Saakaşvilinin atasını infarkt vurduGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvilini infarkt vurub.

Avrasiya.net xəbər verir ki, 77 yaşlı Saakaşvili xəstəxanaya yerləşdirilib.

O, hazırda kardioloji klinikadadır.

Saakaşvilinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir və onda aritmiya əlamətləri müşahidə olunur.
Sadiq Qurbanov şəhidlərin anım mərasimlərinə qatılıb - FotolarMilli Məclisin deputatı Sadiq Qurbanov Şabran rayonundan pərvazlanıb Vətənin müdafiəsinə yollanmış şəhid Nurlan Niyazi oğlu Nurməmmədovun anım mərasimində iştirak edib.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin əzizləri, rayondakı şəhid anaları iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, ötən payız haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı məhz Nurlan Nurməmmədov kimi igid oğulların sayəsində öz torpaqlarını 30 illik işğaldan azad etdi, düşmən üzərində Zəfər çaldı. Şəhidi tanıyanlar onun ordu sıralarındakı xidmətlərindən, Vətən müharibəsindəki hünərindən, Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdəki cəsurluğundan söhbət açıblar. Bildirilib ki, şəhid Nurlan Nurməmmədov ölkəmizin ərazi bütövlüyünün bərpası, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda Vətən və xalq qarşısında övladlıq borcunu vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anım mərasimində şəhidin doğmalarına dərin ehtiram bildirilib.

***

Milli Məclisin deputatı Sadiq Qurbanov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhid Sadiq Mübariz oğlu Məmmədovun anım mərasimində iştirak edib.

Çıxışlarda Sadiq Məmmədovun 44 günlük Vətən müharibəsindəki şücaətindən, döyüş əməliyyatlarındakı dəqiqliyindən və qorxmazlığından, torpaqlarımızı düşmən caynağından qurtarmaq əzmindən bəhs olunub.

Şəhidin əzizləri onun həyat yolundan, insani keyfiyyətlərindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, döyüş zamanı top komandiri vəzifəsini icra edən Sadiq Məmmədov düşmənin 4 mövqeyini, rabitə maşınını, rabitə qülləsini məhv edib. Müharibədə igidlik göstərərək xeyli sayda əsgərimizin həyatını xilas edib, düşmənin canlı qüvvəsini məhv edib. Vətən müharibəsində göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şəhid Sadiq Məmmədov ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Deputat Sadiq Qurbanov şəhidlərin ailələrinə dərin minnətdarlıq bildirib, onların qayğıları ilə maraqlanıb.


Şəhidlərimizin yeni siyahısı açıqlandı: 6 hərbçi itkindirMüdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Nazirlikdən Avrasiya.net-ə bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
MİT-dən əməliyyat: İsrailin 15 casusu yaxalandıTürkiyənin Milli İstihbarat Təşkilatı İsrailin MOSSAD xarici kəşfiyyat xidmətinin casus şəbəkəsini deşifrə edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Sabah” qəzeti yayıb.

Məlumata görə, deşifrə edilən casus şəbəkəsi 15 nəfərdən ibarət olub və onların bir qismini fələstinlilər təşkil edib.

MOSSAD agentlərinin oktyabrın 7-də məxfi əməliyyat nəticəsində saxlanıldığı bildirilib. Xəfiyyələr hər biri 3 nəfərdən ibarət 5 hücrədə qruplaşıblar.

Onların maliyyə mükafatı qarşılığında xarici və türk tələbələr barədə informasiya topladığı qeyd olunub.

Qeyd edək ki, son 1 ay ərzində Türkiyə kəşfiyyatı ölkədə bir neçə aktiv əməliyyat aparıb.
AzTV-dən Fazil Mustafaya cavabBu gün siyasi partiyaların, ictimai təşkilatların və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən deputat Fazil Mustafa AzTV-nin peşəkarlıq və siyasi hazırlıq baxımından çox geri qaldığını və kanalı formatlamaq lazım olduğunu bildirib.

Əlbəttə, bu, hörmətli deputatın şəxsi fikridir və biz vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın fikirlərinə hörmətlə yanaşırıq. Amma yaxşı olardı ki, hörmətli Fazil müəllim AzTV ilə bağlı fikir söyləməzdən əvvəl zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxa və orada təqdim olunan verilişlərin forma və məzmununa diqqətlə nəzər sala, təhlil edəydi. O zaman AzTV-yə tutulan irad da daha məntiqli və əsaslı, ən əsası, anlaşılan olardı.

Öz növbəmizdə onu deyək ki, AzTV təxminən 3 il öncə həm forma, həm də məzmun baxımından format olunub. Yox, əgər deputat ideoloji baxımdan deyirsə, o zaman məsləhət görərdik ki, yenə də kanalda təqdim olunan süjetlərə, sənədli və bədii filmlərə, videoçarxlara, ən nəhayət, müharibənin hər gününə aid hazırlanan xronikalara, eləcə də şəxsən özünün dəfələrlə iştirak etdiyi gündəlik tok-şoulara diqqətlə baxsın. Bu gün AzTV-nin efirinin 24 saatı 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Bunu görməmək sadəcə mümkün deyil.

Üstəlik, hörmətli millət vəkili bir neçə gün öncə AzTV-nin parlamentin fəaliyyətini az işıqlandırması ilə bağlı irad bildirmişdi.

Onu da F. Mustafanın diqqətinə çatdıraq ki, artıq bir aya yaxındır AzTV-də həftədə 1 dəfə, 45-50 dəqiqəlik “Parlament saatı” verilişi yayımlanır ki, bunu da millət vəkili bilməmiş olmaz. Belə olan halda F. Mustafanın iradlarını anlamaq, düzü, həm çətindir, həm də qeyri-obyektiv görünür. Bütün bunlarla yanaşı, əgər hörmətli deputatın AzTV-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı əsaslı fikir və ideyaları varsa, görüş formatında və ya yazılı müaciətlə bildirə bilər.
Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTOKürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonundakı xəstəxanaya aparıldığı bildirilir.

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Qeyd edək ki, hadisə zamanı vəfat edən G.Ələsgərova şəhid Rəhim Hüseynovun həyat yoldaşıdır.

G.Ələsgərovanın qayınanası hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, gəlini ötən gün şəhid R.Hüseynov üçün Kürdəmirdə il mərasimi verdikdən sonra Zərdaba gəlirmiş:

“Bu gün Zərdabda da Rəhim üçün il mərasimi keçiriləcəkdi. Bir az olar eşitmişik ki, yolda qəzaya düşüblər”.

Faktla bağlı araşdırma aparılır.
"Azərsu" ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib"Azərsu" ASC yanında İctimai Şuranın toplantısı keçirilib. İclasın gündəliyində yeni sənədlərin qəbulu (İŞ-nin etik davranış kodeksi, İŞ reqlamenti) və cari məsələlər yer alıb.

Ötən iclasda İŞ üzvlərinin irəli sürdüyü təkliflər yenidən müzakirə olunub. İŞ üzvlərinin yekdilliklə səs verməsindən sonra İŞ-nin etik davranış kodeksi və reqlamenti qəbul olunub.

Cari məsələlərdə İŞ loqosunun və blankının təsdiq olunması, daxil olan şikayət və ərizələrin elektron sisteminin yaradılması, ötən iclasda İŞ fəaliyyətinə dair İŞ üzvlərinin irəli sürdüyü təkliflərə əlavələrin edilməsi ilə yenidən sistemləşdirilməsi, kargüzarlıqla əlaqədar sistemin yaradılması, "Azərsu"yun kollegiya iclaslarında İŞ nümayəndəsinin iştirakının təmin edilməsi, müvafiq İŞ-larla və əlaqədar qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlıq memarondumunun imzalanması, İŞ-nin fəaliyyətinin daha səmərəli təşkil olunması və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İrəli sürülən təkliflər əsasında İŞ-nin fəaliyyət proqramının tərtib olunması qərara alınıb. Fəaliyyət müddətində İŞ üzvlərinə vətəndaşların, QHT-lərin və media nümayəndələrinin etdiyi müraciətlərlə əlaqədar “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı tərəfindən bütün məsələlərə operativ reaksiya verilib və aidiyyatı qurumlara yönləndirilib. Buna görə də Anar Cəbrayıllıya və "Azərsu" rəhbərliyinə İŞ üzvləri tərəfindən minnətdarlıq ifadə olunub.

İŞ sədri Rauf Zeyni bundan sonra da İŞ və "Azərsu"yun effektiv, qarşılıqlı, faydalı əməkdaşlıq etməsi, şəffaflığın, ictimai nəzarətin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldüBu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa.az)
Direktor müəllimlərdən pul tələb edir – ŞikayətSumqayıt şəhər internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyeva gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb edib.

Bu barədə Axar.az-a gimnaziyadan daxil olan şikayətdə bildirilib.

“Direktor gimnaziyaın divarlarının boyanması üçün müəllimlərdən bu həftə ərzində 20 manat pul vermələrini tələb edir. Dilarə Şəfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir. Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər Təhsil Nazirliyinə də şikayət edib. D.Şəfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz istədiyi şəkildə idarə edir. Müəllimləri direktor kimi təsdiqləndikdən sonra görəcəyi işlərlə bağlı hədələyir”.

Təhsil Nazirliyindən saytımıza bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq.
Meyxanaçı narkotiklə belə tutuldu - VideoMeyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda görünür C.Babaşov narkotik vasitəni çantasından çıxararaq, polisə təqdim edir. Eyni zamanda, onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.

Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.