Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları NARAHATDIR"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır”.

Modern.az saytının məlumatına görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfindən şişirdilir. Guya İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 100 mindən çox erməni yaşayır.

Amma faktlar əksini deyir. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Qarabağda məskunlaşdırılan ermənilərin sayının hazırda maksimum 25 min nəfər olduğunu bəyan edib.

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər Qarabağda qalıb yaşamağın onlar üçün çətin olacağını anlayırlar. Erməni mənbələri də onların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən çıxıb getməyin yollarını axtardığı barədə yazır. Qeyd edilir ki, Qarabağ erməniləri daha yaxşı şərait üçün ya Rusiyaya, ya da Ermənistana köç etməyə məqam axtarırlar. Amma Qarabağdakı qanunsuz erməni silahlı dəstələri – separtçı-terrorçu tör-töküntü ciddi cəhdlər mülki şəxslərin ərazilərdən çıxıb getməsinin qarşısını almağa çalışır.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağa 2000 nəfərdək rus sülhməramlısı yerləşdirilib.
Azərbaycanda alimin dissertasiyası plagiat çıxdı, elmi dərəcəsi ləğv olundu"Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir".

Bunu Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissi­yasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib: "Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".

Lakin F.Mustafayev plagiat dsissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb.

AAK sədri onu da qeyd edib ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edil­miş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.
Bakıda məktəbli qız İNTİHAR ETDİBakıda yeniyetmə intihar edib.

Hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(Report)
Ərdoğan F-16-ları əldə etməsə, bu addımı atacaqTürkiyə qırıcı axtarışları ilə ABŞ Prezidenti Co Baydenə təzyiq edir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” jurnalının yaydığı analitik məqalədə deyilir.

Yazar Laura Pitel bildirir ki, Ərdoğan Rusiyadan ikinci havadan müdafiə sistemini sifariş etsə də, daha çox F-16-ları əldə etmək istəyir:

“Türkiyənin qırıcı təyyarə problemi var. Onillərdir NATO üzvü olan Ankaraya 100 ədəd F-35 ixracı ləğv edildi. Bu təyyarələr havadan müdafiənin əsasını formalaşdıracaqdı. Vladimir Putindən havadan müdafiə sistemi almağın cəzasıdır bu...

Ən böyük böhran şübhəsiz ki, S-400-lə bağlıdır. Bu vəziyyət Baydeni çətin vəziyyətə salır. Qeyd-şərtsiz Ankaraya F-16 satışı ilə bağlı yaşıl işıq yandırılması Türkiyəni tənqid edənlər tərəfindən birmənalı qarşılanmaz. Digər tərəfdən də F-16 satışı ləğv edildi halda da Ankaranın Rusiya ilə yaxınlaşması üçün yeni bəhanə yaranar”.

Eyni zamanda məqalədə bildirilir ki, Türkiyənin Rusiya ilə daha dərin bağ formalaşdırması da Ankaranın mənafelərinə tam uyğun gəlmir və bu mənada türklərin Çinə yönəlməsi də istisna edilmir.
Rusiya MN Qarabağda avtomobil karvanının atəşə tutulmasını təsdiqlədiRusiya Müdafiə Nazirliyi oktyabrın 13-də Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanının atəşə tutulması faktını təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, məlumata görə, karvanı bölgədə yerləşən rus sülhməramlıları müşayiət edib.

Rusiya MN hadisə nəticəsində xəsarət alan olmadığını, Rusiya sülhməramlı kontingentinin komandanlığının hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma apardığını bildirib.

Xatırladaq ki, Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Ölən və yaralanan olmayıb.
Bakıda metro yaxınlığında kütləvi dava: yaralılar varBakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Bill Klinton xəstəxanaya yerləşdirildiABŞ -ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

Avrasiya.net-in məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

Siyasətçinin nümayəndəsi Ancel Urena qeyd edib ki, B.Klinton xəstəxanaya infeksiyaya görə yerləşdirilib, lakin bu koronavirus deyil.

O əlavə edib ki, hazırda ABŞ -ın 42-ci prezidenti "sağalmağa doğru gedir və onun əhval-ruhiyyəsi yaxşıdır".
Moskvanı məhv etməliyik - Ukraynalı deputatRusiya ilə müharibə etməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının sabiq deputatı, millətçi mövqeyi ilə seçilən İrina Farion deyib.

“Rusiya ilə düşmən ölkə kimi danışmağın zamanıdır. Moskvanı məhv etməyə çalışmadıqca, o, düşmən ölkə olaraq qalacaq”, - deyə İ.Farion bildirib.
ABŞ və Yunanıstan müdafiə sazişini yenilədilərABŞ və Yunanıstan arasındakı Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişinin yenilənməsi barədə müqavilə imzlanıb.

Avrasiya.net xəbər verir ki, müqaviləni ABŞ dövlət katibi Entoni Blinken və Yunanıstanın xarici işlər naziri Nikos Dendias imzalayıb.

İmzalanma mərasimindən sonra Blinken və Dendias birgə mətbuat konfransı təşkil edib.

Blinken görüş zamanı siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, iqlim, terrorla mübarizə və humanitar yardım kimi mövzuların müzakirə edildiyini bildirib.

Dendias iki ölkə arasındakı dialoqun misli görünməmiş səviyyəyə çatdığını qeyd edib.
Şəhid olan Əfqan evin tək oğlu imiş - FotoBu gün erməni terrorçuları tərəfindən snayper atəşi ilə öldürülən 2002-ci il təvəllüdlü şəhid Əfqan Həmzəyev evin tək oğlu olub və bir ildir ki, hərbi xidmətdə imiş.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, o, sabah doğulduğu Goranboy rayonunun Borsunlu kəndində torpağa tapşırılacaq.