Astarada qohum qadınlar arasında dava: ölən varAstara rayonunda qohumlar arasında dava düşüb.

Avrasiya.net Report-a istinadn xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə həyat yoldaşının əmisinin arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır.
Səfirliklərin mətbuat attaşeləri Şuşaya getdilərAzərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.

Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.
Ermənilərə dəstək verən, evləri söküb aparan İran şirkətləri...Dağlıq Qarabağdakı qanunsuz erməni rejiminə illərlə dəstək verən İran şirkətlərinin siyahısı yayılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən İran şirkətləri işğal altında olan torpaqlarımızdakı azərbaycanlıların - qarabağlıların evlərini söküb aparma, İrana daşıma işində də fəal iştirak ediblər.

Beləliklə, Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin siyahısı:

“Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

Bu şirkətlərin adlarını “İran Mellat Bankı”nın İrəvan filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan bankın onu işdən çıxarmasına və məhkəməyə verməsinə etiraz olaraq yaymışdı.

Bu baxımdan, doğruluğu şübhə doğurmur.
Voronenko: Bakı İranı dörd yandan hədəfə alar... - VideoHeç nəyə baxmayaraq İran hadisələrin gedişatını hərbi münaqişəyə doğru yönəltməyə davam etsə, Azərbaycan Tehrana düşünmək üçün 1 həftə vaxt verəcək. Əgər bu da bəzi başbilən mollaların ağlını başına gətirməsə, Bakı İranı dördbir tərəfdən hədəfə alacaq. Hazırda Azərbaycanın əlində olan “kozır”lar demək olar ki, heç kimdə yoxdur. Birincisi və ən əsası gücünü bütün dünyaya yetərincə Qarabağda göstərə bilən elə Azərbaycanın öz qalib ordusu, digər tərəfdən dünyanın aparıcı güclər arasında yer aldığı Türkiyə ordusu, bir tərəfdən İsrail, bir tərəfdən də “İranı bəyənməyənlər koalisiyası”. Onu da qeyd edək ki, hazırda bu “formal koalisiyaya” onlarla güclü dövlət daxildir.

Bu sözləri Axar.az-a ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Artıq düşünmək belə istəmirəm ki, bu, İran üçün nə demək olar. Bunu hazırda Tehranda oturanlar da çox gözəl anlayır və sözsüz ki, biz yaxın günlərdə İran hakimiyyət qüvvələrini təmsil edən şəxslərin dilindən yumşalmış ritorikanın şahidi olacağıq. Bu bir narazılıq siqnalı idi, İran çox gözəl anlayır ki, Bakının arxasında bütün dünya durduğu zaman, onların arxasında qorxudan titrəyən Ermənistan gizlənir”, - deyə həmsöhbətimiz qeyd edib.
Hindistanla Çin hərbçiləri arasında növbəti toqquşmaÇin və Hindistan hərbi patrulları arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı “İndian Express” qəzeti yayıb.

Məlumata görə, toqquşma iki ölkə sərhədindəki Tavanq sektorunda yaşanıb. Tərəflər arasında qarşıdurma bir neçə saat davam edib.

İnsidenti komandirlər arasında danışıqlardan sonra nizamlamaq mümkün olub.
Azərbaycandan qaçan Ocaqnejad İranda HƏRƏKƏTƏ KEÇDİ: generalla görüşəcək“İki həftədir Azərbaycanı tərk edən Ocaqnejad İranda görüşlərə başlayıb”.

Avrasiya.net xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Alıoğlu İran-Azərbaycan münasibətlərindəki son hadisələrə diqqət çəkib: “İranın dini lideri ayətulla Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnejad Tehrandadır. O, Azərbaycanı iki həftədir tərk edib. Hazırda Ocaqnejad İranın ali idarəetmə strukturları arasında yer alan “Mühafizlər Şurası”nın (“Şuraye Negahban”) və “Ekspertlər Məclisi”nin (“Məclise Xobregan”) üzvləri ilə görüşlər keçirir.

Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərkibindəki “Qüds” korpusunun komandiri, mərhum general Qasım Süleymaninin xələfi, briqada generalı İsmayıl Qəni ilə də görüşəcəyi istisna deyil.

Bu görüşlərdə əsas müzakirə mövzusu İran-Azərbaycan münasibətləridir”.
İran bu cür dağılacaq: molla babalar və onların general SEPAH-çı övladları... - KuznetsovMüasir mollakratik İran bu gün mənə SSRİ-ni - inqilabın yaratdığı ideoloji qanunlarla yaşayan dövləti çox xatırladır.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu dövlət növü üç nəsil üçün nəzərdə tutulmuş təbii mövcudluq siklinə malikdir:

“Babalar inqilabi ideologiya ilə silahlanaraq dövlət yaradırlar. Onların uşaqları körpəlikdən bu ideologiyanı qəbul edərək, inersiya üzrə gücləndirməyə davam edirlər. Lakin babaların inqilabi ideologiyasının təsirinə məruz qalmadan böyümüş nəvələr bu dövləti əvvəlki kimi saxlaya bilmirlər. Buna görə də belə dövlətin ömrü uzun deyil - cəmi 40-50 il. Deməli, hazırkı İran qürubuna yaxınlaşıb.

Mənə deyə bilərlər ki, guya SSRİ bu müddətdən artıq, yəni 70 il, yaxud dörd nəsil boyunca mövcud olub. Burada unutmaq lazım deyil ki, bu dövlət İkinci Dünya müharibəsi adlı kataklizmə cəlb edilmişdi. Proletar inqilabçı leninçilərin nəvələri dissident "altmışıncılar" idi, onları da döyüşçülər –müharibənin qalibləri əvəz etdi. SSRİ-ni qaliblərin nəvələri və inqilabçıların nəticələri dağıtdı. Beləliklə əsas ideoloji şüar "dünya inqilabından" "Böyük Vətən müharibəsində qələbəyə” dəyişdirildi”.

Kuznetsovun sözlərinə görə, bu gün İran nəsillərin təbii dəyişməsi anına yaxınlaşır, molla babalar və onların general SEPAH-çı övladları öz potensiallarını artıq tükəndirib, ayətullah nəvələrinin nəsli gəlir. Ona görə də İran tarixi dəyişikliyə məhkumdur.
NATO generalları Azərbaycan təlimini izlədiTiflisdə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər.

Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer arasında görüş keçirilib. Tərəflər Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın önəmi və gələcək planlar, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 4-də başlayan və 200-dən çox iştirakçının qatıldığı “Eternity-2021” təlimi bu gün başa çatacaq.
Nazir generalın bacısı oğlunu çıxartdı, yerinə bacısı oğlunu qoyduTovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov da, Vüqar Orucov da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.