Azərbaycanın əldə etdiyi qələbə müasir tarixdə misilsizdir - Qasim Xan SuriPakistan Azərbaycan ilə möhkəm din, tarix, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan sıx qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Bu fikirlər Pakistan Milli Assambleyasının sədr müavini Qasim Xan Surinin bəyanatlnda yer alıb.

Milli Assambleyadan Azerforum.com-a daxil olan bəyanatda o, bildirib ki, iki ölkə arasında çox yaxşı bir xoşməramlılıq və ictimaiyyət arasında da oxşar dostluq hissləri var.

Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizin erməni işğalından azad edilməsində göstərdiyi şücaəti yüksək qiymətləndirən Milli Assambleya sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə müasir tarixdə misilsizdir. Heç bir nümunə tapılmadı. O bildirib ki, işğal olunmuş ərazilərin azad edilməsi asan məsələ deyil və bu, Azərbaycan Silahlı Qüvvələrinin əzmi, mətinliyi, Azərbaycan xalqının birliyi və cəsarəti nəticəsində mümkün olub. Pakistan Vətəni, milləti uğrunda canlarından keçmiş şəhidləriniə xatirəsini ehtiramla yad edib. Beynəlxalq forumlarda Azərbaycanın mövqeyini dəstəkləyib.

Spikerin müavini Qasim Xan Suri Hindistan Silahlı Qüvvələrinin işğal olunmuş Kəşmirdə insan haqları pozuntularına toxunaraq bildirib ki, Hindistan Silahlı Qüvvələri işğal olunmuş Cammu və Kəşmirdə kəşmirlilərin öz müqəddəratını təyinetmə hərəkatını boğmaq üçün Kəşmir xalqına zülm edib. Çox kədərli və qınanılan bir təqib olunub. O, ümid etdiyini bildirib ki, işğal olunmuş Kəşmir xalqının da Hindistan hökmranlığından azad olacağı və həyatlarını azadlıq, sülh və firavanlıq mühitində yaşayacaqları gün uzaqda deyil.

O, Kəşmir məsələsində Pakistanın prinsipial mövqeyini dəstəklədiklərinə görə Azərbaycan və Türkiyə hökumətlərinə təşəkkür edib. Spikerin müavini Pakistan, Azərbaycan və Türkiyənin birgə strategiya vasitəsilə regionda sülhün və inkişafın təşviqində öz rolunu oynadıqlarını və üç ölkənin müxtəlif sahələrdə
əməkdaşlığın və insanlar arasında əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını bildirib.
Elnur
"Sahil-S İnşaat" hərbçilərin evini əlindən alır"Sahil-S İnşaat" MTK ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. MTK-nın Yeni Günəşli qəsəbəsində tikdiyi hündürmərtəbəli binadan ev alan vətəndaşların sözlərinə görə, MTK rəhbərliyi onlardan satılan mənzillərin yeni qiyməti ilə razılaşmağı tələb edir. Əks təqdirdə mənzillərinin geri alınacağı ilə hədələyir. Kreditlə mənzil götürənlərdən isə qalıq məbləği birfədəlik ödəmələri istənilir. Razılaşmayanları məhkəməyə verirlər. Məhkəmələr də həvəslə bu şirkətin xeyrinə qərar çıxarır. Konkret olaraq iki hərbçinin mənzili əlindən alınıb. Hələ pulunu da qaytarmayıblar.

Şikayətlərlə bağlı Axar.az-a açıqlama verən "Sahil-S İnşaat" MTK-nın rəhbəri Taleh Allahverdiyev bildirib ki, satılan mənzillərin yeni qiymətlə təklif olunması ilə bağlı məlumat yanlışdır:

“Əgər müqavilə bağlayıb, mənzili satmışıqsa, burada hansı yeni qiymətdən söz gedə bilər? Əvvəla, biz heç kimə kredit vermirik, buna ixtiyarımız yoxdur. Evi borca vermişik. Müraciət edirik, pulu ödəmirlər. 3 ildir gözləyirəm. 300-500 manat ödəyirlər. Bununla tikinti apara, hesabat verə bilmirik. Buna görə məcbur qalıb qanunla müqaviləni ləğv etdirirəm. Məhkəmə qeyri-qanuni saysaydı, hərbçilərin evini almazdı. Onlar bizə kağız vermişdilər ki, evin pulunu ödəyə bilməsək, digər tikdiyiniz binadan əvəzinə ev götürərik. Dedim ki, ya verdiyiniz kağıza əməl edin, ya da pulu ödəyin qurtarsın”.

MTK rəhbərinin sözlərinə münasibət bildirən hərbçimiz Vüsal Əsədov bildirib ki, razılaşma kağızının olması doğrudur, lakin şərtlər fərqli olub:

“Aldığımız evin pulunu ödəməyəcəyimiz təqdirdə inşa olunan yeni binadan əvəzinə ev götürəcəkdik. Lakin heç bir bina tikmədilər. İndi deyirlər ki, müqaviləni dəyişək. Sözügedən binanın 6-cı mərtəbəsində 93 kvadratlıq 63 nömrəli mənzili 20.000 AZN ilkin ödənişlə aldım. 5000 manat da ayrıca vermişəm. Mənim evimi də əlimdən alırlar. Ayda 350 manat ödəyirdim. Sonra məktub göndərdilər ki, bu azdır. Ayda 500 manat ödədim. Müqaviləmdə yazılıb ki, ilə 10000 manat pul ödəməliyəm, ödədim. Bütün arayışlar da əlimizdədir. Ümumilikdə, 35000 manat ödəmişəm”.

V.Əsədov qeyd edib ki, MTK ondan 30000 manatı birdəfəlik ödəməyini istəyir:

“Məni məhkəməyə verdilər. Suraxanı rayon məhkəməsi "Sahil-S İnşaat" MTK-ya bildirdi ki, pulumuzu qaytarsın. Evi əlimdən almalarına razıyam, amma pulumu geri qaytarsınlar. Vəd verdilər ki, kirayə pulunu da ödəyəcəyik, evin pulunu da qaytaracağıq. Heç birini etmədilər. Hərbçiyəm, 30 min manatı hardan tapıb onlara verim?”

Binadan ev alan digər vətəndaşların sözlərinə görə, "Sahil-S İnşaat" MTK rəhbərliyi əsl dələduzluqla məğuldur. Bütün razılaşmaları şifahi danışıq yolu ilə bağlayır, müqavilələri isə öz xeyirlərinə yazırlar. Heç bir xəbərdarlıq etmədən vətəndaşları məhkəməyə verirlər.

Qeyd edək ki, vətəndaşlar bir neçə ay öncə "Sahil-S İnşaat" MTK rəhərliyinin vergidən yayınmasına görə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət etmişdilər.
Saakaşvili razılaşdı, hospitala köçürüldüGürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.

Avrasiya.net xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.

Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.

Qeyd edək ki, bu gün Gürcüstanın ədliyyə naziri Rati Breqvadze Mixail Saakaşviliyə Qoridəki Giorgi Abramişvili adına hərbi hospitala yatırılması barədə müraciət edib.

***

Tiflisdə həbsxana klinikasında saxlanılan Mixail Saakaşvili Qoridəki hərbi hospitala bu gün köçürüləcək.

Bu barədə onun vəkili Nika Qvaramiya danışıb.

O qeyd edib ki, eks-prezident hospitala yerləşdiriləndən sonra aclıq aksiyasını dayandıracaq.

***

Keçmiş prezident Mixail Saakaşvili Georgi Abramişvili adına hərbi hospitala köçürülüb.

Onun olduğu palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.