Bakıda yeniyetmə qız qaçırıldıBakıda yeniyetmə qız qaçırılıb.

Axar.az xəbər verir ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildiirlib ki, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, onun axtarışına başlanılıb.
MM-də iclas: Amnistiya Aktı müzakirə edilirMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir.

Avrasiya.net xəbər verir ki, toplantıda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirə edilir.

Layihəni parlamentə Prezident İlham Əliyev təqdim edib.

***

8 Noyabr – Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Azərbaycanda 11 yaşlı ananın dünyaya gətirdiyi körpə ölübİmişli rayon sakini olan on bir yaşlı ananın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq bu gün dünyasını dəyişib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Neonotologiya şöbəsindən bildirilib.

Məlumata görə, körpənin ölümünə səbəb ciddi tənəffüs çatışmazlığı və ürəkdə olan anadangəlmə qüsur olub.

Qeyd edək ki, 11 yaşlı ananın körpəsi həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi.

Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.

Zəngəzurda evlər təcili satışa çıxarıldı: ermənilər köçürZəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib.

Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir.

“Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zənguzurda bir dənə də erməni ailəsi qalmayacaq”, - deyə o qeyd edib.
Abdullayev açıqlama yaydı: Elə deməmişəm - VideoBiz tacir xalq yox, qəhrəman xalqıq. Nə qədər şəhid o müharibədə vermişik, 3 minə yaxın şəhid isə bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, pulumuz, iqtisadiyyatımız, prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim.

Kult.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Birinci Qarabağ müharibəsi haqqında çıxışı ilə bağlı ona qarşı səsləndirilən ittihamlara cavab verərkən deyib.

“Mən hələ bunu 1 il öncə demişdim və 1 ay bundan öncə də yazmışdım. O vaxt buna heç kəs fikir vermədi. Qəsdən bu videonu belə çəkiblər ki, birinci hissə orada olmasın. Orada nə qədər adam oturmuşdu. Onlardan soruşun, mən necə danışmışam. Amma neyləyək ki, bəziləri qulaq asmaq istəmirlər”, - Abdullayev bildirib.

Yazıçının sözlərinə görə, bir neçə gün öncə Sumqayıtda oxucularla görüşüb və orda müharibədən danışıb:

“Mən danışanda dedim ki, hələ bir il öncə rus kanallarında qonşularımızla (ermənilər) danışanda onlar mənə bizim tacir xalq, özlərinin isə əsgər xalq olduqlarını söylədilər, dedilər ki, ona görə də birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpaqlarınızı almışıq. İndi bəziləri də qəsdən deyirlər ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Ona görə ki, şəhidlərin arasında mənim bir neçə qohumum, Şuşada həlak olan qardaşım var. Mən həmişə demişəm ki, biz neçə min şəhid vermişik. Allah onlara rəhmət eləsin. Onlar hamısı qəhrəmandırlar. Silahsız, tanksız, topsuz onlar mübarizə aparırdı. Təkcə Ağdamdan 6 min insan həlak olub. Niyə iki eyni müharibənin olması ilə ona görə razılaşmıram ki, 20-40 ildən sonra nəvələrimiz bizdən soruşacaq, “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etmədi”. Ona görə ki, ordumuz olmayıb. Qəhrəmanlarımız çox olub, neçə min insan itirmişik, 1 milyon qaçqınımız olub, torpaqlarımızın 20 faizini itirmişik”.

Qeyd edək ki, Ç.Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı fikirləri qınaqla üzləşib. Xalq yazıçısı müharibənin əslində iki ordu arasında getdiyini bildirərək, bu baxımdan 90-cı illərdə müharibə olmadığını, ermənilərin rus nizami ordusundan istifadə edərək, Azərbaycan torpaqlarını işğal etdiyini demişdi.
Azərbaycan Pakistandan qırıcı təyyarələr alır?Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib.

Avrasiya.net xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan "JF-17 Block 3" modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, "JF-17 Block 3" ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.(Trend)
Tatar ABŞ səfiri ilə görüşübŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ABŞ-ın Lefkoşadakı səfiri Judith Gail Garber ilə görüşüb. Nahar çərçivəsində görüş Qarberin dəvəti ilə baş tutub. Yeməkdə BMT Baş katibi ilə sentyabr ayında Nyu-Yorkda keçirilən görüşlər və bundan sonra baş verən hadisələr müzakirə edilib.
İranın XİN başçısı koronavirusa yoluxduİranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın koronavirus testi müsbət çıxıb.

Avrasiya.net report-a istinadla xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, noyabrın 1-də nazir COVID-19-la bağlı test verib. Testin nəticəsi müsbət olub. XİN başçısı karantın rejiminə keçib.

S.Xətibzadə bildirib ki, nazir özünü yaxşı hiss edir və karantin rejimində fəaliyyətinin davam etdirir.
Agentliyin kollektivi Heydər Əliyevin məzarını və II Fəxri xiyabanı ziyarət edib - FOTOLARQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 8 Noyabr - Zəfər Günü ilə ilə bağlı tədbir keçirir.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, tədbirdən əvvəl təşkilat nümayəndələri müharibə iştirakçıları ilə birlikdə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Azərbaycanda COVID-ə qarşı peyvənddən imtina edənlərin öz hesabına müalicə olunması məsələsi müzakirə edilir

Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracına məhdudiyyət aradan qaldırılıb
Zəfər Yarmarkasından əldə olunan gəlir "YAŞAT" Fonduna ianə ediləcək

Daha sonra QHT nümayəndələri İkinci Şəhidlər Xiyabanında olub şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edərək bildirib ki, bu günlər ölkəmiz üçün çox önəmli bir günlərdir. Ötən il Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etdi: "Bu gün qəhrəman şəhidlərimizin əziz xatirəsini anmaq üçün Şəhidlər Xiyabanındayıq. Şəhidlərimiz həmişə xalqımızın qəlbində yaşayacaq".

Orduya dəstək adıyla pul yığan şəxslər saxlanıldıÖzlərini qeyri-hökumət təşkilatının (QHT) rəhbərləri kimi təqdim edərək, Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, ötən gün sözügedən şəxslər barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Özünü QHT rəhbəri adlandıran bir şəxs yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla şirkətlərə gedir və şirkətlərdən pul toplayırdı. Vəsaitin isə guya orduya dəstək üçün toplandığını bildirirdi.