Şok: Türkiyə PUA-larının sirlərini Rusiyaya satdıTürkiyədən satın alınan pilotsuz uçan aparatlarının (PUA) Ukraynada yerləşdirildiyi bazanın komandirinin bu texnologiyanın sirlərini ruslara satdığı iddia edilib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, casusluq etdiyi iddia olunan polkovnikin cinayət başında yaxalandığı açıqlanıb.

Ukrayna Milli Kəşfiyyat Xidmətinin (SBU) üzə çıxardığı skandalda hərbi baza komandirinin Rusiyaya casusluq etdiyi müəyyən olunub.

Ukrayna Əks Kəşfiyyat İdarəsi tərəfindən aparılan araşdırmada Türkiyədən satın alınan PUA-larla bağlı casusluq fəaliyyəti ifşa edilib. Belə ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadası komandiri, polkovnik İlya Oleynkinin Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUA-larının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb.

Gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub.

Oleynikinin dindirilməsinin davam etdiyi, onun “Bayraktar TB2” dronları ilə bağlı kritik məlumatlar əldə edə bilmədiyi deyilib. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları və müdafiə xətləri haqda Rusiya Kəşfiyyat Xidmətinə (FSB) məlumat ötürdüyü bildirilib.

Ukrayna qanunlarına görə, polkovnikə qarşı casusluq cinayəti sübuta yetirilərsə, o, güllələnmə ilə edam olunacaq.
Salyanın baş memarı barədə cinayət işi başlandıSalyan rayon İcra Hakimiyyətinin baş memarı barəsində cinayət işi başlanıb.

Avrasiya.net-in Trend-ə istinadən məlumatına görə, Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Teyyub Safalı oğlu Hüseynov qanunsuz torpaq satmaqda ittiham olunur.

Baş memar barəsində Cinayət Məcəlləsinin Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan cinayət işinin ibtidai istintaq başa çatdırılıb və materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.
Təhsil Nazirliyindən payız tətili açıqlaması - OlmayacaqTəhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Avrasiya.net-ə bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.(APA)


Saakaşvili türmə xəstəxanasına belə gətirildi – VideoGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin türmə xəstəxanasına gətirilməsinin görüntüləri yayılıb.

Avrasiya.net xəbər verir ki, görüntülər Gürcüstanın ədliyyə naziri Rati Breqadze tərəfindən keçirilən brifinqdə təqdim olunub.

Breqadze Saakaşvilinin türmə həbsxanasına gətirilərkən ona qarşı qeyri-insani münasibətlərə yol verildiyini təkzib edib.

“Bu, böyük yalandır. Təcili yardım maşını binanın qapısının ağzında dayandı. Məhbus özü əməkdaşlarımızın qanuni tələblərinə tabe olmadı və onları təhqir etdi”, - nazir bildirib.
Hərbçilərin maaşı artırılacaq – Nazir açıqladıHərbi qulluqçuların maaşlarının artırılması nəzərdə tutulub.

Avrasiya.net xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bununla bağlı dövlət büdcəsində müəyyən artımlar var. Hesab edirəm ki, əhəmiyyətli artımlar olacaq”, - nazir bildirib.

Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdüProkurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 1945-ci il təvəllüdlü Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olub, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirib, daha sonra isə boğaraq öldürüb.

Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümü münasibətilə müraciət dərc edib.

Avrasiya.net xəbər verir ki, Prezident Tatar mesajında ​​bu ifadələrdən istifadə edib: “Vəfatının 83-cü ildönümündə 20-ci əsrin ən mühüm sərkərdəsi, dövlət xadimi və islahatçısı Mustafa Kamal Atatürk məhv olmaq istəyən bir xalqı ayağa qaldırıb, onu imperializmin pəncəsindən azad edərək dövlət quruculuğunu anıram.

Kıbrıs türkləri Atatürkün yolunu davam etdirərək, onun qurduğu Türkiyə Cümhuriyyətinin illərlə varlıq və azadlıq mübarizəsində dəstəyi ilə, böyük bədəllər ödəyərək, şəhidlər verərək öz dövlətlərini qurdular. Xalqımız Ulu Öndər Mustafa Kamal Atatürkün cızdığı yoldan heç vaxt dönməyəcək, suverenliyindən, müstəqilliyindən, islahatlarından, Quzey Kıbrıs Türk Cümhuriyyətindən əl çəkməyəcək. Allah rəhmət eləsin”.
Kiprli türk idmançı Avropa Bilyard çempionatında qələbə qazanıbKiprli türk idmançı Mustafa Alnar Antalyada düzənlənən U-23 Avropa Bilyard çempionatında qələbə qazanıb.

Avrasiya.net xəbər verir ki, idmançı bu barədə "Kıbrıs Postası"na danışıb.

10 yaşından bu yana bilyardo oynadığını deyən Alnar bunları qeyd edib:

“Çox xoşbəxt oldum. 2016-cı ildən bəri iki dəfə yarımfinalda, 3 dəfə də finalda oynamışam. U-17 və U-19 kateqoriyalarında məğlub oldum. Şeytanın ayağını bir gün qıracağımı bilirdim. Bunun Antalyada tamaşaçıların önündə olmasından dolayı daha da xoşbəxt oldum. Hər kəsə çox təşəkkürlər".

İstanbul şəhərində Türk biznes forumu keçirilibNoyabrın 10-da Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının assambleyası və biznes forum keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanı assambleyada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycandan olan nümayəndə heyətinə həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, AZPROMO-nun prezidenti Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Konfederasiyanın Rəyasət Heyətinin üzvləri Səkinə Babayeva, Şahmar Vəliyev də daxil olmaqla 35 sahibkar daxildir.

Assambleyada çıxış edən Rıfat Hısarcıklıoğlu Türk Ticarət və Sənaye Palatasının üzvlərinin İstanbul görüşündən gözləntiləri barədə danışıb.

Türk Şurası Baş katibi Bağdad Amreyev Türk Ticarət və Sənaye Palatasının İnvestisiya Fondunun yaradılması təklifinin həyata keçirilməsi perspektivləri barədə iştirakçılara məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, hər il noyabrın 10-da bütün türk dünyasının dahi şəxsiyyəti olan Atatürkün sevgi və rəhmətlə yad edildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında yeni bir dövr başlayıb. Ölkə iqtisadiyyatının gələcək prioritetləri, potensial imkanları genişlənib. İşğaldan azad edilən torpaqlarımız yenidən iqtisadiyyatımızın bir parçası kimi inkişafımıza xidmət edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin təməlinin qoyulması və bu tarixi hadisələrin böyük Türk birliyi üçün mühüm əhəmiyyəti vurğulanıb.

Sonra davam edən işçi sessiyada Palatanın tərkibində gənc və qadın sahibkarlar komitələrinin yaradılması müzakirə edilib.

Açılış mərasimindən sonra keçirilən biznes-forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanı təmsil edən 300-dən çox sahibkar iştirak edib.
MM-də çıxışlarımdan sonra polis qohumumu yoxlayıb - DeputatBizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb: “Buna ehtiyac yox idi, onunla nə işləri var”.

T.Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu da deyib: “Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?”

Deputat hərbi qulluqçuların təminatının yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi təklifini də səsləndirib: "Qalib dövlətin hərbi qulluqçuları bu zəfərə layiq şəkildə yaşamalıdır".