Ziyalılar möhtəşəm Nizami Gəncəvi konfransı keçirdilərAzərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü, Millət vəkili Jalə Əhmədova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, ADPU-nun prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, ADPU-nun dosenti Mübariz Ağalarlı (“Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri”), Norveçdən Ragnhild Thori və Can diaspor təşkilatının sədri Şervin Necefpur ("Nizami Gəncəvi əsərlərində tolerantlıq"), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva (“Nizami Gəncəvinin nəsil şəcərəsi”), Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı Ceyran Səttarova (“Ümumbəşəri mahiyyət daşıyan sənətkar Nizami Gəncəvi"), Almaniyadan Nürnberg Türk Tarixi və Mədəniyyətləri Muzeyinin müdiri Cemalettin Özdemir (“Almanyada Azerbaycan tarixi ve kültürünü tanıtım bağlamında Nizami Gəncəviyi də tanıtmaq”), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova (“Nizami Gəncəvi "Məxzənül-əsrar" məsnəvisində şair özü, müasirləri, sənəti və görüşləri haqqında"), Şimail Kipr Türk Cümhuriyyətindəki Girne Amerikan Üniversitetinin müəllimi Orxan Həsənoğlu, QALA Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Bakı şəhəri 221 saylı məktəbin müəllimi Lalə Məmmədli (“Ümumtəhsil məktəblərində Nizami Gəncəvi irsindən istifadə işinin sistemi”) iştirak və çıxış ediblər.

Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan alimlər, araşdırmaçılar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, qadınlar və gənclər dahi Azərbaycan mütəfəkkiri haqqında maraqlı çıxışlar ediblər. Xüsusilə də məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb. Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, dahi müətfəkkirin həyat və yaradıcılığından, ona və əsərlərinə olan maraqdan, aparılan araşdırma və təhlillərdən, Nizami irsinin dünyaya tanıtdırılmasından, şairin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs olunub. Azərbaycan Vətəndaş Hərəkatının keçirdiyi beynəlxalq konfransın da “Nizami Gəncəvi İli”nə töhfə olduğu toplantıda vurğulanmış və gələcəkdə də ziyalıların bu cür tədbirləri davam etdirməsi qərarlaşdırılmışdır.
"Ölkəmizə qarşı bütün təhlükələri, ədalətsizlikləri birlikdə dəf edəcəyik"Dünən 43 siyasi partiyanın rəhbərləri, təmsilçiləri olaraq iqtidar-müxalifət fərqini nəzərə almadan bir araya gəldik və mədəniyyət paytaxtımıza – Şuşaya birlikdə səfər etdik. Bundan əvvəlki səfərimizdə Ağdama getmişdik. Hesab edirəm ki, cəmiyyətimizin fəal kəsimlərini Ağdama, Füzuliyə, Kəlbəcərə aparmağın müsbət tərəfləri var. Ancaq Şuşaya səfər isə bir ayrıcalıq təşkil edir. Nəyə görə belə düşünürəm? Çünki Şuşa Qarabağın tacı olmaqla bərabər, həm də Qarabağın açarıdır. Bütün Qarabağın, Şərqi Zəngəzurun və hətta deyərdim ki, Qərbi Zəngəzurun da taleyi məhz Şuşada həll olunduğuna görə, bu qala-şəhərimizə səfər etmək əslində hər birimizin üzərinə bir missiya qoyur.

Bizim hər birimiz bilməliyik ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır, elə Zəngəzur da bütün qərbi və şərqi ilə onda olacaq. Odur ki, Şuşanı göz bəbəyi kimi qorumaq təkcə Dövlətimizdən, Ordumuzdan, Ali Baş Komandanımızdan asılı deyil. Bizim hər birimiz Şuşanı qorumaq üçün görəvliyik. Bu səfərlər də məhz ona xidmət edir ki, Şuşanın Qarabağ üçün və bütövlükdə Azərbaycanımız üçün əhəmiyyətini əyani olaraq bütün varlığımızla hiss edək. Şuşanı görən, gəzən, duyan istənilən azərbaycanlı bu şəhəri qorumağın bizim üçün milli kimlik, milli şərəf məsələsi olduğunu bir daha bütün çılpaqlığı ilə hiss edər.

Ermənilərin revanşizmə can atdığı və Şuşanı yenidən işğal etmək planlarından dəm vurduğu bir məqamda ölkə siyasətçilərinin Şuşaya birgə səfər etmələrinin böyük siyasi əhəmiyyəti var. İqtidar və müxalifət düşərgəsindən olan partriyalar 44 günlük müharibə zamanı Şanlı Ordumuzun yanında olduqlarını, Ali Baş Komandanımıza dəstək verdiklərini bəyan etdikləri kimi, Zəfərimizin son nöqtəsi və rəmzi sayılanı Şuşanı birgə ziyarət etməkləri ilə də yenə də Azərbaycan Ordusunun, Azərbaycan Prezidentinin yanında olduqlarını nümayiş etdirdilər. Qoy düşmənlərimiz bilsin ki, bizim milli birliyimizin, həmrəyliyimizin ömrü 44 günlük deyil, biz bu gün də birlikdəyik və Şuşa da bütün azərbaycanlıların BİRlik nöqtəsidir.

Mən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə gerçəkləşən bu səfərin gedişində iqtidar mənsubları ilə müxalifət təmsilçilərinin ümummilli məsələlərdə bir araya gələ bilmək iradəsini bir daha müşahidə etdim və buna çox sevindim. 30 illik işğaldan sonra azad şəhərimizi – Şuşanı birlikdə ziyarət etmək də ümummilli hadisədir. Bu, qalib Azərbaycanı zəiflətmək istəyənlərə və bütün xarici təhdidlərə ən layiqli cavabdır. Mən fürsətdən istifadə edib bir daha bu səfərin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Biz həqiqətən də birlikdə güclüyük və 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da ölkəmizə qarşı bütün təhlükələri , ədalətsizlikləri birlikdə dəf edəcəyik. Buna heç kimin şübhəsi olmasın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Vəzifəli şəxsin iş otağında qətlə yetirilməsinin - TəfərrüatıGoranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun iş otağında qətlə yetirilməsi ilə bağlı olayın təfərrüatları məlum olub.

Avrasiya.net Bizim.media-ya istinadən xəbər verir ki, Goranboy Baytarlıq İdarəsinin diaqnostika kabinetinin müdiri Anar Qasımov jurnalistlərə açıqlamasında qətl hadisəsinin necə baş verdiyini danışıb.

"Nahar fasiləsi idi. Qəfil yüksək səs eşidildi. Xəbər verildi ki, Ziyad Əhmədovu mühasibi soyuq silahla vurub. Mərkəzdə çalışan işçilər Ziyad müəllimi öz maşınları ilə təcili xəstəxanaya aparıblar. Mən də öz xidməti avtomobilimlə xəstəxanaya getdim. Həkimlərin söylədiyinə görə artıq o, dünyasını dəyişmişdi. Neçə bıçaq zərbəsi vurulduğunu bilmirik. Amma həddindən artıq qan itirmişdi”.

Anar Qasımovun sözlərinə görə Ziyad Əhmədov sakit biri, münaqişəsiz və mehriban şəxs olub:

"Hər səhər işçiləri ilə görüşüb, səmimi hal-əhval tuturdu. Ziyad müəllimi qətlə yetirən mühasib 1 ilə yaxın idi ki, Mərkəzdə işləyirdi. Onun da hansısa mənfi və tərbiyəsiz hərəkətini görməmişik”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Ziyad Ələs oğlu Əhmədov iş otağında bıçaqlanaraq qətlə yetirilib. Məmuru iş otağında qətlə yetirən şəxs mühasibi Mirhadi Mirtağı oğlu Bağırovdur.
Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLAROktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.

Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımların atıldığını deyib. Bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Jay Singh çıxışında bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. USAİD missiya rəhbəri qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai Şuraların inkişaf etdirlməsi istiqamətində tövhə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

“MG Consulting” MMC-nin direktoru, QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə çıxışında “ECSOFT” proqramı haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Bundan öncə E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə başlayıb. Məhəmməd Quluzadə bildirib “ECSOFT” proqramı çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.

Daha sonra layihənin eksperti və ictimaishura.az saytının rəhbəri Cəsarət Hüseynzadə əyani formada saytın təqdimatını edib və görülən işlər barəsində məlumat verib.

Qeyd olunub ki, ötən ilin sonuna kimi 12 mərkəzi icra hakimiyyəti yanında ictimai şura fəaliyyət göstərib. “Milli Fəaliyyət Planı” çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyəti yanında İctimai Şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan “Milli Fəaliyyət Planı”na qeyd olunun istiqamətlər üzrə töhfələr vermək məqsədilə 2021-ci ilin əvvəlindən “ictimaishura.az” platformasının yaradılmasına start verilib.
.

Layihənin əsas məqsədi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla fəaliyyət göstərdikləri dövlət qurumlarının işində şəffaflığının artırılmasıdır. Platforma 30 mərkəzi və yerli icra hakimiyyəti yanında İctimai Şuranı əhatə edir. İctimai Şuraların sayı çoxaldıqca platformadakı şuraların da sayı paralel olaraq artacaq. Sayt xəbərlər, elanlar, seçki, qanunvericilik, nəşrlər, hesabatlar, multimedia və İctimai Şuralar bölməsindən ibarətdir. İctimai Şuralar bölməsində mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və digər qurumlar yanında İctimai Şuralar kataloqu mövcuddur. Bu bölmələr üzrə yaradılan İctimai Şuralar haqqında məlumatların bazası formalaşdırılıb. Funksionallığı və əlçatanlığı təmin etmək məqsədilə platforma üzərindən İctimai Şuralar üçün subsaytlar yaradılıb. Sayt, eyni zamanda, İctimai Şuralar üçün öz subsaytlarını idarə etmək kimi texniki imkanlara da sahibdir. Həmin subsaytlarda İctimai Şuranın bazasının bölmələr üzrə formalaşdırılması üçün imkanlar mövcuddur.
Layihə çərçivəsində, eyni zamanda, cari ilin 9 ayı ərzində 14 mərkəzi İcra Hakimiyyəti və 3 digər qurum yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı məlumatlandırma, maarifləndirmə və monitorinq tədbirləri həyata keçirilib. İctimai Şuralara seçkilərlə bağlı saytda, sosial şəbəkələrdə məlumatlar verilib və elektron poster yayımlanıb. Monitorinq çərçivəsində müxtəlif qurumlar yanında İctimai Şuralara keçirilən seçkilərlə əlaqədar qanunvericilik məsələləri ilə bağlı irəli sürülən 13 təklif nəzərə alınıb.

Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət üzrə İctimai Şuraların potensialının genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Bakıda kriminal avtoritetin qətlində təqsirləndirilən şəxs azadlığa çıxdıKriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlində təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Həsən Tağıyev verilən ittihamla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. Z. Yusifov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama görə, Həsən Tağıyev 2018-ci ildə soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib və nə zamansa Eminlə hesablaşacağını bildirib.

Bundan sonra Həsənlə “Emin 444” arasında olan məsələni həll etmək üçün Zaur Yusifov bir neçə dəfə də cəhd edib.

Qətl hadisəsindən əvvəlki görüşdə Emin Səfərov Zaur Yusifovla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün “BMW X5” markalı avtomobili ilə sonuncunun yaşadığı Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27 saylı evin qarşısına gəlib. Bu zaman Həsən də orada olub. Zaur Yusifov Eminin maşınına əyləşən zaman Həsən də arxa oturacaqda oturub. Emin Həsəndən maşından düşməsini tələb edib. Amma Həsən yalnız Zaur Yusifovun razılığından sonra avtomobildən düşüb. Bu zaman Emin Səfərov Həsənə hörmətsizlik etməsini bağışlamayacağını, onunla ayrıca söhbət edəcəyini bildirib.

Emin Səfərov görüş zamanı Zaur Yusifova Həsəni bu qədər qorumasını irad kimi bildirib. Bu söhbət Eminlə Zaur arasındakı münasibətləri də gərginləşdirib. Məsələnin davamı kimi Emin Səfərov Zaur Yusifova məxsus “Nargilə” çay evinə gedərək orada işləyən şəxslərə “Zaura deyərsiniz, kafeni məndən təhvil alar” deyib. Bu söhbət tərəflər arasında ədavəti daha da böyüdüb.

İttihamda göstərilir ki, bundan sonra Zaur Yusifov və Həsən Tağıyev qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Emin Səfərovu qəsdən öldürmək qərarına gəlib.

2019-cu il, mayın 9-da Həsən Zaur Yusifovun yaşadığı evə gedib. Bu zaman Emin Səfərovun maşınını görüb. Emin Səfərovun Zaur Yusifovun atası Əli Yusifovla avtomobilin içərisində söhbət etməsini görüb.

Zaur Yusifov cinayətkar niyyəti həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb. O, avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Həmin vaxt Həsən də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb.

Qeyd olunub ki, Emin Səfərov avtomobilin sağ ön qapısından çıxmaq istəyib.

Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

Müayinə zamanı məlum olub ki, “Emin 444”ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

Qətl hadisəsinin baş verməsinə “Emin 444”lə Həsən Tağıyev arasında bir neçə ay davam edən ədavət səbəb olub.

Həsən Tağıyevlə Zuar Yusifov isə dost olublar. Zaur Yusifov, həmçinin Həsənin məşqçisi imiş. Həsən Tağıyev də əvvəllər məhkumluq həyatı yaşayıb və son zamanlar avtobus sürücüsü işləyirmiş.

“Emin 444” həbsdən çıxdıqdan sonra yolda Həsəni görüb və onu yanına çağırıb. Emin bu zaman Həsənə “ayə” deyərək müraciət edib. Həsən isə buna etiraz edib və Eminin yanına getməyib. Emin isə bunu hörmətsizlik kimi qəbul edib və buna görə Həsəni cəzalandıracağını deyib. Bu məsələyə isə dəfələrlə Zaur Yusifov müdaxilə edərək tərəfləri barışdırmağa çalışıb. Sonuncu belə görüşlərdən birində isə Emin Zaura deyib ki, kimsə onu tutdurmaq istəyir və polisə şikayət edib. Bu söhbət zamanı Həsən də orada olub. Həsən bu söhbəti özünə eyham vurluması kimi başa düşüb.

Məlum olub ki, Emin Həsəni cəzalandıracağını deyib və tanışlarına zəng edərək onu harada görsələr, vurmağı tapşırıb.

Həsən Tağıyev 2018-ci ildə soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib və nə zamansa Eminlə hesablaşacağını bilib.

Bundan sonra Həsənlə “Emin 444” arasında olan məsələni həll etmək üçün Zaur Yusifov bir neçə dəfə də cəhd edib.

Qətl hadisəsindən əvvəlki görüşdə Emin Səfərov Zaur Yusifovla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün “BMW X5” markalı avtomobili ilə sonuncunun yaşadığı Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27 saylı evin qarşısına gəlib. Bu zaman Həsən də orada olub. Zaur Yusifov Eminin maşınına əyləşən zaman Həsən də arxa oturacaqda oturub. Emin Həsəndən maşından düşməsini tələb edib. Amma Həsən yalnız Zaur Yusifovun razılığından sonra avtomobildən düşüb. Bu zaman Emin Səfərov Həsənə hörmətsizlik etməsini bağışlamayacağını, onunla ayrıca söhbət edəcəyini bildirib.

Emin Səfərov görüş zamanı Zaur Yusifova Həsəni bu qədər qorumasını irad kimi bildirib. Bu söhbət Eminlə Zaur arasındakı münasibətləri də gərginləşdirib. Məsələnin davamı kimi Emin Səfərov Zaur Yusifova məxsus “Nargilə” çay evinə gedərək orada işləyən şəxslərə “Zaura deyərsiniz, kafeni məndən təhvil alar” deyib. Bu söhbət tərəflər arasında ədavəti daha da böyüdüb.

İttihamda göstərilir ki, bundan sonra Zaur Yusifov və Həsən Tağıyev qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Emin Səfərovu qəsdən öldürmək qərarına gəlib.

2019-cu il, mayın 9-da Həsən Zaur Yusifovun yaşadığı evə gedib. Bu zaman Emin Səfərovun maşınını görüb. Emin Səfərovun Zaur Yusifovun atası Əli Yusifovla avtomobilin içərisində söhbət etməsini görüb.

Zaur Yusifov cinayətkar niyyəti həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb. O, avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Həmin vaxt Həsən də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb.

Emin Səfərov avtomobilin sağ ön qapısından çıxmaq istəyib.

Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

Müayinə zamanı məlum olub ki, “Emin 444”ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

Həsən ifadəsində deyib ki, Emin tərəfindən öldürüləcəyini dəqiq bilib: "Mən onu öldürməsəydim, o məni öldürəcəkdi. Vuranda yerə yıxılmışdı. Xırıldayanda gedib yenə vururdum. Bilirdim ki, ölməsə, məni öldürəcək".

Bildirək ki, "Emin 444" bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmə yaxınlığı ilə tanınıb. Emin “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamı olub.

Məhkəmə araşdırması zamanı Həsən əməlini etiraf edib. Amma Zaur Yusifov özünü təqsirli bilməyib. Onun vəkili Ceyhun Yusifov çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Qeyd edək ki, Zaur Yusifov kikboksinq üzrə dünya çempionudur.
Nurlan İbrahimovun məhkəməsi keçirildi“Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində (CAS) məhkəmə iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun vəkili Fərid Haqverdiyev öz feysbuk hesabında paylaşım edib:

“Əziz dostlar, proses bitdi. Hər iki tərəf dinlənildi, Nurlana da çıxış üçün imkan yaradıldı. İndiki mərhələdə yekun qərarın necə olacağı demək çətindir. Ətraflı açıqlama veriləcək”.
Azərbaycanda vəzifəli şəxs iş otağında öldürüldüOktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən törədən şəxs Mirhadi Bağırov Goranboy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini olmuş, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
Gəlin eltisini BIÇAQLAYIB ÖLDÜRDÜAstarada gəlinlərdən biri digərini bıçaqlayaraq öldürüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, ailədə iki qadın arasında yaranan münaqişə zamanı Gülçöhrə adlı gəlin qayını arvadı Mehribana bıçaqla xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bir neçə dəqiqə sonra ölüb.
SEPAH da PUA-lardan istifadəni genişləndirirİran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadası xaricdəki əməliyyatlarında PUA-lardan istifadəni genişləndirir.

Axar.az xəbər verir ki, bu bəyanatı müxalif İran Müqavimət Milli Şurası yayıb.

Bəyanatda hazırda İranda 8 PUA istehsalı zavodunun fəaliyyət göstərdiyi və orada Çinlə Cənubi Koreyadan olan ehtiyatlar hesabına müxtəlif növ PUA-ların yığıldığı bildirilib.

Qüds briqadasının PUA-lardan daha çox Suriya, İraq və Yəmənda istifadə etdiyi vurğulanıb. Qeyd edilib ki, SEPAH bu ölkələrdəki əsgərlərini İrana gətirərək, onlara PUA-lardan istifadəni öyrədir.

İranın öz Hərbi Hava Qüvvələrini PUA-lar hesabına modernləşdirmək istədiyi də vurğulanıb.
Fransa ilə Yunanıstan Türkiyəyə qarşı BİRLƏŞDİFransa ilə Yunanıstan qarşılıqlı hərbi yardım haqqında razılaşıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan parlamenti canlı yayımda Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq barədə müqaviləni təsdiq edib.

Müqavilə üçüncü tərəfin hücumu zamanı iki ölkənin bir-birinə hərbi yardım göstərməsini nəzərdə tutur.

Yunanıstan baş naziri Kiriakos Miotsakis müqaviləni “tarixi” adlandırıb. Onun sözlərinə görə, razılaşma NATO-nun cənub qanadını möhkəmləndirəcək.

Xatırladaq ki, müqavilənin Yunanıstanla Egey dənizində dəniz sərhədləri ilə bağlı gərginlik yaşadığı Türkiyəyə qarşı yönəldiyi bildirilir.