Tütkməneli və Güney Azərbaycandan Fuad Əliyevə Zəfər təbrikləri göndərilibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin ünvanına Zəfər günü münasibətilə bağlı təbrik məktubları göndəriblər.

Təbrik məktublarını təqdim edirik:

Sayın Fuad Aliyev

Azerbaycan Liberal Demokrat Partisi
Genel Başkanı


Aziz Azerbaycan halkının 8 Kasım Zafer günü münasibetiyle Türkmeneli Türkleri adına canı gönüldən kutluyorum.

Kahraman Azerbaycan ordusunun gurur ile takdir eder iken sizleri de Allah tan muvaffakiyet ve başarılar dileriz.

Riyaz Sarıkahya
Türkmeneli parti Genel Başkanı


Azərbaycan Liberal Demokrat Partiyasının sədri,
cənab Fuad Əliyevə

Hörmətli Fuad bəy!

Müzəffər Azərbaycan Ordusunun 44 günlük zaman kəsiyində işğalçı Ermənistan üzərində qələbə çalması və Qarabağın azad etməsinin bir illiyi münasibətilə Sizi, bütün dünya azərbaycanlılarını təbrik edirəm. Zəfər bayramınız mübarək olsun. Bu zəfər bütün dünya azərbaycanlılarını Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında birləşdirib. Bu gün Azərbaycanın güclü lideri, sarsılmaz, məğlubedilməz ordusu, qəhrəman xalqı var. Bir daha Zəfər bayramınız mübarək olsun, Azərbaycanın dəyanətli xalqına rifah arzulayıram.

Hörmətlə,
Güney Azərbaycan Liberal Demokrat Partiyasının sədri
Haşim Bilgin
Tovuz Peşə Liseyində “Zəfər Günü” qeyd olunubTovuz Peşə Liseyində 2020-ci ilin sentyabr ayının 27-də düşmən təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə başladılan əks hücum əməliyyatının zəfərlə başa çatmasının 1 ili, “Zəfər Günü” təntənə ilə qeyd olunub.

İlk olaraq Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğurunda canından keçən dəyərli vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bir sıra idarə və təşkilatıların rəhbərləri, Şəhid ailələrinin nümayəndələri, liseyin müəllim və tələbələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Tovuz Peşə Liseyinin direktoru Abbas Məmmədov 44 gün çəkən Vətən Müharibəsinin tarixi önəmindən söz açıb. O bildirib ki, 30 illik düşmən işğalında qalan torpaqlarımızın cəmi 44 günə azad edilməsi xalq, dövlət və ordu birliyinin təntənəsi idi: “Möhətərəm Ali baş komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qurduğu güclü ordu “Dəmir Yumruq Əməliyyatı”nın başlanması ilə 30 illik həsrətimizə son qoydu. Azərbaycan bütün dünyaya göstərdi ki, öz torpaqlarını işğaldan azad etmək, qorumaq iqtidarındadır. Artıq heç kimə sirr deyil ki, dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində işğaldan cəmi 1 il öncə azad edilən torpaqlarda böyük tikinti və quruculuq işləri aparılır, yaxın gələcəkdə orada yaşayacaq həmyerlilərimizin rahat yaşayışını təmin etmək üçün bütün mümkün infrastruktur layihələr uğurla icra edilir.

Biz hər birimiz torpaqlarımızın azadlığı uğurunda canından keçən bütün Şəhidlərimizin əziz xatirəsini daim ürəyimizdə yaşadacağıq”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik leytenant Ceyhun Əliyev də Tovuz rayon sakinlərinin Vətən Müharibəsi və ondan əvvəlki dövrlərdə göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki sücaətlərindən söhbət açıb. Natiq çıxışında vurğulayıb ki, 44 günlük müharibənin başlanğıcında orduya könüllü yazılanların sayı-hesabı bilinmirdi. O tələbələrin bu cür vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə fəal iştirakını təqdir edib.

Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov da Tovuz Peşə Liseyində vətənpərvərlik mövzusunda müntəzəm təşkil edilən tədbirlərin əhəmiyyətindən söz açıb. O bildirib ki, məhz bu cür tədbirlərin, görüşlərin sayəsində gənclər dövlət, xalq, millət anlayışlarını daha yaxşı öyrənib, vətəni qorumağın nə demək olduğunu bilib və torpaqlarımızın azadlığı uğurunda başlanan döyüşlərdə qəhrəmanlıqla döyüşərək böyük qələbə əldə ediblər.

Tədbirdə çıxış edən Qazilər keçdikləri döyüş yolundan danışıb, qəhrəman əsgər və zabitlərin göstərdikləri sücaətlərə diqqət çəkiblər.

Daha sonra tədbirin təşkilatçılarından biri, ehtiyatda olan kapitan, Tovuz Peşə Liseyinin Hərbi rəhbəri Nizami Cəfərov tələbələrdə vətənpərvərlik ruhunun yüksəldilməsi işində göstərdiyi xidmətlərə görə və “Zəfər Günü” münasibətilə Liseyin direktoru Abbas Məmmədov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Tədbir tələbələrin hazırladığı “Zəfər Günü”nün ruhuna uyğun bir-birindən maraqlı çıxışlarla davam edib
Mark feysbuk istifadəçilərinə pul qazanmaqda kömək edəcək"Meta" şirkətinin baş direktoru Mark Zukerberq yeni həvəsləndirmə proqramına başladığını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, layihə feysbukda reklam məqsədilə paylaşım edənlərə gəlirlərini artırmağa kömək edəcək.

"Meta"nın təsisçisinin sözlərinə görə, şirkət abunə məhsulunu istifadəçilərin daha çox qazana bilməsi üçün yeniləyəcək.

Yenililk ödənişli abunə olmaq imkanını nəzərdə tutur. Bu, paylaşım müəllifləri üçün sponsorlu link kimi görünəcək. İstifadəçilər təklif olunan səhifəyə daxil olanda, vergilər çıxılmaqla qazanc müəlliflərə köçürüləcək.

Bundan əlavə, reklam müəllifləri bütün yeni abunəçilərinin e-poçt ünvanlarına giriş imkanı əldə edəcək. Eyni zamanda, bu qaydanın məxfilik parametrlərində gizlədilən məlumatlara şamil edilib-edilmədiyi göstərilmir.

"Meta", həmçinin bonus proqramı yaradacaq ki, bu da hər yeni reklam müəllifinə mükafat gətirəcək.

Qeyd edək ki, oktyabrın 28-də feysbukun yaradıcısı və baş direktoru Mark Zukerberq şirkətin rebrendinqini elan edib. Korporasiya "Meta" adlandırılıb və mavi "Mobius" lenti onun yeni loqosu olub.


Saakaşvilinin vəziyyəti pisləşibGürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında onun vəziyyətinin pisləşdiyini deyib.

Avrasiya.net xəbər verir ki, Kipişidze Rustavi şəhərində Saakaşviliyə baş çəkdiyini və onun sağlamlığının pis olduğunu, xüsusilə ürəyində problemlər olduğunu bildirib.

"Onun vəziyyəti son dərəcə qeyri-stabildir. Bundan başqa, Saakaşvili çəkisinin 10%-ni itirib. Bu gün testlərin cavablarını aldıq və onları konsiliumla müzakirə etdik. Bir həftə əvvəl keçirilən son məsləhətləşmə ilə müqayisədə nəticələr daha pisdir. Keçmiş prezident zəifləyib və ürək döyüntüsündən şikayətlənir", - deyə həkim vurğulayıb.
15 yaşlı qız intihar etdi - BAKIDAAbşeron rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Ərzaq məhsullarının qiyməti bahalaşdı2021-ci ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,9 faiz artaraq 17017,4 milyon manat olub.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 8931,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,2 faiz artaraq 8085,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Daha bir siyasətçi Saakaşviliyə görə aclıq elan etdiGürcüstanın müxalif partiyası “Droa”nın (Vaxt gəldi) rəhbəri Elene Xoştariya eks-prezident Mixail Saakaşvili ilə həmrəylik nümayiş etdirərək aclıq aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə partiya lideri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Saakaşvili mülki xəstəxanaya yerləşdirilməyənə kimi aclığı davam etdirəcək:

“Həkimlər Saakaşvilinin həyati təhlükəsi olmadığını bəyan etdikdə, aclığı dayandıracağam”.

***

“Aqmaşenebeli strategiyası” partiyasından deputatlığa namizəd İrakli Qoquadze də Saakaşvili ilə həmrəyliyini bildirmək üçün aclıq aksiyasına başlayıb.

Qoquadze aclıq aksiyası müddətində Gürcüstan parlamentinin binası önündə qalacaq. Siyasətçi Saakaşvili mülki xəstəxanaya köçürülənədək davam edəcək.

Qeyd edək ki, Rustavi türməsində saxlanılan Saakaşvili artıq 34-cü gündür ki, aclığı davam etdirir.