Nikol “Zəngəzur yolu”nu dəstəklədi: “Dəhliz” yox...“Dəhliz məntiqi” ilə aparılan danışıqlar regionda düşmən və gərginlik atmosferini daha da dərinləşdirir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan kommunikasiyaların açılması ilə bağlı hökumət iclasında çıxışında deyib.

Paşinyan xatırladıb ki, 9 noyabr (10 noyabr – red.) 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat regionda kommunikasiyaların açılmasını nəzərdə tutur:

“Ermənistan bu ideyanı tam dəstəkləyir. Bu məsələnin həlli regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən təminatlar yaradacaq. Rəsmi İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və bu anlayışla yanaşır”.

Paşinyan həmçinin əlavə edib ki, hazırda yük daşınması ilə bağlı marşrutlar müzakirə edilir.
Vətən müharibəsi xronikası: 28 oktyabr2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Avrasiya.net Vətən müharibəsinin xronikasını təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.

- Prezident İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib: "Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur"

- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub.

- Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb.

- Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb.

- Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib.

- Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

- Bərdənin vurulma anının videogörüntüsü yayılıb.