İraqda parlament seçkilərinin nəticələri açıqlanıbİraqda keçirilən parlament seçkilərinin yekun olmayan nəticələri açıqlanıb.

Məlumata görə, 329 deputatın təmsil olunduğu Məclisdə şiə lideri Müqtəda əs-Sədrə bağlı olan Sədr qrupu 73 yer əldə edərək birinci yeri tutub.

Parlamentin ikinci böyük qrupu isə 38 deputat mandatı qazanan Məclis sədri Məhəmməd Halbusinin liderlik etdiyi və sünni qruplaşma kimi tanınan Təqaddüm Partiyası olub.

Üçüncülüyü 37 yer alan keçmiş Baş nazir Nuri əl-Malikinin Qanun Dövləti Koalisiyası təmin edib.

Qeyd olunub ki, 2003-cü ildən bəri keçirilən sayca beşinci parlament seçkilərində ölkə seçicilərinin 41%-i iştirak edib və bu, həmin dövrdən indiyədək qeydə alınan ən aşağı fəallıq göstəricisi olub.

“Haber Global”
İran və Səudiyyə Ərəbistanı arasında barışıq sazişiİran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər. Bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Konsulluqların işinin bərpası ilə bağlı razılığa əldə edilib", - agentlik onun sözlərindən sitat gətirib. "Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - o əlavə edib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.
Pentaqon əməkdaşı məxfi məlumatı sendviç vasitəsi ilə ötürübABŞ-ın atom sualtı qayıqları haqqında məlumatı məxfi yolla saxta agentə satmağa çalışan Pentaqon əməkdaşı Conatan Toebi bu məqsədlə sendviçdən istifadə edib.

Belə ki, özünü başqa ölkənin agenti kimi təqdim edən, əslində isə Federal Təhqiqat Bürosunun əməkdaşı olan şəxs mavi yaddaş qurğusunu iki dilim çörəyin arasına qoyulduğunu müşahidə edib.

Yaddaş qurğusunda “Virciniya” sualtı qayıqlarının konstruksiyası və iş mexanizmi haqqında məlumatlar olub.

“Ümid edirəm ki, mütəxəssisləriniz təqdim olunan nümunədən çox məmnundurlar və etibarımızı artırmaq üçün kiçik bir mübadilənin əhəmiyyətini başa düşürlər”, - yaddaş qurğusunda təqdim olunan məlumatda həmçinin qeyd olunub.

Oktyabrın 10-da ABŞ-da hərbi istintaq Conatan Toebini və onun həyat yoldaşı Diananı məxfi məlumatları başqa ölkəyə ötürməkdə ittiham edib. Hər iki şəxsin fəaliyyəti məhkəmə tərəfindən sübuta yetirilərsə onları ömürlük həbs cəzası gözləyir.
"Bu mollalar həqiqətən də çox gülməlidirlər"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Dövlət Sərhəd Xidmətimiz (DSX) açıqlama yayaraq Azərbaycan ərazisində üçüncü ölkənin və ya hər hansı terrorçu dəstələrin mövcud olmadığını rəsmi şəkildə bəyan edir, eyni zamanda ölkəmizdə xaricdən gəlmiş təkfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddiaların yalan olduğunu, həqiqəti əks etdirmədiyini bildirir, lakin məkrli geosiyasi oyunlar oynamağa çalışan Tehrandakı molla-fars rejiminin nümayəndələri isə "İran heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcək" kimi absurd bəyanatı tutuquşu kimi təkrarlamağa davam edirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə jurnalistlər üçün verdiyi brifinqdə isterikaya qapılaraq deyir ki, "İran öz təhlükəsizliyi ilə bağlı heç kəslə zarafat etmir, bunu hamı bilir. İsrail hara daxil olursa, ora qeyri-sabitlik, terror gətirir. Biz bu barədə Bakıya demişik. İsrail bölgənin qeyri-sabit olmasını istəyir. Tehran və Bakı üçüncü ölkələr onların münasibətlərinə mane olmasın deyə ehtiyatlı olmalıdırlar. Biz heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcəyik".

Bu bir diplomata, XİN rəsmisinə yaraşan ritorika deyil. Mollalar İran İslam Respublikasını (İİR) bu cür primitiv zehniyyətlə idarə edir, qonşularına münasibətdə isə "ikili standart"lardan çıxış etməyə üstünlük verirlər. Və görünən budur ki, onlar yalan və böhtan xarakterli məlumatlar yaymağı, təhrikçi ifadələr işlətməyi də artıq dövlət siyasətinə çevirməkdədirlər.

İran siyasətçiləri və generalları Azərbaycan ərazisində, xüsusən də sərhədyanı bölgələrdə İsrailə aid hər hansı bir hərbi obyektin və yaxud insani qüvvənin, resursun olması barədə indiyə qədər bir dənə də olsun real fakt, sübut ortaya qoya bilməyiblər, lakin "İran heç bir qonşu ölkədə sionizmin mövcudluğuna dözməyəcək" klişesini saqqız kimi çeynəməyə davam edirlər. Son 30 ildə bütün Yaxın və Orta Şərq coğrafiyası üçün terorçu dəstələri də rəsmi Tehranın "strateq"ləri özləri yaradıb bəslədikləri halda, hələ bir də utanmazcasına Azərbaycan ərazisində hansısa terrorçuların olmasından dəm vururlar. Bu mollalar həqiqətən də çox gülməlidirlər.

AB nümayəndələri ilə görüş planlaşdırılır - TalibanQətərin paytaxtı Dohada Talibanla Avropa Birliyi nümayəndələri arasında görüş planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki məlumat verib.

"Sabah (bu açıqlama ötən gün verilib - red.) Avropa nümayəndələri ilə görüşəcəyik. Biz başqa ölkələrin nümayəndələri ilə konstruktiv görüşlər keçiririk", - Muttaki bildirib.

Qeyd edək ki, Taliban daha öncə Dohada ABŞ rəsmiləri ilə görüş keçirib.
Kəşmirdə atışma: hindli əsgərlər öldürüldüKəşmirin Hindistan nəzarətində olan hissəsində baş verən silahlı atışma nəticəsində 5 hindli hərbçi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan ordusunun sözçüsü polkovnik Devender Anand deyib.

O bildirib ki, əraziyə gizli şəkildə keçən silahlı şəxslər zabit və dörd əsgəri qətlə yetiriblər.

D.Anand atışmanın Pakistan və Hindistan arasındakı nəzarət məntəqəsi yaxınlığında - dağ keçidində baş verdiyini bildirib.