Rusiyanın Baş naziri İrəvana gedirRusiyanın Baş naziri Mixail Mişustin 18-19 noyabr tarixlərində İrəvana işgüzar səfərə gedəcək.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, rusiyalı Baş nazir Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Bu iclas 2015-ci il yanvarın 1-də Aİİ-nin fəaliyyətə başlamasından bəri sayca 29-cu, bu il isə dördüncü olacaq.

Bundan əvvəlki görüşlər 5 fevral 2021-ci ildə Almatıda, 29-30 aprel 2021-ci ildə Kazanda və 19-20 avqustda Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın baş nazirləri ilə yanaşı, Özbəkistan və Kubanın nümayəndələri də Aİİ-də müşahidəçi dövlət kimi iştirak edəcəklər.
Bakıda intihara cəhdin qarşısı alınıbBakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Angela Merkel almanları qəzəbləndirdiAlmaniya kansleri Angela Merkel 16 illik fəaliyyətinin son günlərində xərcləri və tələbləri ilə ölkə parlamentini qəzəbləndirib.

Xarici KİV-ə istinadən bildiririk ki, Merkel təqaüdə çıxdıqdan sonra xərcləri dövlət tərəfindən ödəniləcək ofisə 5 yox, 9 işçi tələb edib. Əşyalarla birgə ofisin aylıq xərcinin isə 100 min avro olacağı açıqlanıb. Onun bu tələbləri parlament komitəsi tərəfindən təsdiqlənib.

Tələb olunan işçilərin aylıq əməkhaqları 10 min, Merkelin aylıq təqaüdü isə 15 min avro olacaq. Parlamentdə təmsil olunan bir neçə partiya onun bu tələbinə etiraz edib.

Modern.az
Ərdoğanın İrana səfərinin hədəfi – Alam SalehDüşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır. Bunlardan birincisi iqtisadi əlaqələr, xüsusən də İranın Türkiyəyə qaz ixracı ilə bağlıdır. Tərəflər arasında mövcud olan müqavilə 2026-cı ildə başa çatacaq, ona görə də yaxın bir neçə ildə qaz ixracı ciddi formada müzakirə olunmalıdır.

Bu sözləri Axar.az-a Avstraliya Milli Universitetinin Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi, Britaniya Yaxın Şərq Araşdırmaları Cəmiyyətinin Şura üzvü doktor Alam Saleh Türkiyə Prezidentinin İrana planlaşdırılan rəsmi səfəri haqda danışarkən deyib.

Onun sözlərinə görə, ikinci əsas mövzu Əfqanıstanda baş verənlər olacaq:

“Çünki bu, həm İranı, həm də Türkiyəni yaxından narahat edən bir nüansdır. Suriya məsələsi digər bir mühüm məsələdir, xüsusilə Türkiyənin İdlibdəki hazırki mövqeyi İranı, Rusiyanı və Dəməşqi narahat edir. Nəhayət, əlbəttə ki, iki ölkənin bir çox ortaq tarixi, mədəni və siyasi maraqları və həll edilməli problemləri var. Ümumilikdə, bu səfər Cənubi Qafqazdakı sülhün bərqərar olunmasına kömək edə biləcək çox əhəmiyyətli, bir o qədər də maraqlı bir səfər olacaq”, – deyə ekspert bildirib.
İrəvan Rusiyanı şantaj edir, nəticəni görəcək – KorotçenkoErmənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın “əgər Rusiya Ermənistana yardım etməsə, onda İrəvan başqa variantlar axtaracaq” sözləri tamamilə siyasi şantajdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Aydındır ki, Ermənistan tərəfi NATO və Fransanı nəzərdə tutur. Necə deyərlər, bayraq öz əllərindədir”, - həmsöhbətimiz bildirib.

Korotçenkonun sözlərinə görə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Rusiya və ya KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki situasiyaya hər hansı müdaxiləsi üçün heç bir əsas yoxdur:

“Çünki Ermənistan və Azərbaycan arasında dəqiq sərhəd xətti hələ müəyyən edilməyib. Və bu sərhəd ona görə dəqiqləşməyib ki, Paşinyan bir ildən artıqdır dövlət sərhədinin delimitasiya və demarkasiya prosesini praktik olaraq iqnor edir.

Bu mövzuda Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Ermənistana öz vasitəçiliyini təklif edib. Azərbaycan buna razıdır. Amma hətta bu il noyabrın ilk ongünlüyündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti ona görə baş tutmadı ki, Paşinyan görüşə gəlməkdən imtina etdi”.

İmtinanın səbəbinə gəlincə, ekspertin fikrincə, Ermənistan baş nazirinə sammitdə sual verəcəkdilər ki, bir il boyunca üçtərəfli bəyanatın yerinə yetirilməsi istiqamətində sən nə iş görmüsən?

“Faktiki olaraq Paşinyan, sərhədin delimitasiya və demarkasiyası da daxil olmaqla, heç bir iş görməyib. Ona görə də Ermənistan tərəfinin Rusiyanı şantaj etməsi, Rusiya və KTMT-ni tərk edəcəkləri hədəsi və hansısa Qərbə dəstək üçün gedəcəkləri – öz işləridir. Görək, Rusiya ilə müttəfiq münasibətlərini pozandan sonra Ermənistan öz problemini necə çözəcək”, - ekspert vurğulayıb.
Amerikalı reper güllələndiAmerikalı məşhur reper Yanq Dolf qətlə yetirilib.

Kult.az xəbər verir ki, əsl adı Adolf Robert Tornton olan reper ABŞ-ın Tennensi ştatının Memfis şəhərində güllələnib.

Məlumata görə, naməlum şəxslər avtomobildən atəş açaraq onu öldürüblər.

Qeyd edək ki, reper ABŞ-da "Major" və "On the river" kimi məşhur albomları ilə tanınırdı.