Maskalı şəxslər yanacaq məntəqəsinə basqın etdiLənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var.

Avrasiya.net xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.

Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə basqın edənlər üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

axar.az
Rafael Ağayevin ayağı sındı - FotoKarate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı
Pakistanda güclü zəlzələ - 20 nəfər öldüPakistanın Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200 -dən çox adam yaralanıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Təbii fəlakətlərlə mübarizə üzrə İdarənin direktoru Nəsir Nəsir bildirib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.
Saakaşvilinin tərəfdarı: "Mişa Putinin əlindədir və hər an ölə bilər""Mixail Saakaşvili Putinin əsiridir və hər an ölə bilər". Bu sözləri Saakaşvilinin köməkçisi Georgi Baramidze "360 dərəcə" proqramına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, eks-prezident bu addımının nə ilə nəticələnəcəyini bilirdi, lakin yenə də Gürcüstan xalqına verdiyi vədi yerinə yetirdi, hakim partiya üzərində qələbə naminə özünü qurban verdi.

"İndi o Putinin əlindədir, Putinin əsiridir və, Putin onun ölməyini istəsə, hər an ölə bilər", - siyasətçi deyib.
"AzerGold"un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb Ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzi istifadəyə verilib.

Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.

“AzerGold” QSC tərəfindən ixrac edilən qızılın həcminə müəyyən qədər təsir etməsinə baxmayaraq, cari ildə hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi Cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Xatırladaq ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanmış məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən məhsullar maya dəyərinə kifayət qədər yüksək əlavələr edilməklə satılırdı. Bu dəyişikliklər nəticəsində “AzerGold”un rəsmi Satış və mübadilə mərkəzində şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.

Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin ediləcək. Bu da, artıq məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.

Tətbiqinə başlanılan yeni sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına müsbət təsir göstərəcək. Bu da öz növbəsində, yerli zərgərlik bazarının qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirələn saxta əyarlı məhsullardan azad olmasına töhfə verəcək. Bununla yanaşı, “AzerGold”un ilk Satış və mübadilə mərkəzinin istifadəyə verilməsi Azərbaycan Zərgərlik Asosiasiyası ilə əməkdaşlıq şəraitində yerli zərgərlərin xam qızıla təlabatlarının ödənilməsində də mühüm rol oynayacaq.
Qeyd edək ki, 3 ildir ki, yerli bazara təqdim edilən “AzerGold” məhsullarına alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.
"Taliban" qrupu Tacikistana hücuma hazırlaşırTacikistanda fəaliyyət göstərən "Camaat Ənsarullah" qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.

Bu barədə Publika.az Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, tacik "taliblər"inin rəhbəri Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir.

Tacikistanla Əfqanıstan arasındakı münasibətlər sentyabrın sonunda pisləşib. Gərginlik Tacikistan Prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxışla daha da artıb.