Pandemiya nə vaxt bitəcək? - PROQNOZKoronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq.

Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümi epidemiyalar”la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.


Saakaşvili bu gün məhkəmə qarşısına çıxarılacaqGürcüstanınn həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsində bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək istəyir və bunun üçün bütün prosessual əsaslar mövcuddur.

Avrasiya.net xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Beka Basiliya deyib.

Vəkilinin sözlərinə görə, məhkəmədən bununla bağlı məhkuma sorğu göndərilib.

O bildirib ki, məhkəmə saat 11:00-da baş tutacaq.

Məlumat üçün bildirək ki, hüquq-mühafizə orqanları üçüncü prezident M.Saakaşvilini 2007-ci ilin noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkaçişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham edir. M.Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlət hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Zelenski dünyaya səsləndi: 100 minlik rus qoşunu sərhədimizdədir"Ukrayna sərhədində 100 minə yaxın rus əsgəri yerləşdirilib".

Avrasiya.net xəbər verir ki, bu barədə “Reuters” Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayır.

O qeyd edib ki, Qərb ölkələri Rusiya qoşunlarının Kiyevə aktiv hərəkəti barədə məlumat verib.

“Ümid edirəm ki, indi bütün dünya kimin sülh istədiyini və kimin sərhədimizə 100 min əsgəri səfərbər etdiyini aydın şəkildə görəcək”, - deyə V.Zelenski söyləyib.

Agentlik yazır ki, Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə hərəkəti mümkün hücum qorxusunu artırıb.

Moskva ittihamları rədd edib və öz növbəsində NATO-nun regionda artan hərbi fəallığından narahatlığını bildirib.