İsraillə artıq müharibə başlayıb - İranİsraillə artıq müharibə başlayıb.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Səid Xətibzadə deyib.

“İsrail bizim nüvə proqramımızı dağıtmaq üçün hücumlar həyata keçirdi. Nüvə alimlərimizi qətlə yetirdi və İran xalqına zərər vurdu. İranı terrorizmdə ittiham edirlər. Regiondakı bütün problemlərdə İsrail günahkardır”, – Xətibzadə bildirib.

Qeyd edək ki, İran Quru Qoşunlarının bu gün Güney Azərbaycanda hərbi təlimləri başlayıb.
İtkin düşən daha bir hərbçimizin nəşi tapıldıHəm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, dente analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir", o vurğulayıb.
Səyyad Əlizadə harada dəfn olunacaq? - Kürəkəni DANIŞDIKoronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə ata-baba yurdu Füzulidə dəfn olunacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə "Modern"ə onun kürəkəni Razim Qarayev məlumat verib.

R. Qarayev qayınatasının ölümü ilə bağlı göz yaşlarına hakim ola bilməyib:

"Onun da qisməti bura qədər imiş. Bu vaxta qədər maraqlanan, dəstək olan, çətin günümüzdə yanımızda olan hər kəsə təşəkkür edirəm. Hadisə yeni olub, böyüklərimiz məsləhətləşsin. Dəfn yəqin ki, sabah Füzulidə olacaq".

Qeyd edək ki, "Bəyaz gecələr" mahnısı ilə populyarlıq qazanan Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olmuşdu.
Taliban xarici diplomatlar üçün ziyafət təşkil etdiTaliban Kabildəki xarici diplomatik nümayəndəliklərin nümayəndələri üçün ziyafət və şam yeməyi təşkil edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Zabihullah Mücahid öz "Twitter" səhifəsində məlumat verib.

Tədbirdə Rusiya səfiri Dmitri Jirnov, Pakistan diplomatik nümayəndəliklərinin rəhbərləri Mansur Ahmad Khan, Özbəkistanınki Yodgorhuja Shadmanov və başqaları iştirak ediblər.

"Vacib siyasi dəyişikliklər dövründə də işinizə davam etməyiniz Əfqanıstanda təhlükəsizlik vəziyyətinin sabit olduğunu göstərir, bunun məsuliyyəti yeni hökumətin üzərinə düşür. Əfqanıstan xalqına humanitar yardım edən və Nazirlər kabinetimizlə əməkdaşlıq etmək niyyətində olan bütün dövlətlərə təşəkkür edirik", - Z.Mucahid deyib.

Görüşdə, həmçinin, müvəqqəti hökumətin sədr müavini təyin edilən Molla Əbdül Qani Baradar da daxil olmaqla, Taliban rəhbərliyinin nümayəndələri də iştirak ediblər.
"Qarabağ" Kiprdə darmadağınla qalib gəldiUEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə üz-üzə gələcək "Omoniya" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

"Qarabağ" - "Omoniya" matçı start götürüb.

***

Görüşün 39-cu dəqiqəsində "Omoniya" Yan Leçyaksın qolu ilə hesabda önə keçdi: 1-0.

***

Kadi Borqes uzaq məsafədən dəqiq zərbə ilə "Qarabağ"ın bərabərlik qoluna imza atdı: 1-1.

***

Ramil Şeydayev görüşün 72-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə keçirdi: 1-2.

***

Medvedev görüşün 79-cu dəqiqəsində penaltidən "Qarabağ"ın 3-cü, Borqes isə görüşün son dəqiqəsində 4-cü qoluna imza atdı. Görüş bu hesabla da yekunlaşdı: 1-4.

Bu gündən taksi sürücülərindən COVID pasportu tələb ediləcəkBu gündən - oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Avrasiya.net-in məlumatına görə, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub.

Eyni zamanda bu gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.
ABŞ-ın bu qərarı qəbuledilməzdir - Şimali KiprABŞ-ın Cənubi Kiprə hərbi texnika satışının davam etdirilməsi qərarını daha bir il uzatması qəbuledilməzdir.

Avrasiya.net xəbər verir ki, bu barədə Şimali Kipr Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada ABŞ-ın yeni siyasətinin Cənubi Kiprə yalnız hərbi texnika ixracı ilə məhdudlaşmadığı, həm də birgə təlimlər və digər hərbi fəaliyyətlərin təşkilinin nəzərdə tutulduğu vurğulanıb.

Bildirilib ki, bölgədə sabitliyin qurulmasını dəstəklədiyini iddia edən ABŞ-ın Cənubi Kiprə bu cür yanaşması ada və bölgədə gərginliyi artırmaqdan başqa bir məqsəd daşımır.
Bu həftədən etibarən həftəsonu ictimai nəqliyyat işləyəcəkAzərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətin ləğv olunması barədə qərar qüvvəyə minib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara uyğun olaraq sabahdan (oktyabrın 2-si şənbə gününə təsadüf etdiyindən - red) etibarən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.