Saakaşvilinin tərəfdarları aksiyaya başladıGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayıblar.

Avrasiya.net xəbər verir ki, aksiya siyasətçinin həbsdə olduğu Rustavi həbsxanasının qarşısında keçirilir.

Müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları Saakaşvilinin mülki klinikaya yerləşdirilməsini tələb edirlər. Hakimiyyət isə bəyan edib ki, ehtiyac olduğu halda, Saakaşvilini yalnız həbsxana xəstəxanasına köçürməyə hazırdır.
"Ermənistan məğlubiyyətin nəticələri ilə barışmağı bacarmır"Paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilməsi qürurlandırıcı haldır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu da paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etmək baxımından kifayət qədər səriştəli olduğunu təsdiqləyir. Bu forum artıq dünyanın siyasi çevrələrini, aparıcı elitalarını, hakim partiyaları, siyasi liderləri, ictimai-fəlsəfi fikir adamlarını düşündürən bir çox aktual məsələlərin eninə-boyuna müzakirə olunduğu çox önəmli bir platformaya çevrilib desək, heç də yanılmarıq.

VIII Qlobal Bakı Forumunu dünya üçün əhəmiyyətli edən daha bir məqam bu forumun işinin dünyanın yeni sınaqlar ərəfəsində olduğu, yeni çağırışlarla üz-üzə qaldığı, böyük dövlətlərin "ikili standart"lardan çıxış etdiyi, dünyanın yeni qütbləşmə prosesinə sürükləndiyi, beynəlxalq münasibətlərdə dəngəsizliyin və xaosun hökm sürdüyü, yeni dünya düzəninin ilkin işartılarının müşahidə edildiyi bir dönəmə təsadüf etməsidir. Foruma qatılan ekspertlər, fikir adamları, sabiq dövlət və hökumət başçıları forumdakı çıxışlarında və forum çərçivəsindəki panel müzakirələrində məhz bu kimi aktual məsələlərə aydınlıq gətirməyə çalışdılar. İştirakçı ölkələrin və beynəlxalq təşkilatların geniş coğrafiyanı əhatə etməsi də dünyanı narahat edən bütün məsələləri ələ almağa, təhlil etməyə imkan verirdi.

Beləliklə, Azərbaycan beynəlxalq təhlükəsizliyi təhdid edən, sülhə və sabitliyə maneələr yaradan, bütün insanlığı imtahana çəkən qlobal problemlərin müzakirə edildiyi və birgə çıxış yollarının axtarıldığı düşüncə mərkəzi kimi, "beyin hücumu" məkanı son iki gündə diqqət mərkəzində oldu. Azərbaycanın buna tam haqqı çatır. Çünki ölkəmiz həm regional müstəvidə, həm də qlobal miqyasda cərəyan edən proseslərin episentrində olan və önəmli rol alan ölkələrdən biridir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik edən ölkə kimi istər Cənubi Qafqazda, istərsə də dünyada sülhün, əmin-amanlığın, rifahın, həmrəyliyin və əməkdaşlığın təmin edilməsi işinə verdiyi töhfələr də göz qabağındadır.

Forumda kifayət qədər maraqlı çıxışlar oldu, bölgəsəl və qlobal problemlərə yeni yanaşmalar ortaya qoyuldu. Bütövlükdə forumdakı müzakirələrə yön verən və bir çox natiqlərin istinad mənbəyinə çevrilən ən parlaq çıxışlardan biri isə məhz Prezident İlham Əliyevin çıxışı oldu. Onun çıxışında həm dünyanı narahat edən məsələlər (xüsusən də pandemiya), həm ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, həm də Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni faşizmini darmadağın etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq hərbi yolla öz ərazi bütövlüyünün bərpasına nail olması forum iştirakçılarının diqqətinə çatdırıldı. Dövlət başçımızın Azərbaycanın təqribən 30 il ərzində qulaq ardına vurulan məlum BMT qətanamələrini təkbaşına icra etməsini həm forum iştirakçılarının, həm də dünya birliyinin nəzərinə çatdırması beynəlxalq münasibətlərdəki mövcud ədalətsizliyin ifşa edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Prezidentin çıxışında hazırda Ermənistandan fərqli olaraq Azərbaycanın konstruktiv mövqedən çıxış etməsinin vurğulanması da əsas məqamlardan biri idi. Bəli, Azərbaycan 30 ilə yaxın işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə erməni vandalizminin və barbarlığının ağır izlərinə baxmayaraq maksimum təmkin və konstruktivlik nümayiş etdirir. Bu isə regionda təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün Azərbaycan tərəfindən edilən ən böyük güzəşt və ən sağlam mövqedir. Lakin əfsuslar olsun ki, Ermənistan haqda isə eyni sözləri demək mümkün deyil. Bu ölkə Azərbaycanın sülh çağırışlarına, əməkdaşlıq təkliflərinə hələ də susqunluq nümayiş etdirir. Çünki nə Ermənistanın hərbi-siyasi rəhbərliyi, nədəki erməni cəmiyyəti yeni reallıqları qəbul etməyi və müharibədəki məğlubiyyətin nəticələri ilə barışmağı bacarmır.

Ermənistan dövləti və erməni toplumu bütövlükdə adekvat olmadığı üçün reallığı olduğu kimi dərk etməkdə və hazırkı situasiyanın tələblərinə uyğun düzgün qərarlar verməkdə də çətinlik çəkir. Prezident İlham Əliyevin məhz bu gerçəklikləri forumda iştirak edən 40-dan çox ölkənin ali və yüksək səviyyəli nümayəndələrinin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin diqqətinə çatdırması sülhsevər mövqeyimizin təbliği baxımından mühüm addımdır. Ümumiyyətlə, bu cür forumlar, toplantılar kimin kim olduğunu dünyaya tanıtmaq və erməni yalanlarını ifşa etmək nöqteyi-nəzərindən faydalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan və İran XİN başçıları danışdıİran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.

Azərbaycanın xarici işlər naziri əvvəlcə iranlı həmkarının vəziyyəti ilə maraqlanıb və onun tezliklə sağalmasını arzu etdiyini bildirib .

Əmir Abdullahian İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və yaxın əlaqələri xatırladaraq qeyd edib ki, son aylarda bəzi anlaşılmazlıqların qarşıya çıxdığı şəraitdə , iki ölkə arasında yaxşı münasibətləri sevməyən tərəflər fəallaşmış , amma iki ölkə rəsmilərinin müdrikliyi sayəsində artıq bunu arxada qoyduq . İndi biz iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliləyə bilərik – deyə iranlı nazir vurğulayıb.

Azərbaycan Respublikasının xarici İşlər naziri də iki ölkə arasında anlaşılmazlıqdan başqalarının istifadə etməsinə imkan verilməməsinin lazım olduğunu bildirərək, hər hansı anlaşılmazlığın dostluq və qardaşlıq mühitində həll edilməli olduğunu, Azərbaycan Respublikasının hərtərəfli əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

Nazirlərin telefon danışığında İkitərəfli ticarət əlaqələri və iki ölkənin Birgə İqtisadi Komissiyasında nümayəndənin təyin edilməsi kimi məsələlər də müzakirə olundu.

Xarici işlər naziri həmçinin qeyd edib ki, İran İslam Respublikası regional formatları, o cümlədən 3+3 formatını qətiyyətlə dəstəkləyir və regional problemlərin regiondaxili mexanizmlər vasitəsilə həll oluna biləcəyinə inanır.
Abutalıbovun səhhətində problem: Almaniyaya aparıldıBakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı danışan H.Abutalıbov Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib:

"Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”
Ermənistan buna görə cavab verməlidir - XİNErmənistan həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Tvitter səhifəsində Beynəlxalq müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə paylaşımında deyilir.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir və Ermənistanın qanunsuz işğalı zamanı vurduğu böyük ziyandan narahatdır. Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir”, - paylaşımda vurğulanıb.
Noyabrın 8-də Bakının mərkəzi küçələri BAĞLANACAQ8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Avrasiya.net-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub:

“Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Avtomobil sürücülərindən xahiş edirik ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.


Saakaşvili hakimiyyəti belə ələ keçirmək istəyir - DTXMixail Saakaşvili türmədən müxalifət liderlərinə hakimiyyəti güc yolu ilə dəyişməklə bağlı tapşırıqlar verir.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

DTX iddia edib ki, müəyyən siyasi qrup Gürcüstan parlamenti, Hökumət aparatı, Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və s. dövlət binalarını mühasirəyə almaq, həmçinin dəmir yolunu və cəzaçəkmə müəssisələrini bloklamaq istəyir.

Xəbərdə bildirilir ki, mitinq iştirakçıları hüquq-mühafizə orqanı əməkdaşlarını özlərinə cəlb etmək və müxalifət liderlərindən birini məhv etmək imkanlarını da nəzərdən keçirir.

DTX xəbərdarlıq edib ki, qanunvericilik daxilində bütün tədbirlər görüləcək və günahkarlar məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, gürcü müxalifəti bugündən Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin önündə daimi aksiya keçirmək qərarı verib. Aksiyanın hədəfi Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsidir.
Milli QHT Forumunun təşəbbüsü ilə “Zəfər günü” ilə əlaqədar onlayn konfrans keçirilibMilli QHT Forumunun təşəbbüsü ilə 04 noyabr 2021-ci ildə “Zəfər günü” ilə əlaqədar olaraq onlyan konfrans keçirildi. Onlayn konfransda bir sıra dövlət qurumları, icra nümayəndələri, universitet nümayəndələri, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib.

MQF-nin prezidenti Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq ilk öncə şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizə sağlamlıq dilədikdən sonra ötən ilin sentyabrın 27-dən başlayan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük “Dəmriq yumruq” əməliyyatından sonra torpaqlarımızın işğaldan azad olması, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, müqəddəs vətən uğrunda canlarından keçməsi, 30 ildən sonra BMT-nin qətnamələrini icra etməsi barədə məruzə edərək Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsi haqqında iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsi barədə məruzə ilə çıxış edib. Daha sonra, 44 günlük Vətən müharibəsində şəhid və qazilərimizin qəhrəmanlığına həsr olunan memorial.az saytı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra, 44 günlük Vətən müharibəsində iştirak edən Nəsimi Qarabağlı salamlama çıxışını edərək, müharibədə baş vermiş duyğulu və məğrur anları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin gedişatında bir sıra dövlət qurumları, icra nümayəndələri və QHT nümayəndələri, Nazirlər Kabinetinin əməkdaşı V.Əsgərov, Təhsil Nazirliyinin əməkdaşı Fərizə Əhmədova, Məhkəmə-Hüquq Şurasının nümayəndəsi Rübabə Muradova, Bakı Dövlət Universitetinin Mirnamiq müəllim, TİBB universitenin nümayəndəsi Aida Bəndəliyeva Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Nigar Kərimova, icra nümayəndələrindən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, Şirvan İcra Hakimiyyətinin nümayəndəsi Elşad Hüseynov, KİV nümayəndələrindən Elnarə Məhərrəmova, QHT nümayəndələrindən Qorxmaz İbrahimli, İlham İsmayılov, İlqar Məmmədov, Aysel Əlizadə, Qubad Qasımov, Ramil Əliyev, Xədicə Mikayılova, Qəmzə Yusubova çıxış edərək zəfər günü münasibətilə ürək sözlərini bölüşdülər və Zəfər günü münasibətilə bütün iştirakçıları təbrik etdilər.

Sonda, Rauf Zeyni Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni hədəflərin müəyyən olunduğunu və bütün Azərbaycan xalqı olaraq yeni hədəflərə doğru- Zəngəzura, Göyçəyə, İrəvana doğru çağırışına dəstək verərək vətəndaş cəmiyyətinin də bu istiqamətdə düşünməyə çağırdı və bütün Azərbaycan xalqını möhtəşəm Zəfər günü münasibətilə təbrik etdi.


ADAU-da Zəfər Günü qeyd edilib - FotolarAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zəfər bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ADAU-nun rektoru İbrahim Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, , Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztütk, universitetin pedaqoji kollektivi, tələbələr və qonaqlar iştirak ediblər.

Tədbirdə ilk çıxış edən İ.Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistanın üzərində möhtəşəm qələbəsi xalqımızın 28 illik həsrətinə son qoydu, tarixə yazıldı.

Daha sonra Gəncə şəhər İcra hakimiyyətinin başçısı və Türkiyənin Gəncədəki baş konsulu, universitetin İkinci Qarabağ savaşının qaziləri çıxışlar ediblər. Onlar da bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Tədbir universitet tələbələrinin vətənpərvərlik ruhlu şeir və mahnıları ilə davam edib.








ALDP sədrinə Zəfər bayramı ilə bağlı təbrik məktubları gəlməkdə davam edirAzerbaycan Liberal Demokrat Partisi Genel Başkanı Sayın Fuad Aliyev'e

Sn. Başkanım, Ermenistanın hukuk tanımaz tutumu ve fütursuzca saldırganlığı neticesi iki ülke arasında meydana gelen olaylarda, Azerbaycan'ın haklı davasında yanınızda olduğumuzu bildirir, Ermenistanın karabağ işgaline son verip 1992 yılı sınırlarına dönüp, Azerbaycan ve Ermenistan halkları arasındaki dostluğun ve bölgedeki huzurun tesisine katkı sağlayacağına olan inancımız devam etmektedir. Olayların tasvip etmeyeceğimiz bir duruma gelmemesini diler, şahsınızda tüm kardeşlerimize sevgi, selâm ve saygılarımı sunarım.

Sn. Başkanım, Azerbaycan Türkiye kardesligimizin sonsuz mutluluğunu hissettiren şahsınızın dostluğu ve partilerimizin diyalogu gelecek icin birlik ve beraberliğimiz bir sembolüdür sonsuza dek sürmesi dileğiyle sevgi ve saygılarımla tüm kardeşlerimize selamlar.

Zafer Bayramınız kutlu olsun!

Hoşçakalın. Allah yar ve yardımcımız olsun.

Liberal Demokrat Parti (LDP) Genel Başkanı
Gültekin Tırpancı

______________________________________________________

Azərbaycan Liberal Demokrat Partiyasının sədri cənab Fuad Əliyev. Qələbə günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi, partiya üzvlərini və bütün Azərbaycan xalqını 8 noyabr münasibəti ilə təbrik edirəm!

Pakistan həmişə dost Azərbaycanı dəstəkləyib və Ermənistanın işğalçı qüvvələrinin tezliklə çıxarılmasını tələb edib. Azərbaycan ordusu Azərbaycanın ata-baba torpaqlarını işğaldan azad edərək bölgəyə sülh gətirdi.

Əminəm ki, Pakistan ilə Azərbaycan arasında dostluq sarsılmaz olacaqdır.

Hörmətlə,
Biləvəl Zərdabi,
Pakistan Xalq Partiyasının sədri.

Chairman of the Liberal Democratic Party of Azerbaijan, Mr. Fuad Aliyev. Please accept my sincere congratulations on the Victory Day anniversary.

I congratulate you, the members of the party and the entire Azerbaijani people on November 8!

Pakistan has always supported friendly Azerbaijan and demanded the early withdrawal of the occupying forces of Armenia. The Azerbaijani army liberated the ancestral territories of Azerbaijan and brought peace to the region.

I am confident that the friendship between Pakistan and Azerbaijan will be indestructible.

Best regards,
Bilawal Zardabi,
Chairman of the Pakistan People's Party.

_____________________________________________________

Hörmətli cənab Əliyev!

Qələbə günü münasibətilə təbriklərimi qəbul edin! İşğaldan azad edilmiş torpaqlarımızın tezliklə bərpasını və Azərbaycanın çiçəklənməsini arzulayıram!

Hörmətlə, Markus Fowland, Avstriyanın Gələcəyi Alyansının baş katibi.

Dear Mr. Aliyev!

Please accept my congratulations on Victory Day! I wish the soonest restoration of the liberated territories and prosperity of Azerbaijan!

Best regards, Markus Fowland, General Secretary of the Alliance for the Future of Austria.

______________________________________________________

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

Hörmətli Fuad Ağasi oğlu!

Sizi və sizing simanızda, bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik etmək istəyirəm!

Bu Qələbə ilə nəinki Azərbaycanın ərazisi bərpa olundu, həmçinin tarixi ədalət də bərpa olundu.

Şəhid olan Qəhrəmanların qarşısında baş əyirik!

Qarabağ Azərbaycandır!

Hörmətlə,
Belarus Liberal Demokrat Partiyasının sədri
Oleq Qaydukeviç

Председателю Либерально-демократической партии Азербайджана Фуаду Алиеву

Уважаемый Фуад Агасиевич!

Хотел бы поздравить Вас и Вашем лице весь азербайджанский народ с днём Победы!

Восстановилась не только территория Азербайджана, восстановилась также историческая справедливость.

Мы преклоняем головы перед павшими Героями!

Карабах — это Азербайджан!

С уважением,

Председатель Либерально-демократической партии Беларусь

Олег Гайдукевич
______________________________________________________

Hörmətli Fuad Əliyev!

Sizi və partiya üzvlərini Qələbə Günü münasibətilə təbrik edirəm!

Hörmətlə,

Egbert Lachaеrt, Açıq Flamand Liberal və Demokratlar.


Dear Fuad Aliyev!

I congratulate you and the party members on Victory Day!

Respectfully yours,

Egbert Lachaourt, Open Flemish Liberals and Democrats.