4 mini Nurlana Əliyevaya verdim - Sabiq şöbə müdiriBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.

O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb: “Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda o, qızımın universitetdəki qayıblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.

Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib: "Təhsil ödənişi üçün ümumilikdə 2 min 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.

Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 min manat pul verib:

"Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 min manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.

Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
8 Noyabr qələbə bayramı münasibəti ilə Niderland Krallığının Rotterdam şəhərində, Benilüks Azərbaycanlıları Konqresinin təşkilatcılıgı ilə bayram tədbiri baş tutdu.

Tədbirə, burada fəaliyyət göstərən Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov və səfirliyin digər əməkdaşları qatılıblar. Eləcə də, BAK la çiyin çiyinə çalışan digər icma və qurumların üzvləri qonaq idilər. Azərbaycan Diasporla İşlər üzrə Komitənin dəstəyi ilə keçirilən bu tədbirdə türk icmalarının üzvləri və başqa xalq numayəndələri də iştirak edib.

Tədbir Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edərək, Azərbaycan Dövlət Himninin səsləndirməsi ilə başlaylb. İlk öncə burada, Bakı Media Qrupunun hazırladığı BİZ filminin nümayişi baş tutub.

Daha sonra, tədbiri giriş sözü ilə BAK ın sədri Elsevər Məmmədov açıb. Sonra söz Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri cənab Fikrət Axundova verikıb. Ürək sözlərindən sonra BAK ın hazırladığı Fəxri Fərmanları təltif olunanlara təqdim edib. Onu qeyd edək ki, bu fərman 8 noyabr “Zəfər” günü münasibətilə 44 günlük Vətən müharibəsində və müharibədən sonra diaspora fəaliyyətində üzvlərin xüsusi xidmətlərinə görə onlara təqdim edilib. Kiçik iştirakçıların
cixişından sonra rəsmi hissə başa çatlb.

Rəsmi hissədən sonra tədbirin əsl mənada şən və sevincli ruhda davam edən musiqili hissəsi öz işini davam etdirib.
Niderlandda Zəfər bayramı qeyd edilib
Bakıdan rayonlara gedənlərin DİQQƏTİNƏ: Bu gündən...Bu gündən rayonlara gedən sərnişinlərdən koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur.

Avrasiya.net xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
"AzerGold” 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 5 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

“AzerGold” – Yüksək dəyər meyarı!” şüarı ilə təqdim olunan videoçarx Səhmdar Cəmiyyətin ötən 5 il ərzində ölkəmizin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.

Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq 5 iyul 2016-cı il tarixində təsis edilib.
Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, o cümlədən hasilat, emal, rəqabətədavamlı məhsulların istehsalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, eləcə də bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Sözügedən videoçarxla tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Azərbaycanlı milyarder 237 milyon dollar ZİYANA DÜŞDÜBeynəlxalq reytinqlərə əsasən, dünyanın ən varlı azərbaycanlısı hesab olunan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 24 saat ərzində 237 milyon dollar itirib.

Avrasiya.net “Bloomberg” agentliyinə xəbər verir ki, “Lukoyl” şirkətinin səhmlərinin dünya birjalarında ucuzlaşması iş adamına oktyabrın 31-də 237,4 milyon dollar maliyyə itkisinə uğradıb. Hazırda Vahid Ələkbərovun sərvəti 24,5 milyard dollar təşkil edir.

Vahid Ələkbərov ən zəngin azərbaycanlı olmaqla yanaşı, dünya zənginləri arasında da 69-cu pillədə qərarlaşıb.
Müharibə və insanlıq əleyhinə cinayətlər... - PrezidentAzərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub.

Avrasiya.net xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.

"Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan 1993-cü ildə Xocalı soyqırımı törədib, 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub.

Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib. Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan həmçinin, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alırdı.

Bu hərbi cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Ermənistanın Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb.

Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib.

Hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfə verəcək. Hesab edirəm ki, bugünkü iclasda Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsi regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək", - müraciətdə qeyd olunub.
Qazaxıstan Azərbaycana uçuşları bərpa edir – Tarix açıqlandı2021-ci il noyabrın 7-dən etibarən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı marşrutu ilə reyslərin həyata keçirilməsinə başlayacaq.

Avrasiya.net xəbər verir ki, bununla əlaqədar Qazaxıstanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiyasının qərarında deyilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Qərarda o da bildirilir ki, Qazaxıstandan Azərbaycana reyslərin sayının artırılması mövcud epidemioloji vəziyyətdən, eləcə də qurumlararası komissiyanın və Azərbaycanın müvafiq strukturlarının qərarlarından asılı olacaq.
Bu il 248 uşağa Polad, 65 uşağa isə Xudayar adı verilibBu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilmişdi.

Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
İranın qarşısını almağa hər an hazırıq - Blinkenİran və onunla əlaqəli qrupların Silahlı Qüvvələrimizə hücum etməməsi üçün ABŞ hərəkətə keçməyə hazırdır.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında deyib.

“İran, yaxud onun adından hərəkət edən qrupların bu kimi addımlarının qarşısını almaq üçün prezident ali səviyyədə istənilən yerdə, istənilən vasitə ilə əsaslandırılmış addım atmağa hazırdır”, - deyə dövlət katibi bildirib.
İntihar etmək istədi - SAĞ qaldıBakıda intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.