Polad Həşimov EkoAvrasiya tərəfindən “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülübİkinci Qarabağ müharibəsindən bir neçə ay əvvəl Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan general Polad Həşimov Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb. Ödül oktyabrın 21-də Ankarada baş tutan mükafatlandırma mərasimi zamanı şəhid Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim edilib.

Ankarada baş tutan mükafatlandırma mərasimində şəhid Polad Həşimovun ödülü onun anası Səmayə Həşimovaya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, EkoAvrasiya təmsilçisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla birlikdə təqdim edilib.

Mərasimdə çıxış edən EkoAvrasiya rəhbəri Hikmət Eren rəhbərlik etdiyi qurumun fəaliyyətindən həs edib. O bildirib ki, EkoAvrasiyanın əsas fəaliyyəti Türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu əlaqələrə yardımçı olmaqdır.

Çıxışında “Avrasiya Hizmət Ödülü”nün şəhid general Polad Həşimovun anası Səmayə Həçimovaya təqdim etməkdən qürur duyduqlarını dilə gətirən Hikmət Eren şəhdin ailəsinin də belə bir mükafatı məmuniyyətlə qarşıladığını vurğulaylb və bundan dolayı Səmayə Həşimovaya təşəkkürünü ifadə edib. Sonra Hikmət Eren “Şəhid general Polad Həşimovu rəhhmət və ehtiramla anırıq” deyə fikirlərini sona çatdırıb.

Qeyd edək ki, bir müddət əvvəl şəhid Polad Həşimovun ailəsinə İranın dini lideri Əli Xomaneyi tərəfindən “Qasım Süleymani Medalı” göndərilmiş, lakin ailə həmin medalı qəbul etməmişdi.
Rusiyaya qarşı hərbi paketi işə salırıq - StoltenberqNATO Rusiyadan artan təhlükəyə cavab olaraq bütün siyasi və hərbi tədbirlər paketini həyata keçirir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz bu təhlükəyə cavab olaraq, hava və raket hücumundan müdafiənin gücləndirilməsi, silahlı qüvvələrin və vasitələrin beşinci nəsil reaktiv təyyarələrlə gücləndirilməsi, təlimlərin və kəşfiyyatın uyğunlaşdırılması, döyüş hazırlığının və effektivliyinin artırılması prosesini həyata keçiririk", - Stoltenberq qeyd edib.

Baş katib əlavə edib ki, NATO beynəlxalq silah nəzarəti və nüvə silahının yayılmamasına dəstək verməyə davam edəcək.
Saakaşvili həbsxana qaydalarını pozdu - NazirlikGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamlamaqla cəzaçəkmə müəssisəsinin qaydalarını pozub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında ​​deyilir.

“M.Saakaşvili həmin vaxt kamerada deyil, duş otağında idi. Həbsxana işçilərinin duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
UEFA reytinqi: Azərbaycan 2 pillə irəlilədiAzərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Avrasiya.net xəbər verir ki, bu, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub. Azərbaycanın aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.

Bununla 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın "Legiya" komandası Avropa Liqasının III turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.
Putin Zəngəzur dəhlizindən DANIŞDI“Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında deyib.

O qeyd edib ki, regionda səmərəli iqtisadi həyatın və əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır.

“Bu, bu və ya digər formada əsas məqsədə nail olunmasına - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır”, - deyə Rusiya Putin bildirib.
"Qarabağ" qələbəyə layiq idi - Qurban Berdiyevİki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı.

Avrasiya.net xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Qurban Berdiyev Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, görüşdəki atmosfer kifayət qədər yaxşı idi: "Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. "Qarabağ"ın daha yaxşı oynadığını deyə bilərəm".

Berdiyev qrupdan çıxmaq şanslarından da danışıb: "Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik".