Azərbaycanda polis bıçaqlandıBir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Ruhlan Asim oğlu Nəbiyevin bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, kənd sakini 1969-cu il təvəllüdlü Faiq Abbas oğlu Hüseynəliyev tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub.

Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.
"Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim.." - Hacı SurxayMilli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Avrasiya.net xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bildirib.

O, qeyd edib ki, müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-sindən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir: "Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək istəyirəm, əziz xalqım.
Çox maraqlıdır...

Məhərrəm ayında qeyrət nümayiş etdirib,mənə irad tutanlar,sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır,onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...

Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız ?!”

Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik".

Zelenski: “Qızım ikinci müddətə prezident olmağımı istəmir”Ukrayna Prezidenti Volodimir Zelenski böyük qızının onun ikinci müddətə prezident olmasını istəmədiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı yerli telekanallardan birinin efirində bildirib. Zelenskinin sözlərinə görə, ailəsi onun prezidentliyindən xeyli zərər çəkib.

"Qızım bu məsələni qaldırır, o istəmir ki, mən ikinci müddətə prezident olum. Qızımı nə qədər çox sevsəm də, bu, yalnız və yalnız imkanımızın səviyyəsindən asılıdır", - Zelenski televiziya proqramında deyib.

O, həmçinin növbəti il məktəbi bitirəcək qızının harada oxuyacağından danışıb.

"Yalnız burada (oxuyacaq - red.), çünki mən Ukrayna prezidentiyəm, başqa dövlətin yox. Bu mənim arzumdur və bizim belə razılığımız var. Hərçənd ona çox çətindir, çünki əgər xaricdə oxusaydı, mühafizəçisiz təhsil ala bilərdi. Mən bildiyim qədər beynəlxalq münasibətlər sahəsində təhsil alacaq, o, beynəlxalq iqtisadiyyatla məşğul olmaq istəyir", - Ukrayna prezidenti bildirib.

"Gələcək Ukrayna İnstitutu" analitik mərkəzi tərəfindən keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, Zelenskinin reytinqi iyundan sentyabradək 32 %-ə qədər artıb.
Bu gündən COVID pasportu olmayanlar məhkəmələrə buraxılmayacaqBu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.

Avrasiya.net xəbər verir ki, oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:

2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb edilsin.

Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.

Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin.

Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görsünlər.
Yaponiya mətbuatı Əliyevin Hadruta səfərindən yazdıOktyabrın 10-da Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri barədə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda Azərbaycan Prezidentinin Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması öz əksini tapıb.

Yaponiya saytı dövlətimizin başçısının Xocavənd rayonunun ictimaiyyəti ilə görüşməsi və onlarla birlikdə Tuğ kəndinə getməsi barədə də məlumat verib.
ÜST-dən şad xəbər: Pandemiya tezliklə bitəcəkBəşəriyyət COVİD-19-la mübarizə yolunun təxminən 60 faizini keçib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan deyib.

Svaminatan pandemiyanın tezliklə bitəcəyinə və insanların normal həyata qayıdacağına inandığını vurğulayıb.

Bu kontekstdə o, əhalini virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirməyə çağırıb.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın ölümünə səbəb olub.