Ukraynalı deputatın meyiti tapıldıUkrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.

Deputatın qətl edildiyi ehtimal olunur.
Xırdalanda ər arvadını öldürdüOktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
QUM üzərindəki evin Rəisi – İran prezidentinin iddialarına cavabİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehrandan apardığı və Rusiyanın paytaxtında əzik-üzük hala düşən əsassız, qəzəb və kin dolu iddiaları qoltuğunda geri qayıtdıqdan sonra Azərbaycana qarşı yalan və böhtan təbliğatı estafetini prezident İbrahim Rəisi davam etdirib. Yenə də uzun illərdən bəri İranın ideoloji təbliğatının əsasını təşkil edən ümumiləşdirlmiş, heç bir fakta söykənməyən, absurd və fantastik iddialarla hansısa kabus “terror təşkilatları”nın regional təhlükəsizliyə zərbə vurduğundan danışıb.

Rəisi deyib ki, “İranın çevrəsində “sionist rejimi”nin və İŞİD kimi terror təşkilatlarının mövcudluğu region ölkələrinin sabitliyi və təhlükəsizliyi ilə ziddiyyət təşkil edir və İran üçün qəbulolunan deyil”.

Qeyd edim ki, İran rəsmilərinin davamlı şəkildə irəli sürdüyü bu iddialar yeni deyil və rəsmi Tehran Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsinə başladığı gündən informasiya cəbhəsinin Ermənistan tərəfində yer alaraq, xalqımızın mücadilə əzminin, ordumuzun qüdrətinin, dövlətimizin gücünün və qələbəmizin üzərinə kölgə salmağa çalışır. Əslində Rəisi də digər İran rəsmiləri kimi, əsassız siyasi ritorikasinin görünən tərəfindən təqdim etdiyi “sabitlik və təhlükəsizliklə ziddiyyət təşkil edən” məqamları deyil, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, işğala son qoyulmasını qəbul edə bilmir. Eynilə Ermənistan və onun “böyük bacıları” kimi... İran Azərbaycan dövlətini gücsüz, iqtidarsız, Azərbaycan xalqını məzlum, ələbaxan və başıaşağı, bəlkə də başıqapazlı görmək istəyir. Yalnız bu halda İran kimi feodal təfəkkürünün qaranlığında boğulan, zəngin mədəniyyətləri beşində boğub dünyaya ideoloji nağıllardan, xurafatdan, terrorizm və ekstrimizmdən başqa heç bir şey bəxş etməyi bacarmayan teokratik bir dövlət “məzlumların hamisi”, “çarəsizlərin ümid yeri”, “haqqın, ədalətin keşikçisi” kimi görünə bilər. Başqa halda İranın mövcud rejiminin öz sərhədləri çərçivəsində yaratdığı acınacaqlı etnososioloji mənzərəni, ağır sosial-iqtisadi reallıqları, ondan daha ağır, çarəsiz bir durumda olan toplumlara sırımaq, cəhalət saçan təbliğatla pərdələmək imkanı yoxdur. Məhz bu səbəbdən, İran Qarabağ savaşının ilk günlərindən işğalçıları dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəməyib, bunun qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edib.

“Sionizm”ə gəldikdə isə, İran rejiminin təmsilçiləri 32 ildən çoxdur ki, diqqəti yürütdükləri daxili və xarici siyasətdəki uğursuzluqlarından yayındırmaq üçün bu sözü fasiləsiz olaraq təkrarlayırlar. İndi XXI əsrin 21-ci ilidir, İranda isə təkcə hicri tarixiylə yox, həm də düşüncə və dünyagörüşü baxımından 1400-cü ildir. Çağdaş dünya ilə İranın mövcud rejimini 621 illik bir zaman kəsiyi ayırır.

Mətləbdən şox uzaqlaşdım deyəsən...

Rəisinin ünvanı bəlli və eyni zamanda ünvansız mülahizələrinin pərdəarxası məqamlarını gün işığına çıxarmağı davam etdirək:

Azərbaycan İsraillə qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlıq edir və bu Azərbaycan xalqının mənafeyi, Azərbaycan dövlətinin maraqları, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, haqqın, ədalətin bərqərar edilməsi baxımından özünü tamamilə doğruldan bir əməkdaşlıqdır. Azərbaycan İsraildən ən müasir hərbi texnika, silah-sursat alır, Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırır, təhlükəsizliyini təmin edir və kimsəyə, o cümlədən İran kimi “buz üstə siyasət yürüdən” ölkəyə minnətçi düşmür. Azərbaycanın İsraillə və hər hansı bir başqa ölkə ilə münasibətləri hər hansı üçüncü dövlətin, həmçinin İranın əleyhinə yönəlməyib və rəsmi Tehranın əlində bunun əksini sübut edə biləcək fakt olsaydı, o zaman təbliğatçı mollalarının, sosial şəbəkə “müəzzinləri”nin vasitəsiylə “vaveyla” deyib bütün dünyaya car çəkmişdilər. Digər tərəfdən, İsrail nə Azərbaycanın, nə də İranın ərazilərini işğal etməyib. Yəni Azərbaycanın yaxın qonşusu olan İranı nəzərə alaraq, İsraillə əməkdaşlıq etməməsi üçün heç bir əsas yoxdur. O ki qaldı İranın Fələstin üzərindən manipulyasiyalarına, Azərbaycan İrandan fətrqli olaraq, hər zaman fələstinlilərə, o cümlədən yardıma ehtiyac duyan bütün müsəlman və qeyri-müsəlman xalqlarına dəstəyini əsirgəməyib və bunu təmənnasız edib. Dəstəyinin qarşılığında umacağı olmayıb. İranın isə əl uzatdığı hər yerdə nifaq, qarşıdurma yaratdığını, ayaq basdığı hər yerə bədbəxtlik gətirdiyini görmək üçün Liviyadan Suriyayadək olan ərazilərə nəzər salmaq, qanunsuz silahlı birləşmələrə, terror qruplarına verdiyi dəstəyi xatırlatmaq yetərlidir. İran Azərbaycan ərazilərini 30 ilə yaxın zaman kəsiyində işğal altında saxlayan, bir milyon vətəndaşını yurd yerlərindən didərgin salan, azərbaycanlıları soyqırım aktlarına məruz qoyan, yaşayış yerlərini, tarixi, dini, mədəni abidələrini dağıdan, məscidlərində donuz saxlayan Ermənistana hərtərəfli dəstək verib, bu ölkə üçün “həyat yolu” funksiyasını yerinə yetirib, işğalçı qüvvələrin, separatçı və terrorçu qrupların ayaq üstə qalmaları üçün qəsb edilmiş ərazilərimizə ərsaq, yanacaq, silah-sursat daşıyıb və s. və il.

İndi İran rejiminin təmsilçilərində zərrə qədər vicdan və ədalət hissi qalıbsa, o zaman müqayisə etsinlər: Kim daha çox riyakardır, işğalçı Ermənistana dəstək verən, onu himayə edən İran, yoxsa işğala son qoymaq üçün İsraildən müasir hərbi texnika alan və İsraillə olan münasibətlərindən İran da daxil olmaqla heç bir dövlətə qarşı istifadə etməyən Azərbaycan?

İbrahim Rəisi deyir ki, “qonşuluq siyasəti İran İslam Respublikası üçün hər zaman vacib olub, amma qonşuluq siyasəti xoş niyyəti, yaxşı qonşuluğu, konstruktiv əməkdaşlığı ifadə etməli, qarşılıqlı olmalıdır”.

Xub... Olsun. O zaman İranın “yaxşı qonşuluq”, “konstruktiv əməkdaşlıq” siyasəti Azərbaycana münasibətdə özünü nə vaxt büruzə verib? İşğalçını dəstəkləməkdə və işğala son qoyulduqdan sonra yenidən təcavüzkar siyasətə sövq etməkdə? Bəlkə Azərbaycan ərazilərində çoxsaylı istintaq materialları ilə sübuta yetirilən terror və terrora cəhd faktlarında, Azərbaycanın konstitusiya quruluşuna qarşı savaş açan ekstrimist qrupları himayə etməkdə, bölücülüyü “yemləməkdə” özünü büruzə verib İranın “yaxşı qonşuluq siyasəti”? Yaxud Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinə qarşı saysız-hesabsız təxribatlarda, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə mane olmaqda və qəbul edilən konvensiyanı hələ də imzalamamaqda, Azərbaycanın ərazi sularındakı gəmilərə hücum çəkməkdə özünü nümayiş etdirib İranın “konstruktivliyi”? Qoy İran rəsmiləri bir əllərindəki barmaqlarını qatlayıb Azərbaycana qarşı sərgilədikləri “yaxşı qonşuluq” əməllərini saymağa çalışsınlar. Ənənəvi nağıl və əfsanələrini uydurmasalar, bir barmaqlarını belə qatlaya bilməyəcəklərinə əminəm.

İran prezidenti saha sonra bildirir ki, “konstruktiv əməkdaşlıq bölgənin bütün xalqları üçün əsas iqtisadi inkişaf və rifah faktorudur və Qafqaz refionu belə sıx əməkdaşlığın nümunəsinə çevrilə bilər”. Lap yaxşı... Azərbaycanın, Türkiyənin və hətta Rusiyanın da məqsədi bundan ibarətdir. “3+3” formatı təşəbbüsü, Zəngəzur dəhlizi və digər kommunikasiya vasitələrinin açılması da məhz bölgə xalqlarının iqtisadi inkişafına, rifahına xidmət edəcək. Bunu hətta Ermənistanda da başa düşənlər var. O zaman “qarnınızın ağrısı” nədir? Nə üçün bölgədə hərbi fəallığın artmasına, münaqişəli vəziyyətlərin yaranmasına cəhd göstərirsiniz?

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi regionun təhlükəsizliyinə verilən ən böyük töhfədir və ölkəmiz münaqişəyə son qoymaqla bölgəyə kənar qüvvələrin müdaxiləsini məhdudlaşdırıb. Amma Ermənistan regiondankənar qüvvələrin təhriki ilə nəyin bahasına olursa-olsun “münaqişəli vəziyyətin qaldığını”görüntüləməyə və regionun xarici müdaxiləyə açıq qalmasını təmin etməyə cəhd göstərir. Məsələn, istəyir ki, bölgədə Fransanın, ABŞ-ın və qeyrilərinin təsir imkanları qorunub saxlanılsın. İranın Ermənistanın cəhdlərini himayə etməsi isə İbrahim Rəisinin kənar qüvvələrlə bağlı iddialarının tamamilə əksini sübuta yetirir. Yəni İran ABŞ-ın, Fransanın bölgəyə müdaxilə imkanlarının qorunub saxlanılmasında daha maraqlı görünür, nəinki bölgə dövlətləri olan Azərbaycan, Türkiyə və Rusiyanın regionda yaratmaq istədikləri, sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa xidmət edən əməkdaşlıq platformasında...

İbrahim Rəisinin “terror təşkilatları” ilə bağlı iddialarına yenidən diqqət çəkmək istəyirəm:

Azərbaycanın terrorizmdən əziyyət çəkən bir ölkə kimi bu bəşəri cinayət əməlinə qarşı münasibəti bəllidir. Ölkəmiz terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan ölkələrdən biridir və bu məqam, əksər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yer alıb, dünyanın aparıcı güc mərkəzlərinin liderləri tərəfindən etiraf olunub.

Bəs İran necə?

İranın beynəlxalq terrorizmin sponsoru olduğu hər kəsə bəllidir və bu fakt beynəlxalq səviyyədə sübut olunub. Təfərrüatına varmayacağam, amma son illərədək İranın hər il dünyanın müxtəlif ölkələrindəki “Kataib Hizbullah”, “Asaib Ahl al Haq” “Hizbullah hərəkatı”, “Al Nujaba”, “Badr təşkilatı”, “Kataib Sayyad al Şuhada”, “Al Aştar briqadası”, “Saraya al Muxtar”, “Ansar Allah”, “Zeynabiyun briqadası” “Fatimiyun briqadası”, “Hizbullah” və digər bu kimi terror qruplarına ayırdığı vəsaitin miqdarı 50 milyard ABŞ dollarından çoxdur. İran, təkcə “Hizbullah”a 2020-ci ildə 700 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Bu baxımdan, İbrahim Rəisi QUM üzərindəki evindən başqalarının üzərinə zəqQUM püskürməsə daha yaxşı olar. Çünkü oturduğu ev yüngül bir fırtınaya bənddir.

İranın iddiaları, artıq bir həftədən çoxdur ki, sözçülükdən o yana keçmir. Prezident İlham Əliyev sübut və fakt gözləyir, qarşılığında isə ümumiləşdirilmiş və bəlağətli söz yığının şahidi oluruq.

Yazının sonunda İran prezidentinin təhdidvari tövsiyyələrinə də bir neçə cümlə “ithaf etmək” istəyirəm. Ağaye Rəisi deyir ki, “xarici ordulara arxayın olan ölkələr milli kimliklərini və silahlı qüvvələrinin mənəvi ruhunu sarsıdırlar”. İran prezidentinin bu “tövsiyyəsində” də digər mülahizələrində olduğu kimi ünvan göstərilmir . Əgər İbrahim Rəisi Azərbaycanı nəzərdə tutursa, o zaman özünün yaxın tarixdə baş verənləri xatırlamağı daha məqsədəuyğun olardı. Biz öz gücümüzə, açıq savaşda, döyüş meydanında vuruşaraq qalib gəlmişik. Azərbaycan Ordusunun müzəffər yürüşünü ölkəmizlə sərhəddə yaşayan İran vətəndaşları – azərbaycanlılar, hətta İran ordusunun yüksək rütbəli zabitləri də yaxından izləyiblər. Sevinənlər qardaşlarını alqışlayıb, fərəhləniblər, sevinməyənlər isə yasa batıblar. Bizim milli kimliyimizin əsasları gerçək mənəvi dəyərlərə, Azərbaycan xalqının qan yaddaşına, dövlətinin iradəsiylə qorunan tarixinə, mədəniyyətinə, milli birliyimizə söykəndiyi üçün heç vaxt sarsılan deyil. Ordumuzun mənəvi gücü isə qələbəmizdən sonra daha da artıb və Şuşanı yalın əllə azad edənlərin dəmir pəncələri istənilən düşməni paramparça etməyə hazırdır.

İran rəsmiləri isə İraqla savaşdan başlamış Suriyaya qədər olan zaman kəsiyindəki ardı-arası kəsilməyən məğlubiyyətlərinin, az qala hər gün oğurlanan generallarının, öz gəmilərini, hərbi texnikalarını, mülki təyyarələrini vuran “dəqiq” silahlarının dərdini çəksələr, daha yaxşı olar...

Elçin Mirzəbəyli
İrana qarşı cəbhə sıxlaşır: Tehranın Bakıya hücumunda nüvə faktoru - TƏHLİLTürkiyə İranla sərhədi yük daşımalarına bağladı; Gürcüstanın eyni addım atdığına dair məlumatlar var; Lavrov Moskvada Abdullahianın məcazla desək, “ağzından vurdu”.

Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir: bütün bunlar Azərbaycana görədirmi? Yaxud İranın Bakıya total hücumu təkcə Gorus-Qafan yolu ilə bağlıdır?

Cənubi Qafqaznın yeni siyasi mənzərəsi İranın regiona girişini əngəlləyir və bəllidir ki, Tehran Bakıdan asılılığı, Türkiyənin bölgədə mövcudluğunu, Zəngəzur dəhlizini qəbul etmir. Lakin məsələnin regional tərəfi ilə yanaşı, qlobal tərəfi də var və hadisələr artıq İrana qarşı cəbhənin genişlənməsi yönündə inkişaf edir.

Və bu mənzərədə İranın nüvə proqramı ön plana çıxır.

Sentyabr ayının sonlarında İranın nüvə proqramı ilə bağlı yeni məlumatlar yayıldı. MAQATE-nin məxfi məlumatlarına çıxış əldə edən amerikalı mütəxəssislər "Nyu-York Tayms" nəşrinə bildirirdilər ki, İran tezliklə nüvə başlığının yaradılmasına kifayət qədər qədər uran istehsal edə bilər. Bu, nüvə silahının əldə edilməsi olmasa da, ciddi irəliləyiş hesab olunur və mütəxəssislər İranın uranı nüvə silahı əldə etmək üçün lazım olan 90 faizə qədər zəngiləşdirə biləcəyini də istisna etmirlər.

Röyters agentliyi isə bir neçə gün öncə Bayden Administrasiyasındakı mənbəyə istinadən yazırdı ki, “İran nüvə proqramlarında ciddi irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq üçün uranı lazım olan qədər zəngiləşdirməyə bir neçə ay bəs edəcək”.

Nüvə danışıqlarına hələ də gəlməyən İranın yeni hakimiyyətinin müzakirələrdə əsas fiquru dəyişməsi də diqqət çəkir: danışıqlarda İran nümayəndə heyətinin rəhbəri olan Abbas Araqçini prezident Rəisinin yaxın adamı, Qərbə qarşı güzəştsiz mövqeyi ilə tanınan Əli Bağeri əvəzləyir; bu, Tehranın nüvə danışıqlarında mövqeyinin sərtləşəcəyindən xəbər verir, təbii ki, danışıqlar başlayacaqsa.

İstisna deyil ki, İran danışıqların başlanmasına qədər uranı nüvə başlığı əldə etməyə kifayət qədər zənginləşdirmək niyyətindədir.

Bunun fonunda İran-Azərbaycan gərginliyi yeni yanaşmanı da ortaya çıxarır.

Birincisi, yeni gərginliyin yaranması Tehrana diqqətin nüvə proqramından yayınması baxımından sərf edir: Bakının üzərinə hücum, bölgəyə hansısa formada müdaxilə nüvə proqramı məsələsini müvəqqəti arxa plana keçirə və İrana lazım olan qədər vaxt qazandıra bilər;

- İranda hansısa terror aktı törədilir və Tehran bunun “Arazın bu tayındakı “terrorçulara” bağlayaraq, müdaxiləyə əl atır;

- Yaxud “texniki səhv” üzündən raketin ünvanı səhv salınır, beləliklə, gərginlik praktiki mərhələyə keçir və s;
İkincisi, region ölkələrinin İranın nüvə proqramını təhlükə olaraq görməsidir.

Nüvə danışıqları faktiki aparılmır, Bayden Administrasiyasının nəticə hasil olacaq addımları yoxdur və zaman İranın ən azı nüvə başlığı əldə etməsinə doğru axır: regionda nüvə bombası əldə etmək imkanı qazanan İran nə Türkiyəyə, nə nüvə bombasına sahib olan Rusiya və Pakistana, nə də Türkiyənin rəhbərliyi altında Şərqi Avropadan Mərkəzi Asiyaya qədər coğrafiyada “yeni dünya” inşa edən Britaniyaya sərf etmir; ABŞ və İsrailin istəmədiyi məlum məsələdir, lakin bu dəfə region ölkələri və regionda maraqları olan qüvvələr də təhlükəyə qarşı birləşir;

Ərdoğanla Putinin Soçidə anlaşmasının ana səbəblərindən biri də bu təhlükəli perspektiv ola bilər. Lavrovun Abdullahianini qəbul etməmişdən öncə Blinkenlə İranın nüvə proqramını müzakirə etməsi də Moskvanın Vaşinqtonun edə bilmədiyini etmək istəyindən – Tehranın uranı zənginləşdirməsinin qarşısını almaq – irəli gəlir.

Və görünür, İran təhlükəsinə qarşı cəbhə sıxlaşır. Tehranın Bakıya qarşı hücumda tez-tez işlətdiyi “regionda geosiyasi dəyişikliyə imkan verməyəcəyik” açıqlaması da bu dəyişiklikdən qaynaqlanır.

Burada ən mühüm məqamlardan biri İsrailin İrana qarşı atacağı addımlardır: Təl-Əviv mübarizəni sərtləşdirəcəyinin anonsunu verir; əvvəlki illərin təcrübəsi də göstərir ki, İsrail Ordusu İranın Yaxın Şərqdəki mövqelərinə qarşı zərbələri daha da intensivləşdirə, hətta İran daxilində nüvə obyektlərinə qarşı də addımlar ata bilər; aprel ayında İranın nüvə obyektinə kiber hücumu nəticəsində partlayışlar olmuşdu və Tehran buna görə Mossadı ittiham etdi;

İran bütün bunlardan Cənubi Qafqaza müdaxilə üçün bəhanə kimi istifadə edə bilər, həm regional maraqlarını təmin etmək, həm uranı zənginləşdirmək üçün vaxt qazanmaq, həm regional cəbhəni dağıtmaq məqsədilə. “Sionistlərə qarşı yeni cəbhə” mollalar üçün daxili ictimai rəy üçün də sərfəlidir.

Burada Tehranın yer aldığı “bir kəmər, bir yol” layihəsinin Orta dəhlizinə qarşı təxribatı da məsələnin başqa tərəfidir.

Asif Nərimanlı
Bayden Türkiyəyə sanksiyaların müddətini uzatdıABŞ Prezidenti Co Bayden 2019-cu ildə Türkiyəyə tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Bayden özü məlumat verib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyə Suriyanın şimal-şərqində terrorçuılara qarşı hərbi əməliyyatlara balşamış, Vaşinqton isə terror əməliyyatına etirazını sanksiyalar tətbiq etməklə bildirmişdi.