“Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirildi - VideoAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarına xəsarət yetirilib.

Bu barədə Avrasiya.net-ə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, birliyin Salyan Regional qaz istismarı İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları xidməti fəaliyyətlərini həyata keçirərkən fiziki hücuma məruz qalıblar: “Onların arasında çilingər kimi çalışan Tahir Dostəliyev daha çox xəsarət alıb. Birliyin əməkdaşları vətəndaşlara borclu əhali istehlakçılarının vaxtlı-vaxtında ödənişi etmələrini izah etsələr belə, Azadkənd kəndinin sakinləri Afiq Ələsgərov və onun əmisi Cəlal Ələsgərov öz aqressiv davranışlarını dayandırmayıblar. Onlar Saatlı xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin rəisi Nicat Əliyevə və həmin xidmətin çilingəri Tahir Dostəliyevə xəsarət yetiriblər. Vətəndaşı sakitləşdirməyə çalışan kənd sakini, “TəmizQaz” QSC-nin Şirvan Regional Mərkəzinin əməkdaşı Ziyafət Məmmədovun da üz nahiyəsinə yumruq zərbəsi ilə xəsarət yetirilib".

"Faktla bağlı hadisə yerindən Ziyafət Məmmədov tərəfindən DİN-nin “102” zəng mərkəzinə məlumat verilib. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək”, - məlumatda qeyd edilib.
Səfərliyə qarşı 18 milyonluq iddia qaldırıldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Avrasiya.net xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.

Mülki iddiada qeyd edilib ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin.

Daha sonra KİVDF-də V.Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər olduğu bildirilib.

T.Yaqubovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

Həmçinin T.Yaqubova jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.

Şahid istintaq ifadəsi ilə razılaşmadığını söyləyib.

Məhkəmədə təqsirləndirilən B.İsmayılov da dindirilib. Onun sözlərinə görə, uzun müddət tikinti sahəsində, 10 ilə yaxın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tikinti İdarəsində mülki işçi kimi çalışıb: "2014-cü ildə KİVDF-də çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm. Daha sonra fondun Tikintiyə Nəzarət şöbəsində işlədim. Mən işə gələn zaman artıq jurnalistlərin qaldığı ikinci binanın yarısı tikilmişdi".

B.İsmayılov bildirib ki, binanin tikintisini aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor idi. Üçüncü binanın tikintisi zamanı Nadir Məmmədov şirkətin direktoru vəzifəsindən çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gətirildi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı oradan xeyli sayda nöqsanlar aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də üçüncü binanın tikilişi zamanı həftədə bir dəfə əraziyə gəlirdi, işlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Məsələn binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, ora laminant vuruldu. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunan materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı idi.

Bundan başqa, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".

Proses noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Gürcüstan parlamenti boykot olunduGürcüstan Vahid Milli Hərəkat Partiyası parlament fəaliyyətindən imtina edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Partiyanın nümayəndəsi Nika Oboladze Saakaşvili azad olunana və Konstitusiya dəyişiklikləri edilənə qədər deputatların parlamentə gəlməyəcəklərini bildirib.

“Biz parlamentdə fəaliyyətimizi dayandırırıq, amma mandatlardan imtina təxirə salınıb. İndi diqqəti etirazlara yönəldirik ki, onlar kəskin olsun və son nəticədə hökuməti ölkəni idarə edərkən çoxluğun iradəsini nəzərə almağa məcbur olsun”.

Qeyd edək ki, VMHP-nın qurucusu, həbsdə olan eks-prezident Mixail Saakaşvili partiyanın parlament fraksiyasını parlamentin işini boykot etməyə, eyni zamanda, mandatlardan imtina etməməyə çağırmışdı. VMH fraksiyasının bu addımına Lelo Partiyası da qoşulub.
Şirkətin mühafizəçisi iş yoldaşını öldürdüXızıda şirkət mühafizəçiləri arasında bıçaqlanma olub.

Xızı rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən Yaşma Quşçuluq MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İnsan alveri ilə məşğul olan Xaçmaz rayon sakini həbs edilibİnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Xaçmaz sakinini həbs edib

Avrasiya.net xəbər verir ki, Xaçmaz rayon sakini Əlimuradova Nurəsdə Nusrəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə sərhəddindən kənara çıxararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
“Rusiya Yaxın Şərqdə tam məğlub olub”Teymur Qasımlı: “Hazırda Rusiyanın Yaxın Şərqdə ABŞ-la çəkişmələr aparmaq gücü yoxdur”

Rusiyanın həmişə Yaxın Şərqdə maraqları və bu maraqlar üzündən bir çox maneələrlə üzləşməsi məlumdur. Rəsmi Moskva Cənubi Qafqazda təsirini qoruyub saxlamaqla yanaşı, bir əlini də Yaxın və Orta Şərqə uzadıb. Lakin son İraq, Suriya və Əfqanıstan olayları rəsmi Moskvanın bu bölgədə sıradan çıxdığını deməyə əsas verib.

İstanbul Universitetinin Beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı “Xalq Cəbhəsi”nin Rusiyanın Yaxın Şərqdəki rolu ilə bağlı suallarını cavablandırıb.

- Rusiyanın Yaxın Şərq siyasəti heç də onun maraqlarına cavab verməyib. Əsas səbəblər nə ola bilər?

- Yaxın Şərq termini ilk dəfə 1902-ci ildə ABŞ hərbi dəniz qüvvələrin qurucusu polkovnik Alfred Mahan (1840-1912) tərəfindən işlədilib. Mahan həmin dövrdə Ərəbistan və İran arasında bügünki Pakıstan sərhədlərini Yaxın Şərq olaraq görüb. Rusiyanın hər zaman Yaxın Şərqdə maraqları olub. Hətta Çar Rusiyası Yaxın Şərqlə bağlı siyasət aparmağa çalışıb, amma uğursuz olub. Uğursuz olmasının əsas səbəblərindən biri Osmanlı dövləti olub. Birinci dunya müharibəsi baş verdi, nəticədə Osmanlı imperiyası sıradan çıxdı, Yaxın Şərqdəki torpaqlarını itirdi. Yaxın Şərq İngiltərə Fransa arasında bölündü. Artıq Çar Rusiyası yox idi, yerinə bolşevik Rusiyası meydana çıxdı. Bolşevik Rusiyası əsir xalqlara azadlıq, işçilərin, yoxsulların hamisi kimi iştirak etməyə başladı. Sovetlər Yaxın Şərq siyasətinin təməlini Səudiyyə Ərəbistanla münasibətlərdə qurmaqla başlayıblar. Hətta Sovetlərin Riyada ilk sovet konsulu tatar türkü Kərim Həkimov olub və böyük işlər görüb. Sovetlər 1924-cü ildə Səudiyyə Ərəbistanla münasibətlər qurub. Bolşeviklər Səudiyyə Ərəbistanı dövlətinin qurulmasında İngiltərəyə dəstək veriblər. Riyad və Moskvanın 1920 və 30-cu illərdə olduqca səmimi münasibətləri olub. Sonradan ABŞ prezdenti Ruzveltlə dönəmin Səudiyyə kralın məxfi görüşü olub. İmzalanan qeyri rəsmi müqavilə hətta bü günə qədər də önəmli rol oynayır.

Amerika geoloqları Dəhranda dünyanın ən böyük xam neft yatağını kəşf ediblər. Bu, Sovet İttifaqının 1938-ci ildə Ciddədə yeni bir missiya başçısı təyin etməsinə səbəb olub. Lakin kral Əbdüləziz Ciddədə Həkimovdan və ya Turyakulovdan başqa kimsəni görmək istəmədiyini söyləyib. 1938-ci ilin sentyabrında sovet diplomatları Ciddəni tərk edib və missiya bağlanılıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yalnız 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra tamamilə bərpa olunub. O vaxtdan bəri 25 il keçib və Rusiya-Səudiyyə əlaqələri simvolik səfərlərdən kənara çıxmayıb. Bu gün də normal münasibətləri yoxdur, bunun da əsas səbəb ABŞ-dır. Sonra ardıcıl olaraq digər ərəb dövlətləri ilə münasibətlər qurub. Əsasda İkinci dunya müharibəsi bitdikdən sonra. Sovetlər dağılana qədər Sovet Rusiyası Yaxın Şərqdə aktiv siyasət aparıb. Əsasda İsrail Fələstin münaqişəsində Fələstinin yanında olub. Fələstinlilərə hər cür yardım edib. Bundan başqa Misirlə, Suriya, İraq, Liviya, digər ərəb dövlətləri ilə yaxşı münasibətlər qurub. Sovetlərin İranla münasibətləri İkinci dunya müharibəsindən sonra sərin olub. İranda inqilab olanda sonra normal münasibətləri qura bilməyib. Sovetlərin əsas hədəfi ABŞ-ı Yaxın Şərqdə sıxışdırmaq olub. Bu bir müddət uğurlu oldu.

Ancaq sonradan ABŞ-ın ustalıqa apardığı siyasət nəticəsində Sovetlər Yaxın Şərqdə məğlub oldu. ABŞ dövlət katibi Henri Kissincer apardığı uğurlu diplomatik oyunları nəricəsində Misir sovetlərdən qopdu ABŞ-ın yanında yer aldı. Sonra digər ərəb dövlətləri sovetlərdən uzaqlaşdılar. Hətta sovetlər İsrail siyasətini dəyişdi. Pərdəarxasında İsrailə münasibətlər qurdu. Bu münasibətlərin qurulmasında Pirmakovun böyük rolu olub. Nəticə olaraq sovetlər dağıldı, Rusiya Federasiyasi yarandı və 2000-ci illərə qədər Rusiya Yaxın Şərqdə aktiv rol oynaya bilmədi. Sovetlər dağıldan sonra Rusiya dövlət SSRİ mirası olaraq Ərəb dövlətlərindən Rusiya borclarını qaytarmalarını tələb edib. Bir çox ərəb dövləti az da olsa borcunu geri qaytarıb. Yeganə olaraq Rusiya dövləti Suriyanın borcunu bağışlayıb. 2000-ci ildən sonra, yəni Putin dövründə Rusiya Yaxın Şərqdə siyasi gedişlər etməyə başladı. Hətta Rus-Çeçen müharəbəsi zamanı Səudiyyə Ərəbistanı çeçenlərə yardım edirdi. Bu yardımlar Rusiya Səudiyyə münasibətlərinə mənfi təsir göstərdi. Amma Putin yeni Yaxın Şərq siyasətində Ərəbistana yaxınlaşmağı bacara bildi.

Tam olmasa da Putin Yaxın Şərqdə aktiv rol olmağı bacardı. Əsasda İraqda Səddamın devrilməsindən sonra Rusiyanın müdaxilə imkanları sifır oldu. Ancaq Primakovun vasitəsi ilə Səddam Huseynlə müəyyən işlər apara bildi. Ancaq Səddam devrildi. Bundan sonra Rusiya Suriyada hərbi bazalarını gücləndirdi Suriya ilə əməkdaşlıqlarını dərinləşdirdi. Suriyada vətəndaş müharibəsi başladı. Əsədin devrilməsini hər kəs gözlədiyi bir zamanda Rusiya onu xilas etdi və Suriyada söz sahibi oldu. Rusiya Suriyada ABŞ, İsrail, İran Türkiyə dövlətlərinə qarşı mübarizə apardı. Sonda Rusiya İran Türkiyə uçbucağı yarandı. Birlikdə uğurlu işlər gördü ancaq İran oyundan kənar edildi, masada Türkiyə Rusiya qalıb. Rusiya ABŞ-la birlikdə Türkiyəni indi sıradan çıxarmaq istəyir. Digər Yaxın Şərq körfəz ölkələri ilə normal münasibətlər qurmaga çalışır. Son zamanlar isə Qatarla yaxşı münasibətlər qura bilib. Onu demək olar ki, istər Sovetlər, istərsə indiki Rusiya tam istədiklərinə ona görə nail ola bilməyib ki, onun qarşsında güclü oyuncular olub, onlar Rusiyanı Yaxın Şərqdə sıxışdırıblar. Əsasda Vaşiqton-London-Təl-Əviv üçbucağı bu işdə birlikdə hərəkət ediblər, indi də bu siyasət davam etməkdədir. Ümumi götürəndə Rusiya Yaxın Şərqdə tam məğlub olub. Əsasda Sovetlərin yaxın siyasəti fiaskoya uğrayıb. Ərəblər Moskvadan istifadə ediblər sonda üzlərini Qərbə tərəf tutublar.
- Kremlin Yaxın Şərqdə ABŞ, Avropa və Türkiyə ilə toqquşmaları daha çox hansı tərəfin xeyrinədir?
- Bu suala tam cavab vermək bir az çətindi. Ancaq onu deyə bilərəm ki, bu toqquşmalarda kim maraqldırsa ona sərf edir. Məsələn Təl-Əviv Londonun maraqlarına uyğun ola bilər.

- Rusiyan Yaxın Şərqdə "oynaması" na nə sövq edir, məqsədi nədir?

- Sovetlərin məqsədi Yaxın Şərqdə əsas hədəfi sosializim yaymaq, ABŞ-a qarşı koalisya qurmaq, oradakı etnik xalqlardan istifadə edərək oz planları həyata keçirmək idi. Məsələn, Fələstin Azadlıq təşkilatına öz maraqları çərçivəsində dəstək olurdu. Əvəzində FAT məsnsubları ermənilərə dəstək veridi. Niyə? Türkiyəyə qarşı. Diqqət etsəniz sovetlər dağıldıqdan sonra FAT zəiflədi, tək qaldı sonda uzünü Avropaya tərəfə çevirdi. İndi Rusiyanın məqsədi nədir? Rusiyanın Yaxın Şərqdə iki əsas hədəfi var. Birinci, Yaxın Şərq dövlətlərinin əsas Qatar qazının Avropaya daxil olmasını əngəllmək istəmir, bunun üçün Qatara yaxınlaşıb. İkinci hədəf Aralıq dənizi sahilində hərbi bazalarını qurmaq istəyir. Bunu Suriyada bacarıb və genişləndirir.

Ancaq yeni hərbi bazalar qurmaqdı. Məsələn, Sudanın bundan öncəki devrilən lideri ölkəsində Rusiyanın hərbi bazasının olmasına razlıq vermişdi və işlər gedir. Sonra Sudanda hərbi çevrliş oldu, bu işlər dayandı. Maraqlıdır, Sudan Ali Hərbi Şurasının sədri general Əbdülfəttah əl-Burhan bildirib ki, Rusiyanın Sudanda hərbi bazalarını açılmasına müsbət baxırıq.

- Yaxın Şərq həmişə çalxalanıb, Rusiyanın qazancı nə olub?

- Rusiya Yaxın Şərqdə çalxalanmalardan az da olsa qazancla çıxıb. ABŞ-ın Yaxın Şərqdə, əsasda İraqda imicinin aşağı olması, itirdiyi pullar, ABŞ-ın İraqı işğal etməsi, digər işləri görməsi ordakı islamçı qruplarının antiABŞ mövqeyində olması Rusiyanın isinə yarayıb. Digər tərəfdən bu qrupların Rusiya qarşı isti baxmaları müəyyən mənada Rusiyanın qazancı olub. Bir də son zamanlarda ərəb gənclərin rus dili oyrənmələri Avropa, ABŞ simpatiysında sonra Rusiya maraq göstərmələri Rusiyanın qazandıqları siyasına əlavə etmək olar. Digər tərəfdən Rusiyanın Yaxın Şərq ölkələri ilə böyük ticarət dövriyyəsi yoxdur.

- Necə fikirləşirsiz, Yaxın Şərqdə Rusiya-ABŞ çəkişmələri nə vaxtacan davam edəcək. Aralarında bölünməyən nə var

- ABŞ və Rusiya İkinci dunya müharibəsindən sonra Yaxın Şərq uğrunda mübarizə aparıblar. Təbii, iki dövlətin maraqları olub. ABŞ-ın Yaxın Şərqdə əsas hədəfi neft olub, digər tərəfdən İsrail dövlətini yaratmaq. Sovetləri güc sahibi olmasını əngələmək olub bunu da uğurla edib. Maraqlıdır, İsrail dövlətinin yaranmasını Stalin də icazə verib, böyük dəstək verib, amma sonradan Sovet-İsrail münasibətləri soyuq olub. Hazırda Rusiyanın Yaxın Şərqdə ABŞ-la çəkişmələr aparmaq üçün tam gücü yoxdur. Ərəb dövlətləri, Qərb ABŞ-ın yanındadırlar, son zamanlar İsrailə dilomatik münasibətlər qururlar. Sadəcə Rusiya da Yaxın Şərqdə pay istəyir, dava bunun davasıdır. Düşünrəm ki, kimin daha çox pay alması uğrunda bu çəkişmələr davam edəcək.

- "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlişi Rusiyanın Yaxın Şərq siyasətindəki roluna necə təsir göstərib.

- Əfqanıstan uğrunda 100 il öncə Çar Rusiyası ilə İngiltərnin mübarizəsi olub. Sonda Çar Rusiyası məğlub olub. Sovet Rusiyası ilə ABŞ arasında Əfqanıstan uğrunda mübarizə olub. Əfqanıstan strateji yerdədi. Əfqanıstanın Çinvə İranla sərhədi var. Nəticədə Sovet Əfqanıstana daxil oldu və ABŞ-ın tələsinə düşdü sonda məğlub oldu və sovetlər dağıldı. 2001-ci ildə ABŞ Əfqanistana daxil oldu. 11 sentyabr hadisəsini bəhanə edərək Əfqanıstan 20 il idarə elədi sonda çıxdı. 20 ildə Əfqanıstanda NATO, ABŞ-ın olmasını Rusiya istəməyib, buna qarşı olub. Hər zaman qoruxub, əsasda Orta Asiya əlindən çıxar. İndi isə siyasi proseslər dəyişib. ABŞ-ın oradan cıxmasına Rusiya sevinir, amma hələki Əfqanıstanda istədiyi kimi siyasətini apara bilmir. Sualınıza cavab olaraq deyə bilərəm ki, Yaxın Şərq siyasətində müsbət və ya mənfi təsiri olmayıb. Ancaq Qatarla sıx əməkdaşlıq qurmağa can atır. Çünki, “Taliban”ın iki dövlətə təsir gücü var - biri Pakistan, digəri Qatardır. Düşünürəm, bundan sonrakı siyasi prosesləri yaxından izləmək lazımdır
Məktəb direktoru koronavirusdan öldü - FOTOUcar rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Ucar rayonu Ənvər Məmmədxanlı kənd orta məktəbinin direktoru, 1960-cı il təvəllüdlü Maya Sədyar qızı Qədirova müalicə aldığı paytaxt xəstəxanalarından birində ötən gün vəfat edib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn ediləcək.
İran öz tankerini ABŞ-ın əlindən aldıİran donanması ABŞ-ın Oman körfəzində neft tankerini ələ keçirməsinə imkan verməyib.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Oman dənizində İranın ixrac neftini daşıyan tankeri ələ keçirib, onu başqa tankerə yönləndirib və naməlum istiqamətə göndərib. Amerikalılar bir neçə helikopter və gəmilərdən istifadə edərək tankeri təqib ediblər.

Lakin SEPAH-ın Hərbi Dəninz Donanması tankeri yenidən ələ keçirə və onu geri qaytara bilib.
"Rusiya separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək"PUA-lara görə xüsusi müşavirə keçirən Putin “bunun qarşısını almağın yollarını öyrəndik” deyir.

Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb. Lakin indi Moskvanı əsas narahat edən məsələ Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” PUA-ları tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.

Avrasiya.net xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək.

“Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını – 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi”.

Ekspert deyirb ki, president Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir.
Yoluxma yenidən artdı - 21 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.