Mişa aclıq aksiyasını dayandırdı, hazırda reanimasiyadadırNoyabrın 20-də Qori şəhərindəki hərbi hospitala köçürülən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 50 gün davam etdirdiyi aclıq aksiyasına son qoyub.

Axar.az xəbər verir ki, bu barədə keçmiş prezidentin şəxsi həkimi Nikoloz Kipşidze danışıb.

Kipşidze qeyd edib ki, müalicə prosesi çox vaxt aparacaq:

“Bizim dövlət şurasının iclası olacaq, orada yerli həkimlərlə birlikdə müalicə sxeminə baxacağıq. Müalicə prosesinin özü uzun çəkəcək və eks-prezidentin səhhətini bərpa etmək üçün vaxt lazımdır".

Qeyd edək ki, hazırda Saakaşvili reanimasiya şöbəsindədir. Saakaşvili müalicəsi müddətində Qori hərbi hospitalında olacaq. Səhhəti yaxşılaşdıqdan sonra isə Rustavi həbsxanasına qaytarılacaq.

Azərbaycanda bu səbəbdən qapanmalara gedilmir - TƏBİBVaksinasiya başlayandan bəri bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın müsbət təsiridir.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVİD-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi, indi isə vəziyyət fərqlidir:

“Bu da vaksinasiyanın təsiridir. Vaksinasiyanın effektivliyini göstərən bundan yaxşı nümunə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq”.
Ermənistanın 21 itkisi, 100-ə yaxın yaralısı olubAzərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı erməni tərəfinin itkilərinin əsl sayı üzə çıxıb.

“Caliber” “Telegram” kanalı bu barədə Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan 21 hərbçisini itirib. Saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan silahlı qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.
Bakı razılıq verdi: Əliyev Paşinyanla görüşəcək - RəsmiAzərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.

Post-münaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik", - L.Abdullayeva qeyd edib..
Qazini Brilliant Dadaşovadan başqa hamı ayaqüstə alqışladı - VİDEO“Səs Azərbaycan” layihəsinə qatılan qazimiz Murad Bayramlını hər kəs ayaqda alqışlayıb.

Publika.az xəbər verir ki, iştirakçı müsabiqədə “Nazəndə sevgilim” mahnısını ifa edib.

Onun çıxışına Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva bəyənərək geri dönüblər. Yarışmaya Bakıdan qatıldığını və Vətən müharibəsində iştirak etdiyini söyləyən qazinin bu sözlərindən sonra tamaşaçılar və münsiflər ayağa qalxaraq onu alqışlayıb. Sonda Murad Bayramlı Tünzalə Ağayevann komandasında qalmağa qərar verib.

B. Dadaşovanın əyləşməyə davam etməsi sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs müğənninin bu addımını tənqid edib.

Qeyd edək ki, qazimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
Hərbçimiz Zəngilanda minaya DÜŞDÜNoyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Müdafiə naziri müşavirə keçirdi - Sərhəddə baş verənlər təhlil olunduNoyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.

Qeyd olunub ki, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.

Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qış dövrü ilə əlaqədar bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və tibbi təminatının gücləndirilməsi barədə göstəriş verən nazir silah və hərbi texnikanın qış istismar rejiminə keçirilməsi üzrə görülən işlərin yekunlaşdırılmasını tapşırıb.

Müşavirədə dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin döyüş hazırlığı planlarının dəqiqləşdirilməsi barədə göstərişlər verib.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.


Kabus qatarI hissə

2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim.

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.

Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim...

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…

Uyuyur saçımda izi illərin -
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin -
Üfiqlər dolanbac, yollar dolanbac…

Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…

Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…

…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…

«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».

…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».

…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», - deyə
Dəhlizə boylansam, kupeyə baxsam…

...Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də...
Elə bu qatarla, elə bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.

Kupedə sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.

Xatirə qoxuyur aldığım nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
“Bu qatar Ağdama getmir, en, Rəşad!”.

...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!

…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir -
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri….

Gəncə-Bakı, 2011-ci il

II hissə

Ümid var gecənin qaranlığında,
İşıq var...
Seçilmir gecə səhərdən.
Tanrının ən gözəl çılçırağından
Nur yağır...
süslənir minarələr də...

Bu payız geriyə qayıdıb bahar -
Qürub da görünür bizə dan kimi.
Yurda addım-addım dönür dualar -
Tanrı dərgahına qayıdan kimi...

Səhər də açılır azan səsiylə -
Hopur yurd yerinə əsgər nəfəsi.
Ağdama xalqımın iradəsiylə
Dəmirdən yol çəkir əsgər çəkməsi...

***

Qarabağ...
Qara bax Murov dağında...
Elə bir zirvədə qar çiçəkləyir -
Min şaxə ayrılır hər budağından
Kəlbəcər yolunda nar çiçəkləyir.

İndi bütöv elim - bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.

Gəlir azan səsi minarələrdən,
Kimsə ahəngini pozmasın, Vətən!
Bayraq pıçıltısı, azan sədası
Başımın üstündə...
Susmasın, Vətən!

***

Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik...
Ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün...

Elçin Mirzəbəyli
Bakı, 25 noyabr 2020-ci il
Şəmkirdə qadın 15 nəfərdən 50 min manat aldı - DələduzluqŞəmkir rayonunda dələduzluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumlikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50 000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb.

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

Gürcü deputatlar aclığı dayandırdılarGürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Qori şəhərindəki hərbi hospitala köçürülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra “Vahid Milli Hərəkat” – birləşmiş müxalifət fraksiyasının 9 üzvü aclıq aksiyasını dayandırdıqlarını elan ediblər

Avrasiya.net xəbər verir ki, bu barədə həmkarları ilə birlikdə noyabrın 14-dən aclıq aksiyası keçirən Akaki Minaşvili bildirib.

"Bir neçə dəqiqə əvvəl biz Gürcüstanın üçüncü prezidentinin vəkili Nika Qvaramiyanın bəyanatını eşitdik. Həmin bəyanatda Saakaşvili Qori xəstəxanasına getməyə və aclıq aksiyasını dayandırmağa razı olduğunu çox aydın şəkildə ifadə edib. Buna əsaslanaraq aclıq aksiyasına son qoyuruq”, - Minaşvili qeyd edib.

Bundan əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, hakimiyyət Saakaşvilini Qori şəhərindəki hərbi xəstəxanaya köçürməyə hazırdır, lakin bunun üçün xəstənin razılığı lazımdır. Daha sonra Qvaramiyanın vəkili bildirib ki, Saakaşvili transferlə razılaşıb və xəstəxanaya aparılan kimi aclıq aksiyasını dayandıracaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.