKTLARI AÇIQLADIBakıda yetkinlik yaşına çatmayan qızla daimi görüşərək cinsi əlaqəyə girən Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Qədirov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Suada İsmayılovanın (şərti adlı) İlkindən əvvəl və sonra da müxtəlif şəxslərlə cinsi əlaqəyə girməsi, həmin şəxslərlə müxtəlif ünvanlarda görüşməsi məlum olub. Ona qarşı hər hansı zorakılığın olmadığını bildirən azyaşlı qız qanuni nümayəndəsinin iştirakı ilə baş vermiş hadisələrlə bağlı bunları deyib:

“İlkini 2018-ci il tarixdən tanıyıram, onunla Nərimanov rayonu ərazisində gəzintidə olarkən tanış olmuşam, mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Həm sosial şəbəkə, həm də, mobil telefonla əlaqə saxlayırdıq. İlk əvvəl İlkinlə dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq. Onunla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasam da, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər İlkinlə danışan zaman o, mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu təklif etsə də, həmişə onun təklifini rədd etmişəm. 27 iyul 2020-ci il tarixdə də mənə kiminsə evində görüşməyi təklif edəndə ilk öncə onun təklifini rədd etdim. Lakin israr etdiyindən onun təklifini qəbul etdim və 1 gün sonra onun tapdığı evdə onunla görüşməyə razılıq verdim. 28 iyulda Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən İlkinin dostu Faiqin kirayə yaşadığı evə getdik və qeyri-təbii yolla cinsi əlaqədə olduq. 06 yanvar 2021-ci il tarixədək dəfələrlə İlkinlə görüşərək cinsi əlaqədə oldum. Bundan başqa İlkinin xahişi ilə tanış olduğumuz müddətdə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişəm”.

Məhkəmədə ifadə verən 2005-ci il təvəllüdlü qız İlkindən əvvəl bir musiqiçi ilə cinsi əlaqəyə girdiyini əlavə edib: “2019-cu ilin yay aylarında anam, xalam və xalam qızı ilə birlikdə Pirşağıda yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə gedərək orada qalmağa 3 günlük yer götürmüşdük. Orada E.S adlı musiqiçi (tanınmış musiqiçi olduğundan adını qeyd etmirik) istirahət mərkəzində müştəriləri əyləndirmək üçün skripka ifa edirdi. Orada onunla tanış oldum və bir-birimizə telefon nömrəmizi verrək "Whatshapp" proqramı vasitəsilə əlaqə saxlamağa başladıq. E.S mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Onun təklifi ilə “Sahil” metrosunun yaxınlığında dərs dediyi yerdə və studiyasında bir neçə dəfə görüşdük. Lakin dəfələrlə təklif etsə də, onunla cinsi əlaqədə olmadım. 2020-ci ilin mart ayının sonlarında danışan zaman E.S mənimlə görüşməsini təklif edəndə, onun təklifini qəbul etdim və "20 yanvar" metrostansiyasının yaxınlığında onunla görüşdük və yaxınlıqdakı binada yerləşən evə getdik və orada cinsi əlaqədə olduq. Bundan sonra onunla görüşmədim, həmçinin o məndən dəfələrlə pul istədiyinə görə onun nömrəsini qara siyahıya salıb uzaqlaşdım”.

Yetkinlik yaşına çatmayan qız daha sonra bildirib ki, bu il 14 fevral tarixində Nərimanov rayonu ərazisində yerləşən restoranda Tural Hüseynov adlı şəxslə tanış olub. Həmin vaxt onunla birlikdə olan qonşusu Vəfa isə Turalla birgə olan Samir Hüseynovla tanış olub. Turalla müxtəlif yerlərdə və oteldə görüşdüyünü bildirən Suada rəfiqəsi və Samirlə birlikdə maşınla Astara və Lerikə getdiklərini qeyd edib. Suada bildirib ki, anası da restoranda və figər yerlərdə tanış tanış olduğu şəxslərlə dəfələrlə görüşüb.

Bundan başqa o, qeyd edib ki, evdə narazılıq yarandığı üçün anası ilə birlikdə Bakı şəhərindəki evi tərk edərək Xırdalana köçüb. Orada anası ilə dalaşdığı üçün Nərimanov rayonundakı otelə gedərək gecələyib oteldə Turalla görüşərək cinsi əlaqəyə girib.

Məhkəmədə zərərçəkən kimi tanınan və hazırda 16 yaşı olan qız bütün şəxslərlə könüllü cinsi əlaqəyə girdiyini, təqsirləndirilən şəxs olan İlkini sevdiyini və ona qarşı hər hansı tələbinin olmadığını, onun həbs edilməməsini xahiş edib.

İfadə verən Suadanın anası M.İsmayılova qızının qeyd edilən şəxslərlə münasibətinin olduğunu bildiyini, lakin onlarla görüşüb cinsi əlaqəyə girməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmə təqsirləndirilən İlkin Qədirovun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.
Naftalanda 34 yaşlı kişi itkin düşübNaftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Musyev cari ilin noyabr ayının 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Musayevin əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Vətən müharibəsi iştirakçılarına yeni güzəştlər ediləcəkMilli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir.

Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

Dəyişiklik layihəsinin parlamentdə birinci oxunuşda qəbul olunan varinatına əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergisindən azad edilməsi təklif olunurdu. Amma banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmirdi.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
80 İŞİD-çi Talibana təslim olduİŞİD terror qruplaşmasının 80 üzvü Əfqanıstanın Nəngərhar əyalətində Taliban qüvvələrinə təslim olub.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, terrorçuların təslim olması əşirət ağsaqqallarının vasitəçiliyi ilə mümkün olub.

Qeyd edək ki, bu, İŞİD terrorçularının ilk təslim olma hadisəsi deyil. Ötən ayın sonlarında da Nəngərhar əyalətində 65 İŞİD terrorçusu Talibana təslim olmuşdu.
Qanunsuz ov edən şəxs polisə xəsarət yetirərək qaçdıZərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirmiş və tüfəngdən atəş açaraq qaçıblar.

Görülmüş tədbirlərlə onlar tutulublar.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.
Tərtərdə qohumlar arasında qanlı dava - 23 yaşlı oğlan öldürüldüNoyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Avrasiya.net-ə bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qəzada ölən polis Avropa çempionudur - FotoGəncə şəhərində yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə Avropa və Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.

Avrasiya.net xəbər verir ki, o, mühafizə polisində işləyib.

Məlumat üçün bildirək ki, bir neçə saat bundan öncə Müseyib Bağırov küçəsində "Fiat" markalı avtomobilinin mağazaya çırpılması nəticəsində dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb.