İranın Bakıya qarşı “Qafqaz dəhlizi” şousu... - Videoİran bu məsələni gündəmdə saxlamaqla, sadəcə, danışıqlarda müəyyən üstünlük qazanmağı düşünür.

Avrasiya.net xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranın Zəngəzur dəhlizinə alternativ olaraq Ermənistan üzərindən Gürcüstana uzanacaq “Qafqaz dəhlizi” ideyası (Azərbaycan ərazisindən keçməyən) irəli sürməsi haqda danışarkən deyib.

Ekspert bildirib ki, bu, çox bahalı bir layihədir:

“Hələ ki, Ermənistan tərəfindən maliyyə ayrılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Əgər bu layihəni İran özü maliyyələşdirməyi düşünürsə, Tehranın indiki iqtisadi durumuna görə həddən artıq bahalı layihədir və yaxın zamanlarda İranın buna pul ayıracağını düşünmürəm. İranın sanksiya altında olduğunu nəzərə alsaq, beynəlxalq maliyyə qurumlarının da bu layihədə hansısa iştirak və yaxud kredit ayırmaq istəyi ciddi sual altındadır. Məncə, İran bu məsələni gündəmə gətirməklə Azərbaycanın əsas moderator olduğu bir çox dəhlizlərdən “öz payını” almaq fikrinə düşüb. Başqa sözlə, Zəngəzur dəhlizi, Şərqə-Qərb və yaxud Cənub-Şimal xətləri ilə bağlı danışıqlarda İran “alternativ layihəyə sahib olduğu” görüntüsü ilə daha uğurlu mövqedən çıxış etməyi hədəfləyir”.

Ekspert bildirib ki, İranın Ermənistan üzərindən Gürcüstana, oradan da limanlarla Avropaya – Yunanıstan və Bolqarıstana çıxış əldə etmək istəyi yeni ideya deyil:

“Bu, 90-ci illərdən bu günə qədər dəfələrlə müzakirə edilib. Amma bu “alternativ tranzit yolu”nun çəkilməsində ciddi problemlər var. Ermənistandan keçən yolun Yuxarı Lars yoluna birləşməsi nəzərdə tutulur. Yuxarı Lars yolu isə işlək deyil, təbiətə bağlıdır: şaxtalar başlayan kimi yol bağlanır. Təxminən noyabr ayından marta qədər Lars yolu buz bağlaması və qar uçqunları səbəbindən işləmir. Bu yolu işlək etməyən digər səbəb isə Gürcüstanla Rusiya arasında o qədər də xoş olmayan münasibətlərdir. Yəni yay ayında da Gürcüstan bu yoldan keçidə maneə törədə bilir. Bu sadalananlara maliyyə, texniki və başqa səbəbləri də əlavə etsək, bu yolun reallaşdırılması ehtimalı çox aşağıdır. Sadəcə, bu məsələni gündəmdə saxlamaqla İran Azərbaycanla danışıqlarda müəyyən üstünlük qazanmağı düşünür”.
Rusiya Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq etmirİkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qaldı. Bəyanatın bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərk-silah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəmmalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır.

Avrasiya.net xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya yeni müharibə istəmir, ancaq münaqişənin tam həlli naminə separatçıların tərk-silah olunması və Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq etmir:

“Moskva Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq formatına” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) dəstək versə də, yeni regional formatın təsisi üçün fəal siyasət yürütmür.

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya dəvət edilib. Kreml sahibi Vladimir Putin Paşinyana nələri izah edəcək? Aydındır ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək. Paşinyan əsirlərin (diversantların) geri qaytarılmasını, Ermənistan ərazilərinə “daxil olan” Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusu ilə bağlı Minsk Qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk Qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycana və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır”.

Politoloqun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır:

“Kreml bununla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib. Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq. Paşinyandan sonra böyük ehtimalla Moskvaya Azərbaycan Prezidenti İlham Əliyev dəvət ediləcək və onun da Kremlin təklifinə münasibəti öyrəniləcək.

Rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər. Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər”.

Qeyd edək ki, Putin-Paşinyan görüşü 12 oktyabrda keçiriləcək
Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək - Rəsmi Bakıdan Tehrana CAVAB“Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000 dən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.

Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.

Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.

Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”.
18 Oktyabr qeyri-iş günü olmalıdır“28 may gününü necə dövlət bayramı kimi qeyd ediriksə, 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır".

Avrasiya.net xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov parlamentdə çıxış edib. O qeyd edib ki, Azərbaycan 1918-ci ildə müstəqil dövlət kimi fəaliyyətə başlayıb:

“Hökumət, diplomatik əlaqələr formalaşıb. Təəssüf 23 ay yaşaya bilib.1991- ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. Bunda o vaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Azərbaycan niyə gec müstəqilliyini bərpa etdi? Çünki o vaxt Kommunsit Partiyası qəbul etmirdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi”.

Deputat indi bütün bunlardan danışmağın rahat olduğunu vurğulayıb:

“O vaxt Azərbaycan 20 Yanvar faciəsini görmüşdü. Bu zalda 43 nəfər SSRİ nin saxlanılmaması əleyhinə səs verdi. Sonradan hansı mövqeni tutdularsa, bu məni maraqlandırmır. İstəyirəm ki, iki məsələni cənab Prezident nəzərə alsın. Qanun layihəsinin adlarını müsbət qarşılayıram. Amma 28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır. Müstəqillik yolunda hər şeydən məhrum olan insanlar bunun bəhrəsini görməlidir. 1991-ci ilin müstəqilliyə səs verən deputatlar müəyyən qədər öz töhfələrini almalıdırlar. Həmin insanların da mükafatını vermək lazımdır".
Həbs edilən nazir müavininin cəzası aşağı endirildiMədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Dövlət Sərhəd Xidmətindən iranlı generala CAVAB - İstənilən təxribatın qarşısı qətiyyətlə alınacaq!Son günlər İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Avrasiya.net-ə bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq.

"Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir", - deyə DSX bəyan edib.

Bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyil, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

"Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq", - DSX bəyan edib.
“İran Azərbaycanı zəif bir ölkə kimi qəbul edirdi”30 ildən bəri İran Azərbaycanı zəif bir ölkə kimi qəbul edib. Lakin İkinci Qarabağ müharibəsində rəsmi Bakının qələbəsi hesabı dəyişdi və bu səbəbdən İran Azərbaycana və ona dəstək verən Türkiyəyə qəzəblənib.

Bunu Azerforum.com-a ekspert Məhəmməd Pervez Bilgrami (Hindistan) bildirib.

Onun sözlərinə görə, bunun ardınca Türkiyə, Azərbaycan və Pakistan hərbçilərinin 2021-ci il sentyabrın 20-də Bakıda birgə ilk təlimlərə başlaması rəsmi Tehranın qəzəbini daha da artırıb: “Özü də təlimlərin adı "Üç qardaş -2021" idi. Birgə təlimlərin əsas məqsədi Türkiyə, Azərbaycan və Pakistanın Xəzər dənizi bölgəsində sülhün, sabitliyin inkişafı idi ki, bu da İranın geosiyasi maraqlarına ziddir.

İran buna kəskin tənqidlə reaksiya verdi və bunun guya regional sabitliyə təhlükə yaradacağını iddia etdi. Buna cavab olaraq, İran sentyabrın 28 -də Azərbaycan sərhədində öz hərbi təlimini keçirdi. İndi İran Əfqanıstanın gələcəkdə "Üç Qardaş" a qoşula biləcəyindən narahatdır. Axı Əfqanıstanın hər üç ölkə ilə münasibətləri yaxşıdır”.
Sabirabadda tələbə özünü asdıSabirabadda 17 yaşlı gənc özünü asaraq intihar edib.

Avrasiya.net Apa-ya istinadən məlumat verir ki, Sabirabad rayonunun Bulaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Elmir Məhəmməd oğlu özünü yaşadıqları evin həyətindəki yarımtikilidə asıb.

Qeyd edək ki, E.Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılr.
MTN generalının məhkəməsinə jurnalistlər BURAXILMADIBu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Avrasiya.net xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

KİV nümayəndərələrinə bildirilib ki, məhkəmənin hazırlıq iclası qapalı keçirilir.

Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.
SEPAH Azərbaycanda “hərəkat” yaratdıİran və Azərbaycan arasında artan gərginlik fonunda SEPAH tərəfdarları öz sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığını elan ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “The Middle East Monitor” saytı yayıb. Sayt bu qruplaşma barədə heç bir informasiyanın olmadığını, amma onun 2019-cu ildə Suriya konflikti zamanı formalaşdırıldığını bildirib:

“Lakin rəsmi hərəkat bu günlərdə aktivləşdirilib. “Hüseynçilər” və ya “Hüseyniyun” simvolu İranın Yaxın Şərqdə müttəfiqlərinin simvolu ilə üst-üstə düşür”.

Məqalədə Azərbaycanın İsrail və Türkiyənin vacib müttəfiqi olduğu vurğulanıb:

“Tehran keçmişdə öz inqilabını Azərbaycana ixrac etməyə çalışıb, amma ciddi uğur qazanmayıb. 1991-ci ildə Azərbaycanda qurulan İslam Partiyası 4 il sonra qapadıldı. Bu partiya İranın məxfi maliyyələşməsi sayəsində dövlət çevrilişi həyata keçirib, ölkədə islam respublikası yaratmağa cəhd edib. Lakin partiya qanunsuz fəaliyyətini daha bir neçə il davam etdirdi. İslam Partiyasının fəaliyyətinin kuliminasiyası onun lideri Mövsüm Səmədovun 2011-ci ildə həbsi oldu”.

Sayt İslam Partiyasının 1993-cü ldə Azərbaycan Hizbullahı, 1995-ci ildə isə Ceyşullah yaratdığını, ABŞ və İsrail səfirliklərinə hücum planlaşdırdığını yazıb.

Məqalədə İranın Azərbaycanda millətçiliyə ölkəsindəki çoxsaylı azərbaycanlılara görə daxili təhdid kimi baxdığı bildirilib:

“Bakı ilə əlaqələri saxlayaraq, İran Ermənistana daha loyal yanaşır. Buna görə də İran bilir ki, o öz qonşularıyla ehtiyatlı olmalıdır. Tehran artıq Qarabağ müharibəsinin bitməsi haqqında bəyanat kontekstində uduzmuş tərəf hesab edilir”.

“The Middle East Monitor” Azərbaycan sərhədi yaxınlığında İranın hərbi təlimlərinin hansısa eskalasiyaya gətirməyəcəyini da qeyd edib.