Ceyhun Bayramov iranlı həmkarı ilə danışıb23 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü – VideoBu gün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.

Avrasiya.net-in verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik.

***

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.

Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.

Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.
Nadir Qafarzadəyə qadağa qoyulduMüğənni Nadir Qafarzadə Mədəniyyət TV-nin onu "qara siyahı"ya atdığını iddia edib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat yayıb. Nadir konsertlərin birindən görüntüsünü paylaşaraq bu sözləri yazıb:

"Heydər Əliyev adına sarayda qazi və şəhid ailələri üçün təşkil olunmuş konsertdən bir hissədir. Mədəniyyət kanalının rəhbərliyi oxuduğum mahnını kəsib, montaj edir. Beləliklə, efirdə mən görünmürəm".

Qeyd edək ki, Nadir Qafqarzadə fəxri ad almamasına kəskin etiraz edərək, "Azərbaycan vətəndaşı olmağımdan utanıram" demişdi.
27 yaşlı itkin AXTARILIRAğstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 22 oktyabr 2021-ci il tarixində səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib.

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur
Direktor koronavirusa yoluxdu, məktəb bağlandıXırdalan şəhəri 7 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Qaynarinfo.az-a valideyinlər məlumat verib.

Belə ki, öncə məktəbdə bir neçə sinif distant təhsilə keçib. Məktəb direktoru Zenfira Orucova və ona yaxın müəllimdə virus aşkarlandıqdan sonra, əyani tədris prossesi distant təhsillə əvəz olunub.
İran prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndəribİranın dövlət başçısı Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə Məhəmməd peyğəmbərin (s) mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərib.

İranın ölkəmizdəki səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, məktubda deyilir: "Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm. Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm. Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm".

"Facebook"un yeni adı məlum oldu"Facebook" sosial şəbəkəsinin yeni adı "Meta.com" ola bilər.

Bu barədə öz "Facebook" səhifəsində PavelGross.ru saytının domen brokeri Pavel Qross-Dneprov bildirib.

Mütəxəssis son bir ay ərzində ".com" zonasında domenlərin kütləvi şəkildə satın alındığını qeyd edib: "Bunları "Facebook" domenləri ilə məşğul olan şirkət alır. Buna görə, "Meta.com" olacağını düşünürəm".

Qeyd edək ki, Facebook-un adını dəyişəcəyi oktyabrın 20-də məlum olub.
Şəmkirdə ata və yeniyetmə oğlu bıçaqlandıŞəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Pakistanda toqquşmalar: polislər vəhşicəsinə öldürüldüPakistanın Pəncab əyalətinin Lahor şəhərində “Təhrik-i-Ləbbeyk” radikal qruplaşma üzvləri ilə toqquşma zamanı 3 polis əməkdaşı ölüb, daha bir neçəsi isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Ölən polislərdən ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, etirazçılar asayiş keşikçilərinə qarşı daş, dəyənək və “Molotov kokteyli"ndən istifadə ediblər.

Bildirilib ki, Pakistanda fəaliyyəti qadağan edilən “Təhrik-i-Ləbbeyk” üzvləri təşkilatın rəhbəri Saad Hüseyn Rizvinin azad olunması tələbi ilə Lahordan paytaxt İslamabada getmək niyyətində idilər.
Xanımından xəbərdarlıq: Saakaşvili təhlükədədir!Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti kritik duruma yaxınlaşır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Saakaşvilinin xanımı Yelizaveta Yasko deyib.

“Bu, həbsdə olan Saakaşvilini 4-cü ziyarətim idi. Bu gün xeyli danışdıq. Təxminən 5 saat... Aclığın 22-ci günüdür. Mixail yenə də sona qədər mübarizə aparmağa hazırdır. Mən artıq bir neçə dəfə ondan aclığı dayandırmağı xahiş etmişəm, lakin qərar sarsılmazdır. Saakaşvilinin səhhəti ağırlaşır və bu, çox yaxşı bəllidir. Şadam ki, o dözür. Lakin bu dəfə mənim üçün kədərlidir. Çünki onun təhlükədə olduğunu anlayıram. Vəziyyəti kritik duruma yaxınlaşır”, - deyə Yasko bildirib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Tiflisdə həbs edilib. O, həbsxanada aclıq aksiyası keçirir.