Ukrayna ordusu “Bayraktar”ın sayını artırmaq qərarına gəlibRəsmi Kiyev “Bayraktar” pilotsuz uçuş aparatlarının sayını artırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala “1+1” telekanalının efirində bildirib.

"Bayraktar” mövzusuna qayıdaq. Dövlət bizim üçün “Bayraktar”ı alır. Bunlar bizim xidmətdə var və bununla dayanmırıq, sayını daha da artıracağıq", - o deyib.

"Və indi müzakirə olunan vəziyyət: biz onlardan düzgün və ya səhv istifadə edirik - bu, baş komandanın qərarı idi. Ekranda gördük ki, əsgərlərimiz atəş açır. Onlar (düşmən ordusu - red.) Minsk razılaşmalarını pozublar”, - Şaptala telekanalın efirində deyib.
ABŞ-da koronavirus qurbanlarını sayı 750 min nəfəri ötübPandemiyanın başlanğıcından bu günə qədər ABŞ-da 750 mindən çox insan koronavirusdan ölüb.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hopkins Universiteti məlumat yayıb.

Ölənlərin sayı rəsmi olaraq 750 431 nəfərdir. Eyni məlumata görə, COVID-19 ilə bağlı ən pis vəziyyət Kaliforniya və Arizona ştatlarına daxil olan əyalətlərdədir.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ölümə səbəb ola biləcək ağız xərçəngiSelikli qişada, dildə qırmızı və ya ağ ləkələr ağız xərçənginin inkişafının başlanğıcından xəbər verə bilər.

Publika.az xəbər verir ki, bu barədə Express nəşri Britaniya həkimlərinin məlumatlarına istinadla yazır .

Bildirilir ki, onkologiyaya həmçinin üç həftə ərzində sağalmayan yaralar, boyunda anormal bir şiş, davamlı boğaz, qulaq ağrısı, udma çətinliyi və ya səsin xırıltısı kimi nitq dəyişiklikləri olan xəstələr də daxil ola bilərlər.

"Bu əlamətlərin bir çox başqa xəstəliklərlə də baş verə biləcəyini xatırlamaq lazımdır. Əgər bunlardan hər hansı birini müşahidə etsəniz, panikaya düşməyin, dərhal mütəxəssisə müraciət edin", - məqalədə deyilir.

Ağız xərçəngi dodaqlara (ən çox aşağı dodaq), ağız boşluğunun daxili səthlərinə, həmçinin boğazın arxasına, badamcıqlara və tüpürcək vəzilərinə təsir edən bədxassəli yenitörəmədir.

Xəstəliyə daha çox kişilərdə, adətən 40 yaşdan yuxarı insanlarda rast gəlinir.

Əvvəllər məlum idi ki, boyun, qoltuqaltı və ya qasıqda şişkinlik Hodgkin lenfomasının əlaməti ola bilər.

Mütəxəssislərin fikrincə, insanlar nadir hallarda bu xərçəng növünün əlamətlərinə diqqət yetirirlər. Eyni zamanda, erkən mərhələdə ilk əlamətləri qaçıran xəstələr onun daha aqressiv bir tipə çevrilməsinə imkan verirlər.
Qarabağdan tarixi NƏTİCƏUEFA Konfrans Liqasında qrup mərhələsində IV tur başa çatıb.

Avrasiya.net xəbər verir ki, günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ"ın H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib.

Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb. Təmsilçimiz “Bazel”lə mübarizədə 1-ci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.

Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Tural Gəncəliyev erməni deputatların yalanlarını İFŞA ETDİATƏT Parlament Assambleyasının onlayn payız sessiyasında “Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət” mövzusu müzakirə olunan vaxt Ermənistandan olan deputatlar ölkəmizin ünvanına yenə də qarayaxma kampaniyası aparmağa cəhd göstərib və xoşagəlməz ifadələr səsləndiriblər.

Avrasiya.net xəbər verir ki, qurumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev erməni deputatların yalanlarını ifşa edib və onları tənqid edib. Millət vəkili eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olduğunu, söz oyunu meydanı olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Tural Gəncəliyev erməni deputatları qınayaraq onlara uşaq xəyalları ilə yaşamağı deyil, mövcud reallığı qəbul etməyi tövsiyə edib.