“Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

"AzerGold"dan Avrasiya.net-ə verilən məlumata görə, yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC-nin kollektivi iştirak edib. Aksiya çərçivəsində təqribən 1 hektar ərazidə yerli şəraitə uyğun, ümumilikdə 2000-ə yaxın ting əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Xatırladaq ki, “Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.

Qeyd edək ki, “AzerGold” QSC metal filizi yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Bununla yanaşı, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur, istehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar – civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emala yönəldilir.
Azərbaycanda şirkət rəhbərliyi xaricə külli miqdarda pul çıxardı - CİNAYƏT İŞİ AÇILDI"Ultra-LTD" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə bağlı n daxil olmuş material üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci ilin mayın 8-dən dekabrın 20-dək olan müddət ərzində xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə aralarında bağlanılan alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilib və ölkəmizin müvəkkil edilən bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Ermənilərə etibar yoxdur - Tazen AktarErmənistan Azərbaycanın işğaldan azad etdiyi ərazilərini yenidən ələ keçirmək üçün geri çəkilib.
10 noyabr 2020-ci il tarixində əldə olunan məlum razılaşmadan sonra da Azərbaycan ayıq-sayıq olmalıdır, məkrli düşmən daha təhlükəlidir.

Bunu Pakistanın tanınmış jurnalisti, ekspert Tazen Aktar bildirib.

O, qeyd edib ki, Ermənistan dövlət sərhədinin bu istiqamətində yüksəklikləri ələ keçirmək və hərbi üstünlük əldə üçün hərbi əməliyyata başladı. Bu, Azərbaycan tərəfdən heç bir təxribat olmadan genişmiqyaslı hücum idi: "Noyabrın 16-da, Azərbaycanda qələbə bayramından yalnız bir həftə sonra Ermənistan silahlı qüvvələri təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı odlu silahlardan və qumbaraatanlardan intensiv atəşə tutub, döyüş postlarına ziyan dəyib.
Pakistan mətbuatına Ermənistanın bu irimiqyaslı hücumu zamanı 7 Azərbaycan əsgərinin şəhid olduğu, çoxlu sayda əsgərin isə ağır yaralandığı barədə məlumat daxil olub. Bu əməliyyatda istifadə edilən silahlar ermənilərin bu gün üçün geniş planlar qurduğunu sübut etməyə kifayət edir. Bu, sadəcə sərhəddə atışma deyil, kəskin şəkildə total müharibənin başlanğıcıdır".

T.Aktar onu da bildirib ki, Ermənistan Rusiya prezidentinin iştirakı və zəmanəti ilə liderlərin imzaladığı atəşkəs sazişini pozub: "Sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin işğaldan yeni azad edilmiş ərazilərdə erməni terrorçularını həbs etməsi ilə bağlı bəzi görüntülərə rast gəldik. Onlar orada hansısa böyük terror aktına hazırlaşırdılar, lakin onların sui-qəsdlərinin qarşısı vaxtında alındı.

Azərbaycan ordusu layiqli cavab verdi və təcavüzün qarşısını aldı, lakin bu, əlbəttə ki, kifayət deyil. Bu o deməkdir ki, ermənilərə etibar yoxdur. Onlar öz verdiyi razılaşmalara və təminatlara hörmət etmədən istənilən vaxt hər şeyi edə bilərlər. Başda Rusiya və Ermənistanı sərt dərsdən xilas edən digər regional güclər görməlidirlər ki, onların sevimlisi regionda sülh və sabitliyi pozmaq üçün nə edir.

Rusiya rəhbərliyi düşünərək belə bir nəticəyə gələ bilər ki, yaramaz uşaq himayədarları daha çox utandırmazdan əvvəl öz rifahı üçün cəzalandırılmalıdır. Ermənistan və Azərbaycanla müştərək sərhədi olan regionun daha bir ölkəsi Azərbaycanın qələbəsindən çox narahat oldu. Həmin ölkə Ermənistanın son təcavüzünə münasibət bildirməlidir. Bu düzdür yoxsa yanlış?".

Azerforum.com
Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİRusiya Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlıq prosesi ilə bağlı təkliflər verib, bu təkliflər Ermənistan tərəfindən qəbul edilir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü hökumət iclasında deyib.

“Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”.

N.Paşinyan hökumətin iclasında müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları müzakirə etməyi və bu təkliflər üzərində işləməyi tapşırıb.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, onların 2 hərbçisi ölüb, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da atəşkəs elan olunub.
Ermənilər Tovuzdakı mövqelərimizi atəşə tutublarErmənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bill Qeyts: Korona yaxın vaxtlarda bitəcəkGələn ilin yay aylarından etibarən koronavirus daha az təhlükəli olacaq.

Axar.az xəbər verir ki, bunu “Maykrosoft”un qurucusu, milyarder Bill Qeyts deyib.

“Bəlkə rəqəmlər mövsümi qripi olanlardan da aşağı düşəcək. Bu baş verəcək - əgər yeni ştamların yaranması kimi sürprizlər olmasa”, - o qeyd edib.

Onun sözlərinə görə, yaxın gələcəkdə bəşəriyyət yeni qrip növləri ilə mübarizə problemi ilə üzləşəcək. Qeytsin fikrincə, bu xəstəliyin mutasiyaları ilə bağlı yeni pandemiyanın qarşısını almaq üçün bəşəriyyət öz nailiyyətlərini qoruyub saxlamalıdır.
DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açıldıDövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.
Xaçmazda 17 yaşlı gənc itkin düşübXaçmazda 17 yaşlı gənc itkin düşüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
Bakı şərtlərini açıqladı, Paşinyan isə son cəhdini etdiSərhəddə atəşkəsdən bir gün sonra siyasi gündəlik açıqlandı:

- Rəsmi Bakı açıq mesaj verdi ki, sərhəddə gərginliyin sona çatmasının yolu delimitasiyadan keçir. Bayramov “Anadolu” agentliyinə açıqlamasında bildirir: “Sərhəd probleminin həll edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar”;

- Rəsmi Ankara İrəvana çıxış yolunun Bakı ilə razılaşmaq olduğunun mesajını verdi. Çavuşoğlu bildirdi ki, Ermənistan məğlub olacaq, yeganə yolu sülh və sabitlikdir;

- Rəsmi Moskva sərhədin müəyyənləşməsinin vacibliyini gündəmə gətirdi: Rusiya XİN bildirir ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir.

Bölgədə üç əsas oyunçunun gündəliyi eynidir və bu, Ermənistan üçün yalnız bir açıq qapı saxlayır: sərhədin delimitasiyası və demarkasiyasına razılaşmaq; İrəvanın əks mövqeyi “məcburetmə əməliyyatının” davam etməsi deməkdir.

Rəsmi İrəvan sülhə hazır olduğunu bəyan edir, lakin öz gündəliyi var. Paşinyan bildirdi ki, biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də: “Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.

Bu, Bakının sülh gündəliyinə uyğun deyil. Paşinyan yeni gündəlik təqdim edir və məqsəd Minsk Qrupu çərçivəsində “Qarabağ məsələsini” aktuallaşdırmaqdır. Döyüşlərdən sonra da İrəvanın bunu irəli sürməsi göstərir ki, Paşinyanı dəstəkləyən qüvvə bölgədən kənarda – Qərbdədir.

Və Nikol da anlayır ki, regionun gündəliyindən uzun müddət imtina edə bilməyəcək: danışıqlarda mümkün qədər nəsə əldə etməyə çalışır; bunun üçün həm də Qərbin bölgəyə gəlmək istəyindən rıçaq olaraq istifadə edir.

Asif Nərimanlı
Rüstəm Muradovu Bakıya gətirən əsas səbəb MƏLUM OLDURusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.

Avrasiya.net xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, R. Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıdıb.