İranlı deputat xalqımızın Zəfər bayramını təbrik edibTəbrizin İran İslami Şura Məclisindəki nümayəndəsi Ruhullah Motəfəkkerazad Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

O, bununla bağlı twitter səhifəsində yazmışdır : İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq.

Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır.
Ərdoğan İlham Əliyevə məktub ünvanladıTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, təbrikdə qeyd olunur:

"Can Azərbaycanın Zəfər Günü münasibətilə türk milləti adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarımı ən səmimi hisslərimlə təbrik edirəm.

Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcəkdir.

Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur.

Azadlıq uğrunda şəhid olan qardaşlarımızı rəhmət və ehtiramla yad edir, qələbə yolunu açan qazilərimizə minnətdarlığımı bildirirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırıram".
"Azərbaycan istəyinə nail oldu" - Nəvab“Sülh, zənginlik və ləyaqət yolu daşlı-qayalı dağlar kimi əngəllərlə doludur. Sülh yaradanların, liderlərin və ümumiyyətlə insanların vəzifəsi sülhə və insan ləyaqətinə nail olmaq üçün bu çətin keçilən qayalıqları pillə daşlarına çevirməkdir.”

Bunu Avrasiya.net-ə açıqlamasında Pakistanlı qlobal sülh fəalı, gənclik lideri, Orta Asiya, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə ekspert Qayser Nəvab deyib

O, daha sonra deyib: “Bu gün atəşkəsin – Ermənistanla Azərbaycan arasında Rusiyanın da iştirakıyla əldə edilmiş razılaşmanın ildönümüdür. Azərbaycan buna nail olmaq üçün 30 ilə qədər uzun bir yol keçərək bölgədə sülhə nail olmağa çalışmış və nəhayət ki, 2020-ci ilin bu günü istəyinə nail olmuşdur”.

Pakistanlı fəal daha sonra qeyd edir ki, “biz, qlobal gənclik cameəsi olaraq inanırıq ki, sülh qlobal ləyaqətə nail olmaq yolunda əsas açardır. Bu yolla həm də qlobal cameə dayanıqlı inişaf məqsədlərinə nail ola bilər. Biz həm Ermənistan, həm də Azərbaycan xalqının nəhayət ki, sülhə nail olmaq üçün razılığa gəlməsini yüksək dəyərləndiririk. İnanırıq ki, Azərbaycanla Ermənistan arasındakı sülh razılaşması hər iki ölkənin xalqlarının qələbəsidir”.

“Bu üçtərəfli atəşkəs razılaşması yalnız münaqişə tərəfləri olan Azərbaycanla Ermənistanın deyil, ümumiyyətlə ölkələr və icmalar arasındakı münaqişələri həll etməyə çalışan bütün bəşəriyyətin maraqlarına uyğundur. Onu da əlavə etmək istərdim ki, bu, sadəcə Azərbaycanın deyil, həm də sülh və dayanıqlı inkişaf üçün çarpışan qlobal cameənin qələsidir. Eyni zamanda, bu atəşkəs razılaşması yeni bir icad deyil, əksinə, münaqişələrin həlli tarixində sınanılmış təcrübədir”, – deyə Q.Nəvab bildirib.

O, daha sonra əlavə edib: “İstərdim ki, Pakistanla Hindistan arasında Kəşmirlə bağlı atəşkəs razılaşmasını da vurğulayım. Lakin qeyd edim ki, bu bölgə hələ də sülhün təmin edilməsini gözləməkdədir. Azərbaycanla Ermənistan arasındakı sülh razılaşması 3-cü tərəfin iştirakı baxımından daha ağlabatan görünür. Burada Türkiyə və Rusiyanın sülhyaratma prosesindəki rolunu da vurğulamaq istərdim. Onların müdaxiləsi bölgədə artıq bir ildir ki, insan itkilərinin qarşısını alır. Bir qlobal gənclik fəalı kimi bütün dünyada daha çox sülh, daha çox zənginlik və daha çox ləyaqət olmasını arzu edirəm. Yaşasın Azərbaycanla-Ermənistan arasındakı sülh təşəbbüsləri! Yaşasın qlobal sülh!”
Hindistan Prezidenti 2021-ci il üçün “Padma” mükafatlarını təqdim edibHindistan Prezidenti Ram Nat Kovind 9 noyabr 2021-ci il tarixində Prezident Sarayında keçirilmiş Mülki Vəzifəyə Təyinetmə Mərasimində 2021-ci il üçün “Padma Vibhuşan”, “Padma Bhuşan” və “Padma Şri” mükafatlarını təqdim edib.

Hindistanın Azərbaycandakı səfirliyindın Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə iştirak edən yüksək vəzifəli şəxslər arasında Hindistanın vitse-prezidenti, baş naziri və daxili işlər naziri də olub. Hindistanda ən yüksək mülki mükafatlardan biri olan “Padma” mükafatları 2021-ci ildə 119 mükafatçıya təqdim edilib. Mükafatçıların bir çoxunun həyat hekayələri çətinliklərin öhdəsindən necə gəldiklərini, eləcə də ekoloji töhfə/sosial işlər daxil olmaqla apardıqları kütləvi fəaliyyətləri təmsil edir.

“Padma Şri” mükafatının görkəmli mükafatçılarından biri Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGIMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucadır. O, həmçinin xəstələri maddi yardımdan tutmuş, yorğan-döşək və paltara qədər digər yardımlarla dəstəkləyib. O, 1980-ci illərdə pulsuz yemək paylamağa başlayıb və 2000-ci ildə Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutuna köçərək 15 il ərzində hər gün 2000-dən çox insanı yeməklə təmin edib. Hindistana əliboş gəlmiş milyonçu öz missiyasını dəstəkləmək üçün milyonlarla dəyərində mülklərini satıb və hətta mədə xərçəngindən əziyyət çəkməsinə baxmayaraq bu gün də insanlara xidmət etməyə davam edir. Pakistanın Pişəvər şəhərində anadan olmuş Caqdiş Lal Ahuca gənc yaşlarından ailənin yeganə təminatçısı olmağa məcbur qalıb. O, yardım etdiyi uşaqların gözü ilə öz itirilmiş uşaqlığını axtarır.

Digər bir görkəmli mükafatçı K. K. Ramaçandran Pulavardır. O, nəslinin 11-ci kölgə kuklaçısıdır və hind mədəniyyəti və mifologiyaları haqqında tamaşaları ilə 45-dən ölkədə çıxış edib.

Bu sənəti təbliğ edən yeganə ailədən olan K. K. Ramaçandran Pulavar qədim “Tolpavakoothu” kölgə kuklaçılığını yenidən canlandırır. “Tolpavakoothu” tamaşası axşam hava qaralanda səhər sübhə qədər 10 saat davam edir və 21 gün məbəd festivalı çərçivəsində keçirilir. O, bu sənət növünü məbəd binalarından kənara çıxararaq qədim texnikaları müasir formalarla birləşdirərək 45-dən çox ölkədə nümayiş etdirib. 40-dan çox məbəddə “Ramayana” və “Puranalar” haqqında mifoloji hekayələrini ifa etməkdən başqa, o, həmçinin Mahatma Qandinin azadlıq mübarizəsini təsvir edən tamaşalar nümayiş etdirib və qadınların imkanlarının artırılması, yol təhlükəsizliyi və s. kimi mövzularda məlumatlılığı artırıb.
Kolumbiya 2050-ci il üçün iqlim strategiyasını COP26-da təqdim edibKolumbiyanın Prezidenti İvan Duke Markes və Ətraf Mühit və Davamlı İnkişaf Naziri Karlos Eduardo Korrea noyabrın 1-də Böyük Britaniyanın Qlazqo şəhərində Kolumbiyanın E2050 Uzunmüddətli İqlim Strategiyasını təqdim etdilər.

Kolumbiyanın Azərbaycandakı səfirliyinfən Avrasiya.net-ə verilən məlumata görə, bu siyasətin əsas məqsədi Paris Sazişinin müddəalarına əməl etmək, öz biomüxtəlifliyini qorumağı və iqlim dəyişikliyinin planetə təsirlərinin yumşaldılmasına töhfə verməkdir..

Təqdimatı Kolumbiya Pavilyonunda dünyanın hər yerindən olan iştirakçılar və dövlət liderləri qarşısında, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP26) üzv olan Tərəflərin iqlim dəyişikliyinin idarə edilməsinin gücləndirilməsi qiymətləndirildiyi və müzakirə edildiyi İyirmi altıncı Konfransının ikinci günündə edildi.

“E2050-nin tərtibi aşağı istixana qazı emissiyaları ilə inkişaf üçün uzunmüddətli yol xəritəsinin yaradılması ilə bağlı Paris Sazişinin dördüncü maddəsinə və 19-cu bəndinə uyğundur. Bu strategiya daha təmiz və daha davamlı iqtisadi və sosial inkişaf üçün bir fürsətdir " Qlazqoda prezident Duke dedi.

E2050 biomüxtəlifliyin kompleks şəkildə idarə edilməsi, davamlı şəkildə istehsal və istehlak, kənd, dəniz və sahil inkişafı, davamlı hərəkətlilik və infrastruktur, o cümlədən birlikdə tətbiq olunan planetin qayğısına əhəmiyyətli dərəcədə töhfə verəcək digər amillərlə bağlı öhdəlik götürür.

“Bu mühüm iqlim strategiyası Kolumbiyanın iqlim dəyişikliyi ilə bağlı yaranan risklərin azaldılmasına töhfə vermək üçün ətraf mühitə dair öhdəliklərinə təkan verir. Milli Hökumətin qarşıya qoyduğu məqsədləri arasında bunlar öz əksini tapır: 2050-ci ilə qədər karbon-neytral ölkə olmaq, İstixana Qazı emissiyalarını 51% azaltmaq və 2030-cu ilə qədər meşələrin qırılmasını sıfıra endirmək.

Bu o deməkdir ki, Kolumbiya istehsal və istehlak tərzini dəyişdirmək üçün lazımi addımlar atır, həmçinin iqtisadi sektoru və ərazilərinin riskləri idarə etmək qabiliyyətini artırması üçün çalışır”, - Nazir Karlos Eduardo Korrea, çıxışı zamanı qeyd etmişdir.

E2050-nin formalaşdırılması prosesi Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyinin, Milli Planlaşdırma Departamentinin və Kolumbiyanın Xarici İşlər Nazirliyinin rəhbərliyi altında, Fransa Hökumətinin maliyyə və texniki dəstəyi, eləcə də, Amerikalararası İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Resursları İnstitutunun da texniki dəstəyi ilə 22 ay çəkdi.

Amerikalararası İnkişaf Bankının (İİB) prezidenti Maurisio Klaver-Karone dedi: “Kolumbiya özünü uzunmüddətli strategiyaya sahib olan ilk ölkələrdən biri kimi yerləşdirir, çünki o, sahibkarlıq fəaliyyətini yaradır. iqtisadiyyatı səfərbər edir və başqaları ilə yanaşı bəşəriyyətə, ətraf mühitə fayda verir. Biz daha böyük ambisiyalar üçün daha çox ölkə ilə işləmək və bu gün başlayan mühüm dəyişikliyi gücləndirməyə davam etmək istəyirik”.
QHT təmsilçiləri adından İlham Əliyevə təbrik məktubu ünvanlanıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər

İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirmişdir. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, güclü və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi olaraq qeyd olunub.

Çıxış edən Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını və beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
3 yaşlı uşaq su kanalında boğulduTovuz rayonunda körpə su kanalına düşərək boğulub.

Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.

Su kanalında batan şəxsin 2019-cu il təvəllüdlü Uğur Qəşəmov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.
18 yaşlı gənc şaxtadan yıxılaraq öldüNoyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Dəmir Yumruğumuz hər zaman ermənilərin başı üzərində olmalıdır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Bu gün 10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından bir il keçir. Üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə icazəsiz səfəri, separatçı “Artsax parlamenti”nin “Artsax xalqının azad və müstəqil həyata danılmaz hüququ haqqında” bəyanat qəbul etməsi, erməni silahlı törtöküntülərinin Şuşa istiqamətində təxribat törətməyə çalışması, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarının ermənilər tərəfindən atəşə tutulması, habelə Qaragöl istiqamətində mövqelərimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması onu göstərir ki, nə Ermənistan, nədəki Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş rəsmən sülhməramlı sayılan hərbi kontingentinin qanadı altına sığınan erməni separatçıları 44 günlük müharibənin nəticələri ilə heç cürə barışmaq istəmir və 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməkdən ən müxtəlif üsullarla boyun qaçırırlar.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan kimi quldur köpəklərin, müharibə canilərinin son günlər verdiyi revanşist bəyanatlar da necə deyərlər, küləyin hansı səmtdən (və ya səmtlərdən) əsdiyini göstərir. Nikol Paşinyanın növbəti üçtərəfli görüşdən boyun qaçırması, sülhməramlıların öz vəzifələrini yerinə yetirməyə səy göstərməməsi, Rusiya XİN-in yaydığı mübahisəli bəyanatlar ortada böyük oyunların oynanılmasından xəbər verir. ATƏT-in Minsk “üçlü”sünün – ABŞ, Fransa və Rusiyanın mövqeləri yenidən üst-üstə düşməyə başlayır. Paşinyan da bundan istifadə edib müxtəlif manevrlərə əl atır və bu yolla həm sərhədlərin demarkasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, həm də Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı atmalı olduğu addımları qəsdən yubadır.

Ancaq ortada hansı geosiyasi oyunların cərəyan etməsindən asılı olmayaraq Azərbaycan tərəfi heç bir halda öz prinsipial mövqeyindən geri çəkilməməli, güzəştlərə getməməli və Ermənistanı üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməyə məcbur etməlidir. Bizim buna qalib tərəf kimi haqqımız çatır. Bu mənada Ermənistan müdafiə nazirinin Qarabağa qanunsuz səfərinə Azərbaycan Müdafiə Nazirliyinin kifayət qədər sərt münasibət bildirməsini tamamilə düzgün hesab edirik. Təcrübə onu göstərir ki, bundan sonra Dəmir Yumruğumuz hər zaman “Damokl qılıncı” kimi ermənilərin başı üzərində hazır vəziyyətdə olmalıdır.
Tovuzda ana azyaşlı oğlu ilə itkin düşdüTovuzda itkin düşən şəxslər axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı- 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Qadının əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.