İran generalı Pakistana getdi: Tehran Bakı siyasətini dəyişirBu hadisələrin lap əvvəlindən İran hesab edirdi ki, müəyyən şantaj, təhdidlərlə Azərbaycanı öz milli maraqlarından geri çəkilməyə vadar edəcək və regionda yeni formalaşan reallıqların qarşısını almağa nail olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Moskva və Suriyaya səfərindən sonra Bakıya dostcasına gəlməyə hazırlaşması, bunun ardınca isə İran Baş Qərargah rəisi Məhəmməd Bagirinin Azərbaycanın strateji müttəfiqi Pakistana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanla təhdid dilində danışan Abdullahian Moskvada istəyini almadıqdan sonra ritorikasını dəyişdirməyə məcbur oldu:

“Abdullahianın Moskvadan dərhal sonra Suriyaya səfəri və Bəşər Əsədlə görüşü də İranın regionda təsir imkanlarını saxlamağa yönəlib. Bunun ardınca Abdullahianın Bakıya “mehriban qonşuluğun nümayişi üçün” səfər etməyə hazır olduğunu bildirməsi isə Tehranın regionda təkləndiyinin və təhdidlərinin hədər olduğunun göstəricisidir.

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagirinin Azərbaycanla qardaş olan Pakistana səfər etməsi də bu xüsusda qiymətləndirilməlidir. Xatırlayırsınızsa, Abdullahianla Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvadakı mətbuat konfransında rusiyalı nazirə sual ünvanlayan və deməli, İranın mövqeyini ifadə edən jurnalistlərdən biri Türkiyə-Azərbaycan-Pakistanın təliminin Azərbaycanda, Türkiyə-Azərbaycan təliminin Xəzərdə keçirilməsinin Tehranın milli təhlükəsizliyi baxımından naharatlığına səbəb olduğunu bildirmişdi. Ancaq Lavrov bu suala fərqli, gözlənilməz cavabı ilə İranın mövqeyini bölüşmədiyini nümayiş etdirdi. Bunun ardınca isə Bagirinin Pakistana səfəri gündəmə gəldi.

Pakistanın Azərbaycanda təlimə qatılmasından narazılıq edən İranın İslamabada yüksək çinli hərbçisini göndərməsi, üstəlik Abdullahianın Bakıya səfər arzulaması regionda formalaşan yeni reallığı İranın dəyişmək gücündə olmadığını anlamağa meyilli olduğunu göstərir. Doğrudur, kəskin dəyişiklik yoxdur və əslində aqressiv ritorikanın birdən-birə dəyişməsini də gözləmirik. Çünki bu qəfil dəyişiklik İranın imicinə də əhəmiyyətli zərbə vurar. İran hazırda iddialar səsləndirməklə simasını qorumağa çalışır və bu, diplomatiyada qəbulediləndir. Ancaq tədricən prosesin normal məcraya dönəcəyi gözləniləndir. Ötən gün Abdullahianla Azərbaycanın XİN başçısı Bayramov arasında baş tutan telefon danışığı da bunu təsdiqləyir. Əslində, biz qonşularla, xüsusilə 40 milyona yaxın soydaşımızın yaşadığı İranla hər hansı problem istəmirik və Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi kimi, “altılıq platforması”nda əməkdaşlıqda maraqlıyıq”.

Q.Hüseynli Azərbaycanın İsraillə münasibətlərini İranın məhz indi gündəmə gətirməsinin bəhanə olduğunu bir daha xatırladıb:

“Biz İsrail ilə iqtisadi-hərbi sahədə əməkdaşlıq edirik və İsrail ölkəmizin ən etibarlı tərəfdaşlarından biridir. Həm də bu, bugunun əməkdaşlığı deyil, illərə, hətta onillərə dayanır. İranın iddiaları yalnız bəhanədir və bu iddialarını təsdiqləyən bircə fakt da ortaya qoya bilməyiblər – baxmayaraq ki, bu barədə məlumatları guya Azərbaycan tərəfinə verdiklərini bildirirlər. Məsələ ondadır ki, İran öz nüfuzunu diplomatiyada qorumaq üçün guya Azərbaycan tərəfinə hansısa məlumatı təqdim etdiyini iddia edir. Ancaq hər kəs bilir ki, belə fakt yoxdur. Azərbaycan da buna kəskin reaksiya vermir. Buna baxmayaraq, hədələr və sərt ritorikanı da rəsmi Bakı qəbul etməyəcəyini dəfələrlə bəyan edib və buna qarşı hazırlığını da görür”.

Politoloqun fikrincə, İran normal qonşuluq münasibətlərini qoruyan açıqlamalar verərsə və diplomatik addımlar atarsa, regionda öz milli maraqlarını daha çox qorumuş olar:

“Abdullahianın sözlərində səmimiyyət axtarmırıq, çünki Tehranın prioriteti artıq hər kəsə bəllidir. Amma hesab edirəm ki, İran mövcud reallığı qəbul edərək, daha rasional addımlar atacaq və doğrudan da mehriban qonşuluq əlaqələri bərpa olunacaq. Çünki İran aqressiv siyasətlə yalnız özünü təcrid edə və meqalayihələrdən kənarda qala bilər. Ermənistana güvənmək İranın ən böyük səhvidir. Ermənistan həm hərbi, həm də ciddi iqtisadi bağlarla Rusiyaya tabedir və İrəvan gec-tez Rusiyanın qoşulduğu platformada olacaq. Buna görə də İranın Ermənistan üzərindən qurduğu siyasət indidən iflasa məhkumdur və hesab edirəm ki, Tehran da bunu anlamaqdadır”.
"Forbes"dən savaş ssenarisi: Rus gəmiləri belə məhv edilirNATO ölkələri mümkün müharibədə Kalininqrad vilayətinə ərzaq tədarükünü kəsə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının şərhçisi Devid Eks öz məqaləsində yazır.

“Eksklav – bu, Rusiyanın NATO sərhədləri daxilindəki bazasıdır. Lakin bu o deməkdir ki, gərginlik baş verən zaman alyans ölkələri yük maşınları, təyyarə və qatarların Kalininqrada hərəkətini bloklaya bilər”, - deyə D.Eks bildirir.

Onun sözlərinə görə, Estoniya bu yaxınlarda İsraildən mənzili 320 km-ya çatan gəmi əleyhinə qanadlı “Blue Spear” raketlərini əldə edib:

“Tallin indi Baltik dənizində rus gəmilərinə problem yaratmaq üçün unikal şans əldə edib”.
Aeroport yolundakı qəzada 20 yaralı varHava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Avrasiya.net-ə verilən məlumata görə, aeroport yolundakı qəzadan sonra saat 08:00-a qədər 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlardan 7 nəfər Klinik Tibbi Mərkəzə (KTM), 13 nəfər 3 saylı Klinik Şəhər Xəstəxanasına (KŞX) çatdırılıb.
100-dən çox insana vaxtı keçmiş peyvən vurulduİsveçin Nüçöping şəhərində 100-dən çox insan vaxtı keçmiş dərmanlarla peyvənd olunub.

Publika.az İsveç KİV-lərinə istinadla xəbər verir ki, on bir gün ərzində 100-dən çox insan COVID-19 əleyhinə köhnə dərmanlarla peyvənd edilib.

Peyvəndlər bazar ertəsi Nüçöping peyvənd mərkəzlərində tətbiq edilib. Peyvənd istifadə etməzdən əvvəl bütün lazımi qaydalara riayət edilməklə saxlanılıb, lakin Pfizer tərəfindən tövsiyə olunan son istifadə müddəti bitib.

Yerli səhiyyə orqanları, son istifadə tarixindən daha uzun müddət saxlanılan peyvəndləri qəbul edərkən heç bir tibbi risklərin olmadığında əmin etməyə çalışdırlar. "Bizim ilkin qiymətləndirməmiz ondan ibarətdir ki, hətta belə bir peyvənd koronavirusdan qorunmanı təmin edir. Bununla birlikdə, uzun müddətli saxlamanın hər hansı bir şəkildə vaksinə təsir göstərə biləcəyi barədə əlavə məlumat əldə etmək üçün Pfizer vaksin istehsalçısı ilə əlaqə saxladıq və bu, vaksinasiyanın təkrarlanmalı olduğu deməkdir", - deyə səhiyyə orqanlarının yerli nümayəndəsi Magnus Yoxansson bildirib.

Qeyd edək ki, müddəti bitmiş peyvənd alan 102 nəfər arasında 88 nəfər yaşı 12-dən 15-dək olanlardır. Onların hamısı hadisə barədə məlumatlandırılıb.
ABŞ müdafiə naziri Gürcüstana səfər edəcəkABŞ-ın müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Departamentinin mətbuat katibi Con Kirbi məlumat verib.

O, bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq. Səfərin dəqiq tarixi hələ açıqlanmır.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel toplantısı 21-22 oktyabr tarixinə planlaşdırılıb.
Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdırAvropa İttifaqı (Aİ) tərəflərin razılığı olarsa, Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib.

O qeyd edib ki, təşkilat, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi istəyir.
Türkiyəyə hücumları qınayırıq - ABŞNATO müttəfiqimiz Türkiyəyə hücumları qınayırıq. Suriyada şəhid olan iki türk polisin ailələrinə başsağlığı veririk.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

"Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqidir və terrorla mübarizədən Suriyadakı münaqişənin sona çatmasına qədər bir çox sahədə ortaq maraqlarımız var. Suriya siyasəti ilə bağlı Ankara ilə sıx məsləhətləşmələrimizi davam etdirəcəyik", - N.Prays qeyd edib.
Güclü komandaya məğlub olduq - ByaziGüclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır.

Avrasiya.net xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır", - Byazi qeyd edib.
Kəramət Böyükçöl dispanserdə aclıq edirMaştağadakı Narkoloji Dispanserdə olduq. Məni, Kəramətin atası Qəşəm müəllimi və anası Tabəs xalanı baş direktor Orxan həkim qəbul etdi. Dispanserə yollanmazdan əvvəl Kəraməti ora aparan səlahiyyət sahibləri ilə danışıldı, israr edildi ki, görüş təmin edilsin. Şükürlər olsun ki, təmin olundu, Orxan həkim Kəraməti kabinetinə gətirtdi.

Kult.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

“Kəraməti çox aciz, ruhsuz, kefsiz və çarəsiz gördüm. Aclıq aksiyasına başlamışdı. Təkid edirdi ki, onu dispanserdən çıxardım. Dərmanlar Kəraməti keyləşdirmişdi. “Rüfət, gedək Barışı görüm, dərhal da qayıdaq”, - deyə insanı yandırıb-yaxan, mənəvi əzab və iztirab verən, ruhən incidən, çox ağır təsir edən xahişlərdə bulundu. İmtina etdim, daha doğrusu, yalan danışdım: “Sabah razılıq verəcəklər, gəlib yanında qalacam”. Çünki qalmalı, mütləq qalmalı, zəruri müalicə kursu keçməlidir, yoxsa, iraq olsun, ölə bilər. İnsafən, oradakı şərait belədir: təmirli, gündə 3 dəfə yemək, başqalarına deyə bilmərəm, amma Kəramətə pulsuz dava-dərman, yüksək qayğı. Eyni zamanda, baş direktor inam ifadə etdi ki, 21 gün ərzində müalicə bitəcək, Kəramətin sağlamlığı üçün əllərindən gələni edəcəklər, çünki məsələ ən yüksək səviyyədə nəzarət altındadır.

Kəraməti birtəhər inandıra bildim ki, aclığı dayandırmalıdır. O, söz verdi ki, gedib çörək yeyəcək. Əminəm ki, Kəramət tam sağalacaq” ,– R.Səfərov qeyd edib.