Burak Özçivit məhkəməyə verildiTürkiyəli məşhur aktyor Burak Özçivit həbs oluna bilər.

Kult.az xəbr verir ki, aktyor baş rol ifaçısı olduğu "Quruluş Osman" serialının çəkilişləri zamanı çəkiliş heyətini təhqir etdiyi səbəbilə məhkəməyə verilib.

Aktyoru 4 ilə qədər həbs cəzası gözləyir.

Özçivitin məhkəməsi yaxın günlərdə başlayacaq.
Xarici diplomların tanınması qaydası dəyişdiTəhsildə Keyfiyyət Təminatı Agentliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.

Agentlikdən Avrasiya.net-ə verilən məlumata görə, dəyişikliyə əsasən şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.

Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.

Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.
Erməni hərbçilər saxlanıldı, düşmənin silah-sursatı ələ keçirildiErmənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

"Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib".
Ermənistan ordusu Kəlbəcər və Laçına hücum etdi - İki hərbçimiz YARALANDIErmənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

"Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib".
Azərbaycanlı heykəltəraş koronadan vəfat etdiUkraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov vəfat edib.

Kult.az xəbər verir ki, o, koronavirusdan dünyasını dəyişib.

S.Qurbanov bir müddətdir Türkiyənin Alaniya şəhərində müalicə alırmış.

Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
Bu hərbi qulluqçulara mənzil veriləcəkMaliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı ünvanlı sosial yardım haqqında danışıb.

Avrasiya.net xəbər verir ki, nazir gələn ilin ünvanlı sosial yardımı üçün 208 milyon manat ayrılacağını söyləyib:

“Növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur”.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur:

“Eyni zamanda, əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 % artırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq:

“Növbəti ilin dövlət büdcəsi hesabına güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.
Məcnun Hacıbəyov vəfat etdiAzərbaycanın tanınmış aktyoru, əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Kult.az xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!
Milli Məclis İlham Əliyevi təbrik etdi“Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”.

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayıblar.
Generalmızın minaya düşməsi ilə bağlı cinayət işi açıldıBirinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Şabranda oğul anasını bıçaqladıNoyabrın 13-ü 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Şabran Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.