“Ermənistanın yenidən Azərbaycana qarşı müharibə aparmaq gücü yoxdur”Ermənistan heç vaxt düşünməmişdi ki, Azərbaycan qəti şəkildə Ermənistanın təxribatına cavab verəcək. Onlar düşünürdülər ki, Rusiya və Avropadakı erməni diasporunun rəsmi Bakıya təzyiqi səbəbindən Azərbaycan riskə getməyəcək. Amma Azərbaycan torpaqlarını azad etdi.

Bunu "Xalq Cəbhəsi"nə ekspert Məhəmməd Pervez Bilgrami (Hindistan) bildirib.

Ekspert qeyd edib ki, Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla və Türkiyənin birləşdirilməsini istəmir: "Düzdür, Qarabağ tam azad edilməyib, çünki Xankəndidə Rusiya sülhməramlıları var. Amma onlar müqavilə ilə oradaırlar, vaxt gələndə Qarabağı tərk edəcəklər”.

M.Bilgrami hərdən Ermənistan tərəfindən müharibə ritorikasına da münasibət bildirib. Ekspert qeyd edib ki, müharibə heç bir tərəfə xeyir gətirmir: “Amma düşünürəm ki, Ermənistanın yenidən Azərbaycana qarşı müharibə aparmaq gücü yoxdur”.
İt döyüşləri təşkil edənlər saxlanıldı - VİDEO"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib".

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib: "Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.

"Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət veriməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - mətbuat xidmətindən bildiirlib.
Xalam oğlu mənə təcavüz edib - Fuad Qəhrəmanlının qızıTanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Publika.az xəbər verir ki, S.Qəhrəmanlı sosial şəbəkədə bu haqda ətraflı məlumat yayıb.

O, hadisənin 1 il əvvəl baş verdiyini, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam. 2020-ci il 24 avqust tarixində vəkilim Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anamla danışanda mənə evə gəlmək əvəzinə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Mən onlara gedəndə yalnız xalam oğlu evdə idi”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib: “Mənə stəkanda içki uzadıb “bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə, necədir?” kimi bir cümlə qurub içməyi təklif etdi. Sadəcə bir-iki qurtum alıb dadına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Səhər özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər var idi. O gün ilə bağlı xatırladığım ağrı və qandır. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi”.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: “Sadəcə həqiqəti bilmək üçün ona yalandan hər şeyi xatırladığımı deyib sıxışdırdım. Nəhayət, özü hər şeyi mənə danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə “mən düşündüm ki, yəqin sən də istəyərsən” oldu”.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə “kifayət qədər sübut olmadığı” iddiası ilə xitam verildi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Nəhayət, iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib”.
İran Ermənistanla əlaqəni itirəcək, bölgəyə girişi qapanacaq - Regiondakı gərginliyin PƏRDƏARXASI/VİDEOİranla Azərbaycan arasında yaranmış gərginlik iki ölkə arasında müharibə riskini xeyli artırıb. Hazırda beynəlxalq səviyyədə bu məsələ müxtəlif aspektlərdən təhlil olunur. Təqdim etdiyimiz yanaşma isə irəli sürülən ehtimallardan ciddi şəkildə fərqlənir.

Həmin yanaşmanın şərhinə keçməmişdən əvvəl önəmli bir məqama diqqət çəkmək gərəkir. Son bir ildə bölgədə İranın əleyhinə son dərəcə ciddi proseslər baş verib. Belə ki, 44 günlük müharibəni İranın ikiəlli dəstək verdiyi Ermənistan biabırçı şəkildə uduzub. Qarabağ müharibəsində Ermənistandan sonra ən çox itirən ölkə isə İrandır. Əfqanıstanda sünni fundamentalizmini təmsil edən “Taliban” Pakistanın əli ilə iqtidara gəlib. Pakistan Türkiyə-Azərbaycan Birliynə qoşulub. Belə bir fonda İran Azərbaycana, dolayısı ilə Türkiyəyə, birbaşa isə İsrailə qarşı hərbi cəbhə açmaq hədəsi ilə bölgədə gedən proseslərin məcrasını dəyişməyə can atır. Birmənalı olan odur ki, bu proseslərin hər biri ayrı-ayrılıqda və birlikdə İranın dövlət maraqlarının əleyhinə yönəlib.

İran öz əleyhinə olan prosesi necə durdura bilər? Aydındır ki, İranın Azərbaycana hərbi müdaxiləsi olsa, Türkiyə və Pakistan bu avantüraya seyrçi qalmayacaq. İsrail də strateji müttəfiqinin müdafiəsinə qalxacaq. Eyni zamanda, ABŞ başda olmaqla bütövlükdə Qərbin Azərbaycana dəstəyini təmin etməyə çalışacaq.

Bu gün Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri keçiriləcək

Bəs, İran Azərbaycana qarşı hərbi müdaxilə etmədən bölgədə zərərinə cərəyan edən gedişatı durdura bilərmi? Məhz bu sualın cavabı kimi yuxarıda qeyd etdiyimiz fərqli yanaşma ortaya çıxıb. Söhbət ondan gedir ki, “The Middle East Eye” qəzetində çıxış edən Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekhari istisna etmir ki, İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İlk baxışda absurd görünsə də, bu yanaşma məntiqlidir. Mütəxəssis deyir ki, İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər.

Bu arada isə İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə yaxınlığı ilə tanınan “The Keyhan Daily” yazıb ki, Ermənistanın Sünik bölgəsi Azərbaycana veriləcək, Ermənistanın Qərbpərəst administrasiyası bu məsələ ilə bağlı Azərbaycanla gizli şəkildə razılaşıb.

Amerikadakı Corctaun Universitetinin iranlı alimi Şirin Hunter yazır: “Əgər Türkiyə uzun müddət ərzində can atdığı ambisiyasına həyata keçirmək üçün Azərbaycanla birbaşa əlaqə yaratsa, bu, İranın Ermənistana girişini aradan qaldıracaq. Belə olduqda gərginliyin dərinləşməsi riski daha da artacaq”.

İranın baxışına görə, Türkiyə-Azərbaycan alyansının Süniki ələ keçirməsi, (fars-molla rejimi daha çox “xəritənin dəyişməsi” ifadəsindən istifadə edir) İranı geosiyasi baxımdan əlverişsiz vəziyyətə salacaq.

Fardin Eftekhari yazır: “Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq. Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”.

Bizə “əzələ nümayiş” etdirən İran hesab edir ki, Türkiyə ilə Azərbaycanın quru ərazi ilə birləşməsi təkcə Türk Dünyasının bir araya gəlməsi ilə məhdudlaşmır. Bu həm də Pakistan və Əfqanıstan kimi sünni ölkələrin İrana təzyiqlərinin güclənməsinə təkan verəcək. Bəllidir ki, İranın daxildəki sünni azlığın da ciddi problemləri var. Yəni, İranda etnik azlıqlarla yanaşı, dini azlıqlar da hazırkı durumlarından məmnun deyillər. Bundan başqa, Qafqaz bölgəsində yaşayan azsaylı sünni xalqların Türkiyəyə meyllənməsi prosesi gedir. Türkiyənin Azərbaycanla yaxınlaşması bu prosesə əlavə impuls verir. Bu amil də İranı ciddi şəkildə narahat edir.

İran başa düşür ki, Zəngəzur dəhlizi təkcə Türk Dünyasını gücləndirmir, eyni zamanda Türkiyə başda olmaqla sünni ölkələrin və xalqların bir araya gəlməsini təmin edir. Bu isə şiəliyi dövlət ideologiyasına çevirmiş İrana təhdid sayılır.

İranın Zəngəzuru işğal etməsinə dünyanın güc mərkəzləri necə baxacaq? Ermənistan özü necə, buna etiraz etməzmi? Rusiyanın mövqeyi necə olacaq? Qəliz suallardır.

İstisna deyil ki, hadisələrin belə bir ssenari üzrə inkişafı lokal hərbi müdaxilənin dünya miqyaslı müharibəyə də çevirə bilər. İran üçün də seçim etmək çətindir. Rəsmi Tehranın dəqiq bildiyi odur ki, proses onun əleyhinə işləyir. Prosesi dəyişmək də mümkünsüz görünür. Vəziyyətdən çıxmaq üçün ən ağlabatan variant “Altılıq palatforması”na bağlıdır. Yalnız qonşu dövlətlər arasında güclənən iqtisadi, siyasi əlaqələr bütövlükdə regiona, həm də “altılıq platforması”nda yer alan hər bir ölkəyə tərəqqi və təhlükəsizlik təminatı verə bilər. Ümid edirik ki, İran vəziyyətdən çıxmaq üçün ən məqbul görünən sonuncu variantı seçəcək.

Bir məsələyə də toxunmaq gərəkir. İranın ən qatı fars millətçiləri də etiraf edirlər ki, İranın Azərbaycana hərbi müdaxiləsi Güney Azərbaycanda ciddi etirazlara səbəb ola bilər. Prosesin nəzarətdən çıxmaq ehtimalı da son dərəcə yüksəkdir.

Təbriz ayağa qalxır: Ərk qalasında kütləvi etiraz - Video

Azərbaycan və ya Ermənistana hərbi müdaxilə heç bir halda İranın qarşılaşdığı problemlərin rasional həllinə gətirib çıxarmayacaq. Əlbəttə, qonşu ölkəyə hər hansı hərbi müdaxilə avantüradan başqa bir şey deyil. Bu, İranın özünün od içinə düşməsinə səbəb ola bilər. Şübhəsiz ki, İranın siyasi elitasında bu təhlükəni görən ağıllı başlar da var. Bəla orasındadır ki, onlar mühafizəkarlara böyük hesabla uduzurlar...


Yazının orijinalını buradan oxuya bilərsiniz: https://www.middleeasteye.net/news/iran-azerbaijan-tensions-explained

(musavat.com)
İlham Əliyev Forum iştirakçılarına müraciət etdiÇinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb.

Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir.

Son illər dünyada nüfuzu sürətlə artan Azərbaycan Tayhu Forumunun ilk “Fəxri qonaq ölkəsi”dir. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov oktyabrın 12-də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciətini videoformatda çatdırıb. Müraciətdə qeyd olunub ki, Çinin himayəsi ilə keçirilən bu beynəlxalq tədbirin nüfuzu ilbəil artır və Tayhu Forumu dünyanın bir çox ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları yenə də bir araya toplamaqla mədəniyyətlərarası dialoqa öz əhəmiyyətli töhfəsini verir. “Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” təşəbbüsünə həsr edilmiş builki foruma Azərbaycanın fəxri qonaq statusunda dəvət edilməsi, eləcə də Heydər Əliyev Fondunun tədbirin əsas həmtəşkilatçılarından biri kimi çıxış etməsi məmnunluq doğurur.

“Dünyanın indiki həssas və təlatümlü dövründə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunun müzakirəsinə ciddi ehtiyac vardır. Xüsusilə, dünyanı cənginə almış COVID-19 pandemiyasının yaratdığı mürəkkəb vəziyyət və bəşəriyyətin qarşılaşdığı çağırışlar sivilizasiyalararası dialoqun və qarşılıqlı dəstəyin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.

Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də multikulturalizmdir. Multikulturalizm xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlərdəndir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsini və qlobal problemlərin həlli istiqamətində müzakirələri vacib sayır və Tayhu Forumunun builki toplantısı çərçivəsində də bu məsələlərin diqqət mərkəzində saxlanılacağına inanırıq”, - deyə Prezident İlham Əliyevin müraciətində bildirilib.

Forumun müxtəlif bölmə iclaslarında mədəni müxtəlifliyin təşviqi, “Bir kəmər, bir yol” sivilizasiyanın keçmişi və gələcəyi, iqlim dəyişikliyinə qarşı birgə mübarizə, yoxsulluğun azaldılması, bəşəriyyət üçün birgə gələcəyin qurulmasında elm və texnologiyanın dəstəyi mövzuları müzakirə olunur. Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə yaradılıb. 2011-ci ildən illik iclasları keçirilməyə başlanılıb. Forumda dünyanın bir çox ölkələrindən görkəmli siyasətçilər, ekspertlər, mütəxəssislər, iş adamları iştirak edir.

Qeyd edək ki, budəfəki forum çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlayıb.

Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək. Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq bu pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumat əldə edə biləcək. Forum iştirakçılarına Azərbaycan pavilyonunun təqdimatı edilib, “Spirit of Azerbaijan” adlı videoçarx nümayiş olunub. Pavilyonun açılışı ilə bağlı rəsmi sənədi Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı imzalayıblar.

“Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunda keçirilən plenar sessiyasında isə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri video formatda çıxış edib. Plenar sessiyada, eyni zamanda Anhoy əyalətinin qubernatoru, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, ÇXR-ın sabiq xarici işlər naziri, Çili və İspaniyanın sabiq dövlət və hökumət başçıları, eləcə də UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın çıxışları olub.

Oktyabrın 13-dək davam edəcək forum çərçivəsində “Dünyada mədəni müxtəlifliyin təbliğ edilməsi və bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması”, “Elmi-texnoloji tərəqqi bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması üçün yardımçı kimi çıxış edir” və digər mövzularda paralel sessiyalar da keçiriləcək.


Yuri Romanenko: Azərbaycan doğru yoldadır“Türkiyə, Azərbaycan, Gürcüstan və Ukrayna ittifaqı bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”

"Ukrayna Gələcəyin İnstitutu" (Ukrainian Institute for the Future ) analitik mərkəzinin həmtəsisçisi, "Beynəlxalq və Daxili Siyasət" proqramının direktoru, "Dalğa" (Hvyla) analitik portalının baş redaktoru olan ukraynalı siyasətçi və bloger Yuri Romanenko Ukraya Azərbaycanlıları Radasının qonağı olub.

Ukraynalı siyasətçiyə Azərbaycanın zəfər yolu və UAR ofisində davam edən "Qarabağda Urbisid" adlı sərgi haqqında məlumat verən baş katib Ceyhun Məmmədov Erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdırıb. «Başda Gəncə şəhəri olmaqla döyüş xəttindən onlarca kilomert aralıda yerləşən şəhərlər Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalandı. Raket zərbələri nəticəsində təkcə Gəncədə 27 nəfər dinc sakin həlak oldu, 125 nəfər isə yaralandı” deyən Məmmədov Azərbaycan tərəfinin isə mülki əhaliyə atəş açmadığını diqqətə çatdırıb.

Müharəbədən sonra Qarabağı tam gəzən azsayda ekspertlərdən biri olduğunu bildirən Yuri Romanenko bildirib ki, azad olunan ərazilər Xirosimanı xatırladır. “Qarabağı gəzəndə hiss eləyirsən ki bu torpaqlar dinc məqsədlər üçün, insanların yaşaması üçün tutulmayıb. Burada daşlar belə yağmalanıb.” deyən siyasətçi görülən işlərin sürətinin və keyfiyyətinin çox yüksək olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi və iqtisadi kursunun Azərbaycanı regionda söz sahibi elədiyini deyən mərkəz rəhbəri Ukraynanın Azərbaycanla əməkdaşlığı artırmasının önəmini vurğuladı. “Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna ittifaqı bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”, deyən mərkəz rəhbəri Türkiyənin regiondakı önəminə diqqət çəkib.

Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması yönündə gördüyü işlərə, hazırladığı videomaterial və analizlərə görə UAR baş katibi ukraynalı siyasətçiyə təşəkkür edib.
Yoluxma sayı artdı- 15 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12 861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.
İran hakerləri İsrail və ABŞ şirkətlərinə hücum etdiİran hakerləri İsrail və ABŞ müdafiə şirkətlərinə məxsus 250 hesabı qırmağa cəhd ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Maykrosoft” şirkəti yayıb.

Hakerlərin 20 hədəfi uğurla ələ keçirdiyi, hücum texnikasını hər dəfə təkmilləşdirdiyi bildirilib.

Şirkət hakerlərin təkcə müdafiə deyil, Yaxın Şərq və Fars körfəzindəki dəniz daşımaları şirkətlərini də hədəf aldığını bəyan edib.
"Ən böyük amalı müstəqillik və azadlıq olan Heydər Əliyev bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı"Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun Milli Məclisin 12 oktyabr plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışının stenoqramı:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar!

Azərbaycan xalqı çox əsrlik dövlətçilik ənənələrinə, zəngin tarixə və yüksək idarəçilik məharətinə malik olan bir xalqdır. Azərbaycan xalqının azadlıq sevərliyi onun məhz dünya dövlətləri və xalqları içərisində özünə məxsus yerini müəyyənləşdirən əsas amillərdəndir. Təsadüfi deyil ki, Şərqin ilk Respublika quruluşlu demokratik dövlətini də məhz Azərbaycan xalqı qurmuşdur. 103 il əvvəl qurulmuş bu dövlətin süqutu xaqlımızın tarixi şüurundakı müstəqil dövlət ideallarını təhtəlşüurundan çıxarada bilməmiş bu ideyalar xalqın ruhunda daimi yaşamışdır. Azərbaycan xalqı 90-ci illərin əvvələrində öz milli dövlətçilik ənənlərinə sadiq qalaraq ikinici dəfə dövlət müstəqillyini bərpa edərək özünü 1918-ci ildə yaradılmış Azərbaycan Cümhuriyyətinin varisi elan etmişdir. Bəli, məhz müstəqil dövlətini bərpa etmişdir! Müstəqilliyin bərpa edilməsində və qorunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu danılmazdır!

“Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik!. Biz özümüz öz taleyimizin sahibiyik. Biz müstəqilliyə nail olmuşuq. Bunu indi əlimizdə saxlamaq, qorumaq hər bir insanın canından da artıq olmalıdır. Mənim üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu əbədi etmək öz həyatımdan, öz canımdan da artıqdir!.

Müstəqilliyimizin leytmotivinə çevrilmiş bu sözlər Ümummilli Liderin dilindən təsadüfi səsləndirilmiş gəlişigözəl sözlər deyil. Ömrünü həyatını azadlıq ideallarına həsr etmiş bir dövlət adamının milli duyğularıdır. Bu fikirlər Heydər Əliyevin həyat amalı olan Azadlıq düşüncələridir! Heydər Əliyev hələ sovetlər dönəmində SSRİ-nın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində müstəsna xidmətləri olmuşdur. Bu özünün millətinə, xalqına olan sevginin təzahüri olmaqla bərabər onun müstəqillik və azadlıq istəyindən irəli gəlirdi. Azərbaycan öz müstəqlliyinin bərpa etdikdən sonra, xalqın təkidlli tələbləri ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı olarkən 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Sovetinin sessiyasında Ümummilli Liderin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş. Qəbul edilmiş qərarlara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist adı çıxarılmışdır.

Bu Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinə verilmiş ən böyük töhfə idi. Məhz bundan sonra 5 fevral 1991-ci ildən Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır. 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır.

Bundan sonra 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərkən Heydər Əliyevin müstəqilliyə çağırışı və səs verməsi ona inanan milyonlarla insanın azadlıq ideallarının tərcümanına çevrildi. Elan olunduğu gündən 1993-cü ilin 15 iyuluna( Qurtuluş gününə) qədər əldə edilmiş müstəqillik formal və şərti xarakter daşıyırdı. Çünki, bu dövrdə hakimiyyətdə müstəqil dövlətçilik təfəkkürü olmayan, yalnız şəxsi ambisiyalarla yaşayan, təcrübəsiz şəxslər hakimiyyətdə idilər.

Ən böyük amalı müstəqillik və azadlıq olan Heydər Əliyev bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı. Dəfələrlə səsləndirdiyi müstəqilliyi qazanmaq çətindir lakin onu qoruyub saxlamaq daha çətindir fikirləri onun siyasi fəaliyyətinin əsas devizinə və ana xəttinə çevrildi.
Sonrakı dövrlərdə Ümummilli Liderin uğurlu davamçısı, müstəqilliyimizin qarantı cənab İlham Əliyevin fəaliyyəti özü bir tarixə çevrilmişdir.

Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində keçirilən təntənəli hərbi paraddaki çıxışında dediyi bu fikirlərə diqqəti çəkmək istəyirəm: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Gün gələcək və bu gün işğal altındakı qalan torpaqlar da azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Ali Baş Komandanın bu möhtəşəm fikirləri tarixdə öz təsdiqini tapdı.

27 sentyabr əks həmlə əməliyyatı, 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının və MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN tarixi qələbəsi ilə nəticələndi. Hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi hər bir vətəndaşımız üçün ən böyük sərvət və nemətdir. Bu yolda şəhid olan qardaş və bacılarımızı dərin ehtiramla yad edir onlara ulu Tanrıdan rəhmət diləyirəm.

Təsadüfi deyil ki, türk dünyasının avanqardına çevrilən Azərbaycan bu günlərdə türk xalqlarının Sovetlər Birliyindən ayrılaraq müstəqillik qazanması ilə bağlı “Türk dövlətləri və türk dünyası bilgi törəni” adlı tədbirə ev sahibliyi edir. Mən buradan Azadlığına qovuşmuş bütün türk xalqlarını ürəkdən təbrik edirəm!

Son olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə göndərdiyi bu qanun layihəsi hüquqi və tarixi baxımdan əsaslandırılmışdır, odur ki böyük məmnuniyyətlə lehinə səs verməklə digər iştirakçıları da qanun layihəsinin lehinə səs verməyə çağırıram.

Eyni zamanda xatırlatmaq istəyirəm ki, 15 oktyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyə seçilməsinin il dönümüdür. Bu münasibət ilə və qarşıdan gələn 18 oktyabr bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm.
Zakir Həsənov NATO admiralı ilə sərhədi müzakirə etdiOktyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.