Erməni iş adamı evində güllələndiMilliyyətcə erməni olan keçmiş güləşçi, iş adamı Hayk Aturyunyan Moskvada güllələnib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Onun şəxsi evində güllələndiyi bildirilib.

Qeyd edilir ki, hadisə noyabrın 8-də baş verib. Erməni iş adamı yaxın tanışı tərəfindən güllələnib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva əyaləti üzrə Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qətl maddəsi üzrə cinayət işi açılıb.

Hadisəni törədən şəxs axtarışa verilib.
İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdiİran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA-nı ələ keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adlı təlimlər zamanı İranın hava hücumundan müdafiə zonasına daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nı ələ keçirib.

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.

Qeyd olunub ki, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.
Rusiyada məşhur biznesmenin oğlu itkin düşdüSSRİ-də ilk dəfə “Mak Donalds” restoranını açan məşhur biznesmen Həmzət Xasbulatovun oğlu Moskvada itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Axşam saatlarında 39 yaşlı Timur Xasbulatovun anası polisə müraciət etdi. Qadın bildirdi ki, oğlu həyat yoldaşı ilə dalaşdıqdan sonra evdən çıxıb və bir daha geri qayıtmayıb. Qadın oğlu ilə sonuncu dəfə sentyabrın 30-da əlaqə saxladığını deyib”, - məlumatda qeyd olunub.
Ordumuzun zabiti Türkiyədə vəfat etdiAzərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu - kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

"Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!", - nazirlikdən bildirilib.
Tehranda Zəfər Günü - FOTONoyabrın 8-də Tehranda 8 noyabr - Zəfər Günü ilə bağlı Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Səfirlikdən Avrasiya.net-ə verilən xəbərə görə, tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdən öncə səfirlik əməkdaşlarının övladları tərəfindən çəkilən rəsmlərdən ibarət “Şanlı Qələbəmiz” mövzusunda təşkil edilmiş sərgiyə baxış keçirilib. Vətən müharibəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda Azərbaycanın şanlı qələbəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 44 günlük Vətən müharibəsinin hər bir gününün şanlı tarix olduğunu bildirib. Səfir 30 il ərzində Azərbaycanın bu münaqişə ilə bağlı acı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, məsələnin BMT-nin qətnamələri və beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışdığını, lakin təcavüzkar Ermənistanın münaqişənin sülh yolu ilə həllinə heç zaman maraqlı olmadığını vurğulayıb. Beynəlxalq birliyin hər hansı bir ciddi təzyiqi, sanksiyaları ilə qarşılaşmayan təcavüzkar Ermənistanın son illər daha da azğınlaşdığını və təxribatlarını davam etdirərək sonda Azərbaycana qarşı hücuma keçdiyini bildirən səfir Əli Əlizadə, müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistanın yeni torpaqları işğal etmək niyyəti və arzularını puç etdiyini qeyd edib.

Səfir Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm iradəsi və birliyi, qəhrəman şəhidlərimizin fədakarlığı, müzəffər ordumuzun əzmi, peşəkarlığı və şücaəti hesabına təcavüzkar Ermənistanın təslim olmağa məcbur edildiyini və Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edərək tarixi missiyasını yerinə yetirdiyini diqqətə çatdırıb. Əli Əlizadə Azərbaycanın şanlı qələbəsinin ədalətin və beynəlxalq hüququn zəfəri olduğunu, 30 il sürən uzunmüddətli işğala, təcavüzə və ədalətsizliyə son qoyulduğunu, BMT qətnamələrinin Azərbaycanın qətiyyətli addımları və özünümüdafiə hüququ sayəsində icra edildiyini bildirib.

Hazırda işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq və bərpa işlərinin aparıldığını vurğulayan səfir Əli Əlizadə, Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırılmağa hazır olduğunu vurğulayıb.

Zəfər Gününün Azərbaycan milləti üçün əlamətdar və tarixi gün olduğunu bildirən səfir Əli Əlizadə bu günün İranda qeyd olunmasının da xüsusi əhəmiyyət kəsb etdiyini və İranın yaxın qonşu ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Zəfər Günü münasibətilə təbriklərə görə İran Xarici İşlər Nazirliyi və hökumətinə təşəkkürlərini çatdırıb.

Rəsmi qəbul ziyafətin verilməsi və səfirliyin əməkdaşlarının övladlarının və “Aylan” rəqs qrupunun “Qarabağ”, “İgidlər” və digər kimi Azərbaycan xalq rəqslərinin, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam etdirilib.
Hindistanda yeni virus sürətlə YAYILIRHindistanın Uttar Pradeş ştatında 89 nəfərdə yeni, “Zika” virusu aşkarlanıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, 17-si uşaq olmaqla 89 nəfərin “Zika” testi müsbət çıxıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə qruplar təyin edilib.

Ərazidəki səhiyyə rəsmiləri Kanpur şəhərində ilk yoluxmanın oktyabrın 23-də aşkarlandığını və o zamandan artdığı bildirilir.

“Zika” virusu insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir.

Virusa yoluxan şəxslərdə ilk olaraq qızdırma, gözlərdə qızartı, qusma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları olur. Xəstəliyin xüsusi müalicəsi və ya profilaktik peyvəndi yoxdur.
Rusiyadan üçtərəfli razılaşma ilə bağlı növbəti bəyanat: “Kömək etməyə hazırıq”“Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasının və sonradan demarkasiya və delimitasiyası prosesinə mümkün qədər tez başlanmasının tərəfdarıdır. Bu gün biz qeyd edə bilərik ki, 9 yanvar 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə yerinə yetirilir. Bakı və İrəvanın bundan sonra onun bütün müddəalarına ciddi əməl etməsinə sadiq qalması vacibdir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya XİN-in Qarabağla bağlı üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında deyilir.

Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir:

“Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si Azərbaycana qaytarılıb. Öz növbəsində 3 paket minalanmış xəritələr Azərbaycana təhvil verilib. Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Biz Cənubi Qafqaz ölkələri ilə onların mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.
Müxalfət Tiflisdə aksiyalara başladıGürcüstanın Vahid Milli Hərəkat Partiyasının bir neçə yüz nəfərdən ibarət tərəfdarı Tiflisdə Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

Avrasiya.net xəbər verir ki, aksiya iştirakçıları keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsini, mülki xəstəxanaya köçürülməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları, o cümlədən VMHP sədri Nika Melia hökumət administrasiyası tərəfindən Ədliyyə Nazirliyinə doğru hərəkət edərək, bütün gecəni orada etiraz ediblər.

“Hər gün müxtəlif yerlərdə, müxtəlif nazirliklərin qarşısında aksiyalar keçiriləcək. Mixail Saakaşvilininin təhlükəsizliyi təmin olunmayana kimi hərəkət, hərəkət!”, - Meliya bildirib.

Müxalifət liderləri ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edərək, Saakaşvilinin türmə xəstəxanasındakı vəziyyətini məhz ondan öyrənmək istədiklərini deyiblər.

Nazirliyin girişinə əlavə polis qüvvələri gətirilib.
“Zəfərimizin qəhrəmanları” adlı ingilis dilində onlayn tədbir keçirilib"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram."
(Heydər Əliyev)


Xarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası 2003B qrup tələbələrinin (Abdullayeva Aytəkin, Ağarzayeva Güləbətin, Ağayev Nicat, Balayev Sübhan, Əhməyeva Ayna, Ələsgərova Sarıtel, Əlizadə Anar, Həsənzadə Nahid, Məmmədov Səbuhi, Məsimov Xəyyam, Qocayev İlkin TCM 2002B, Məmmədzadə Ağaxan TCM 2002B) təqdimatında "Heroes of Our Victory" (“Zəfərimizin qəhrəmanları”) adlı ingilis dilində tədbir 6 noyabr, 2021-ci il saat 13:00-da Zoom mobil tətbiqində keçirilmişdir.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin 12 Şəhid-məzununa (Firdovsi Balaxan oğlu Tahirov, Etiram Həsən oğlu Hüseynli, Arəstə Kərim qızı Baxışova, Ağaqardaş İlham oğlu Abbasov, Elgün Elman oğlu Əzizov, Qoşqar Səxavət oğlu Ömərov, Ceyhun Aqil oğlu Nüsrətli, Orxan Rza oğlu Nəbiyev, İlkin Şaməddin oğlu Ağaquliyev, Rəvan Ömür oğlu Lətifov, Cilingir Azad oğlu Nəbiyev, Elvin Ağasəlim oğlu Zakirov) həsr olunmuşdur.

Xarici dillər mərkəzinin müəllimləri (Əliyeva Fatma, Hüseynli Arzu) tədbirdə iştirak edirdi.

Tədbirdə həmçinin 32 nömrəli məktəbin 5A, 5B və 6C sinif şagirdləri (İbrahimzadə Zəhra, Muradzadə Ağarəsul, Əliyev Əli), 118 nömrəli məktəbin 4Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Məmmədov Emil, İsrafilli Mərziyyə, Babayeva Fidan, Abbasova Firuzə, Abbaslı Mələk, Əliyeva Xədicə, Nağıbəyli Zeynəb, Heydərli Talha, Əliyev Kamil) çıxış etdi. Şəhid leytenant Orxan Rza oğlu Nəbiyevin əmisi qızı Aliyə Nəbiyeva iştirak edirdi, qəhrəmanımız igidliyindən, Vətəninə, xalqına olan sevgisindən danışdı. Tədbirin təşkil olunmasına görə təşəkkürünü bildirdi.

Müəllim-Şəhid-Tələbə

Bu üç adı birlikdə ucaldan Vətən sevgisidir.
Tələbələr şəhid-müəllimlərimizin həyatından, qəhrəmanlıqlarından danışdılar. Şeirlər söyləndi. Onların həyatından bəhs edən videoçarxlar nümayiş edildi. Kiçikyaşlı məktəblilərin mükəmməl çıxışı tədbirə xüsusi rəng qatdı.

Sonda Sevda müəllim tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.



Fransa senatorunun BƏYANATIXəbər verildiyi kimi, noyabrın 23-də Fransa Senatının sədri və senatda təmsil olunmuş partiya fraksiyalarının rəhbərləri mövcud olmayan qondarma Artsax Respublikasına dəstəklərini ifadə etmək üçün konfrans təşkil etməyi planlaşdırırlar.

Avrasiya.net xəbər verir ki, Fransa Senatının üzvü, uzun illər Fransa-Azərbaycan Parlamentlərarası İşçi Qrupun rəhbəri və üzvü olmuş Natali Qule bu münasibətlə Bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan öz ərazilərini erməni işğalından azad etmək məqsədinə Prezident İlham Əliyevin qətiyyəti sayəsində nail olub. Biz bilirdik ki, beynəlxalq ictimaiyyət bu məsələni həll etməyə hazır deyil və Azərbaycan ərazilərinin bütövlüyünün bərpasında maraqlı deyil... BMT və ATƏT-in Minsk Qrupu 30 ilə yaxın Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə çalışsalar da, buna nail ola bilmədilər.

Mən fəxr edirəm ki, 8 noyabr tarixini Azərbaycan xalqı ilə birlikdə Qələbə Günü kimi qeyd edirəm. 2020-ci il noyabrın 10-da Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması elan edilib.

Fransada biz çox güclü və təzyiqçi erməni lobbisi ilə üz-üzəyik. Növbəti prezident və parlament seçkiləri səbəbindən bu təzyiqlər günbəgün daha da güclənir. Məsələn, noyabrın 23-də Fransa senatı “Artsaxın müstəqilliyini” dəstəkləmək üçün konfrans keçirməyi planlaşdırır. Fransa Xarici İşlər Nazirliyinin və Fransa dövlətinin rəsmi mövqeyinə zidd olaraq Senatın spikeri və siyasi partiyaların rəhbərləri bu tədbirdə iştirak edəcəklər. Yaxın tariximizdə ilk dəfədir ki, Senat Fransanın rəsmi mövqeyinə zidd olaraq fərqli mövqedədir. Belə bir vəziyyətdə bölgədə sülhü dəstəkləmək üçün edə biləcəyimiz heç bir şey qalmır.

Ona görə də mən Azərbaycan xalqına tam dəstəyimi və dostluğumu bir daha təsdiq etmək istəyirəm.