Şuşanın son məzunları 30 il sonra öz məktəblərində görüşdülərAzərbaycan Televiziyası Vətən müharibəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film hazırlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Küçəmiz, evimiz, məktəbimiz...” adlı film 1991-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhər 2 saylı orta məktəbi bitirən son məzunlar barədədir.

Sinfin bütün şagirdləri illər əvvəl son zəngdə gələn il Şuşada görüşməyi arzu etsələr də, bu istəkləri düz 30 il həyata keçmir.

30 il sonra yenidən Şuşaya qayıdan məzunlar həm arzularına çatırlar, həm də məktəblərini, evlərini, küçələrini ziyarət edirlər.

Layihə rəhbəri Elçin Musaoğlu, baş prodüser Fatimə Əzimova, ssenari müəllifi və rejissorlar Pərviz Həsənov və Orxan Əzimdir.

Film tezliklə AzTV-də yayımlanacaq.

MEDİA-da müharibədə iştirak edən jurnalistlərlə GÖRÜŞBu gün Medianın İnkişafı Agentliyində (MEDİA) Vətən müharibəsidə iştirak edən jurnalistlərlə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə Agentlyin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.

O bildirib ki, hazırda müxtəlif ixtisaslar üzrə kadr hazırlanmalıdır:

"İstər bank sahəsində, istərsə də sosial sahəni işıqlandırmaq üçün bizim jurnalistlərimizdə, mediamızda müəyyən peşə vərdişləri, bilikləri olmalıdır. Çünki orada dərin məqamlar var. Məsələn, islahatları işıqlandırmaq istəyirsə, onun mahiyyətini bilməlidir ki, doğru-düzgün işıqlandırsın. Bu sahədə biz xarici mütəxəssislərin cəlb edilməsinin tərəfdarıyıq. Baxmayaraq ki, yerli ekspertlər də var. Bu məsələləri layihə halına salıb, birlikdə həll edə bilərik. Layihələrin həyata keçirilməsinin 2 tərəfi var - normativ-hüquqi və iqtisadi tərəfləri var. İqtisadi tərəfi gələn ilin büdcəsi ilə bağlı olacaq".

"Bundan başqa, media sahəsində çalışan QHT-lərin funksiyaları və tədbirləri daha aktiv olmalıdır, Agentliklə əməkdaşlıq etməlidirlər. Analizlər göstərir ki, bu sahədə pərakəndəlik var. Kim istəyir gedib tədbir keçirir. Düşünmür ki, bu gün buna ehtiyac var, ya yoxdur. Biz bunu balanslaşdırılmış və bir-birimizlə uyğunlaşdırıımış şəkildə həyata keçirməliyik. Jurnalistlərlə bağlı keçirilən layihələrə QHT-də dəstək verə bilər", - o vurğulayıb.


İrana qaçmaq istəyən terrorçu saxlanıldıTürkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən 2 nəfər, Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd edən 1 nəfər sərhəd bölmələrimiz tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

Saxlanılan şəxslərdən 2-nin FETÖ, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Məşhur YAP-çı xanım həbs edildiBinəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, o, məhkəmənin qərarı ilə, həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.
Beynəlxalq Forumda Azərbaycan bir daha  dəqiq və aydın mövqeyini ortaya qoyduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Qlobal Bakı Forumunda mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi aparılıb. Əslində COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox əhəmiyyətli hadisədir. Xeyli sayda qonaqların iştirakı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda beynəlxalq forumun keçirilməsi zamanın çağrışlarına Azərbayanın çox dinamik, adekvat mövqeyinin göstəricisidir.

COVID-19-göstərdi ki, dünyada heç bir ölkə təkbaşına təhlükəsizlik problemini həll etmək gücündə deyil. Yalnız geniş əməkdaşlıq şəraitində gözlənilən təhlükələrin aradan qaldırılması fikri realllığa çox yaxındır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı bir çox zəruri məqamlara toxunub. Dövlətimizin başçısı regionun gələcək inkişafı baxımından sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd edərək bildirib ki, biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik.

Prezidenti İlham Əliyev Azərbaycanın çox aydın mövqeyini bir daha bəyan edərək bildirib ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər.

Postmüharibə dövründə belə beynəlxalq tədbirin keçirilməsi, xeyli sayda xarici qonaqların, media əməkdaşlarının bu toplantıya qatılması effektli məsələdir. Digər tərəfdən Prezidenti İlham Əliyevin regionda sabitliyə nail olmaq üçün Azərbaycanın sülh çağrışlarının səsləndirməsi mövcud reallığın dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Bütün bunlar Azərbaycanın maraqları çərçivəsində informasiya savaşına impuls verən faktordur.

Həmçinin forum çərçivəsində mövcud iqtisadi problemləri aradan qaldırmaq üçün innovativ modellərin müzakirəyə çıxarılması beynəlxalq maliyyə institutlarını, dünya dövlətlərini düşündürən məqamdır.

Əkrəm Bəydəmirli
Ermənistana təhvil verilən meyitlərin sayı açıqlandıİndiyədək 1700-dək erməni hərbçisinin meyitinin tapılması və qarşı tərəfə verilməsi təmin edilib. Biz bunu humanitar aksiya olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirmişik.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.
Vidadi Muradovun dəfn olunacağı yer açıqlandıAzərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Axar.az-a mərhumun yaxınları məlumat verib.

Vidadi Muradovun dəfn mərasimi hələ başlamayıb.

Qeyd edək ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, bir neçə gün öncə ağır xəstəliyi səbəbindən həbsdən azad edilərək, ev dustaqlığına buraxılmışdı.
Türkiyə gələcəyin silahını yaradırTürkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahını yaradır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir ASELSAN şirkətinin təşkil etdiyi “Gələcəyi bu gün layihələndir” mövzusunda seminarda çıxışı zamanı deyib.

İ.Dəmir bildirib ki, Türkiyənin müdafiə sənayesi qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah tələbatları vaxtında ödəməyə çalışır.

Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, ASELSAN və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.

İ.Dəmir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında balansın vacibliyini dəfələrlə vurğulayıb.

O əlavə edib ki, təsisçi şirkətlər və ya dövlət iştiraklı şrikətlər strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektor və kiçik və orta müəssisələr üçün yol açmalıdırlar.
"Fevrala qədər Avropada daha yarım milyon insan koronavirusdan ölə bilər"Peyvənd edilmədən və epidemioloji təhlükəsizlik tədbirlərinə əməl olunmasa, 2022-ci ilin fevralına qədər Avropada qitənin yarım milyon sakini COVID-19-dan ölə bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa departamentinin rəhbəri Hans Klüge deyib.

"Hazırda ölüm hallarının 75 faizi 65 və daha yuxarı yaşda olan insanlarda baş verir. Proqnozlara görə, belə davam edərsə, 2022-ci il fevralın 1-nə qədər COVID-19-dan əlavə yarım milyon ölümün şahidi olacağıq", - Klüge bildirib.

ÜST rəsmisinin sözlərinə görə, regionun 43 ölkəsi xəstəxana çarpayılarının çatışmazlığı ilə üzləşəcək.

Klüge həmçinin vurğulayıb ki, təşkilat regiondakı vəziyyətdən narahatdır. Belə ki, son həftələrdə Avropanın 57 ölkəsində bütün yaş qruplarında yoluxmaların sayı 55 faiz artıb. O, yeni halların koronavirusun "delta" ştammı ilə əlaqəli olduğunu qeyd edib. Bu səbəbdən ÜST 23 ölkənin koronavirusun yayılması ilə mübarizə tədbirlərini gücləndirmək qərarını dəstəkləyib və 7 dövlətin məhdudiyyətləri aradan qaldıran qərarı narahatlığa səbəb olub.
Bu gün Milli Məclis Amnistiya Aktını müzakirə edəcəkBu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılacaq.

Qərar layihəsi Prezident İlham Əliyevin imzası ilə qanunverici orqana daxil olub.

Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Amnistiya aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.