Millimiz İrlandiya komandasına uduzduDÇ-2022-nin seçmə mərhələsində saat 20:00-da başlayacaq Azərbaycan - İrlandiya oyunu üçün heyətlər müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 13. Abbas Hüseynov, 5. Maksim Medvedev (k), 4. Höccət Haqverdi, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 7. Namiq Ələsgərov, 19. Filip Ozobiç, 10. Mahir Emreli.

İrlandiya: 1. Qavin Bazunu, 2. Matt Doherti, 4. Şeyn Daffi, 5. Con Eqan (k), 6. Coş Kullen, 7. Kallum Robinson, 11. Ceyms Makklin, 13. Ceff Hendrik, 15. Daril Horqan, 22. Endryu Omobamidel, 9. Adam İdah.

***

Azərbaycan - İrlandiya matçı başladı.

***

İrlandiya görüşün 7-ci dəqiqəsində Robinsonun qolu ilə hesabı açdı: 0-1.

***

Robinson görüşün 39-cu dəqiqəsində komandasının 2-ci qoluna imza atdı: 0-2.

***

İrlandiya görüşün 90-cı dəqiqəsində Oqbensenin qolu ilə fərqi üçə çatdırdı: 0-3. Matç elə bu hesabla da başa çatdı.
İtaliyada polislə etirazçılar toqquşdu - Yaralılar varİtaliyanın paytaxtı Roma şəhərində yeni növ koronavirusun qarşısını almaq üçün tətbiq olunan karantinə qarşı etiraz aksiyaları keçirilib.

Xarici mətbuat xəbər verir ki, polislə etirazçılar arasında toqquşma yaşanıb.

Etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. Toqquşmalarda iki etirazçı yaralanıb.

Aksiyalara təxminən 10 min nəfər qoşulub.

Modern.az

Azərbaycanda polis rəisi qəzaya düşdüŞəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, Emil adlı şəxs idarə etdiyi avtomobil ilə hərəkətdə olan digər nəqliyyat vasitəsini vurub. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb.

Əldə edilən digər məlumata görə, vurulan avtomobil Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqova məxsusdur.

Ə.Sadıqov açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

“Sərxoş sürücü avtomobili ilə maşınımın ön hissəsini vurub. Ciddi bir şey yoxdur, mən işimin başındayam”.
Müharibə bitti! Qələbə isə davam edir!..“Аntikorrupisonerlər” Ukrayna Azərbaycanlıları Radasında davam edən fotosərgisində olublar

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında təşkil olunan fotosərgi davam edir. Sərgidə Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gətirilən, ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotolar nümayiş olunur.

Sərginin budəfəki qonaqları “Stop korrupsiya” ictimai birliyinin kordinatorları; hərbi jurnalist Roman Boçkala, Boqdan Xmelnitski, idarə heyətinin sədri İqor Bondarçuk, “Stop neleqal” ictimai birliyi idarə heyətinin sədri Denis Şinkarenko, təşkilat üzvləri və media nümayəndələri olublar.

Fotosərgi və Azərbaycanın şərəfli qələbə yolu haqqında qonaqlara məlumat verən UAR baş katibi Ceyhun Məmmədov bildirib ki, haqq uğurunda birləşən, gücünü ədalətdən alan xalqımızın qarşısında düşmən 44 gün ərzində darmadağın oldu. «Azərbaycan öz ərazi bütövlüyünü birliyinin gücü ilə, dostlarının birliyinin gücü ilə bərpa elədi» deyən baş katib Ukraynanın Azərbaycanla dostluğuna və strateji əməkdaşlığına da diqqət çəkib. Məmmədov bildirib ki, Bütün dünyadakı Azərbaycan diasporu kimi Ukrayna Azərbaycanlıları da bir yumruq kimi birləşdi və Azərbaycan naminə fikirdə, sözdə və əməldə bir olmağı bacardı.

Zəfərlə bitən «Dəmir Yumruq» əməliyyatından həmən sonra Qarabağa səfər edən və «Daşları toplamağn vaxtı gəldi» adlı sənədli film çəkən hərbi jurnalis Roman Boçkala dəhşətli dağntıların canlı şahidi olduğunu bildirib. Ağdam, Füzuli və Şuşada gördüyü vandalizm əməllərinin miqyasından danşan hərbi jurnalist ədalətin qələbəsinə sevindiyini bildirib. «Qarabağ qələbəsi bizə torparlarımızı azad etməyin mümkünlüyünü bir daha sübut etti, bizi ümidləndirdi» deyən Roman Boçkala Azərbaycanın qısa zamanda bu torpaqları «dirildəcəyinə», bu bölgəyə həyat gətirəcəyinə inandığını bildirib. UAR baş katibi isə yaxın günlərdə «Daşları toplamağn vaxtı gəldi» sənədli filminin premyerasını planlaşdırdıqlarını bildirib.

Sərgi ilə tanışlıqdan sonra korrupsiya qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb. “Stop neleqal” ictimai birliyi idarə heyətinin sədri Denis Şinkarenko bildirib ki korrupsiya eyni zamanda xalqlarımız arasındakı münasibətlərin inkişafına da əngəl törədir. “Stop korrupsiya” ictimai birliyinin idarə heyətinin sədri İqor Bondarçuk isə bildirib ki, Ukraynada bir çox sahədə yenilik etmək üçün çox əlverişli şərait var və inanıram ki korrupsiyaya qalib gələcəyik. «Filimdə deyildiyi kimi "Daşları toplamağn vaxtı gəldi"; Ukraynada da belədir - həm iqtisadiyyatda, həm siyasətdə və həm də həyatın bütün sahələrində yeniliyə və toparlanmağa ehtiyac var» deyən Bondarçuk bəzən sıfırdan başlamanın olanı dəyişməkdən daha tez və asan olduğunu vurğulayıb.

Görüşdə “Stop korrupsiya” ictimai birliyinin idarə heyətinin sədri UAR baş katibinə “Stop korrupsiya” yazılı köynək hədiyyə edib.

Sonda Ukrayna Azərbaycanlıları Radası, “Stop korrupsiya” və “Stop neleqal” icitimai birlikləri arasında birgə fəaliyyətlə bağlı memarandum imzalanması qərara alınıb.


Bu qış qripdən 60 min insan ölə bilər - XƏBƏRDARLIQİngiltərə alimləri hesab edir ki, qrip infeksiyası bu qış həddən artıq yayılacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tibb Elmləri Akademiyasının araşdırmasına görə, keçən ilki karantin tədbirləri səbəbiylə insanlarda qripə qarşı immunitet zəifləyib. Bu, nəticədə 15-60 min insanın ölümünə səbəb ola bilər.

Araşdırmada qeyd olunub ki, keçən il korona virusunun yayılmasını yavaşlatmaq üçün tətbiq edilən məhdudiyyətlər digər tənəffüs viruslarının qarşısını almağa kömək edib.

Qripdən hər il təqribən 11 min insanın öldüyünü qeyd edən mütəxəssislər bu il İngiltərədə qrip yoluxmalarında böyük bir artım olacağını gözlədiklərini açıqlayıb və genişmiqyaslı vaksinasiyanın bu riski azaltmağa kömək edə biləcəyini vurğulayıblar. Sağlamlıq rəsmiləri bu il Honq Konq qripinin son 50 ildə ən yüksək səviyyəyə çatacağından narahatdır.

İngiltərə İctimai Sağlamlıq Direktorunun müavini, professor Conatan Van-Tam qeyd edib ki, məhdudiyyətlər səbəbindən son bir ildə çox insan qripə yoluxmadı, buna görə də cəmiyyətimizdə hər zamankı qədər təbii immunitet yoxdur.

Bənzər bir çağırış ABŞ-da da edilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi həm koronavirusun, həm də qrip epidemiyasının bu qış eyni dərəcədə yayılacağı üçün əhaliyə qripə qarşı peyvənd olunmağı tövsiyə edib.

İlham Əliyev Xocavənd ictimaiyyətinin nümayəndələri ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.
İran inad edir: İsrailin Azərbaycanda “casusluğu”…İran Sərhəd Xidməti siyasi hakimiyyətin bəhanəsini təkrarlayaraq, İsrailin guya Azərbaycanda “casusluq fəaliyyəti” ilə məşğul olduğunu iddia edib.

Axar.az xəbər verir ki, bu haqda İranın Sərhəd Mühafizə Xidmətinin komandanı Əhməd Əli Qudarzi deyib.

Qudarzi guya israillilərin Azərbaycanın vacib və həssas yerlərində yerləşdiklərini, İran əleyhinə casusluqla məşğul olduqlarını bildirib.

Buna baxmayaraq, o deyib ki, İran sərhədi, xüsusilə, şimal və şimal-qərbdə daha təhlükəsizdir, narahat olmağa ehtiyac yoxdur.

Qeyd edək ki, İran regional iddiası və ambisiyaları səbəbindən Azərbaycana qarşı “sionizm” yalanından istifadə edir. Ancaq indiyə qədər heç bir fakt təqdim edilməyib
Yoluxma yenidən artdı - 16 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.

İsrail iranyönlü qüvvələrə zərbə endirdiİsrailin Suriyaya endirdiyi aviazərbələrin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, hücumun Suriyanın aviabazalarından birindəki PUA anbarına edildiyi bildirilib.

Hücum nəticəsində minimum 2 nəfər ölüb. Ölənlərin iranyönlü qüvvələrin döyüşçüləri olduğu vurğulanıb.

Qeyd edək ki, ötən gün Suriyanın SANA agentliyi İsrailin Xüms şəhərinə raket zərbələri endirdiyini yazmışdı.