Saakaşvili: “Növbədənkənar seçkilər olacaq”Eks-prezident Mixail Saakaşvili azad olunandan sonra 10 gün müddətində Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacağını deyib.

Saakaşvilinin bu niyyətini jurnalist Dmitri Sadzaqlişvili ictimaiyyətə açıqlayıb.

“Türmədən azad olunacağım təqdirdə söz verirəm ki, maksimum 10 gün ərzində biz növbədənkənar seçkiyə gedəcəyik və onları məğlub edəcəyik. İndi bizə geniş ictimai birlik lazımdır, hər şey bu məqamda böyük əhəmiyyət daşıyır. Bizim gücümüz birliyimizdədir, müxalifətin içində küçə mübarizəsini apara biləcək liderlər az deyil”, - deyə Saakaşvili qeyd edib.
Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdiRomada keçirilən G-20 sammitinin bir qalibi varsa, bu, böyük ehtimalla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu, şişirdilmiş dəyərləndirmədir? - Yəqin ki, xeyr!

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "Verita" qəzetində yayımlanan məqalədə vurğulanıb.

"Romada keçirilən sammitdə Türkiyə Prezidenti üç amildən istifadə etdi: ABŞ Prezidenti Co Baydenin həm beynəlxalq, həm də ölkəsində siyasi zəifliyi, Çin-Rusiyanın bu sammitə qatılmaması sayəsində Ərdoğanın manevr imkanı və üçüncüsü, bəzi kritik məqamlarda mərkəz rolunu ortaya qoyması".

"Affariitaliani" xəbər saytı isə Ərdoğanın Roma səfərini belə dəyərləndirib: "Bu G-20 sammiti Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir".