Şahmat üzrə rayon birinciliyinə yekun vurulub - Fotolar8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü”nə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.

4-5 noyabr 2021-ci tarixlərində Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon Komitəsinin birgə təşkilatçılğı ilə keçirilən yarışda 10-14 yaş qruplarında 30-dan çox yeniyetmə iştirak edib. Birincilik Zəfər və Bayraq günlərinin qeyd olunması, Vətən müharibəsində qazanılan tarixi Qələbənin təbliğ edilməsi, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, onların şahmata marağının artırılması, şahmat idman növünün rayonda inkişaf etdirilməsi, perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb. 2 gün davam edən turnirin nəticəsinə əsasən oğlanlar arasında şəhər 2 saylı tam orta məktəbin şagirdi Muhamməd Paşazadə I, şəhər 6 saylı məktəb-liseyin şagirdi Əli Qurbanlı II, şəhər 1 saylı tam orta məktəbin şagirdi Ceyhun Quliyev III olub. Qızların yarışında isə şəhər 3 saylı tam orta məktəbin şagirdi Fidan Zərbəli I, şəhər 6 saylı məktəb-liseyin şagirdi Məryəm Qurbanlı II, şəhər 2 saylı tam orta məktəbin şagirdi Sədaqət Vəliyeva III yeri tutub. Yarışın qalibləri təşkilatçılar tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunublar.







#VətənMüharibəsi #Zəfər #Qələbə #8Noyabr #ZəfərGünü #9Noyabr #BayraqGünü #DəmirYumruq #QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #şahmat #SiyəzənGİİ #ARGİİN27 #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
KİV-lər gələn il büdcədən 52 milyon manat subsidiya alacaqGələn il Azərbaycanın dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə (KİV) 51,9 milyon manat subsidiya ayrılacaq.

Avrasiya.net xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin edilməsinə yönəldiləcək.
ABŞ Azərbaycana 500 min dollar ayırdıABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə Avrasiya.net-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur.iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir.

ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat qurulması üçün vacib rol oynayır.

Birləşmiş Ştatlar dünyada adı silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin ünvanlanması üçün istifadə olunub. Erika Olson Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda yeni təyin olunmuş dövlət katibinin köməkçisinin müavinidir. O, regional əməkdaşlığın inkişafı, habelə, ikitərəfli münasibətlərin irəliləməsiməsələlərinin müzakirəsi məqsədilə Ermənistana, Azərbaycana və Gürcüstana səfər edir.
Hikmət Hacıyevdən Ermənistana çağırışBir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacağıq.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər:

"İşğaldan azad edilən ərazilərdə dağıntı olacağını gözləyirdik, lakin bu dərəcədə olacağını bilmirdik".
Evində tutduğu şəxsi butulka ilə zorlayıb videoya çəkdi – AZƏRBAYCANDA ŞOK HADİSƏ/TƏFƏRRÜATBir müddət əvvəl sosial şəbəkələrdə evdə müxtəlif şəxslər tərəfindən döyülərək videosu çəkilən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Publika.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, hadisə 3 dekabr 2017-ci ildə Xaçmazda baş verib. Video ictimailəşdikdən sonra orada görüntülənən və içki şüşəsi ilə zorlanan şəxs polisə müraciət etmək qərarına gəlib. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla və işgəncə verməklə törədildikdə) və 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri (qanunsuz azadlıqdan məhrum etmə, silah tətbiq etməklə, həyati təhlükə yaratmaqla və bir qrup şəxs tərəfindən törədilməklə) ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, videoda görünən qan içindəki şəxs Xaçmaz sakini Azər Balamədovdur (bütün ad və soyadlar şərtidir). Onu döyənlər də həmyerliləri və qohumları, rayonun XXX kəndindən olan 1988-ci il təvəllüdlü Daşqın və 1981-ci il təvəllüdlü Nazim Muradov qardaşlarıdır. Belə ki, Daşqın Muradov hadisə baş verən gün Sumqayıtdan Xaçmaz şəhərindəki evinə qayıtdıqda həyat yoldaşının anasının xalası oğlu olan Azəri orada görüb və hər şey bundan sonra baş verib.
Əvvəlcədən qeyd edək ki, Azəri döyərək onu içki şüşəsi ilə zorlayan qardaşlardan Nazim Muradov 2021-ci il 21 fevral tarixində, yəni barəsincə cinayət işi başlayandan bir neçə gün sonra ürək tutmasından ölüb. Hadisənin əsas iştirakçısı olan 33 yaşlı Daşqın isə həyat yoldaşından boşanıb.

İşini tez bitirib evə qayıtdı

Xaçmaz rayon Məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi ilə keçirilən prosesdə Daşqın Muradov hadisə baş verən gün Azərin onun həyat yoldaşını aldadaraq evə daxil olduğunu və onu zorlamağa çalışdığını deyib. Daşqın olayı belə nəql edib:

“03.12.2017-ci il tarixdə, saat 09 radələrində evdən çıxaraq işimlə əlaqədar Sumqayıta yola düşdüm. Saat 11 radələrində Sumqayıta çatdım, işlərimi görüb qurtardıqdan sonra Xaçmaza qayıtmaq üçün yola düşdüm. Saat 16 radələrində yaşadığım evə gəldim, giriş qapısına çatan zaman darvaza bağlı olduğu üçün darvazanı döydüm. Lakin yoldaşım həyətin giriş darvazasını açmadığına görə onun səsi eşitmədiyini fikirləşib mobil telefonuna zəng etdim. Arvadım telefona cavab verdikdə ağladığını eşitdim, ona tez qapını açmasını dedim. Bundan sonra yoldaşım Fidan həyətin dəmir darvazasını açdı və mən həyətə keçdim. Yoldaşımın qucağında uşaqla qapını açmağa çıxması, gözləri dolmuş, həyəcanlı, sanki nədənsə qorxmuş vəziyyətdə olması məni təəccübləndirmişdi. Fidan təngənəfəs halda çətinliklə mənə “qohumumuz Azər məni aldadıb başqa adla evə gəlib əl-qol ataraq məni zorlamaq istəyirdi, sənin gəlməyini eşidib mansarda qaçdı” sözlərini dedi. Bu sözü eşidən kimi daha arvadımın sonrakı sözlərinə qulaq asmadan dərhal evin içərisinə daxil olaraq birbaşa mansarda qalxdım. Mansardda uşaq üçün nəzərdə tutulmuş yataq otağının qapısının açıq olduğunu görüb Azərin orada gizləndiyini başa düşdüm. İçəri daxil olanda gördüm ki, Azər çarpayının alt hissəsinə uzanaraq gizlənmək istəyir. Əsəblərimi cilovlaya bilməyib onun üzərinə hücum çəkərək paltosundan yapışıb dartıb çarpayının altından çəkib çıxartdım. Azər paltosu ilə üzünü örtərək sifətini gizlətməyə çalışırdı, lakin onun paltosundan dartaraq üzünü açdım, baş nahiyəsinə bir neçə yumruq zərbələri vurub onu mansarddan birinci mərtəbəyə düşən pilləkənlərdən itələdim. Nəticədə Azər birinci mərtəbəyə qədər dığırlandı, sonra onu elə birinci mərtəbədəki dəhlizdə də yumruq və təpik zərbələri ilə döydüm. Azər əlləri ilə baş-gözünü tutaraq özünü müdafiə etməyə çalışırdı, bir anlıq onun əlimdən çıxaraq mətbəxə doğru qaçdı. Arxası ilə qaçaraq arxadan ona təpik zərbəsi vurdum və nəticədə o, yerə yıxılarkən mətbəxdəki stolun üzərindəki süfrəni də dartaraq stolun üzərində olan qab-qacaqları yerə salıb sındırdı. Bundan sonra pəncərənin kənarında olan 3 litrlik balon şüşəsini onun baş nahiyəsinə vurub sındırdım. Əlimdə qalmış balon şüşəsinin sınmış parçası ilə onun sinə və ayaq nahiyələrinə zərbələr endirdi. Bu zaman Azər mənə “dayan, deyəcəm mən bura niyə gəlmişəm” sözlərini dedi. Buna görə onu döyməyi dayandırıb “niyə gəlmisən” soruşdum. Azər də “sənin arvadın Fidanı bir neçə gün əvvəl “Sonalı göl” restoranında bir qızla birlikdə oğlanlarla görüşən görmüşəm” və mənə “inanmırsan, dayım oğlu Rasim və qohumum Yusifdən soruş” dedi. Bir anlıq tərəddüd keçirib həmin şəxslərə zəng etdim”.

Ona heç nə etmə, özüm də gəlirəm”

Təqsirləndirilən şəxs evində yaxaladığı qohumunun dediyi şəxslərə zəng edərək onun həyat yoldaşı ilə bağlı dediklərini yoxlamaq qərarına gəlib. Lakin həmin şəxslərin ikisi də Azərin dediklərini inkar edib, Daşqının yoldaşını hər hansı restoranda görmədiklərini deyiblər. Daşqının həmin şəxslərə Azəri evində tutduğunu deməsindən sonra onlar hadisənni baş verdiyi evə gəliblər. Bu zaman Daşqın qayınatasına zəng edərək onun baldızının oğlu Azəri evində tutduğunu deyib. Həmin şəxs də Daşqına “Ona heç nə etmə, özüm də Bakıda gəlirəm” deyib. Bu ərəfədə Daşqın kənddə yaşayan böyük qardaşı Nazimə də xəbər verərək hadisə barədə ona deyib və Nazim də həmin ünvana yollanıb. Daşqın Muradov ifadəsinin davamında deyib:
“Azəri yumruq və təpik zərbələri ilə bir qədər döydükdən sonra dayanıb Rasimlə Yusifin gəlmələrini gözlədim, O isə halsız vəziyyətdə mətbəxdə oturub sakitcə dayanmışdı. Azəri çölə buraxmırdım, evdə sərbəst hərəkət etməsinə də imkan vermirdim. O da qorxusundan küncə bükülüb hərəkətsiz oturmuşdu. Evin seyf qapısını da arxadan bağlamışdım ki, həmin şəxslər gəldikdə onun dediklərini aydınlaşdırsın və bu müddətdə qaçıb çıxıb gedə bilməsin. Təxminən 20 dəqiqə sonra mətbəxin pəncərəsindən baxdıqda Rasimlə Yusifin, az sonra isə qardaşım Nazimin darvazadan həyətə daxil olmalarını və məni səsləyərək qapını açmamı demələrini eşitdim. Çox əsəbi olduğumdan, ağlım başımda olmadığından və beynim dumanlı olduğundan dərhal onların heç birini içəri buraxmadım. Təxminən 20-25 dəqiqədən sonra evin seyf qapısını açıb Rasim, Yusif və qardaşımı evə buraxdım, sonra qapını arxadan bağladım. Qardaşım evə daxil olan kimi Azərin mənim arvadımı zorlamaq üçün evə girməsini dedim. O da nalayiq söyüşlər söyməklə bir neçə dəfə şillə, təpik və yumruqla vurmaqla döydü. Yusf və Rasimdən Azərin dediyi kimi arvadımı “Sonalı göl” restoranında görüb görmədiklərini soruşdum. Onların hər ikisi Azərin yalan danışdığını üzünə qarşı dedilər, hətta onun üzünə tüpürüb nalayiq sözlərlə “niyə yalan danışırsan, biz sənə elə söz demişik?” deyə soruşdular. Azər isə susaraq onlara cavab vermədi. Yusif və Rasim mənə daha bu qədər döyməyim bəsdir deyib Azəri buraxmamı məsləhət görsələr də, cavabımda onlara Azəri belə asanlıqla buraxmayacağımı dedim. Ağlımdan onun etdiyi alçaqlığa görə nəsə ciddi bir cəza vermək keçirdi. Həmin vaxt ətrafa baxdıqda pilləkənin altında “Sirab” su şüşəsini görüb fikrimi qətiləşdirdim”.

İstintaq materiallarında məlum olur ki, Daşqın və qardaşı götürdükləri su şüşəsi ilə Azəri zorlayıblar. Bu zaman onlar həmin şəxsə dabankeş və bıçaqla çoxsaylı zərbələr endiriblər, həmçinin 1 dəqiqə 34 saniyəlik video çəkiblər. Videoda həmin şəxslərin Azər Baləmədovu ağır ifadələrlə söyüb təhqir etməsi, başına, cinsiyyət orqanına ayaqqabı geyinmək üçün istifadə edilən metal uzunsov əşya ilə zərbələr endirməsi, çiynindən aşağı basmaları və bu zaman butulka ilə zorlaması əks olunub.

Allahın cəzasına gələrək” öldü

Bu proses qurtardıqdan Muradov qardaşlarının ürəyi bir qədər soyuyub və onlar həyətə çıxıblar. Bundan sonra Daşqının qayınatatası, qardaşı və Azərin anası onların həyətinə gəliblər. Onlar Azəri götürərək anasının evinə aparıblar.

Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşının anasının xalası oğlu olan Azər onun evinə gəlrkən guya onun restoranda qızlarla əylənməsini əks etdirən fotolarını arvadına göstərəcəyini uyduraraq evə daxil olub. Lakin heç bir fotoşəkil təqdim etməyərək yoldaşını mənzildə zorlamağa cəhd göstərib: “Mənim fikrim yalnız Azəri cəzalandırmaq olub. Hadisə bitdikdən sonra onun anası və yeznəsi gəlib Azəri aparanda belə razılığa gəldik ki, mən onun evimə girməsi barədə şikayət etməyəcəyim təqdirdə, onlar da mənim Azəri döyməyim barədə şikayət etməyəcəklər. Ona görə də bu razılıqdan sonra heç birimiz şikayət etmədik. Lakin hadisədən bir neçə il sonra video yayıldığı üçün onlar şikayət ediblər”.

Məhkəmədə ifadə verən zərərçəkmi şəxs Azər Balamədov xalası nəvəsi olan Fidanla 2017-ci ilin oktyabr-noyabr aylarında danışdığını, dekabr ayının 2-də Xaçmaza gedərkən Fidanın dəvəti ilə onlara getdiyini deyib. O bildirib ki, Fidan ərinin Sumqayıtda bazarda olduğunu, ordan da toya gedəcəyini deyib və buna görə də Daşqının evə gec gələcəyini, həmçinin qohum kimi onun evində olmasının bir problem yaratmayacağını düşünüb. Onu su şüşəsi ilə zorlayan, döyərək çoxsaylı xəsarətlər yetirən və videosunu çəkərək yayan şəxslərdən Nazim Muradovun “Allahın cəzasına gələrək” öldüyünü deyən zərərçəkmiş Daşqının da ağır cəza ilə cəzalandırılmasını xahiş edib.

Evinə dəvət etdiyi qohumundan əxlaqsız təklif

Məhkəmədə ifadə verən Daşqının həyat yoldaşı Fidan Muradova isə 2017-ci ildə Azərin onunla əlaqə saxlayaraq əlində əri barəsində görüntülərin olmasını dediyini bildirib: “Mən qısqanc olduğum üçün, Daşqının kiminlə harada oturub əyləndiyini bilmək istəyirdim. O isə rayona gələndə fotoları mənə göstərəcəyini deyirdi. Hadisə baş verən gün Azəri evə çağırdım ki, fotoları mənə göstərsin. O isə evə gələndən sonra mənə heç nə göstərmədi, əksinə məndən xoşunun gəldiyini, mənim evlənərkən tələsdiyimi bildirdi. Bundan sonra mənə fiziki zorakılıq göstərərk cinsi əlaqədə olmağa çalışdı. Mənim üstümə gəlib soyundurmağa çalışırdı, elə bu zaman evin giriş qapısının döyüldüyünü eşitdim”.
F.Muradova bildirib ki, ərinin qapını döyməsini görərək özünü itirib və apını açmayıb. Daha sonra telefonuna zəng gələndə qapını döyənin əri olduğunu bilib və qapını açmalı olub.

Xaşmaz rayon məhkəməsi təqsirləndirilən şəxslərdən Nazim Muradov artıq vəfat etdiyindən onun barəsində qərar çıxarmayıb. Daşqın Muradov isə məhkəmə zalında həbs edilib və o, 3 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.


Hulusi Akardan Ermənistana ÇAĞIRIŞ"Azərbaycanla Türkiyənin Silahlı Qüvvələri arasında hərbi sahədə əməkdaşlıq davam edir".

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxuanan nazir bildirib ki, məqsəd atəşkəsin davamlılığı və regionun sabitliyidir.

"Belə ki, bu sabitlik təkcə Azərbaycan və Türkiyə üçün lazım deyil. Əgər Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh əlini tuta bilsər, görərik ki, həm təhlükəsizlik, həm də rifah baxımından qazanc əldə edəcək. Bu baxımdan bizim baxışımız çox genişdir. Hamımız bilirik ki, zərurət yaranarsa, hətta altılıq formatında toplantı keçirməklə bütün Qafqazın təhlükəsizliyi və rifahı üçün çox mühüm addımlar atıla bilər".

H. Akar deyib ki, Türkiyə və Azərbaycan hərbçiləri işğaldan azad edilən əraziləri mina və partlamamış silahlardan təmizləyir:

"İndiyə qədər böyük işlər görülüb və hazırda da davam edir. Minalardan təmizlənmiş ərazilərdə digər iş sahələri, əkinçilik və heyvandarlıq sahələri fəaliyyətə başlayıb və bölgənin rifah zonasına çevrilməsi üçün səylər göstərilir. Bu, bizim hamımız, o cümlədən Ermənistan üçün də bir fürsətdir".
Ombudsman bəyanat yaydıAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva 6 noyabr Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı bəyanat yayıb.

Avrasiya.net xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulmaqla beynəlxalq ekoloji cinayətlər (ekosid) törədilmişdir.

Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal zamanı mülki əhali ilə yanaşı, flora və faunanın, ətraf mühitin bioloji müxtəlifliyinin nümunələrini də hədəf seçmişdir. 30 ilə yaxın işğal müddətində ölkəmizin ekoloji sistemi məqsədli olaraq məhv edilmişdir.

Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiyavə digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.

BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan
Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur.

Göstərilən faktlar Ermənistanın Azərbaycana qarşı işğal vəekoloji terror siyasəti nəticəsində ölkəmizin su ehtiyatlarına, flora və faunasına ciddi zərər vurulduğunu sübut edir. Azərbaycanın işğal altında olan ərazilərində uzun illər ərzində meşələr qırılmış, yanğınlar törədilərək, meşə fondu məhv edilmiş, Azərbaycanın və regionun ekosisteminə hələ uzun müddət bərpa edilməsi mümkün olmayacaq ziyan vurulmuşdur. İşğal illərində xüsusilə otlaq, biçənək və meşələrin yandırılması, qanunsuz ov etmə halları ərazidə yaşayan canlıların məhv olmasına və ya ərazidən miqrasiya etməsinə səbəb olmuşdur.

İşğal dövründə Azərbaycan Respublikasının təbii sərvətləritalanmış, heç bir ekoloji normagözlənilmədən qanunsuz şəkildə istehsal sahələri yaradılmaqla istismar edilmişdir.

2020-ci ilin 10 noyabrında qəbul edilmiş və müharibəyə son qoymuş Üçtərəfli Bəyanata əsasən azad edilən rayon və şəhərlərimizi tərk edərkən ermənilər tərəfindən törədilmiş yanğınlar və dağıntılar, ekologiyanın məhvinə yönəldilmiş siyasət region üçün mühüm təhlükə mənbəyi olmaqla ciddi narahatlıq doğurmuşdur.

Eyni zamanda, uzun illər əzində işğal altında olan ərazilərdən axan çaylar Ermənistan tərəfindən müxtəlif mənşəli tullantılarvə çirkab suları ilə çirkləndirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyisu resurslarından siyasi təsir və ya təzyiq aləti kimi istifadə etmişdir.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin, habelə kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin biolojiçirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.

Bu baxımdan 6 noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq qurumlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılmasına dəstək verməyə, həmin ekoloji cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görməyə çağırıram".
“Şuşa, sən azadsan!” filminin təqdimatı olduHeydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Zəfər Günü ərəfəsində bir çox tədbirlərin təşkil edildiyini söyləyib.

Nazirin sözlərinə görə, bugünkü tədbirin özəlliyi əsgər və zabitlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqların yaddaşlara həkk edilməsidir:

“İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var, belə güclü Ali Baş Komandanı var. Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir".

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov deyib ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən bir qrup yaradılıb: "Biz ön cəbhəyə ezam olunduq və maksimum dərəcədə döyüş zonasına yaxın olmağa, əsgər və zabitlərin igidliyi, mərdliyi ilə bağlı arxiv kadrlar çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Orman Əliyev çəkdiyimiz kadrlara baxın dedilər ki, mütləq bir film hazırlamaq lazımdır".

Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkəni məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Vətən müharibəsinə həsr olunmuş digər film olan “Biz” sənədli filmi də müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloger, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.