Azərbaycan və Ermənistan arasında ATƏŞKƏSRusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlardan sonra Ermənistan və Azərbaycan atəşkəs elan edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hazırda vəziyyət normallaşıb.

Qeyd edək ki, Şoyqu bir müddət əvvəl Azərbaycan və Ermənistanın müdafiə nazirlərinə zəng edib.
Nikolun partiyasının deputatı itkilərini açıqladıErməni mediası, sosial şəbəkə istifadəçiləri, deputatlar və siyasi fəallar bu gün Ermənistanın sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində itkiləri ilə bağlı açıqlamalara davam edirlər.

Axar.az xəbər verir ki, daha bir rəqəmi “Azadlıq” radiosuna açıqlamasında hakim Mülki Müqavilə Partiyasından olan deputat Eduard Ağacanyan açıqlayıb.

O bildirib ki, hələlik təsdiq olunmamış məlumata görə, Ermənistanın 15 əsgəri məhv edilib, ən azı 7 əsgər isə əsir götürülüb.

Bundan öncə isə Ermənistan MN 12 əsgərin əsir götürüldüyünü, ölən və yaralananların isə dəqiqləşdirildiyini elan edib.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədində erməni ordusu təxribatlar törədib. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib və müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə iki əsgərimiz yaralanıb.

Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin qüvvə və vasitələrinə zərər vurulub, erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Prezident İlham Əliyev: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür""Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib.

Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
Müdafiə Nazirliyi xarici attaşeləri məlumatlandırdıNoyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.





Ermənilər qorxu və təşvişlə mövqelərini tərk edirErmənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.


Sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlar... - DTXSon günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq", - məlumatda bildirilib.
Sərhəddə vəziyyət gərgin olaraq qalır - MNSon dövrdə erməni təxribatları bu gün daha da intensivləşib.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb:

"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib:

"Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
Rövşən Əkbərov azadlığa çıxmaq istəyir - Apellyasiya şikayəti verdiSabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Avrasiya.net xəbər verir ki, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

R.Əkbərov məhkəməyə müraciətində bərəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda, məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
Şirkət əməkdaşı 19-cu mərtəbədən düşüb ÖLDÜNoyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə , aparılmış araşdırmalarla müəyyən yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb. Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.