3 gün yağış yağacaq, güclü külək əsəcək – XəbərdarlıqBakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Məlumata görə, oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə ağaşı enəcək.
Paşinyan: “Azərbaycanın Naxçıvanla avtomobil və dəmiryolu əlaqəsi olacaq”Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının iclasında çıxış edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivindən və kommunikasiyaların açılmasından danışıb.

“Regional kommunikasiyaların açılması ilə bağlı yaxın vaxtlarda konkret nəticələr əldə olunmasını inanırıq. Kommunikasiyaların açılması sayəsində Azərbaycanın Naxçıvanla dəmiryolu və avtomobil yolu əlaqəsi alacaq”.

Paşinyan diversantların azad olunması qarşılığında bütün mina xəritələrinin Azərbaycana təhvil veriləcəyini də əlavə edib.
Prezident iranlılarla ermənilərin Şuşadakı iş birliyindən DANIŞDIErmənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb.

“Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

50 min ailəyə rüsumsuz çıxarış veriləcəkBu barədə Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyi təqdim edən iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili bildirib.

O, qeyd edib ki: “1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə 2032 kolxoz və sovxoz ləğv edilmiş, 869 268 ailəyə torpaq payı verilmişdir. Bu islahat ölkəmizdə sahibkarlığın inkişafına böyük təkan vermişdir.

Keçən müddət ərzində bu sahədə aprılmış təhlillər verilmiş torpaq paylarının sənədləşməsi zamanı bir çox nöqsanlara yol verildiyini üzə çıxarmışdır. Belə ki,
1. Torpaq islahatı zamanı hər bir vətəndaşa (ailəyə) torpaq payı verilsə də, təqribən 50 min ailənin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməmişdir. Halbuki, torpağa mülkiyyət hüququna dair sənədlər 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra təqdim edilməli idi.

2. Bütün torpaq istifadəçilərinə verilmiş köhnə dövlət aktları, şəhadətnamələrin yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməsinə müvafiq dair tapşırıq olsa da, bir çox torpaq sənədləri çıxarışla əvəz edilməmişdir.
3. Bəzi hallarda torpaq üzərində hüquqları təsdiq edən sənədlərin verilməsində qanunvericiliyin tələblərindən kənarlaşma olmuşdur. Bəzi reyestrdən çıxarışlar torpağın plan və ölçü sənədi olmadan verilmiş, həmin sənədlərdə torpaq sahələrinin məqsədli təyinatı ya yazılmamış, ya da qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməmişdir. Belə əkin sahələrinin istifadəçiləri isə səhv rəsmiləşməyə görə subsidiya ala bilmirlər.

4. Bəzi mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin faktiki və sənəddə göstərilən koordinatları arasında fərqlər mövcuddur. Həmin torpaq sahələrinin əsas hissəsinin faktiki koordinatları onların sənədlərindəki məlumatlara uyğun deyildir.
5. Torpaq sahələrinin nömrələnməsinin unikallığı tam təmin edilməyib. Torpaq islahatı zamanı islahat təsərrüfatlar üzrə aparıldığından eyni kənddə birdən çox təsərrüfat olduğu halda eyni koda malik torpaq sənədləri verilmişdir.

Bütün bu problemlər isə ailələrin çıxarış olmadığına və ya düzgün olmadığına görə aqrar subsidiyalara çıxışını məhdudlaşdırır, dövlətin inzibati resurslarını aşındırır, iqtisadi siyasətdə düzgün tənzimləmə üçün problemlər yaradır.

Mövcud problemlərin aradan qaldırılması üçün cənab Prezident 07 oktyabr 2021-ci il tarixdə Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə fərman imzalamışdır.

Fərmana əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tapşırılmışdır. Qeyd edim ki, hazırda mülkiyyət hüquqlaırnın rəsmiləşdirilməsi rüsumları hər bir ailə üçün 80 manat təşkil edir.

Bu xidmətlərə görə xərclərin-rüsumların maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaitin 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutulması da fərmanda öz əksini tapmışdır.
Beləliklə, təqdim edilən qanun layihəsi və imzalanan fərman 50 minə yaxın ailəyə verilmiş torpaq paylarının sənədləşməsini, sənədləşmə üçün lazım olan dövlət rüsumlarının vətəndaşın deyil, dövlət büdcəsindən ödənməsini, əmlakın qeydiyyatı və doğru olmayan məlumatların korrektə olunmasını özündə ehtiva edir.
Hesab edirik ki, bu qanunvericilik təşəbbüsü cənab Prezident tərəfindən vətəndaşlara sosial qayğının növbəti bariz nümunəsidir”

Deputat: "TƏBİB özünü doğrultmadı""TƏBİB yaradıldı və bu qurum özünü doğrultmadı. Niyə bizim səhiyyə orqanlarının rəhbərləri dövlət başçısına demirlər ki, bu iş bizim bacardığımız iş deyil”.

Avrasiya.net-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycana xaricdən təcrübəli şəxslər dəvət edilməlidir: “Hesab edirəm ki, Səhiyyə Nazirliyi də ləğv edilməlidir”.
Müəllim dərs zamanı dünyasını dəyişdiSosial şəbəkələrdə Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılovanın dərs zamanı dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

89 nömrəli orta məktəbdən Avrasiya.net-ə bildirilib ki, hadisə dərs zamanı baş verməyib.

“65 yaşlı Maisə İsmayılova oktyabrın 11-də səhər saatlarında dərs başlamamışdan əvvəl ürəktutmasından dünyasını dəyişib. M.İsmayılovanın ürəyində problem vardı. Hər zaman yanında dərman gəzdirirdi”, - məlumatda qeyd edilib.
Azərbaycanlı gənclər Kiyevdə aksiya keçiribAksiya ərzində “Azadlıq meydanında” üzərində “QARABAĞ AZƏRBAYCANDIR” yazılı plakat nümayiş olunub

Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə Kevdə gənclərin aksiyası keçirilib.

«Azadlıq Meydanında» Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə keçirilən aksiya zamanı Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər, erməni vandalizmini haqqında məlumatları əks etdirən bukletlər kievlilərə və şəhərin qonaqlarına paylanıb.

İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirlər haqqında fikirlər səsləndirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə insanları məlumatlandırıblar.

Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.

Avropanın müxtəlif şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kievdən başladıqları üçün Disapora iş üzrə Dövlət Komitəsini şöbə müdürünün müavini Tural Səfərova, Azərbaycan Gənclər Fondunun İcraçı direktorun müavini Orxan Ərəbova, beynəlxalq əlaqələr şöbəsi donorlarla iş üzrə mütəxəssi İbrahim Mehdiyevə və ASAPIN nümayəndəsi Rafael Hacibəyliyə təşəkkür edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin təbliği işinin davam edəcəyini bildirib. UAR aparat rəhbəri Elşad İbrahimov öz növbəsində bildirib ki Ukraynada gənclərlərin kordinasiyası üçün Möminə xanım Səttarovanın rəhbərliyində Radanın Gənclər departamenti təsis olunub.

Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı Qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.
Azərbaycan Ordusunun giziri intihar etdiOktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Namin Ruslan oğlu Məmmədovun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Şotlandiyaya şikayət edildi: Rəisi qatildir!İranın müxalifətçilər qrupu Şotlandiya Polisinə ölkə prezidenti İbrahim Rəisinin soyqırım törətməsi və insan haqlarını pozmasıyla bağlı şikayət ediblər.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi yayıb. Məlumata görə, şikayətçilər içərisində İran Milli Müqavimət Şurası da yer alıb. Şuranın üzvü Hüseyn Abdini yaydığı açıqlamada Rəisinin 1988-ci ildə 30 min siyasi məhbusun öldürülməsində günahkar olduğunu bildirib:

“Rəisi İran rejiminin yüksək vəzifəli siması kimi soyqırıma və insan haqlarına qarşı çoxsaylı cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimaiyyət tədbirlər görməlidir ki, 1988-ci il qırğınında Rəisinin rolunu araşdırsın”.

Abidin Rəisini BMT sammitində iştirak üçün Qlazqoya gələcəyi halda həbs etməyə çağırıb
Gürcüstanda həbsxanada yanğın olub, ölənlər varGürcüstanın Rustavi şəhərində 17 saylı cəzaçəkmə müəssisəsində yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki məhbus ölüb.

Qeyd edək ki, həbsxanada yanğın ötən gün günorta saatlarında baş verib. Mətbəx ərazisində qeydə alınan yanğının söndürülməsində 6 yanğınsöndürən maşın iştirak edib.