Səudiyyə və Bəhreyn Livan səfirlərini ölkədən qovurSəudiyyə Ərəbistanı Livanın ölkədəki səfirindən iki gün ərzində ölkəni tərk etməsini tələb edib.

Axar.az xəbər verir ki, Səudiyyə həmçinin Livandan bütün idxallara ümumi qadağa qoyub.

Qeyd edilir ki, buna səbəb Livan rəsmilərinin Yəməndəki müharibədə Səudiyyəni ittiham etməsi olub.

***

Bəhreyn hökuməti də Livan səfirindən ölkə ərazisini 48 saat ərzində tərk etməsini tələb edib.
Təkrar seçkilər başladı: Mişanın partiyası udacaqmı?Bu gün, saat 8:00-dan başlayaraq, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turuna start verilib.

Avrasiya.net xəbər verir ki, təkrar seçkilərin ölkənin Tiflis də daxil olmaqla, 20 şəhər və rayonunda keçirilir.

Şəhər və rayonlarda əsasən hakim Gürcü Arzusu və Saakaşvilinin yaradıcısı olduğu müxalif Vahid Milli Hərəkat Partiyası arasında mübarizə gedir.

Birinci turda məğlub olan müxalifət nümayəndələri də VMHP-nın namizədini dəstəkləyir.

Seçkilər Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Qori, Rustavi və s. iri şəhərləri də əhatə edir.

Ən son sorğulara əsasən, hakim partiyanın namizədi VMHP-nın namizədini az səslə Tiflisdə qabaqlayır. Digər rayon və şəhərlərdə isə müxalifətin qalib gəlmək şansı yüksəkdir.

Bu seçkilərin ilk seçkilərdən az öncə Gürcüstana gələn və 1 oktyabrda həbs edilən (seçkilərin birinci turu 2 oktyabrda keçirilib) Mixail Saakaşvilinin taleyinə də təsir edəcəyi gözlənilir.
11 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldıAilə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Report-a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb:

"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".

***

İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəblini 31 həftəlik hamiləlik diaqnozu qoyulub.

Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

***

Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur:

"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Hazırda istintaq davam edir.
Komitə sədri Azərbaycan-Vatikan münasibətlərindən danışıbBu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin plenar iclasında "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxışının stenoqramını təqdim edirik:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar!

Hec şübhəsiz ki, Müqəddəs Taxt-Tacda Azərbaycan səfirliyinin açılması ikitərəfli diplomatik münasibətlərin dərinləşməsinə böyük tövhə olacaq. Qeyd edim ki, Müqəddəs Taxt-Tacla Azərbaycanın diplomatik münasibətləri Azərbaycanın müstəqliyinin ilk illərindən başlamışdır. 1997-ci ilin sentyabr ayında Ümummilli Lider, Heydər Əliyev İtaliyada rəsmi səfərdə olarkən Vatikan rəhbəri ilə görüşmüş bundan sonra Azərbaycan-Vatikan münasibətlərinə yeni təkan olmuşdur. 2002-ci ildə II İohann Pavellin Bakıya səfəri zamanı Heydər Əliyev Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırmışdır. O isə çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləmişdir.
Qeyd edim ki, səfər zamanı Vatikan rəhbəri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi ilə bağlı xahiş etmiş, Prezident Heydər Əliyev kilsə tikintisi üçün ödənişsiz yer ayırlmasına göstəriş vermişdi. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmiz yeganə İslam dövlətidir ki, XX əsrdə Azərbaycanda katolik kilsəsi tikilib.

Sonrakı dönəmlərdə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ikitərəfli münasibətlər daha da inkişaf etdirilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 2018-ci ilin 23-26 sentyabr tarixlərində həmçinin Prezidenti cənab İlham Əliyevin 22 fevral 2020-ci il tarixində Müqəddəs Taxt-Taca səfər etməsi bunun bariz nümunəsidir.

Vatikan Azərbaycan münasibətlərinin hüquqi bazasını iki ölkə arasında bağlanmış 1 Saziş və 7 sahə üzrə əməkdaşlıq müqaviləsi əhatə edir. Yeni yaradılacaq səfirlik bu hüquqi bazanın daha da təkminləşdirlməsinə çalışmalıdır.

Bir qədər əvvəl Azərbaycan rəsmiləri ilə görüşdə Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Edqar Penna Parra "Azərbaycanla Müqəddəs Taxt–Tac arasında çox yaxşı münasibətlər var və bunu davam etdirməkdə maraqlıyıq. Azərbaycanın çətin günlərində onun üçün dua edirik. Sülhün və dialoqun bərpa olunacağına ümidvarıq" fikirlərini söyləməsi Vatikan-Azərbaycan münasibətlərinin dərinləşməsində hər iki tərəfin maraqlı olduğunu göstərir.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin ilk günündə Roma Papasının Müqəddəs Pyotr meydanında ənənəvi “Angelus” duası zamanı çıxışında Qafqaz regionunda zorakılığa dialoq yolu ilə son qoyulmasına dair istəyi, sülhə çağırışı və sadiqləri Qafqazda sülhün bərqərar olması üçün dua etməyə dəvət etməsidə müsbət dəyərləndirilməlidir.

Onu da qeyd etməliyəm ki, Vatikan-Azərbaycan münasibətlərinə təkcə ikitərəfli münasibətlər konteksində baxmaq düzgün olmazdır. Mədəniyyətlər və dinlər arasında dialoq, multikulturalizm ənənələrinin dünyaya tanıdılması Azərbaycanın xarici siyasətinin ən vacib konponentlərindəndir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi” çoxsaylı beynəlxalq tədbirlər və layihələr vasitəsilə sivilizasiyalar və dinlər arasında dialoqun inkişafına böyük töhfələr verməkdədir və bu BMT Baş katibinin 72/488 saylı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycanın 2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etməsidə bu sahədə aparılan sistemli işin təzahürüdür.

Vatikanla-Azərbaycan mədəni əlaqələrinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rolu yüksək qiymətləndirliməlidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Pio-Klementino muzeyində mədəni abidələrin və incəsənət nümunələrinin bərpa edilməsi Vatikan rəsmiləri tərəfindən yüksək qiymətləndirlimişdir.

Təsadüfi deyil ki, Vatikan Muzeyinin direktoru Antonio Paolucci Heydər Əliyev Fonduna və şəxsən Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Mədəni əlaqələrin inkişafı nəticəsində Vatikanın gizli arxivlərində o cümlədən Apostil kitabxanasında Azərbaycana aid yüzlərlə məxfi arxiv sənədlərinin ölkəyə gətirilməsi mümkün olmuşdur. Orta əsrlərə aid bu sənədlərdə Elxanilər, Qaraqoyunlular, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavablar, müxtəlif missionerlərin hesabatları və s. sənədlər əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan tarixinin müxtəlif məqamlarına işıq salmaq həmin dövrün etno-siyasi mənzərəsinin daha dərindən öyrənmək mümkündür.

Xristian dünyasının müqəddəs məbədgahlarından biri sayılan Vatikanla Azərbaycan arasında diplomatik münasibətlərin inkişaf etməsi xarici siyasətimizin prioritetlərindən birinə çevrilməlidir.

Sonda onu da qeyd etmək istərdim ki, bu gün qardaş Türkiyə 29 oktyabr Cümhuriyyət Bayramını qeyd edir. Bu tarixi gün türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir.

Bu münasibətlə başda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət və hökumət üzvlərini, müxalifət partiyalarının liderlərini və millət vəkillərini, eyni zamanda bütün dünyada yaşayan türk qardaşlarımı səmimi qəlbdən təbrik edirəm!
"İstehlakçıların hüquqlarının qorunması və ictimai nəzarət” mövzusunda onlayn konfrans keçirilibİctimai Nəzarət Mərkəzinin “İstehlakçıların hüquqlarının qorunması və ictimai nəzarət” mövzusunda 28 oktyabr 2021-ci ildə onlayn konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumları, icra nümayəndələri, sahibkarlar, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib. MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq ölkə prezidenti cənab İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verib və ölkəmizdə aktual problemlərdən sayılan istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məsələnin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb.

Daha sonra, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məruzə ilə çıxış edərək Azərbaycanda istehsalçı və istehlakçı arasında mövcud vəziyyət və ümumilikdə Azad İstehlakçılar İctimai Birliyinin fəaliyyəti haqqında məlumat verib. O, istehlakçıların və sahibkarların qarşılaşdıqları möcvud problemləri ilə bağlı təklifləri sistemli formada həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib. Daha sonra, İqtisadiyyat Nazirliyinin İstehlakçı hüquqları Şöbəsinin müdiri Roman Qaraşov salamlama çıxışını edərək istehlakçıların hüquqlarının müdafiəsi barədə geniş informasiyanı iştirakçıların nəzərinə çatdırıb. Daha sonra Ombusdman təsisatının nümayəndəsi Rəşad Novruzov nəzərə çatdırıb ki, bu çox əhəmiyyətli konfransdır və bu görüşün nəticəsi olaraq istehlakçı və istehsalçı arasında konstruktiv dialoq qurulması və bir çox istehlakçıların probleminin həll yollarına dair təkliflər verilməsi haqqında fikrini irəli sürdü. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Səbinə Əsgərova çıxış edərək mövzu ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında məlumat verib və istehlakçıların üzləşdikləri istənilən problemlərin operativ həll olunmasına hər zaman hazır olduqlarını qeyd edib.

Tədbirin gedişatında bir sıra dövlət qurumları, QHT nümayəndələri - Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Sevda Məmmədli, KOBİA-nın əməkdaşı Sahib Nəcəfov, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rahil Süleymanzadə, Dövlət Gömrük Komitəsinin əməkdaşı Elçin Rüstəmov, Asan Xidmət Mərkəzinin layihə koordinatoru Şəhla Mövlanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun müdir müavini Tanrıverdi Aydınov, QHT nümayəndələrindən İlham İsmayılov, Əhməd Abbasbəyli, Məhsəti Hüseynova, Eldar Malik Abbas, Təhmasib Novruzov, Nəsimi Qarabağlı çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildirib.
Yekunda Rəşad Novruzov, Roman Qaraşov, Eyyub Hüseynov təklif və fikirlərə öz münasibətlərini bildirib. Sonda Rauf Zeyni iştirakçılara öz minnətdarlığını bildirib və vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi naminə bu tədbirlərin davamlı keçiriləcəyini qeyd edib.
"Falçı" adı ilə vətəndaşları aldadan hakerin ŞOK ƏMƏLİ - VİDEODaxili İşlər Nazirliyi tərəfindən bank kartlarından pul vəsaitlərinin oğurlanması və elektron məlumatların onlayn yolla ələ keçirilməsi barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında əməliyyatlar davam etdirilir.

DİN-dən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək İnstaqram sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.

O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb.

Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə Teleqram ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.

Saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.
Oğlunun toyuna hazırlaşan ata intihar etdiQax rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi.(APA)
Bu tələbələrin xərclərini dövlət ÖDƏYƏCƏKAli təhsil xərcləri dövlət tərəfindən ödəniləcək şəxslərin kateqoriyaları müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Ali təhsil haqqında" Qanun layihəsində nəzərdə tutulub. Qanuna əsasən, aşağıdakı kateqoriya olan şəxslərin bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

- şəhid ailəsinin üzvləri;

- I, II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) I dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları;

- məcburi köçkün statusu olan şəxslər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Qanunun işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilibAzərbaycan Ağsaqqallar Şurasında “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbirlərin keçirilməsi davam edir. Oktyabrın 28-də Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin iştirakı ilə keçirilən toplantıda sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, müavinlər - Elmira Süleymanova, Bayram Yusifov, Vahid Novruzov, İdarə Heyətinin üzvü İbrahim Quliyev, həmçinin ölkəmizin cənub bölgəsini təmsil edən Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Əli Babayev, Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli və Böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev iştirak ediblər.

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Yardımlı Rayon Ağsaqqallar Şurasının mərhum sədri Məzlum Mənsimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev qarşıdan çoxdan gözlədiyimiz möhtəşəm bir bayramın – Zəfər Bayramının gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu Qələbənin qazanılmasında xalqımızın 3000-ə yaxın igid oğlunu şəhid verdiyini söyləyən natiq Zəfər Bayramı ərəfəsində bütün şəhər və kəndlərimizdə şəhidlərimizin anım günlərinin, ildönümü mərasimlərinin və digər tədbirlərin keçirildiyini və bu tədbirlərdə Şuranın yerli təşkilatlarının yaxından iştirak etdiyini qeyd edib. Eldar Quliyev işğaldan azad olunmuş torpaqlarda böyük vüsətlə bərpa-quruculuq işlərinin getdiyini vurğulayaraq, ayın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Zəngəzur Dəhlizinin təməlini qoyduğu möhtəşəm tarixi hadisəyə şahidlik etdiyimizi bildirib. O, həmçinin, belə bir məsuliyyətli zamanda ağsaqqalların öz fəaliyyətlərini daha da aktivləşdirməli olduğunu, xüsusilə son zamanlar artan ailə-məişət zorakılıqlarının, boşanmaların, əsasən qızların məktəbə davamiyyət problemlərinin, narkotik aludəçiliyinin və digər zərərli vərdişlərin qaşısının alınması üçün gənclərlə mütəmadi, effektiv işlərin aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova iş bölgüsü əsasında nəzarət etdiyi və bütün tədbirlərində yaxından iştirak etdiyi cənub bölgəsinin təşkilat sədrlərini salamlayaraq 44 günlük Vətən müharibəsində bütün xalqımızın, xüsusilə əsgər analarının böyük iradə nümayiş etdirdiyini qeyd edib. O bildirib ki, bu gün biz də həmin əsgər-qazilərimizdən, şəhid ailələrindən diqqətimizi əsirgəməməliyik, onlara daim hərtərəfli dəstək olmalıyıq. Elmira xanım Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun şücaəti ilə 30 illik yurd həsrətimizə son qoyulduğunu, yüzminlərlə məcburi köçkünlərimizin qəribçilikdən qurtulduğunu və öz doğma torpaqlarına qayıdaclarını vurğulayıb. Qeyd edib ki, hal-hazırda böyük qayıdış ərəfəsindəyik, işğaldan azad edilmiş torpaqlarımızda geniş məskunlaşma prosesi həyata keçiriləcəkdir və biz də öz növbəmizdə məcburi köçkünlərlə müəyyən işlər aparmalıyıq. Azərbaycan Ağsaqqallar Şurasının cənub bölgəsini əhatə edən rayon təşkilatlarının fəaliyyətindən də ətraflı bəhs edən Elmira Süleymanova tədbirdə iştirak edən həmin bölgənin sədrlərinə öz tövsiyə və məsləhətlərini verib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının müavini, professor Vahid Novruzov, cənub bölgəsindən olan ictimai-siyasi xadim, İdarə Heyətinin üzvü İbrahim Quliyev və rayon sədrləri qarşıdan gələn böyük Zəfər Bayramından, bu tarixin daşıdığı misilsiz əhəmiyyətdən bəhs ediblər. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və rəşadətli Ordumuzun Qələbəsi bütün dünyaya bir daha sübut etdi ki, biz öz doğma torpaqlarımızdan bir qarış belə heç kimə verən deyilik və qazandığımız bu Zəfər haqqın, ədalətin Zəfəridir. Azərbaycanda gənc nəslin təlim-tərbiyəsinə hər zaman xüsusi diqqətin ayrılmasının zəruriliyindən danışan natiqlər bu barədə ağsaqqalların da üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıblar. Rayon sədrləri də, öz növbələrində, bölgələrdə Anım Günü, Zəfər Bayramı ilə əlaqədar bir sıra tədbirlər keçirdiklərini, qaziləri, şəhid ailələrini, həmçinin xəstə və yaşlı insanları ziyarət etdiklərini, həmçinin gənclərlə görüşlər keçirdiklərini, onlardan öz məsləhət və tövsiyələrini əsirgəmədiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Xüsusi olaraq qeyd ediblər ki, pandemiya səbəbindən işlərində müəyyən çətinliklər olsa da, gələcəkdə fəaliyyətlərini daha da artırmaq əzmindədirlər.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onları qarşıdan gələn Zəfər Bayramı münasibətilə təbrik edib və vurğulayıb ki, bu bayramı bir neçə ictimai-siyasi xadimlə birlikdə Azərbaycandan kənarda, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edərək qeyd edəcəklər və bütün dünyaya fəxrlə göstərəcəklər, bir daha sübut edəcəklər ki, “Qarabağ Azərbaycandır!”. Sonda Eldar Quliyev tədbirdə iştirak edən cənub bölgəsinin rayon sədrlərinə yeni vəsiqələrini təqdim edərək, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.




Əliyev “Şuşa” dedi, aldı, indi “İrəvan” deyir – Erməni KİVZaman göstərdi ki, bizə vurulan mənəvi, psixoloji zərbə çox sarsıdıcı idi.

Axar.az xəbər verir ki, bu sözlər “Ermənistanın səsi” qəzetində yayılan məqalədə əksini tapıb.

“Saxta reallıq illüziyasını Azərbaycan Prezidenti, tezliklə, Şuşanın ələ keçirilməsi bəyanatı ilə dağıtdı. Halbuki biz Hadrutun itirilməsi ilə barışa bilməmişdik. O günlərdə və indi Əliyev öz xalqı və erməni icması ilə kifayət qədər ədalətli olub, öz planlarını gizlətməyib. Əgər onun planı o zaman maksimum Şuşanı əldə etmək idisə, indi Xankəndi yox, İrəvandır”, – deyə məqalədə bildirilib.