Prezident 19 yaşlı Müharibə Qəhrəmanı ilə görüşdüXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubadlıda səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovla da söhbətləşib:

Vətən Müharibəsi Qəhrəmanı: Mən ehtiyatda olan bir əsgər kimi bir çox tədbirlərdə iştirak eləmişəm. Orada qeyd edirdim, cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm ki, məni 19 yaşımda “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Şükür Allaha, bu gün öz doğma torpağımızda Sizinləyik. Sizə təşəkkürümü bildirirəm ki, məni və döyüş yoldaşlarımı yüksək fəxri adlarla qiymətləndirmisiniz. Çox təşəkkür edirəm.

İlham Əliyev: Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq.

Vətən Müharibəsi Qəhrəmanı: Hər an hər bir əmrinizi icra etməyə hazırıq.

İlham Əliyev: Sağ ol. Bu medallar hansı şəhərlər uğrundadır?

Vətən Müharibəsi Qəhrəmanı: Cəbrayıl, Füzuli.

İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Qeyd edək ki, əslən Qubadlının Yusifbəyli kəndindən olan V.Yaqubov, 2001-ci ildə Bakıda anadan olub. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi iştirak edib. 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunub.
Ərdoğan bu gün Azərbaycana səfərə gəlirBu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir.

Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enəcək.

R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq. (report)
Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab veribRusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Reallığa diqqət yetirmək lazımdır. Qoy onun (Almaniyanın müdafiə naziri - Red) xoşuna gəlsin, pərəstişkarlarını sevindirsin. Ancaq ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır. NATO üzvü olarn Norveç öhdəlikləri ilə bağlı addımlarını əminəm ki, Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq atacaq”, - Lavrov norveçli həmkarı Anniken Hyuitfeld ilə danışıqlardan sonra bildirib.
Sabah "Azadlıq" da mitinqdirOktyabrın 27-də “Gürcü Arzusu” partiyası Tbilisinin Azadlıq meydanında yekun seçki mitinqini keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün bir araya gəlinəcək:

"Nəzərinizə çatdırırıq ki, 27 oktyabr saat 17:00-da partiyamızın tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək. Ölkəmizin on minlərlə vətəndaşı qəddarları məğlub etmək, ləyaqət və azadlığı qorumaq, ölkəmizin tərəqqisi və inkişafı uğrunda mübarizə aparan gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün, bir araya gələcək", - deyə İ. Kobaxidze bildirib.


Rusiyada karantin qadağaları sərtləşdirildiRusiyada koronavirusa görə tətbiq edilən karantin qadağaları sərtləşdirilib.

Avrasiya.net xəbər verir ki, ölkə Prezidenti Vladimir Putin bu barədə bölgə rəhbərlərinə göstəriş verib.

Bu barədə Kremlin saytında xəbər dərc edilib.

Ölkənin bölgələrində əyləncə və iaşə müəssisələrində xidmət 23:00-dan 6:00-a qədər dayandırılacaq.

Qeyd edək ki, qonşu dövlət 8 279 573 yoluxma ilə dövlətlər arasında ilk beşlikdədir.
Qvineya körfəzində qaçırılan gəmidən xəbər varQvineya körfəzində Panama bayraqlı konteyner gəmisinə hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə "Dryad Global" dəniz təhlükəsizliyi portalı məlumat yayıb.

Bildirilib ki, "MSC LUCIA" konteyner gəmisi Ağbami neft terminalından 86 dəniz mili cənub-qərbdə naməlum sayda pirat tərəfindən qaçırılıb. Olay yerinə bir döyüş gəmisi istiqamət alıb.

"Bu zonadan keçən gəmilərə diqqətli olmaları tövsiyə olunur", - portal qeyd edib.

***

Rusiya Şimal Donanmasının dənizçiləri Qvineya körfəzində Panama bayraqlı konteyner gəmisini dəniz quldurlarından xilas ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentindən məlumat verilib.

Bildirilib ki, “Vitse-admiral Kulakov” gəmisi “Lucia” adlı konteyner gəmisindən qəza siqnalı alıb. Bundan sonra gəmidəki Ka-27PS helikopteri havaya qalxaraq dərhal hadisə yerinə yönəlib. Helikopter görünən zaman dəniz quldurları gəmini tərk edərək, qayıqları ilə sürətlə sahilə doğru istiqamət alıblar.
Rusiyanın hərbi karvanına hücum olduSuriyada Rusiya hərbi polisinin karvanı hərəkətdə olarkən partlayıcı qurğu işə salınıb.

Bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbər müavini, kont-admiral Vadim Kulit məlumat verib.

O, partlayışın Dəra əyalətinin M-5 magistralında baş verdiyini, hadisə nəticəsində xəsarət alanların olub-olmadığının araşdırıldığını söyləyib.