Yoluxma artdı, Putin iş yerlərini bir həftəlik bağladıRusiyada koronavirusa yoluxma sayında kəskin artım qeydə alındığı üçün bəzi iş yerləri bir həftə müddətinə fəaliyyətini dayandırıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin təklif olunan planı təsdiqləyib.

Qərara əsasən, koronavirusa yoluxma və ölüm hallarının artması səbəbindən 30 oktyabr-7 noyabr tarixləri arasında bəzi iş yerləri fəaliyyətini dayandırır. Bəzi bölgələrdə isə bu qərar daha tez qüvvəyə minə bilər.
Agentliyin Müşahidə Şurasının növbəti iclası keçirilib20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.

İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqadar müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurası QHT sektorunun fəaliyətinə aid qəbul edəcəyi sənəd layihələri ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə qərar qəbul edib.
Prezident: Bu tarixdən zəngilanlılar köçürülə bilərİndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci ağıllı kənd layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.
“Müsəlmanlar hakimiyyətin hədəf obyektinə çevrilib”Seyid Mirtagi Əsədov: “Gürcüstanda haqsızlıq və ədalətsizlik pik həddədir”

Gürcüstan azərbaycanlılarının problemləri çoxdur. Hazırda həll olunması zəruri olan problemlərdən biri təhsildir. “Açıq Cəmiyyət-Gürcüstan” Fondunun son bir neçə ildə apardığı araşdırma zamanı məlum olub ki, etnik azlıqların nümayəndələrinə keyfiyyətli təhsil vermək üçün dövlət tərəfindən həyata keçirilmiş tədbirlərə baxmayaraq, hələ də gənclərin təhsil problemləri mövcuddur. Təhsillə yanaşı ölkədə dini sahədə də problemlər yaşanmaqdadır. İran, Türkiyə və Ərəbistan Gürcüstanda öz dini siyasətini həyata keçirmək yarışına çıxıblar.

Dini baxımdan Gürcüstandakı azərbaycanlıların 75 faizi şiə, 25 faizi isə sünnü müsəlmanlardan ibarətdir. Ölkədə dini təfriqə hallarına rast gəlinməsə də gizlin formada məzhəblər arası mübarizə üsullarından istifadə olunur. Digər tərəfdən də dövlətin düzgün dini siyasət yürütməməsi narazılıqları artırıb.

“Xalq Cəbhəsi” bu dəfə ölkədəki dini durumla bağlı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Seyid Mirtagi Əsədovla söhbətləşib. İlk sual Gürcüstanda dini vəziyyət və problemlərlə bağlı olub.

- Təəssüflə vurğulayım ki, burada dini sahədəki durum tam ürəkaçan deyil. Dini sahədə gedişat bir tərəfin xeyrinə işləyir. Bu tərəf də, dini çoxluğu təmsil edən Ortodoks kilsəsidir. Amma digərləri üçün belə deyil. Dini azlıqlar içində ən çox problemlər, məzhəbindən asılı olmayaraq müsəlmanlara yaradılır. Ən çox müdaxilələr bunların haqqında müşahidə olunur. Hökumət tərəfindən məscidlərin tikilməsinə problem yaradılır. Dini idarələr arasında ayrıseçkilik salırlar. Dini sahəyə ayrılan vəsaiti, özlərinə bağlı idarənin istifadəsinə verirlər. Hansı ki, sözügedən idarə müsəlmanlara xidmət əvəzinə daha çox hökumətin sözçülüyünü edir. Dini sahədə siyasi iradənin olmaması, inamsızlıq, etimadsızlıq və çətinliklərin yaranmasına səbəb olur. Bu isə bir sıra fəsadlar və problemlər yaradır. Bu problemlərin həlli üçün heç bir addım atmırlar. Demək olar ki, ölkə daxilindəki müsəlmanlar hakimiyyətin hədəf obyektinə çevrilib. Müsəlmanları görməməzlikdən gəlmə, qorxu basqı, müxtəlif formalı təqib və təzyiqlərə məruz qoyma, səsini çıxarıb, söz deyib haqq, hüquq tələb edənlərə qarşı səsini kəsmə, boğma və təcrid siyasəti həyata keçirirlər. Bunun da yeganə səbəbi, ölkənin siyasi sükançılarına hakim zehniyyətin ifrat dərəcədə Ortodoks ideologiyasının caynağındakı əsarətidir. Elə bunun nəticəsində də aşırı müdaxilələrin və dini azlıqların hüquqlarının geninə-boluna tapdalanmasının şahidi oluruq.
Dini çoxluğa aid keşişlər tərəfdən də ayırca təzyiq və basqılar var. Dörd tərəfi Azərbaycan kəndləri ilə əhatə olunmuş hündürlüklərdə xaç asırlar. Ümumi olaraq deyə bilərəm ki, burada haqsızlıq və ədalətsizlik pik həddədir.

Təbii ki, bu da qəbul edilməzdir. Ümumiyyətlə, ikili standartlar siyasəti heç bir yerdə razılaşılmadığı kimi, burada da məqbul deyil. Bu hökumət ölkə azlıqlarına dair beynəlxalq öhdəliklər götürüb. Əfsuslar olsun ki, bu öhdəliklərin heç birinə əməl etmir. Dini məsələlər üzrə dövlət agentliyi yarandığı gündən bu yana, özü də bilmədən bu ölkənin və hökumətin əleyhinə işlədi. Quruculuq, birlik və bərabərlik əvəzinə, nifaq, ayrıseçkilik və fitnə ilə məşğul oldu. Məhz onun üçün də özünü doğrulda bilmədi. Onun üçün biz də çalışırıq ki, müxtəlif hüquqi yollardan yararlanmaqla, media vasitələrindən istifadə etməklə, eləcə də platforma və müxtəlif tədbirlərdə iştirak etməklə daxili və xarıcı qüvvələrə buradakı genişmiqyaslı haqsızlıqları çatdırmaqla, öz itmiş, batmış və tapdalanmış hüquqlarımızı qaytaraq.

- Ölkədə dini sahədə Türkiyə, İran və Ərəbistanın təsiri var, bu hansı fəsadlara yol aca bilər.

- Adı çəkilən bu ölkələr çalışmalıdırlar ki, dünyanın hər harasında olursa olsun, onlara hansısa formada mənəvi bağlılığı olan insanları düzgün istiqamətləndirsinlər. Siyasi möhtəkirlikdən uzaq dursunlar. Onlardan öz siyasi maraqlarında sui-istifadə etməsinlər. Elə də Gürcüstanda. Əks halda, bunun fəsadları qaçılmazdır.

- İranın təsiri altında iki mədrəsənin olduğu və onların radikal mövqedə dayandığı iddia olunur. Bu barədə nə deyə bilərsiz?

- Sözü gedən mədrəsələr iyirmi ildən artıqdır ki, Gürcüstan hökumətinin nəzarəti altında fəaliyyət göstərirlər. Təbii ki, hər hansı bir radikallıq baş qaldırdıqda hökumət məsələyə çəki-düzən verməyə bilməz. Bunu da bildirim ki, o iki mədrəsə ilə yanaşı, Türkiyənində irili, xırdalı otuzdan artıq mədrəsəsi ölkəmizdə fəaliyyət göstərir.

- Dini sabitliyi pozmaq istəyən daxili və xarici qüvvələrlə mübarizə hansı istiqamətdə aparılır.

- Bu Gürcüstanın müvafiq orqanlarının missiyasıdır. Onlar bu missiyanın yerinə yetirilməsində bacardıqları qədər fəaldırlar.

- Gürcüstanda radikal təriqətlilər qalıbmı?

- Gürcüstanda radikal təriqətə mənsub olan şəxslər az da olsa var. Bu da vəhhabi və sələfi quruplarına aiddir. Həmin cərəyanların daşıyıcıları, müəyyən radikal addımlar ataraq iç üzlərini göstərdilər. Misal üçün bir şiəni bıçaqlayaraq öldürdülər. Müxtəlif çağrışlar etdilər və müsəlman ölkələrində vuruşduqları üçün, həmin radikal şəxslərin qarşısını təhlükəsizlik qüvvələri almağa məcbur oldu. Hətta onların bu radikal addımlarına görə ölkənin üç böyük şəhərində islam dininə qarşı etiraz aksiyaları da keçirilidi. Məhz elə buna görə də yəni hansısa bir məzhəbin günahını digər məzhəbin ayağına yazmamaq üçün, biz məhkəməyə müraciət etdik ki, hər bir məzhəb öz adı ilə tanınsın ki, vəhhabilər, ya həmin radikal varlıqlar bir cinayət törətdikdə, deməsinlər müsəlmanlar bunu edib. Konkret olaraq həmin cərəyanın, ya məzhəbin adını çəksinlər. Şikayətin üstən beş (5) il keçməsinə baxmayaraq, amma təəssüflər olsun ki, hələ də məhkəmə öz qərarın verə bilməyib.

- Hökumətin dini siyasətindən narazı qalan qüvvələr də var, istəkləri nədir.

- İstək, ədalətsizliklərə, haqsızlıqlara, digər dini azlıqları görməməzlikdən gəlmə və ikili standartlar siyasətini sonlandırmaqdır. Bunların dini azlıqlardan istəkləri, təəssüflər olsun ki, qeyri-standart qanunlar içində loyal olmaqdır. Ümumiyyətlə, bir ölkədə həqiqi loyaĺlıq o vaxt yaranır ki, əvvəla demokratik standartlara uyğun bütün sahələri tənzimləyən bir mühit formalaşmış olsun. İkincisi də, şah qanun deyil qanun şah olsun. Yəni ki, hamı tərəfdən qanunun aliliyi qorunsun. Əks halda heç bir loyallıqdan söz gedə bilməz.
Qaldı ki, sənin loyallığın qarşı tərəfin sənə olan zülmünü artırırsa, unudulmamalıdır ki, bu zülmdə sən də şəriksən, yəni ki, tək o zalım deyil. Onunla birlikdə sən də zalımsən. Yəni ki, bu ölkədə doğru-düzgün azadlıqlar olmalıdır. Hamı da dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq, ədalət və azadlıqlardan istifadə edərək eyni hüquqlu mühitdə, bərabər yaşamalıdır.

- Ölkənin özünə məxsus mədrəsə və dini mərkəzlərin olmamasının əsas səbəbləri nədir?

- Buna səbəb olkəmizdəki qanun boşluqları və çatışmazlıqlardır. Həmin boşluqların doldurulmasında siyasi iradənin yoxluğunu da digər səbəb kimi göstərmək olar. Belə ki, həmin mövzu ilə əlaqədar iki dəfə biz Təhsil Nazirliyinə məktub ünvanladıq. Bizə cavab verdilər ki, mövcud qanunlara əsasən bu ölkədə yalnız ortodoks kilsəsi dini təmayüllü məktəb və univeristet aça bilər. Durumun belə vəziyyətdə qalmasının səbəbkarı kimlərdi? Təbii ki, öz missiyasını layiqincə yerinə yetirməyən siyasi rəhbərlik. Onu da deyim ki, həmin məktubları vəkillərə təqdim etmişəm ki, bu bizə qarşı ayrı-seçkilikdi, bu məsləni ədalət məhkəmsinə şikayət verək.

- QMİ-nin Gürcüstan nümayəndəliyi ilə əlaqələriniz necədir, bir birinizin fəaliyyətinə maneçilik yaranırmı?

- Qafqaz Müsəlmanları İdarəsinin ölkəmizdəki nümayəndəliyi ilə demək olar ki, əlaqələrimiz yaxşıdır. Fəaliyyətimizdə birimizin digərinə hər hansı bir maneə, problem yaratması müşahidə olunmur. Lazım olanda qarşılıqlı dəstəklər əsirgənmir.

- İranın son günlər Azərbaycana pis münasibəti, işğalçı Ermənistana dəstəyi Gürcüstanın sülhsevər müsəlmanları tərəfindən necə qarşılanır. Hər halda onların arasındasız.

- Arazın o tayına, bu tayına nəzər saldıqda görürük ki, hər iki tərfdə milyonlarla soydaşımız yaşayır. Düşünürəm ki, siyasi rəhbərliklər, ictimai şəxslər sərt tondan və ittihamlarda çəkinməli, bütövlükdə hər iki xalqının bir-birinə olan milli, mədəni və dini bağlılıqlarını nəzərə alıb onları narahat edən addımlar atmamalıdırlar.
İnanıram ki, Azərbaycan və İran hökumətləri öz siyasi və qonşuluq maraqlarına xatir, masa arxasında oturub diplomatik danışıqlar yolu ilə məsələni həll edəcəklər. Biz Gürcüstan azərbaycanlılarının da istəyi budur ki, sülh şəraitində məslələr həll olunsun və regionumuz qafaqaz, münaqişə və müharibələrdən amanda qalsın.

- Məzhəblər arası münasibətlər necədir, ölkələrin Gürcüstanda siyasi maraqları din sahəsində özünü göstərmirmi?

- Ümumilikdə həm məzhəblər, həm də dinlər arası münasibətlər tam arzu olunan müstəvidə olmasa da, demək olar ki, normal həddədir. Belə ki, biz sünni ilə şiə araslnda eləcə də islamla xristian və digər dinlərin davamçıları arasında isti münasibətlər görsək də, təəssüflər olsun ki, bu isti münasibəti ölkə dini çoxluğu ilə digər dini azlıqlar arasında görə bilmirik. Əminliklə vurğulaya bilərəm ki, bunun səbəbkarı dini azlıqları deyil. Onların yeganə günahı budur ki, bu ölkədə dini azlıq olublar.

- Gürcüstanda müxtəlif islami dini təşkilatlar arasında münasibətlər də isti deyil. Səbəblər...

- Bunun səbəbləri daha çox, təşkilat rəhbərliklərinin ixtiyarlarının öz əllərində olmaması, dinini və xalqını təmsil etməməsi (burada daha çox hökumətin müsəlmanlar adına yaratdığı Bütöv Gürcüstan Müsəlmanları idarəsinin rəhbərliyini, onun icraçı direktoru Resan Qoqitidze və Şeyx Ramin İgidovu nəzərdə tuturam) və hökumətin sözçülüyünü etməsi, sifariş ilə başqa dini qurumun əleyhinə imza atmaları, hökumət tərəfindən qəsb olaraq, sahibsiz mülklər deyə mənimsənilən məscidləri özlərinin balansına icarə olaraq tələb etmələri və eləcə də fikir ayrılıqlarının mövcudluğudur.
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri həbs edildiİstifadələrində olan informasiya resurslarından öz maraqları naminə istifadə etməklə qanunsuz gəlir əldə edən vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluq tərəfindən bu barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilərək, sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu bildirilmiş olsa da, təəssüf ki, bu növ neqativ hallara hələ də təsadüf edilməkdədir.

Belə ki, “cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir.

İlkin araşdırmalarla “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülmüşdür.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.
Prezident və birinci xanım Zəngilanda...Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
İran Qarabağa yükdaşımaları qadağan etdiİran yük maşınlarının Laçın dəhlizi və Qarabağa girişinə qadağa qoyub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Yol və Nəqliyyat Təşkilatının yükdaşıma şirkətlərinə göndərdiyi bildirişdə vurğulanır ki, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən yükdaşıma sənədlərinin hazırlanması qadağandır
Mahir Xəttabın işi məhkəməyə göndərildiVəzifəli şəxsə hədə-qorxu gələrək onun pul vəsaitini ələ keçirən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.

Belə ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Mahir Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri «azadinfo.az» xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
Vəzifəli şəxs belə tutuldu - Əməliyyat görüntüləriQusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1.000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Saakaşvili ölümə hazır olduğunu deyibGürcüstanın eks-prezidenti Mixail Saakaşvili tibbi yardım göstərilməsinə razı olub.

Gürcüstan KİV xəbər verir ki, vəkil Dito Sadzaqlişvili Mixail Saakaşvilinin açıq məktubunu yayımlayıb.

“Həbsdə olduğum müddətdə heç bir halda qida qəbul etməyəcəm, ölümə belə hazıram. Eyni zamanda, sağlam düşüncə və iş qabiliyyətimi saxlamaq da istəyirəm. Buna görə də huşumun yerində olması üçün həkimlərin medikamentoz müdaxiləsinə razılıq verirəm”- deyə Saakaşvili bildirib.

20 günə yaxın müddətdə aclıq aksiyası keçirən siyasətçinin Rustavidəki həbsxanadan Tbilisidə yerləşən “Vivamed” klinikasına yerləşdiriləcəyi gözlənilir.