Astara sərhəd keçid məntəqəsi İrana səfər üçün açıqdırİran İslam Respublikasının Bakıdakı səfirliyi müalicə üçün Astara sərhəd keçid məntəqəsi vasitəsilə İrana getmək niyyətində olan Azərbaycan vətəndaşlarının giriş və çıxış prosesində heç bir dəyişiklik olmadığını bildirir.

Müraciət edənlər, Azərbaycan Respublikasındakı müvafiq qurumlardan lazımi icazələri aldıqları təqdirdə, İranın Bakıdakı Səfirliyinin konsulluq şöbəsinə müraciət edə bilərlər ki, lazımi koordinasiyadan sonra mövcud prosedura uyğun olaraq İrana daxil ola bilsinlər.

Ermənistanın arxasında gizlənən İran - ŞƏRHAzərbaycanla İran təkcə qonşu dövlətlər deyil. Eyni zamanda, tarixi Azərbaycan ərazisinin bir hissəsi İrandadır. Bu ərazidə dünya azərbaycanlılarının otuz milyonu yaşayır. Həmçinin İran əhalisi müsəlmandır və Azərbaycanla yaxın qohumdur.

Beləliklə, biz bir-birimiz üçün vacib dövlətlərik. Bu mənada, Azərbaycan müstəqillik əldə etdiyi gündən İranla sıx münasibətlər saxlamağa çalışıb. Təəssüf ki, qarşı tərəf buna adekvat cavab vermədi. Azərbaycan torpaqları işğal altında olanda və ondan sonrakı dövrdə Tehran daim İrəvana mənəvi-hərbi-siyasi dəstək verib. Bu məsələlər Azərbaycan rəhbərliyinin nəzərindən heç vaxt qaçmayıb. Biz müxtəlif səviyyəli reaksiyalar bildirmişik.

Qarabağın işğal altında saxlanıldığı dövrdə İranın Ermənistana yardımlarına üstüörtülü münasibət bildirsək də, Tehran bunu düzgün qiymətləndirmədi. İran Azərbaycanı aldatdığını hesab etdi. Sonra Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində İranın fəaliyyətinə münasibət bildirdi. Dövlət başçısı vurğuladı ki, baş verənlərdən xəbəri var. Buna baxmayaraq, İran yenə fəaliyyətini davam etdirdi. Nəhayət, Gorus-Qafan yolunda baş verənlər cənub qonşumuzun iç üzünü açdı. İran qanunsuz əməlini ört-basdır etməyə çalışdı. Dedilər ki, guya Azərbaycan ərazisində terrorçu qruplaşmalar var. Sübut istədikdə isə heç nə deyə bilmədilər. Bu dəfə bəhanə kimi İsraillə münasibətlərimizi əsas gətirməyə çalışdılar. Halbuki İranın İsrail və ABŞ-ı özünə düşmən seçdiyinə, Ermənistanla qardaşlıq etdiyinə görə biz onu qınamır, daxili işlərinə qarışmırıq.


Nəhayət, hər dövlət öz dostunu özü seçir. Biz İranın suveren hüquqlarına hörmətlə yanaşırıq. Tənqidimiz isə İranın işğalçını dəstəkləməsi, müsəlmanlığa zidd hərəkətləri ilə bağlıdır. İran Azərbaycanın dostu ilə dost, düşməni ilə düşmən ola bilməz. Eləcə də, Tehran Bakının daxili işlərinə qarışa bilməz. Sadəcə, bu münasibətlər regional təhlükəsizliyə, dövlətlərin öz üzərlərinə götürdüyü öhdəliklərə zərbə vurmamalıdır. Deyildiyi kimi, sənin azadlığın mənim hüquqlarım olan yerə qədərdir. Yəni İranın dostluğu, düşmənçiliyi Azərbaycanın dostluğunun, düşmənçiliyinin sərhədinə kimidir.

İndiyədək İran rəsmilərinin Azərbaycan torpaqlarındakı qanunsuz əməllərindən, cinayətlərindən üstüörtülü danışılıb. Hazırda isə rəsmi qurumlar və şəxslər bununla bağlı açıq bəyanatlar verirlər. İrandan Azərbaycana davamlı surətdə qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirilir. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılarının cinayətlərinin qurbanı oldular. İran hakimiyyəti narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanların Azərbaycan ərazisinə keçməsinin qarşısını almır. Əksinə, İrandan Azərbaycana narkotik qaçaqmalçılarının axını var. Torpaqlarımız işğal altında olanda da separatçılarla İran vətəndaşlarının Qarabağda narkotik maddələrin əkini ilə məşğul olmaları barədə informasiyalar yayılırdı. Hətta Ermənistana da İrandan çox sayda narkotik maddə ötürülür. Bir sözlə, İran Azərbaycan başda olmaqla, bütünlüklə Cənubi Qafqazı narkotik vasitələrlə zəhərləyir və bu qanunsuz əməllərin qarşısı alınmır. Qanunsuz əməl törədənlər isə İran sərhədindən rahatlıqla keçirlər. Deməli, İranın dövlət sərhhədi qaçaqmalçılar üçün açıqdır.


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən zaman deyib: "Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".

Azərbaycan torpaqları işğal altında olanda İran vətəndaşları təkcə torpaqlarımızın sərvətlərini oğurlamayıb, mədəni-tarixi abidələri dağıtmayıb, həm də ərazilərimizdən narkotrafik üçün istifadə ediblər. Torpaqlarımız azad edildikdən sonra belə cinayət əməlləri üzə çıxdı.


Sədrəddin İsmayılov
"İran bölgənin lideri olmaq istəyir"İran enerji bazarına nəzarət etmək üçün bölgənin lideri olmaq istəyir.

Bunu Avrasiya.net-ə Türkiyə Liberal Demokrat Partiyasının sədri Gültəkin Tırpançı son günlərdə İranın bölgədə yürütdüyü siyasətə münasibətində deyib.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan Pakistan bölgə iqtisadiyyatına birlikdə rəhbərlik etmək istəyirlər.
Burada Türk-İslam sintezli bir birlik var. Əsas səbəb Çinin bölgədəki hökmranlığını zəiflətməkdir.
"İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq"Sadiq Qurbanov
Mili Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Bu gün Azərbaycan xalqının qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident kimi fəaliyyətə başlamasından 18 il ötür.

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm! 18 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlər Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl həriflərlə yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.

Böyük siyasi xadim Heydər Əliyev siyasi varisi İlham Əliyev haqqında 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdikliyindən doğan uğurlu fəaliyyətidir.

İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini araşdırsaq görərik ki, o dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı liderdir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, onunla hesablaşılır. Siyasi fəaliyyətinin kökündə sistemli, məqsədə yönəlik olması, özünün isə xarakterinin kifayət qədər səbrli, soyuqqanlı, təmkinli və dəqiq olması dayanır. Bu dahi şəxsiyyət nəyi nə zaman və necə edəcəyini sadəcə özü bilir.

Onun atacağı addımı öncədən müəyyənləşdirmək mümkün deyil. Zamanı qabaqlamaq ona Ulu Tanrı tərəfindən verilmiş ən gözəl qabiliyyətdir. Zəfərlə bitən 44 günlük vətən müharibəsi də bir daha sübut etdi ki, cənab Prezident hər şeyi doğru zamanda, doğru edir. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan Prezident İlham Əliyevin bu siyasəti növbəti illərdə də davam etdiriləcək, respublikamız onun rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və Azərbaycanımız dünya dövlətləri arasında ən layiqli yerini tutacaqdır.

Ulu Tanrı cənab Prezident İlham Əliyevə və ailə üzvlərinə uzun və sağlıqlı ömür versin!
46 nəfərə MİDA-dan ev vədi verən qadının işi MƏHKƏMƏDƏMəmmədova Günay Ənvər qızının qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Günay Məmmədovanın Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Günay Məmmədovaya CM-nin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin edilib.
Eldar Həsənov xəstəxanaya yerləşdirildiAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov xəstəxanaya yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.

O bildirib ki, müvəkkilinin son 20 gündə səhhəti kəskin pisləşib, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləyib:

"Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb".
Noyabrda 4 gün ardıcıl qeyri-iş günüdürGələn ay dörd gün qeyri-iş günüdür.

Avrasiya.net xəbər verir ki, cari ilin noyabr ayının 8-i ölkəmizdə Azərbaycan Respublikasının Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Qeyd edək ki, noyabrın 6 və 7-i tarixləri həftə sonuna, 8 və 9 tarixləri isə bayram günü kimi qeyd edildiyindən həftənin dörd günü ardıcıl olaraq qeyri-iş günü olacaq.
MEDİA-nın yeni hədəfləriAzərbaycan mediasının iqtisadi dayanıqlığının möhkəmləndirilməsi zaman-zaman ölkə mediasının gündəmə gətirdiyi məsələlər sırasındadır. Mətbuat qurumlarının rəhbərləri, media ekspertləri beynəlxalq təcrübəyə istinad edərək, medianın biznes subyekti kimi möhkəmlənməsinə dair fikirlər səsləndirməkdədirlər.

Avrasiya.net xəbər verir ki, bu yöndə atılacaq addımlarla bağlı Trend-in suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.

Ə.İsmayılov bildirib ki, Medianın İnkişafı Agentliyi ölkə mediasının biznes modelinə keçidinin sürətləndirilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb. Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarını aidiyyəti dövlət orqanları ilə müzakirə etməkdədir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini, infrastrukturun modernləşdirilməsini, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Maddi dəstəyə ehtiyacı olan media subyektlərinə müsabiqə əsasında maliyyə yardımının göstərilməsi təmin edilib, jurnalistlərin və media subyektlərinin layihələrdə iştirakını asanlaşdırmaq üçün “Elektron informasiya bankı” yaradılıb. Media və biznes strukturları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlanılıb və bu tədbirlər davamlı xarakter daşıyır. Medianın İnkişafı Agentliyinin media və biznes strukturları arasında əlaqələndirici platforma rolunu oynaması media subyektləri tərəfindən dəstəklənir”.

İcraçı direktorun sözlərinə görə, ölkə mətbuatının qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı Agentliyə daxil olmuş rəy və təkliflər beynəlxalq təcrübə fonunda təhlil olunub, onların hüquqi və iqtisadi aspektləri dəyərləndirilib, görüləcək sistemli fəaliyyətin detalları dəqiqləşdirilib:

“Media subyektlərinin biznes münasibətlərində aktivliyini təmin etmək məqsədilə onlara vergi güzəştlərinin və tətillərinin tətbiq olunması, digər biznes strukturlarının mediada reklam verməyə təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Qeyd olunan çoxmərhələli prosesin yekunu olaraq yaxın zamanlarda ümumiləşdirilmiş layihələrlə çıxış etməyi planlaşdırırıq. Təbii ki, media subyektlərinin əhatə dairəsi geniş olduğundan spesifik xarakterli problemlərlə də qarşılaşmağımız qaçılmazdır və biz bütün bunların hamısını diqqətdə saxlayır, davamlı müzakirələr aparırıq”.

Ə.İsmayılov vurğulayıb ki, medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub:

“Sevindirici haldır ki, həyata keçirdiyimiz layihələrin müasir dövrün tələbləri ilə uzlaşdığını, mediaya yeni yanaşmanın formalaşmasına zəmin yaratdığını media ictimaiyyəti də bildirir və Agentliyin təşəbbüslərinə pozitiv reaksiya verirlər. Medianın inkişafına nail olmaq məqsədilə irəli sürdüyümüz və icra etdiyimiz bütün layihələr beynəlxalq mediada gedən müasir prosesləri özündə ehtiva edir və Azərbaycan media subyektlərinin peşəkarlığının artırılması ilə yanaşı, onların simasının müasirləşməsini, beynəlxalq rəqabət imkanlarının yüksəldilməsini hədəfləyib. Düşünürük ki, həm dövlətin dəstəyi, həm biznes strukturları ilə əlaqələrin intensivləşməsi, həm də media menecmentin təkmilləşməsi nəticəsində mediamızın qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması mümkündür”.
"İlham Əliyev dayandığı zirvənin haqqını layiqincə verməyi bacaran liderdir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Bu gün ölkəmizin siyasi təqvimində olduqca əlamətdar bir gündür. Belə ki, zəmanəmizin ən uğurlu siyasi liderlərindən biri kimi adını tarixə yazdırmağı bacaran İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il keçir. Bəli, 2003-cü ilin məhz bu günündə İlham Əliyev xalqımızın ümid və etimadına söykənərək seçkilərdə inamlı qələbə qazandı, Azərbaycan Prezidenti seçildi. Beləliklə, onun qarşısında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmağın sübutu üçün tarixi bir mərhələ başlandı.

Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçməklə ən doğru seçimini etmiş oldu. Bunu sonrakı proseslər və zaman da təsdiqlədi. İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan bir əsrə bərabər misilsiz inkişaf yolu keçdi. Bu mənada siyasi şərhçilərin ötən 18 ili əsrə bərabər tarixi dövr adlandırmalarında böyük bir həqiqət var. Prezident İlham Əliyevin dövlətçilik sükanı arxasında ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək liderlik qabiliyyəti, idarəçilik məharəti, milli maraqlara söykənən və müdrikliklə müşayiət olunan daxili və xarici siyasəti bu illər ərzində öz müsbət nəticələrini verdi.

Onun uğurlu siyasəti ölkəmizin siyasi nüfuzunun artmasına, iqtisadi imkanlarının genişləndirilməsinə zəmin yaratdı. Azərbaycanın beynəlxalq arenadakı mövqeləri möhkəmləndi. Azərbaycan regional və qlobal miqyasda çox önəmli geosiyasi aktorlardan birinə çevrildi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, habelə öz sıralarında dünyanın 120 ölkəsini birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının sədri oldu. Həmçinin regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələrin hamısında birmənalı olaraq Azərbaycanın imzası var.

Ölkəmizin iştirakı və ya həlledici rolu olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilmir. Azərbaycan bu gün bir çox transmilli layihələrdə ya təşəbbüskar və rəhbər kimi, ya icraçı kimi, ya da etibarlı tərəfdaş kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, kosmik orbitdəki “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərimiz belə qlobal layihələr sırasındadır. Bu layihələr ölkəmizi beynəlxalq miqyaslı enerji və nəqliyyat, rabitə və yüksək texnologiya mərkəzlərindən birinə çevirib və bütün bunların arxasında məhz Cənab Prezidentin siyasi iradəsi və qətiyyəti dayanır.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə də son 18 ildə əldə olunmuş dinamik inkişafın davamı və məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Öz havadarlarına, dünyanın supergüclərinə arxalanan işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxarmaq üçün heç şübhəsiz ki, iİlk növbədə inkişaf etmiş dövlət, güclü və qüdrətli ordu yaratmaq lazım gəlirdi. Prezident İlham Əliyev də son 18 ildə məhz bu kursa uyğun hərəkət etdi, hədəfinə doğru inamla irəlilədi və sonda bütün Qafqazın liderinə çevrilən güclü Azərbaycanı gördük. Bu mənada dövlət basşçımızın dəfələrlə qeyd etdiyi “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb” ifadəsi tamamiləyerinə düşür. Prezidentin 18 illik fəaliyyətininin zirvəsində sözsüz ki, Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası dayanır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və Şanlı Ordumuzun şücaəti ilə qazanılan böyük Zəfər salnaməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun bu parlaq qələbəsi regionda yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxardı. İndi regiondakı əsas həlledici söz sahibi məhz Azərbaycandır. Prezident İlham Əliyev müharibə günlərində böyük sərkərdəlik məharəti nümayiş etdirdiyi kimi indi də diplomatiya müstəvisində çevik siyasət yürütməsi ilə diqqəti cəlb edir. Biz əminik ki, Prezident İlham Əliyev ölkəmizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla aparmağı bacaracaq.

Öz xalqına verdiyi vədləri yerinə yetirməyi bacaran istənilən lider xoşbəxt liderdir. İlham Əliyev də xoşbəxt liderdir. Çünki İlham Əliyev 18 il bundan öncə mətbuata verdiyi ilk müsahibəsində özü üçün cızdığı “yol xəritəsi”ni, fəaliyyət proqramını, Prezident vədlərini yerinə yetirməyi bacardı. Odur ki, bu gün həmin müsahibədən kiçik bir parçanı xatırlamağımıza dəyər:
“-Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz?
-Gərək mən ümidləri doğruldam. Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm. Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur”.

Sonrakı proseslər İlham Əliyevin bu məsuliyyətin öhdəsindən layiqincə gəldiyini göstərdi. Bu gün əminliklə demək olar ki, İlham Əliyev dayandığı zirvənin haqqını layiqincə verməyi bacaran liderdir.