Kürdəmirin sabiq icra başçısına hökm oxunduLənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib, 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər- Tacəddin Novruzov 8 il 6 ay, Natiq Kərimov 8 il 6 ay, Emin Sadıqov 4 il, Eynulla Novruzov 8 il 3 ay, Məhəmməd Musayev 8 il 3 ay, Mətləb Allahverdiyev 8 il 3 ay , Rəcəb Hüseynov 8 il 3 ay, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmə əsasən, iş üzrə digər təqsirləndirilən Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması, 2000 manat cərimə, 1 il 6 ay müddətinə vəzifə tutmaqdan məhrum edilib.
69 yaşlı kişi itkin düşüb - FOTOYevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdiİctimai Nəzarət Mərkəzinin 20 oktyabr 2021-ci il tarixində 6 aylıq fəaliyyət hesabatı ilə əlaqədar onlayn konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib. İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

Avrasiya.net xəbər verir ki, təqdimatda İctimai Nəzarət Mərkəzinin fəaliyyəti, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, keçirilən tədbirlər, vətəndaşların müraciətləri və s. yer alıb. Rauf Zeyni İctimai Nəzarət Mərkəzinin keçirdiyi əsas tədbirləri - 23 aprel 2021-ci il tarixində “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr”, 19 may 2021-ci il tarixində “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri”, 1 iyul 2021-ci il tarixində “Gömrük sistemində mövcud problemlər və onların həlli yolları”, 17 sentyabr 2021-ci ildə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda konfransları, indiyə qədər İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin vətəndaş cəmiyyəti problemləri ilə əlaqədar 20-dən çox keçirilən toplantıları, vətəndaşların müxtəlif problemlərlə bağlı etdiyi müraciətləri və bu barədə statistik məlumatları tədbir iştirakçılarına bildirib.

Daha sonra bir sıra dövlət qurumları və QHT nümayəndələri – İctimai Nəzarət Mərkəzinin İdarə üzvlərindən İlham İsmayılov, Əhməd Abbasbəyli və Ümid Mirzəyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun sədr müavini Tanrıverdi Aydınov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səidə Abasova, ASAN Xidmətin nümayəndəsi Adil Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Adəm Salahov, KOBİA-nin nümayəndəsi Aqşin Mehdiyev, Şirvan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsiman Ağabəyov, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, Ə.Haqverdiyev Mərkəzinin sədri Eldar Məlik Abbas, İstedadlı Əlillər Cəmiyyətinin sədri Qubad Qasımlı, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rahib Süleymanzadə, Quba Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev, Tibb Universiteti yanında İctimai Şuranın sədr müavini Aidə Bəndəliyeva, Milli Məclisin deputatı Aydın Hüseynov, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, Qadın Sahiblar İB-nin sədri Zemfira Ağayeva, Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova çıxış edərək öz fikir və təkliflərini bildirib.

Sonda Rauf Zeyni iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.


Rövşən Əkbərovun vəkili: "Nazim İbrahimov barəsində cinayət işi başlanılmalıdır"Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.

O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxırılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxs qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib: "Rövşən Əkbərovun bu cinayətə adiyyatı yoxdur. Törətmədiyini cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.

Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır: "Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib. O, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Guya ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib? Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o, Rövşən Əkbərov barəsində yalan ifadə verib.

Digər şahid fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində söyləməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".

Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Məhkəmə iclası bitəndən sonra məhrhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Rövşən Əkbərovun öldürdüyünü bildirib: “Ona silah verin oğlumu necə öldürübsə, məni də öldürsün”.

R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.

Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
"Azəriqaz" Qarabağın qazlaşdırılmasına dair planlarını açıqladı"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.

"Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək", - deyə o, qeyd edib.

Baş direktor bildirib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.
QHT-nin Departament rəhbəri UNEC-də direktor təyin edildiMüvəkkil Hüquq Mərkəzi İqtisadi təhlil və tədqiqatlar Departamentinin rəhbəri Əkbər Əsgərov direktor təyin edilib bu barədə Avrasiya.net-ə təşkilatın rəhbəri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

Azərbaycanda ilk dəfə olaraq UNEC-də “Bloomberg Finance Laboratory” fəaliyyətə başlayır. Dünyanın yalnız nüfuzlu universitetlərində fəaliyyət göstərən bu maliyyə laboratoriyasına Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradovun əmri ilə UNEC və LSE-də təhsil almış, Müvəkkil Hüquq Mərkəzi İqtisadi təhlil və tədqiqatlar Departamentinin rəhbəri Əkbər Əsgərov təyin edilib.
Azərbaycan yeni döyüş təyyarələri alırAzərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var.

Avrasiya.net xəbər verir ki, bunu Report-a müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov deyib.

Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir:

“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.
Antalya iş adamları AzərbaycandaTürkiyə-Azərbaycan iqtisadi və dostluq münasibətləri günü-gündən inkişaf etməkdədir. Qardaş ölkədən növbəti nümayəndə heyəti 21-22 oktyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, layihə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənmişdir.

Layihənin təşkilatçısı SET Qrup şirkətinin rəhbəri Alper Alveroğlu öz çıxışında bildirib ki, bizim məqsədimiz hər iki ölkədəki dostluq və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsində iştirak etmək, qardaş Azərbaycana daha da faydalı olmaqdır. Həmçinin Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusunun qələbəsindən qürur duyduqlarını bildirib.

Qeyd edək ki, səfər zamanı yerli şirkətlərə ziyarətlə yanaşı, yerli sahibkarlarla ikili iş görüşmələri də təşkil olunub.
Məşhur aktyor operator və rejissoru güllələdiMəşhur Hollivud aktyoru Alek Bolduin Nyu Meksikoda "Rust" filminin çəkiliş meydançasında operator və rejissoru güllələyib.

Kult.az xəbər verir ki, bu barədə ABŞ polisi məlumat yayıb.

İlkin məlumatlara görə, çəkiliş meydançasında olan aktyorlar boş patronlardan atəş açmalı idilər, lakin patronlar real olub.

Rejissor Coel Sousa aldığı güllə yarasından xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır. 42 yaşlı operator Qalina Hatçinsin isə həyatını həkimlər xilas edə bilməyiblər. Qalina Hatçinsin Ukrayna əsilli olduğu bildirilir.

Hələlik Alek Bolduinə qarşı heç bir ittiham irəli sürülməyib. Filmin çəkilişləri dayandırılıb.

Qeyd edək ki, Alek Bolduin sözügedən filmin prodüseri və aktyorudur.
Bakıda ər arvadını məftillə boğaraq öldürdüOktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.