"İranıb Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır"İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.

Avrasiya.net xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və Türkiyə ilə əlaqələrini haqda deyib.

İbrahim Rəisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.

Mövlud Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı, eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İranla birgə fəaliyyəti gücləndirməkdə maraqlı olduqlarını bildirib.

Olaya münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu arada Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşü də diqqəti çəkir. Görüşdən sonra səfir özünün Tvitter hesabında bunları yazdı: “Görüşdən, görüşməkdən məmnun oldum. Xüsusilə media və diplomatiya sahəsində nazirliklərimizin daha sıx əməkaşlığını müzakirə etdik”.

“Beləliklə, Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dönür. Biz də bunu istəyirik. Azərbaycana İranla münasibətlərdə əlavə gərginlik lazım deyil”, - deyə Elxan Şahinoğlu bildirib.

"Qələbəmiz Türkdilli  ölkələr arasında əlaqələrin inkişafına töhfə verdi"Sədaqət Vəliyeva
Millət vəkili


Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Onun Türk dünyası qarşısındakı fədakar xidmətlərinin nəticəsi, layiqli yüksək qiymətidir

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması mühüm əhəmiyyət kəsb edən tarixi hadisə olmaqla yanaşı, Onun dünya miqyaslı lider olmasının, beynəlxalq aləmdə və türkdilli dövlətlər arasında yüksək nüfuza malik olmasının göstəricisidir.

Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin müdrikliyini, uzaqgörənliyini, prinsipiallığını və qətiyyətini dünyaya nümayiş etdirmiş oldu. Məhz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə Türkdilli ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə verdi, Türkdilli dövlətlər arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə, daha da inkişaf etməsinə zəmin yaratdı. Təsadüfi deyil ki, Ordenin təqdimatı mərasimində bir daha qeyd edildi ki, Azərbaycanın Türk Şurasına sədrlik etdiyi 2019-2021-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən Türk Şurasının fəaliyyətinin gücləndirilməsi, türkdilli dövlətlər arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində böyük uğurlar əldə olunub.

Prezident İlham Əliyevin çıxışı zamanı “mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır” deməsi dövlət başçısının Azərbaycan xalqına olan sevgisinin və bağlılığının təzahürü idi.
Ağdam sakini minaya düşüb öldüAğdam rayon sakini minaya düşərək həlak olub.

DİN Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənk kəndi ərazisində baş verib.

Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.
Ermənistan dövləti hazırda “başsız atlı”ya bənzəyir. Çünki nə istədiyini, nəyə can atdığını bilmir və nə etdiyinin fərqində deyil. Bu ölkənin hərbi-siyasi rəhbərliyinin hərəkətləri xaotik addımlardan və situativ qərarlardan başqa bir şey deyil. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan və ötən bir il ərzində Azərbaycana qarşı yol verdiyi bütün təxribatları uğursuzluqla nəticələnən Paşinyan hakimiyyəti hazırda qeyri-müəyyənlik girdabında çabalayır və əsas strateji xəttini, Azərbaycana münasibətdə “yol xəritəsi”ni müəyyənləşdirə bilmir. Ermənistanın hazırkı ziddiyətli davranışları, taktiki addımları da məhz bundan qaynaqlanır.

Paşinyan paralellik prinsipindən çıxış edir, ikibaşlı siyasət yürüdür və öz aləmində guya çox ağıllı “strateq” kimi gedişlər edir, kombinasiyalar qurur. Belə ki, o, bir tərəfdən sərhədlərin delimitasiyasının vacibliyindən, kommunikasiyaların açılmasının önəmindən danışır və sülh danışıqlarına hazır olduqlarını bildirir, ancaq digər tərəfdən isə biz ənənəvi erməni xislətindən törəyən təxribatları, teraktları, atışmaları demək olar ki, tez-tez müşahidə etməkdəyik. Elə bu günlərdə baş verən olaylar da bunu deməyə və əslində Paşinyanın sülhə dair açıqlamalarında səmimi olmadığını düşünməyimizə əsas verir. Bu gün nə Paşinyan, nədəki bütövlükdə erməni cəmiyyəti sülhə hazır deyil. Onlar yalançı “sülh”dən dəm vurub dünyanı aldatmağa çalışa bilərlər, ancaq bizi aldatmaları isə qeyri-mümkündür. Sülhə hazır olan ölkə və xalq təxribat törətməz, revanşizmə can atmaz. Ancaq biz bunun əksini görürük.

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində və Ermənistan-Azərbaycan sərhəddində son günlər düşmən təxribatları daha da artıb. Şuşanın yaxınlığında erməni terrorçunun Azərbaycan Ordusunın postuna qumbara atması, eyni zamanda Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizin tez-tez atəşə tutulması Ermənistanın və separatçıların sülhə yox, revanşizmə can atdıqlarını göstərir. Məqsəd aydındır, Ermənistanın hərbi-siyasi rəhbərliyi sərhədlərin delimitasiyasını yubatmaq və sülh danışıqlarını əngəlləmək yolunu seçib. Onlar bununla vaxt qazanmağa və mövqelərini gücləndirməyə çalışırlar. Ancaq Ermənistanın bu cür hiyləgər, hoqqabaz siyasəti və separatçıların get-gedə cızığından çıxmaları son nəticədə yenə də onların öz əleyhinə işləyəcək.

Ermənistanın destruktiv mövqeyi Azərbaycanı yumşaq güc siyasətini davam etdirməklə yanaşı, qarşı tərəfin hərbi yolla sülhə məcbur edilməsi variantı üzərində düşünməyə vadar edir. Norayr Mirzoyanın qumbara ilə törətdiyi son terror hadisəsi fonunda Qarabağda antiterror əməliyyatının keçirilməsi artıq qaçılmaz olur. Bəli, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirib, 10 noyabr Bəyanatının şərtlərinin həyata keçirilməsinə nail ola bilər. Sülhməramlıların fəaliyyətsizliyi və Ermənistan hakimiyyətinin məsuliyyətsiz davranışları Dəmir Yumruğumuzun növbəti dəfə öz gücünü göstərməsinə zəmin yaradır. Lakin Azərbaycan tərəfi yenidən qan tökülməsini istəmir.

Azərbaycan dövləti və Azərbaycan xalqı sülhə, quruculuğa köklənib. Biz ermənilər kimi müharibəyə susamamışıq. Odur ki, dövlət və xalq olaraq mümkün qədər təmkinli davranır, Ermənistana şans veririk ki, sülhün vacibliyini dərk etsin. Paşinyanın qatı anti-Azərbaycan mövqeli müdafiə naziri Arşak Karapetyanı Ermənistanın müdafiə naziri vəzifəsindən azad etməsi və bu vəzifəyə Suren Papikyan kimi mülki şəxsi təyin etməsi hardasa müəyyən qədər ümid yaradır ki, Ermənistan hakimiyyəti bundan sonra konstruktiv addımlar atmağa başlayacaq. Bütün hallarda, sonda proseslər Azərbaycanı qane edən ssenari üzrə yekunlaşacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Sabiq nazirin şirkəti məhkəməyə verildiHazırda həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olan Formes.Group.Az MMC məhkəməyə verilib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Qeyd edək ki, Formes.Group.Az MMC 2016-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Məsud Şəndir.

Şirkət bundan əvvəl Aqrotexservis MMC adı altında fəaliyyət göstərib. Sonradan şirkət Məsud Şənin idarəçiliyinə verilib. Adı da elə bu zaman dəyişdirilib.

Əlavə edək ki, bundan əvvəl şirkəti "Azəriqaz” məhkəməyə vermişdi. Həmin vaxt Aqrotexservis MMC adı ilə fəaliyyət göstərən şirkətin "Azəriqaz”a 200 manat borcu var idi. Yayılan məlumatlardan məlum olurdu ki, istixana kimi fəaliyyət göstərən şirkət yarandığı vaxtdan istifadə edilən təbii qazın pulunu ödəməyib.

Bildirilirdi ki, "Azərqaz” dəfələrlə istixanaya qazın verilişini dayandırsa da, həmin vaxt nazir olan Səlim Müslümov şəxsi nüfuzundan istifadə edərək qaz verilişini bərpa etdirib.
Maşinist daş kəsən mişarın arasında qalaraq öldüBakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb.

Bildirilib ki, noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən Qaradağ ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Ərdoğan Tehrana gedəcəkTürkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Tehrana səfər edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub:

“Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Diqqət mərkəzində olacaq ən mühüm regional məsələlər Suriya və Qarabağ idi. Son bir neçə həftə ərzində İran-Türkiyə münasibətləri yeni işğaldan azad edilmiş Qarabağ bölgəsində baş verən hadisələrə görə gərginləşmişdi. Amma bundan sonra Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün addımlar atılacaq”.
Azərbaycan İrana başsağlığı verdiAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

Avrasiya.net-in xəbərinə görə, XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

“İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik”.

Qeyd edək ki, ötən gün Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ən azı 99 nəfər yaralanıb.
Bakıda hamilə qadın öldü, yaxınları həkimi döydüBakıda hamilə qadın ölüb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
İranın qadın komandasının futbolçusu kişi çıxdı - FotoQadınlar arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya - İran matçında qəribə hadisə baş verib.

Avrasiya.net qol.az-a istinadən xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən maçtda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib.

İnternetdə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkili yayılıb.

Qeyd edək ki, İran millisinin qolkiperi 4:2 hesabı ilə qalib gəldikləri penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.