"Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir"Nigar Ağakişiyeva
Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin əməkdaşı


Gözün aydın, Azərbaycan!

Hələ 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı.

Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoydu, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı.

Azərbaycan tarixinin şanlı səhifəsi

Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir. Keçən il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başladı və buna cavab olaraq Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoydu, ədalətli müharibə apararaq torpaqlarımızı azad etdi. Başqa sözlə, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini - minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasnı məhv etdi. Düşmənin 4 ilə işğal etdiyi ərazilərin böyük bir qismi cəmi 44 günə azad edildi. 44 gün ərzində, ümumilikdə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Və 28 il sonra Şuşa həsrətimizə son qoyuldu. Nəhayət, keçən il noyabrın 10-da Ermənistan kapitulyasıya aktına imza atdı və üçtərəfli razılaşmaya uyğun olaraq Ermənistan qoşunları Ağdam, Kəlbəcər və Laçın rayonunun işğal altında olan qismindən çıxdı.

Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.

Tarixi Zəfər

Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini həmişəlik həll edib. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin rəmzidir.

Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə qayıdışın ifadəsidir.

Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri, qılınan namazlar, edilən dualar əxlaqi-dini dəyərlərimizin əks-sədasıdır.

Qarabağ Azərbaycandır!
Köçəryan mitinqdə elan etdi: Hər şey məhv olduErmənistan ərazi itkisi ilə yanaşı, Qarabağ məsələsi üzrə bütün “kozır”ları xərclədi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan keçmiş prezidenti Robert Köçəryan bu gün İrəvanda keçirilən mitinqdə deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində “qələbədən” sonra İrəvanın ciddi diplomatik rıçaqları var idi:

“Bütün bunlar indi yoxdur. Bir nəfər qərara gəldi ki, şəxsi nöqteyi-nəzərindən danışıqlara başlayacaq. O, danışıqlarda bütün bizim üstünlüklərimizi, qələbəmizi məhv etdi. Danışıqlar kompromislərə əsaslandıqda uğurlu olur, amma indi bu kompromis üçün bizdə nə var? Heç nə qalmadı”.
Azərbaycan xalqının Zəfər Günü ərəb ölkələri mediasının diqqət mərkəzindədirƏrəb ölkələrinin qəzetləri və informasiya portallarında 8 Noyabr – Zəfər Günü ilə bağlı məqalə və xəbərlər yayımlanır.

AZƏRTAC xəbər verir ki, İordaniyanın “Oroba” nəşrində Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun Zəfər Gününə həsr olunmuş məqaləsi dərc edilib. Yazıda 44 günlük Vətən müharibəsinin səbəb və nəticələri, Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistanın kapitulyasiya aktı imzalaması və Qələbədən sonra ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Misirin “Əl Diplomasi” portalı isə Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun Zəfər Günü münasibətilə bəyanatını yayıb. Diplomatımız Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş əraziləri dərhal boşaltması barədə qətnamələrinə məhəl qoymaması, nəhayət, təcavüzkar ölkənin növbəti hərbi təxribatından sonra başlayan müharibədə Azərbaycan Ordusunun cəmi 44 gün müddətində ərazi bütövlüyümüzü təmin etməsindən bəhs edib.

İordaniyanın “Əl Ənbat” qəzetində, “Agnaden” portalında, Əlcəzairin “Əl Hərir” saytında iordaniyalı professor Niyazi Katayın Zəfər Gününə həsr olunmuş məqaləsi yayımlanıb.

Misirin “Nile1”, “Əl Diplomasi”, “Yeni dünya xəbərləri”, “Əl Xəbər Əl Hədəf” portalları, həmçinin İraqın “Əfkarhür” qəzetində azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Aqşin Kərimovun Zəfər Günü və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıq barədə analitik məqaləsi yerləşdirilib.

İran səfirliyindən Azərbaycana təbrikİranın Bakıdakı səfirliyi Azərbaycan Respublikasının 8 Noyabr Zəfər Günü münasibətilə təbrik məktubu yayıb.

Avrasiya.net-in məlumatına görə, təbrikdə deyilir:

“İran səfirliyi olaraq, işğal altındakı torpaqların azad edilməsi, ərazi bütövlüyünün möhkəmləndirilməsi və xüsusilə də 132 kilometrlik ümumi sərhədlərin bərpası münasibətilə dost, qardaş və qonşu Azərbaycan hökumətini və xalqını təbrik edirik”.

İran mətbuatı da Azərbaycanda Ermənistanın 30 illik işğalına son qoyulan Zəfər Gününün birinci ildönümünün təntənə ilə qeyd olunmasından yazıb.
Merkel: Siyasətdən birdəfəlik gedirəmAlmaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra daha siyasətlə məşğul olmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, o, bu barədə "Döyçe Vell" media şirkətinə müsahibəsində bildirib.

"Nə edəcəyim sualına gəlincə... Mən daha siyasətlə məşğul olmayacağam", - deyə Merkel bildirib.

Onun sözlərinə görə, əvvəlcə dincəlmək, yatmaq istəyir, sonra isə nə edəcəyi bəlli olacaq.

Xatırladaq ki, oktyabrda Angela Merkel Almaniyanın müvəqqəti kansleri olub. O, hökumət başçısı vəzifəsindən rəsmən istefa verib. Bununla belə, Prezident Frank-Valter Ştaynmayerin tələbi ilə o və kabinetin qalan üzvləri müvəqqəti olaraq fəaliyyətlərini davam etdirirlər.
Danimarkada Zəfər Günü qeyd edilib8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycandan kənarda da müxtəlif tədbirlər təşkil edilib. Belə ki, Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Kopenhagende Zəfər Günü ilə ilə əlaqədar olaraq bayram tədbiri kecirilib.

Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi deyib ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb və Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Danimarkadakı səfirliyinin müşaviri və konsulu, Danimarka Diyanət Vaqfinin rəhbəri, Skandinaviya Türk Federasiyasının sədr müavini, Türk və Türkmən Dərnəklərinin rəhbərləri, media nümayəndələri və yerli danimarkalılar iştirak ediblər.

Bayram tədbirində qonaqlara 44 günlük müharibəyə həsr olunmuş sənədli filimlər və məlumatlandırıcı roliklər nümayiş olunub, həmçinin Azərbaycan rəqsləri, qələbəyə həsr olunan filimlər göstərildb.
Sonda iştirakçılar üçün Azərbaycan şirniyatlarından ibarət bayram süfrəsi açılıb.
MHP Zəfər Gününə həsr olunmuş tədbir keçirdiMilli Həmrəylik Partiyası (MHP) 44 günlük Vətən müharibəsində qazandığımız misilsiz Qələbənin birinci ildönümünün tamam olması münasibətilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib.

MHP mətbuat xidməti xəbər verir ki, əvvəlcə partiyanın mərkəzi qərargahında Zəfər Gününə həsr olunmuş bayram toplantısı keçirilib. Toplantıda partiya fəalları və qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və 44 günlük Vətən müharibəsinin nəticələri və tarixi əhəmiyyəti barədə geniş nitq söyləyib.

Partiya sədri qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altındakı ərazilərimizin mənfur erməni işğalından azad edilməsi ilə nəticələndi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi: “Bir il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Bununla da tariximizə yeni və həm də ən parlaq səhifə yazıldı. Şanlı Ordumuzun qazandığı bu Zəfər nəticəsində biz xalq olaraq qamətimizi düzəltdik, yenilməz ruhumuzu bütün dünyaya nümayiş etdirdik, beynəlxalq təşkilatların və həmsədrlərin illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü göstərdi”.

Ə.Hüseynov qazandığımız bu Qələbədə milli həmrəylik amilinin də olduqca mühüm rol oynadığını vurğulayıb: “Ordu-Xalq-Ali Baş Komandan birliyi bu savaşın bizim qələbəmizlə nəticələnməsində əsas faktora çevrildi. Müharibənin ilk günlərindən bir tərəfdən xalqımız, digər tərəfdən isə siyasi partiyalar Ordumuzun və Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi sıx birləşdi. Bizim partiyamız da dövlət başçımıza və Ordumuza birmənalı dəstək verdi. Biz ölkədə milli birlik və həmrəylik mühitinin formalaşması üçün nə bacarırdıqsa onu da etdik. Qəhrəman Ordumuz isə açıq döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəf və fədakarlıqla icra edərək düşmənə ağır zərbələr endirdi, Ermənistan ordusunun və erməni xalqının “məğlubedilməz”liyi barədə illərdir təbliğ edilən bütün mifləri darmadağın etdi. Xalqımızın, Ordumuzun və Liderimizin Dəmir Yumruğu düşmənin başını əzdi. Beləliklə, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu və məhz 8 noyabrda qəhrəman oğullarımız müqəddəs Şuşa şəhərini düşmən tapdağından azad etdilər. Bu gün Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı”.

Tədbirdə çıxış edən partiya fəalları da 44 günlük müharibədə qazandığımız böyük qələbə ilə bağlı öz fikirlərini bildiriblər, təəssüratlarını bölüşüblər.

Tədbir iştirakçılarının yekdil qərarı ilə Prezident və Ali Baş Komandan İlham Əliyevə Milli Həmrəylik Partiyasının adından Zəfər Günü münasibətilə təbrik məktubunun ünvanlanıb.

Milli Həmrəylik Partiyasının sədri və İdarə Heyətinin üzvləri İkinci Fəxri xiyabanı ziyarət edərək Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar. Xiyabanda kövrək anlar yaşanıb. Qəhrəman oğullarımızın məzarlarının üzərinə tər çiçəklər qoyulub və şəhidlərimizin müqəddəs ruhları üçün dualar oxunub.
İran XİN Azərbaycanı Zəfər günü münasibətilə təbrik edibİran Azərbaycanı qələbəsinin birinci ildönümü münasibətilə təbrik edir.

Avrasiya.net-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran ötən 30 ildə həmişə Azərbaycanın ərazisinin işğalına qarşı olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Ötən il də İran Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi. İki ölkə rəhbərlərinin iradəsi münasibətlərin inkişaf etdirilməsidir. Ümid edirik ki, iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək".


“AzerGold”  Daşkəsəndə aztəminatlı şəhid və qazi ailələrinə sosial yardımlar edib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib.

“AzerGold”dan Avrasiya.net-ə verilən məlumata görə,
Səhmdar Cəmiyyətin əməkdaşları ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Qeyd edilib ki, tarixi qələbədə böyük pay sahibləri olan qəhrəman şəhidlərimizin ailələrinin, fədakar qazilərimizin daim diqqətdə saxlanılması onlara olan vəfa borcu və dərin ehtiramın ifadəsidir.

Sosial aksiya çərçivəsində Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin aztəminatlı ailələrinə birdəfəlik bank kartları hədiyyə edilib. Bununla yanaşı, şəhid ailələri və ötən il döyüşlərdə yaralanmış qazilərimizə bayram sovqatları təqdim olunub.

Qeyd edək ki, Cəmiyyətin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən sosial yardım tədbirləri dövlətimizin şəhid ailələri və ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, şirkətin hasilat fəaliyyəti göstərdiyi bölgədə yaşayan bu həssas əhali qrupunun qayğı ilə əhatələnməsinə, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.