Ərəb mətbuatında dahi Azərbaycan şairi Nəsimiyə həsr olunmuş məqalə dərc olunubƏrəb ölkələrinin KİV-ləri dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş geniş məqalə dərc ediblər.

Avrasiya.net xəbər verir ki, şərqşünas Həşim Məmmədov və jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduqları “İmadəddin Nəsimi. Bəşəriyyətə nur saçan günəş” sərlövhəli məqalədə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.
Misirin “Nile1”, İordaniyanın “Nayrouz”, İraqın “Əfkarhürə”, İraqın “Bobiannews” və “Q8-press” portallarında dərc olunmuş yazıda ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Nəsimi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib və dahi şairin 650 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gətirilib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.

Müəlliflər qeyd ediblər ki, yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanıb və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.
Məqalədə, həmçinin Azərbaycanın və dünyanın tanınmış alimləri, şərqşünaslarının Nəsimi irsi haqqında fikirləri, dahi şairin şeirlərindən parçalar yer alıb.
"Türk varlığını qəbul etmədən hər hansı bir həll variant əldə edə bilməzsiniz"Yunanıstanda son dövrlərdə bəzi ölkələrin təşviqi ilə bir silahlanma sevdası başladı. Bu cür cəhdlərlə Türkiyəyə qarşı heç bir üstünlük əldə edilə bilinməyəcək və bu fəaliyyətdən vaz keçin".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar səsləndirib.

O bildirib ki, rum yönətimi adada yüz illərdir davam edən Türk varlığını yox saymaq istəyir: "Türk varlığını qəbul etmədən hər hansı bir həll variant əldə edə bilməzsiniz. Buna əsla icazə vermərik. Bu heç bir şəkildə mümkün deyil. Bütün haqq və hüquqlara sahib iki bərabər dövlətdən bəhs edirik. Məqsədimiz, mövqeyimiz budur. Yalnız bu formatda görüşlər olacaq və dövlətlər öz daxillərində həyatlarını davaç etdirəcəklər".

Hulusi Akar onu da diqqətə çatdırıb ki, Türkiyə Yunanıstanla problemləri beynəlxalq hüquq çərçivəsində, normal qonşuluq münasibətləri əsasında həll etməyə üstünlük verir.
Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilibAzərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini sabit qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.

İran hava məkanını açdı: Bakı ilə qardaş davranışı...İranın hava məkanı Azərbaycan təyyarələri üçün açıqdır.

Avrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

O, İranın bəzi məsələlərlə bağlı narahatlığını Azərbaycana çatdırdığını və Bakının bunları həll edəcəyini vəd verdiyini bildirib.

Xətibzadə İranın Azərbaycanla münasibətlərdə əsas prinsipinin qardaş davranışı olduğunu söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə İran bakıdan Naxçıvana uçan hərbi təyinatlı nəqliyyat təyyarələri üçün hava məkanını bağlamışdı. AZAL isə buna cavab olaraq mülki uçuşlarda da İran hava məkanından imtina edərək, Ermənistan hava məkanından istifadə etmişdi.
Qadınları xaricə satan Quba şəhər sakini həbs edildiDİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Quba şəhər sakinini həbs edib.

“Azerforum”un əldə etdiyi məlumata görə, Quba şəhər sakini Məmmədova Zeynəb Əlibaba qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Məmmədova Zeynəb Əlibaba qızı Cinayət Məcəlləsinin 144-1.1, 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Mənbə:
Azərbaycanda idmançının öldürülməsinin şok səbəbi - Boşanmış qadına görə...Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov idmançı olub. Hadisə vaxtı Rasiflə yanaşı dostu Samir də bıçaqlanıb.

Məhkəmədə ifadə verən Samir Dadaşov bildirib ki, onlar Əhəd İsmayılovun övladları Nicat və Ramillə daha əvvəl dost olublar. Daha sonra qız söhbətinə görə münasibətlər pozulub: “Mən Rasif və Əhədin böyük oğlu Nicatla birlikdə maşın alveri ilə məşğul olmuşam, yaxşı münasibətlərimiz vardı. Rasif illərlə Nicatgilin ailəsinin əziyyətini çəkib, Nicatın nə vaxt problemi olurdusa həmin problemləri Rasif həll edib. Sonra Nicat bir qızla tanış oldu. Mən və Rasif həmin qızın normal qız olmadığını, həmin qızdan ayrılmasını Nicata dedik. Nicat da həmin qıza görə bizdən üz çevirdi. Nicatın bu hərəkəti Rasifin xoşuna gəlməmişdi. Çünki Rasif illərlə Nicatın əziyyətini çəkmişdi. Beləliklə Nicat ilə aramızdada münasibətlər soyumağa başladı. Münasibətlər soyuduqdan sonra onlarla aramızda 2-3 dəfə mübahisə yaranıb. Lakin Rasif heç vaxt Nicata əl qaldırmayıb. Nicat və Ramil həmişə nəsə olan kimi gedib ataları Əhədə deyirdilər. Nicat və Ramil artıq atasında elə təəssürat yaratmışdılar ki, guya Rasif onlara gün verib, işıq vermir. Hadisədən əvvəl də Nicat maşın alveri ilə məşğul olan tanışlarından birini insanların arasında təhqir etmişdi. Həmin şəxs bu barədə Rasifə demişdi”.

Araşdırmalarla müəyyən edilib ki, 4 sentyabr 2018-ci il tarixdə axşam saatlarında 1972-ci il təvəllüdlü Əhəd İsmayılov «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etdikdən sonra evə gəlib. Bir qədər sonra oğlu, 2000-ci il təvəllüdlü Ramil evə gələrək Rasifin oyun zalında onu vurduğunu deyib. Belə ki, həmin gecə saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən Rasif Ramilin adapterini icazəsiz götürdüyünə görə mübahisə yaranıb və bu zaman Rasif özüdən yaşca kiçik olan və münasibətləri daha əvvəl pozulmuş Ramilə bir neçə zərbə endirib. Ramil idarə etdiyi “Hyundai Qrandeur” markalı avtomaşınla evlərinə gedib bu barədə atası kimi ona məlumat verməsindən sonra onlar bıçaq götürərək geri qayıdıblar. Çay evindən Rasifi maşına dəvət edən ata və oğluna Rasifin dostu Samir də qoşulub. Onlar maşını qaranlıq əraziyə sürüblər və burada dava-dalaş düşüb. Dava zamanı ata və oğlu Rasif və Samiri bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada ölüb.

İstintaq materiallarından məlum olur ki, hadisə vaxtı Ə.İsmayılovun maşın alveri ilə məşğul olan böyük oğlu Nicat Gürcüstanda olub. O, ifadəsində bildirib ki, dostu Rasiflə münasibətlərinin pozulmasına Samir çalışıb və aralarını vurub. Həmçinin Nicatın boşanmış qadınla münasibətinin olması dostlarının xoşuna gəlməyib və buna görə də daha əvvəl mübahisə yaranıb.
Prezident: "Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib""Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib.

"Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır", - dövlət başçısı bildirib.
Azərbaycanlı gənc jurnalist İstanbulda koronavirusdan vəfat edibAzərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat veriblər.

25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.

Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.

Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Allah rəhmət eləsin!
Kəramət hər şeydən təcrid olunub - Atası NARAZIDIR“Kəraməti hər şeydən təcrid ediblər, yanına heç kimi buraxmırlar. Mən oğlumun səsini belə eşidə bilməmişəm”.

Bunu Maştağadakı Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün atası, şair-publisist Qəşəm Nəcəfzadə deyib.

Q.Nəcəfzadə oğlunun könüllü müalicəyə getdiyini vurğulayaraq, dispanser rəhbərliyindən bütün qapıların bağlanmamasını xahiş edib:

“Heç olmasa, ata-ana ilə görüşməsinə imkan yaratsınlar. Əlinə telefon versinlər, səsini eşidək, üzünü görək. Həkimlər deyirlər ki, durumu yaxşıdır. Mən anlamıram, həyatdan təcrid edilən insan necə yaxşı ola bilər? Üstəlik, yazıçı, jurnalistdir. Bəlkə qəzetləri, saytları oxumaq istəyir, ailəsi ilə danışmaq istəyir. İki azyaşlı övladı var, onlarla belə danışmağına icazə verilmir. Anasının təzyiqi var, mənim ürəyim xəstədir, Kəramət bizdən nigaran qalıb, daha da depressiyaya düşəcək”.

Şair oğlu ilə görüş üçün Narkoloji Dispanserin rəhbərliyinə müraciət etdiyini deyib:

“Heç bir faydası olmadı. Dedilər bu, bizim müalicə sistemimizdir. Belə müalicə sistemi olur? Mən mətbuat vasitəsilə müraciət edirəm. Kəramət adam öldürməyib, vətənə xəyanət etməyib. İçki düşkünlüyünə görə könüllü müalicə almaq istəyib. Özü polisin yanına düşüb, sərbəst şəkildə dispanserə gedib. İndi Kəraməti niyə bu hala salırlar? Belə davam edərsə, mətbuatı toplayıb, bütün aidiyyəti qurumlara müraciət edəcəyəm, hər yerə baş vuracağam. Məni oğlumla görüşdürsünlər”.

Qeyd edək ki, son günlər sosial şəbəkədə canlı yayımlar açaraq, içkili vəziyyətdə təhqiramiz ifadələr işlədən yazıçı Kəramət Böyükçöl oktyabrın Maştağadakı Respublika Narkoloji Dispanserə yerləşdirilib. Onun Narkoloji Dispanserə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparıldığı bildirilir. modern.az
İran Azərbaycanı dəstəkləyən 12 fəalı bu cür cəzalandırdıİranda məhkəmə 12 azərbaycanlıya qərar çıxarıb.

Axar.az xəbər verir ki, ictimai fəallar Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mürtəza Pərvin, Müctaba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səcdəd Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyirçi 7 ay 16 gün həbs cəzasına məhkum ediliblər. Onlar hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham olunublar. Bundan başqa aktivistlər ictimai asayişi kobud şəkildə pozduqları üçün 74 şallaq zərbəsinə də məhkum ediliblər.

Qeyd edək ki, 12 azərbaycanlı aktivist keçən ilin 28 sentyabrında Ərdəbilin Ciral parkında keçirilən aksiya zamanı saxlanılmışdılar. Etiraz aksiyası II Qarabağ müharibəsində Azərbaycana dəstək, İranın Ermənistana yardımının dayandırılması məqsədiylə keçirilmişdi.