İrəvanda aləm qarışdı: sərhəddə atışma, ölü və yaralılar varErmənistan mediası, sosial şəbəkələr və Müdafiə Nazirliyi axşam saatlarından başlayaraq, özlərini rüsvay etməklə məşğuldurlar.

Axar.az xəbər verir ki, saat 17:00-dan sonra Teleqram kanallarında Kut kəndi (Göyçə) istiqamətində atışma baş verdiyi, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir erməni əsgərin yaralandığı haqda məlumat yayıldı.

Aradan bir müddət sonra, saat 18:24-də Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verərək, heç bir atışma olmadığı, sərhəddə hər hansı əsgərin yaralanmadığını bəyan etdi.

Bu açıqlamadan bir neçə dəqiqə sonra, saat 18:49-da Ermənistan Müdafiə Nazirliyi “doğrudan da” sözügedən istiqamətdə, ancaq Böyük Qaraqoyunlu (ermənilər Norabak adına dəyişdiriblər – red.) atışma baş verdiyi haqda məlumat yaydı.

Saat 20:53-də isə Ermənistan MN atışma nəticəsində 2002-ci il təvəllüdlü Surən Səfəryan adlı əsgərinin öldüyünü bildirdi.

Məlumatda təəccüblü cəhət nədir?

Ermənistan MN 18:24 təkzib edir, ancaq 18:49-da elan edir ki, atışma var, 20:53 xəbərində isə atışmanın 18:10-da başladığını, 19:30-da kəsildiyini bildirir.

Anlaşılmaz, ziddiyyətli, qarışıq bir vəziyyətdir. Ermənistan MN-in rəsmi açıqlamasına görə, əgər atışma 18:10-da başlamışdısa, 18:24-də niyə atışmanın olmadığı haqda məlumat yayılırdı?

Digər tərəfdən, əgər doğrudan da 18:10-da atışma olubsa, bəs, erməni Teleqram kanalları 17:00-dan sonra atışma baş verdiyini və bir erməni əsgərin yaralandığını necə müəyyənləşdiriblər? Axı, Ermənistan MN elan edir ki, 17-18 radələrində atışma filan olmayıb, atışma 18:10-dan 19:30-a qədər davam edib.

İşin daha biabırçı tərəfi də var. Bu dəqiqələrdə Ermənistan ərazisindəki Şişqaya (Geqamasar) icmasının rəhbəri Akop vetyan erməni mediasına açıqlamasında bildirib ki, insident nəticəsində nəinki bir erməni əsgər ölüb, həm də yaralılar var. Ancaq o, yaralıların nə qədər olduğunu bilmədiyini deyib.

Sərhəddə nə baş verdiyi bəlli deyil, bəlli olan odur ki, Ermənistanda əməlli-başlı başıpozuqluqdur. Hətta Ermənistan MN yaydığı məlumatların bir-birini təkzib etməsinin fərqində deyil.

Azərbaycan MN atışma məlumatını təkzib edib və heç bir atışma olmadığını, Ordumuzun da hər hansı erməni əsgəri yaralamadığını bildirib.

Belə çıxır ki, Ermənistan əsgərləri arasında atışma baş verib. Ermənistan MN bunu gizlətməyə çalışsa da, ölüm səbəbindən insidenti ört-basdır etmək mümkün olmayıb. Çıxış yolu kimi isə Azərbaycan əsgərinin atəş açması barədə Teleqram kanallarında yayılan və təkzib etdiyi xəbəri təsdiqləməklə “vəziyyətdən çıxmağa” çalışıb, əvəzində vəziyyəti daha da dolaşdırıb.
"Azərişıq"ın əməkdaşı minaya DÜŞDÜ"Azərişıq"ın əməkdaşı rayonunda minaya düşüb.

Avrasiya.net xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Onun yüksək gərginlikli xəttin çəkilişi üçü Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunduğu bildirilir.

Yaralının sağ ayağı amputasiya olunub.
Salzburqda Azərbaycan mətbəxi günü təşkil olunubNoyabrın 21-də Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub.

Salzburq şəhərdəki Azərbaycan Evində keçirilən tədbiri Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Cəmiyyətdən Avrasiya.net-ə verilən məlumata görə, təşkilatın fəalları Azərbaycan və türk icmasının üzvlərini, eləcə də yerli ictimaiyyətin nümayəndələrini milli mətbəx gününə dəvət ediblər.

Milli mətbəx günündə Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan qutabın hazırlanması təqdim olunub.

Azərbaycanlı xanımlar müxtəlif növ qutabları qonaqların iştirakı ilə hazırlayıblar, reseptlər əsasında onlara da qutab bişirməyi öyrədiblər.

Tədbir Azərbaycan təamlarından ibarət birgə süfrə arxasında davam edib. Qonaqlar pandemiyadan sonra Azərbaycan mətbəxinin geniş ictimaiyyətə təqdimatı və tanıdılması üçün tədbirlərin keçirilməsini arzu ediblər.





Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 günə reallaşdırdıBayramova Tərlan Rüstəm qızı
51 №-li tam orta məktəbin direktoru,
Əməkdar müəllim,


Azərbaycan ötən il sentyabrın 27-də Ermənistan Ordusunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verdi. Vətən müharibəsinin 44 günü ərzində Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, keçən il noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Xatırladaq ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalmışdır. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən vandalcasına dağıdılmış və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilmişdir.

Artıq Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır. Eyni zamanda dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşdur. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulmuşdur.

Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.
Azərbaycanlı rəssamın İtaliyada sərgisi oldu - FOTOİtaliyanın Salvatore Ferraqamo Muzeyində işləyən Kəmalə Zeynalovanın sərgisi böyük səs-küy yaradıb.

Avrasiya.net xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. Onun sözlərinə görə, Kəmalə Zeynalova bu günə qədər ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edib:

“Rəssamın 14 noyabr “Women in love” mövzusu altında 30 əsəri ilə fərdi sərgisinin açılışı olub. Sərgi 17 dekabra qədər davam edəcək. Sərgi Florensiyada yerləşən “Borghese Palace Art Hotel”in sərgi salonunda nümayiş olunur. İtaliyanın nüfuzlu sənət adamları tərəfindən sərgiyə böyük maraq var. Hətta mətbutında diqqət mərkəzindədir. Professor Domeniko Vigiano - “Accademia di Belle Arte”; Professor Fabrizio Borghini-“Toscana TV”, Professor Ugo Barlozzetti-“Critico d’Arte”; Federico Bali -“Direttore Borghese Palace ART Hotel” sərgidə yaxından iştirak edirlər. Kəmalə Zeynalova 16 dekabr 1990-ci ildə Bakı şəhərində anadan olub.

1997-2008-ci illərde orta məktəbi oxuyub. Eyni illərdə Bakı Musiqi Akademiyasının nəzdində musiqi məktəbində fortepiano şöbəsində musiqi təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının modalyer-rəssam fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub. 2012-ci ildə əvvəl “Università per stranieri di Perugia” da italyan dili və italyan mədəniyyəti kurslarını bitirdikdən sonra həmin ildən başlayaraq Accademia Italianada fashion design 2 illik magistr təhsili alıb. ADRA-da oxuduğu müddətdə Azərbaycanda və digər xarici dövlətlərdə (Moskva, İstanbul, Kipr) müxtəlif sərgilər qatılıb. Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Təhsilini bitirdikdən sonra İtaliyada müxtəlif moda evlərində modelyer rəssam, rəssam dizayner kimi çalışıb”.



Ersin Tatar Anastasiadesə sərt cavab verdiAna Vətən Türkiyə 1960-cı ildən bəri dəfələrlə bəyan edib ki, beynəlxalq müqavilələrdən irəli gələn qarantlıq hüququndan əl çəkməyəcək. Kipr türk xalqının Türkiyənin zəmanətindən əl çəkməsi mümkün deyil".

Avrasiya.net xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Kipr rum tərəfinin prezidenti Nikos Anastasiadesə cavabında deyib.

Ersin Tatar bildirib ki, Kıbrıs Cümhuriyyətinin qurulmasını Enosis üçün bir tramplin olaraq xarakterizə edən Yunan-rum ikilisi Cümhuriyyətin ilk günlərindən Zəmanət Müqaviləsini dəyişdirmək və təhdid olaraq gördükləri Türkiyənin qarantlığını aradan qaldırmaq üçün hərəkətə keçib.

"Bu istiqamətdə təşəbbüslər irəli sürdülər.Təşəbbüslər gündəmə gələndə Ana Vətən Türkiyə və Kipr Türk xalqı buna qarşı çıxdı və Türkiyənin zəmanətinin götürülə bilməyəcəyi ifadə edildi. O vaxtdan yunan tərəfi Türkiyənin qarantının ləğvini və türk əsgərlərinin Kiprdən çıxarılmasını tələb edir. Bu mümkün olmayan bir xəyaldır. Ana Vətən Türkiyə və bütün Kipr Türk xalqı buna qarşıdır. Bunun son nümunəsini Krans Montanada gördük. Krans Montanada “sıfır əsgər, sıfır zəmanət” deyən Kipr Rum Administrasiyasının prezidenti Anastasiadisə lazımi cavab verildi",-deyə o bildirib.

"Xalqımız keçmişdə baş verənləri çox yaxşı bilir və xatırlayır. 23 dekabr 1963-cü ildə Enosisi hədəf alan Qanlı Milad hücumlarında türk təyyarələri Lefkoşa üzərində uçmasaydı, Kipr türk xalqı qırılacaq və məhv ediləcəkdi. Türk təyyarələri Erenköy Müqavimətinə müdaxilə etməsəydi, mücahidlərimiz və bölgə xalqı dənizə töküləcəkdi. Ana vətən Türkiyənin müdaxiləsi olmasaydı, Geçitkale-Boğaziçi bölgəsində başlayan qırğın bütün adaya yayılacaqdı. Ana Vətən Türkiyə 15 iyul 1974-cü il dövlət çevrilişinə qarşı 20 iyul 1974-cü il Sülh Əməliyyatını həyata keçirməsəydi, bu gün Kiprdə bir türk belə qalmazdı və Kipr Yunanıstana çevrilərdi. Biz öz vətənimizdə, öz dövlətimizin damı altında azad və suveren yaşayırıqsa, bunu Ana Vətən Türkiyənin qarantiyasına borcluyuq", Ersin Tatar bəyan edib.
Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilərAzərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: "Bu, hər iki xalqın mənafeyinə xidmət edir”.

Nazir əlavə edib ki, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir: "Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir".

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən onun fəaliyyəti müvəqqəti dayandırılıb.
Azərbaycan və İran prezidentləri görüşə bilərAzərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər.

Avrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.
Tusi klinikasında ölüm - Həkim səhviN.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.

Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.

Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib:

“Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min pul alınıb və əməliyyata salınıb. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı”.

Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.

Məsələ ilə bağlı həkim Samir Abbasovla əlaqə saxladıq.

S.Abbasov açılamasında bu iddiaların əsasız olduğunu deyib.

Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb:

“Xəstə 5-ci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. Birinci xəstəyə açıq-ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub”.

Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil:

“Praktikada 8-10, hətta mən Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tomblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50%-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlara izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stent qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik.

Qeyd edim ki, ürəyin özü də çox zəif idi”.
Bakıda dəhşətli hadisə: yeniyetmə qız özünü 9-cu mərtəbədən atdıBakıda intihar hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.