Əliyevdən Ərdoğana: Azərbaycanda hər kəs sizi sevirİkinci Qarabağ müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub.

Avrasiya.net-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Əziz qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək verdi. Siyasi və mənəvi dəstək. Bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq əziz qardaşım, sizə öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz”, - dövlət başçısı bildirib.
Ərdoğan Zəngəzur dəhlizindən danışdı: Daha irəli gedəcəksiniz!Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Axar.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.

Daha sonra R.T.Ərdoğan soruşub:

"Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz".

S.Məmmədov isə cavabında deyib: "Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".
İrana getmək üçün hansı sənədlər tələb olunur?İranda koronavirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından və qarşısının alınmasından sonra 23 oktyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin hava və quru sərhədlərindən (Astara, Biləsuvar, Culfa və Poldəşt) giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan tələb olunan sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçirilir.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik tələb olunan sağlamlıq protokollarını da açıqlayıb:

- Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.

- Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı təqdim etmək məcburidir.

Məlumata görə, bundan əvvəl və son 9 ay ərzində İranın Bakıdakı səfirliyinin Konsulluq şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan vətəndaşının İran ərazisinə daxil olmasına icazə verilib
Səfirlik mühəndislik məhsulları üzrə Vebinar təşkil edibHindistan Bakıdakı Səfirliyi Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası ilə birlikdə 26 oktyabr 2021-ci tarixdə Mühəndislik məhsulları üzrə hibrid rejimində Vebinar və ardından da B2B (ikitərəfli görüşlər) təşkil efib.

Səfirkikdın Avrasiya.net-ə verilən məlumata görə, Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Hindistanın və Azərbaycanın 40-dan çox müxtəlif mühəndislik şirkətlərinin nümayəndələri iştirak etdi.

Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası Hindistanın mühəndislik məhsulları istehsalıçılarının və ixracatçılarının milli qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda, mühəndislik məhsullarını Hindistandan təchiz etmək istəyən idxalçılar habelə beynəlxlaq alıcılara köməklik göstərir.

Tədbirin keçirilməyində məqsəd Hindistan mühəndislik sektoru barədə ətraflı məlumat vermək idi. Tədbirdə Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurasının sədri Maneş Desai açılış nitqi ilə çıxış edərək Hindistanın mühəndislik sektorunun gücü və Hindistan hökumətinin bu sahədə həyata mövcud dövlət proqramı barədə məlumat verdi. O, həmçinin, BŞCND-nin yaxın illərdə iki dost ölkə arasında ticarət həcmini artıraca biləcəyini vurğuladı.

Tədbirdə çıxış edən Səfir B. Vanlalvavna Azərbaycanla iqtisadi əlaqələrin şaxələndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. O, Hindistanın mühəndislik məhsullarının Azərbaycan bazarında artıq tanındığını, belə ki istər neft istəsə də qeyri-neft sektoru üçün reaktorlar, qazanlar, nasoslar, klapanlar və s. kimi müxtəlif mühəndislik məhsullarının idxal olunduğunu və ölkədə istifadə edildiyini bildirdi. Daha sonra, qeyd etdi ki, Hindistan mühəndislik sektoru ildə 76 milyard ABŞ dolları dəyərində məhsul ixrac edir və bu sahədə hər iki ölkə arasında əməkdaşlıq əlaqələrini artırmaq üçün daha çox imkanlar mövcuddur.

Azərbaycan statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ötən il ilə müqayisədə 20.1% artaraq, 610.1 milyon ABŞ dolları olmuşdur. Hindistan, bu dövrdə Azərbaycanın 8-ci əsas ticarət tərəfdaşı olmuşdur. Azərbaycandan Hindistana ixrac 503.2 milyon ABŞ dolları təşkil edərək, 22.0% artmışdır. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3.4% olmaqla, Hindistan Azərbaycan üçün 8-ci əsas ixrac məkanı olmuşdur. 2021-ci ilin yanvar- sentyabr ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12.2% artararaq, 106.9 milyon ABŞ dolları təşkil etmişdir.


Nizami rayonu ləğv edilirBakının Nizami rayonu ləğv edilərək, ərazisi Nərimanov və Xətai rayonları arasında bölünəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə “Yeni Müsavat” öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Nizami rayonuna 2020-ci il 11 iyuldan – Arif Qasımovun vəzifədən azad edilməsindən sonra başçı təyin edilməməsinin də səbəbi budur.

Qeyd edək ki, rayon 1980-ci ildə yaradılıb, ərazisi Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib.

İddiaya görə, dəyişiklik Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır. Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacaq. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.
“AzerGold” ali məktəb tələbələri üçün təqaüd proqramı elan edir“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsi elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.

Müsabiqədə 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kursunda Dağ-mədən mühəndisliyi, Geologiya və Metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələblər iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.

Qeyd edək ki, müsabiqəyə elan dərc edildikdən sonra (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava LimanıƏkrəm Bəydəmirli

Nəhayət bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Çox strateji hədəflərə istiqamətlənən bu hava limanı yeni bir mərhələnin başlanğıcı olacaq. Postmüharibə dövrünün yaratdığı reallığın nəticəsi olan, nəhəng tranzit layihələrin gerçəkləşməsinə yol açan Füzuli Beynəlxalq Hava Limanı region dövlətlərinin maraq dairəsindədir. Şübhəsiz ki, iqtisadi inteqrasiyanın dərinləşməsi bölgədə təhlükəsizlik məsələlərinin təminatını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

Prezidenti İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə belə möhtəşəm məkanın açılışı regionda marağı olan bir çox qüvvələrə ciddi mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, əgər yenidən sabitliyə, sülhə təhlükə yaradacaq qüvvələr ortalığa çıxarsa, həmin təhlükəni aradan qaldırmağa yetərincə potensial var. Təxribatçı və Ermənistandakı revanşist qüvvələrin heç bir perspektiv şansı olmayacaq.

Nəhayət belə bir törənin təşkili region və dünya dövlətlərinə bir iqtisadi əməkdaşlıq çağırışdır. Belə əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyən, yalnız normal iqtisadi əlaqələrə, sabitliyə xidmət edəcək faktordur. Digər tərəfdən Qarabağda yaşayan, qanlı cinayətlərdə iştirak etməyən Azərbaycanın erməni vətəndaşarına çağrışdır ki, gəlin, qanun çərçivəsində adam kimi yaşayın və resurslardan faydalanın.

Zəngəzur dəhlizinin təməli qoyuldu - FotoOktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi
Əliyev və Ərdoğan Füzuli aeroportunun açılışını etdilərFüzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Ərdoğan və Əliyevin Əsgərovla zarafatı - VideoXəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib və onu Prezdient İlham Əliyev şəxsən qarşılayıb.

Avrasiya.net xəbər verir ki, qarşılanma zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərova işarə edərək, "onun bığı yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək "bığı tökülüb" deyə cavab verib.

Həmin kadrları təqdim edirik: