Bizi hələ döyüşməyə məcbur edirlər - PrezidentMüharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər" , - deyə dövlət başçısı bildirib.
Azərbaycan səfiri İran prezidenti ilə görüşdü - FOTOOktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.

Avrasiya.net xəbər verir ki, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müşfiq Cəfərovdan daha bir uğurPortuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatında 73 kq çəki dərəcəsində mübarizə aparan SSSR çempionu, Avropa və Dünya çempionatlarının qalibi Müşfiq Cəfərov bürünc medal qazanıb.

Onu da xatırladaq ki, 2013-cü ildə İspaniyada, 2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatlarında Müşfiq Cəfərov bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb.

2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında isə o, bürünc medal qazanıb.
"44 günlük müharibə ümidlərimizi gerçəyə çevirdi"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Bu gün doğma yurdum Qubadlının işğaldan azad olunmasından 1 il ötür. Oktyabrın 25-i artıq bütün qubadlılar üçün müqəddəs tarixə çevrilib. İndi hamımız Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümünü qeyd edirik. Bu həqiqətən də hər birimizə əsl möcüzə kimi görünür. Çünki əvvəlki illərdə biz istəməsək də belə ölkəmizin bu qədim guşəsinin yalnız işğal ildönümlərini qeyd etməli olurduq. Torpaq itkisi, erməni namərdliyi, yurd həsrəti hamımızı yaxıb-yandırırdı. Bu illər ərzində bir çox doğmalarımız yurd həsrəti ilə bu dünyadan köçdülər və Qubadlıdan çox-çox uzaqlarda, Azərbaycanın müxtəlif şəhər və kəndlərinin qəbristanlıqlarında dəfn olundular. Bəzi insanlarımızda isə artıq nə vaxtsa Qubadlıya qayıdacağımızla bağlı sonuncu ümidlər də ölməkdə idi. Ancaq ümidini itirməyən, Şanlı Azərbaycan Ordusunun günün birində böyük rəşadət tarixinə imza atacağına ümid bəsləyən, Ali Baş Komandanımıza inanan insanlarımız isə qat-qat çox idi.

Biz həmin günü düz 27 il gözlədik. Bu 27 il ərzində Azərbaycan Dövləti qüdrətləndi, Azərbaycan Ordusu daha da gücləndi və nəinki bölgənin, hətta dünyanın ən döyüşkən, peşəkar ordularından birinə çevrildi. Bu Ordu nəhayət 27 ilin tamamında öz başlıca Missiyasını – Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə başladı. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində əvvəlcə Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli mənfur düşmənin tapdağından azad edildi. Daha sonra isə növbə Qubadlımıza çatdı. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü, oktyabrın 23-də Qubadlı ərazisinə daxil oldu, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edildi. İki gün sonra isə düşmən Qubadlı şəhərindən qovuldu. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyuldu. Beləliklə, Vətən müharibəsinin 29-cu günü qəhrəman Ordumuz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğaldan qurtardı.

Biz həmin günlərdə Prezident İlham Əliyevin həm televiziya ilə çıxışlarını, həm də “tvit”lərini böyük bir həyəcan hissi ilə izləyirdik. Prezident hər dəfə rayonlarımız işğaldan azad ediləndə xalqa müraciət edirdi. Bu dəfə də elə oldu. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də ilk dəfə Tvitter hesabından elan etdi. Sonra isə onun televiziya ilə xalqa müraciətini dinlədik. Oktyabrın 25-də ölkədə hər kəs televizorun önündə əyləşib Ali Baş Komandanın xalqa növbəti müraciətini səbirsizliklə gözləyirdi. Və budur - növbəti qələbə müjdəsi! Prezident “Qubadlı, sən azadsan!”, “Qubadlı bizimdir!”, “Qarabağ Azərbaycandır!” sözlərini qalib Komandan əzmi ilə, böyük bir qürur hissi ilə efirdən səsləndirir. Və bütün azərbaycanlılar bu sevinci, bu zəfər xəbərini bir-birilə bölüşməyə başlayır. Biz köçkünlərin sevinc hissini isə heç nə ilə izah və təsvir etmək mümkün deyildi. Doğma torpağın işğaldan azad edilməsinin insana yaşatdığı hisslər bizim ruhən dirçəlişimizin təzahürü idi. Bu, həqiqətən də çox qeyri-adi bir hiss idi.

Biz bu xəbəri düz 27 il ümidlə gözləmişdik. 44 günlük müharibə ümidlərimizi gerçəyə çevirdi. Qubadlı mənfur erməni tapdağından xilas edildi. Biz də “məcburi köçkün” adının ağır yükündən qurtulduq. Biz Qubadlını 27-28 ildir görməsək də, amma ruhən həmişə ordaydıq. Biz bu illər ərzində yurdumuzu, ocağımızı içimizdə, ruhumuzda yaşatdıq. Qəhrəman Azərbaycan Ordusu isə öz qələbələri ilə ruhumuza su səpdi, 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək bizə böyük, təkrarsız sevinc və qürur hissləri yaşatdı. Biz hamımız Azərbaycan əsgər və zabitlərinin Qələbə ruhuna, döyüş gücünə şahidlik etdik. Ordumuz gerçəkdən də yeni bir tarixi səhifə açdı. Mən bu tarixə şahidlik etməyimlə qürur duyuram!

Bizim könüllü özünümüdafiə batalyonları olaraq Birinci Qarabağ müharibəsi zamanı başa çatdıra bilmədiyimiz müqəddəs işi peşəkar Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin gedişində gerçəkləşdirməyi bacardı. Dədə-baba yurdlarımızın işğaldan azad olunmasını özünün övladlıq, vətəndaşlıq və hərbi borcu hesab edən igid əsgər və zabitlərimiz öz şücaətləri ilə biz qazilərin də başını uca etdilər və bizə inanılmaz qürur hissi yaşatdılar. Mən 90-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edən, o cümlədən doğma Xanlıq kəndi uğrunda sonuna qədər savaşan bir qazi kimi 44 günlük müharibədə hərbçilərimizin göstərdikləri şücaət haqqında bu gün hər yerdə fəxr hissi ilə danışıram. Əsgərlərimizin şücaətini, qəhrəmanlığını qeyd etmək hər birimizin mənəvi borcumuzdur. Məhz onların sayəsində doğma torpaqlarımızın işğaldan azad olunması hamımızın ruh halını dəyişib. Qəddimizi dikəltmişik, işğalın yaşatdığı xəcalət və natamamlıq hissindən xilas olmuşuq. Bu Qələbə həqiqətən də hər birimizə böyük motivasiya verdi. Allah bu günləri bizlərə bəxş edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. Mən torpaqlarımız uğrunda, Qubadlı uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Milli Qəhrəmanlarımız Əliyar Əliyevin, Şükür Həmidovun ruhları qarşısında baş əyirəm. Biz sizin rəşadətinizi, fədailiyinizi heç zaman unutmayacağıq!

Artıq Qubadlının işğaldan azad olunmasından 1 il ötür. Düşmən tapdağından xilas edilən şəhər, rayon və kəndlərimizin hər birində olduğu kimi Qubadlıda da üçrəngli Azərbaycan bayrağı dalğalanır. Və bu gün Prezident İlham Əliyev növbəti dəfə azad Qubadlıya səfər edib. Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Prezident rayon ictimaiyyəti ilə görüşdə işğal dövründə erməni vandalları tərəfindən viran edilən Qubadlının yenidən qurulacağını, işğalın ağır nəticələrinin tamamilə aradan qaldırılacağını bildirdi. Dövlətimiz bunun üçün bütün gücünü səfərbər edib. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyimiz günə elə də çox qalmayıb. Mən buna əminəm. Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri sürətlə aparılır. Başqa rayonlarımız kimi, Qubadlıdakı dağıntılar da tezliklə tarixə qovuşacaq. İnşAllah tezliklə Qubadlıda görüşərik!

Şəhid ailələri və qazilərə daha 50 mənzil verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsində şəhid ailələri, müharibə əlilləri, gözdən əlilliyi olan şəxslər və dövlət uşaq müəssisələrinin məzunlarına daha 50 mənzil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

H.Abdullayev bildirib ki, bu gün, oktyabrın 25-i Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun ötən il Vətən müharibəsində əldə etdiyi Qələbələrdən biri kimi Qubadlının işğaldan azad edildiyi gündür. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qubadlı bu gün azaddır və azad edilmiş bütün yurd yerlərimiz kimi, orada da üçrəngli bayrağımız dalğalanır.

Nazir müavini möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı geniş miqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Artıq 31 min şəxsin bu dəstək tədbirləri ilə əhatə olunduğunu deyib. O qeyd edib ki, Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə növbəti mənzillərin təqdim edilməsi dövlətimizin həm də sosial sahədə güclü, uğurlu siyasətini göstərir.

H.Abdullayev ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verildiyini, dövlət başçısının Sərəncamı isə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir və onlardan artıq 1850 mənzil verilib. Vətən Müharibəsi Qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

Yeni mənzillərlə təmin edilənlər Prezident İlham Əliyevin xüsusi qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Onlar bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
“Mənim Təsəvvürümdə Hindistan” - FotolarHindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində Hindistan Səfirliyi 2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsinin iştirakçılarını təbrik etmək üçün tədbir keçirib.

Qlobal müsabiqə Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən “Mənim Təsəvvürümdə Hindistan” mövzusunda təşkil olunub.

Məktəb şagirdlərinin, Azərbaycan Rəssamlar Assosiasiyasının üzvlərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə müsabiqə üçün onlayn şəkildə təqdim olunmuş azərbaycanlı rəssam və tələbələrin 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib.

Tədbirdə çıxış edən səfir Vanlalvavna Bavitlunq Hindistanın Müstəqilliyinin 75 illiyinin qeyd olunması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” adı altında təşkil olunan tədbirləri xüsusi vurğulayıb və belə tədbirlərin iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını bildirib. Mərasimdə görkəmli sənətkar Günay Zebiç də çıxış edib. Azərbaycanlı musiqiçi İlxas Məmmədov isə raqa musiqisini ifa edib.

Müsabiqə barədə ətraflı məlumat üçün https://www.iccr.gov.in/Iccr4Art/index.php saytını ziyarət edin. Qeydiyyat üçün son tarix 31 oktyabr 2021-ci ildir.




İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündürBu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.

Avrasiya.net verir ki, bu barədə Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu münasibətlə bütün qubadlıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb.
“Türk Şurası Media Forumu ortaq problemlərimizin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir”"Bu günlərdə İstanbulda baş tutan Türk Şurası Media Forumu türk dünyasının səsinin, qarşısında duran vəzifələrin, həmçinin bu coğrafiyanın ortaq problemlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Çünki günümüzdə türk dünyasının səsinin beynəlxalq aləmə çatdırılması daha çox vacibdir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra həm Azərbaycan, həm də Türkiyəyə qarşı bəzi beynəlxalq media şəbəkələri tərəfindən əsasssız ittihamlar səsləndirilir, iki qardaş ölkəni yalnış olaraq bir sıra məsələlərdə suçlu kimi qələmə verməyə çalışırlar: "Xüsusilə erməni informasiya maşını var gücü ilə həm Azərbaycan, həm də Türkiyəyə qarşı fəaliyyətdədir. Erməni təxribat maşını cəbhədə üzləşilən məşğlubiyyətin əvəzini informasiya meydanında çıxmaöa çalışır və həm Bakı, həm də Ankaraya qarşı çirkin kampaniya aparır. Bu baxımdan hər iki ölkənin, ümumilikdə Türk Şurasına daxil plan dövlətlərin bir media platformu çərçivəsində hərəkət etməsi, ortaya ümumi maraqlara xidmət edən və nəticələrə hesablanmış fəaliyyətlər qoyması zəruridir".

Süleyman İsmayılbəyli bildirib ki, bu günlərdə Türk Şurası Media Forumunun İstanbulda keçirilən toplantısında Azərbaycan və Türkiyədən mətbuat qurumlarının rəhbərləri ilə yanaşı, hər iki ölkənin yüksək səviyyəli rəsmilərin də iştirakı onu deməyə əsas verir ki, bu fəaliyyətləri həyata keçirmək üçün ortaya siyasi iradə mövcuddur və media təmsilçiləri də həmin siyasi iradədən yola çıxaraq ümumi maraqlara xidmət edən addımlar atmalıdırlar: "İctimai Birlik olaraq inanırıq ki, İstanbul forumunun uğurlu nəticələrini tezliklə müşahidə edəcəyik. Bu prosesdə hər birimiz fəal olmalıyıq".
Prezidentlə xanımı QUBADLIDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
ABŞ Orta Asiyada öz hərbi bazalarını yerləşdirmək istəyirBu gün ABŞ Dövlət Departamenti yenidən Orta Asiya ölkələrinə Amerika qoşunlarını öz ərazilərinə yerləşdirməyi təklif edir. Amma bu respublikaların hökumətləri xarici "logistika və təlim mərkəzlərinin" açılmasının tez -tez ölkəni münaqişələrə cəlb etməyə başladığının fərqindədir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Qlobal Araşdırmalar və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Vadim Kozyulin bildirib.

Politoloq qeyd edib ki, 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarından sonra Özbəkistan Əfqanıstandakı əməliyyatlara havadan dəstək vermək üçün Xanabad aerodromunu ABŞ Müdafiə Nazirliyinin sərəncamına verib. Çox keçmədən Daşkənd hiss etdi ki, Vaşinqton ölkənin daxili işlərinə təsir etməyə başlayıb və baza bağlanıb. 2005-ci ildə Amerika kontingenti Özbəkistandan Qırğızıstandakı Manas aerodromuna köçdü, 2001-ci ildə Qırğızıstandakı “antiterror koalisiyasının” aviabazasına verildi, lakin 2014-cü ildə baza orada da bağlandı. USAID-in Təhlükəsizliyə Yardım Təşəbbüsü Ukrayna üçün ABŞ silah və texnikasının tədarükü və dəyişdirilməsi, kəşfiyyat dəstəyi, təlim və digər xidmətlər də daxil olmaqla ordusuna və milli təhlükəsizlik qüvvələrinə kömək və dəstək verməyə icazə verir: «Ukrayna ərazisində, Amerika ordusunun fərqli bir iştirakı ilə təxminən on hərbi obyekt tapa bilərsiniz. Yavoriv hərbi poliqonunda yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi onların ən böyüyüdür. Artıq NATO -nun qabaqcıl varlığının əsasına çevrilib. Ocakovoda bir Amerika gəmisinin əməliyyat nəzarət nöqtəsi yerləşdirilib. Əslində burada ABŞ 2014 -cü ildə Krımda uğursuz olan bir dəniz bazası qurma ssenarisini həyata keçirir. Amerika dənizçiləri üçün sosial və məişət infrastrukturu tədricən formalaşır, lakin artıq üzən dok tikintisi layihəsi var”.

Azerforum.com