İlham Əliyev Putinə zəng etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.
“Yeni Həyat” Mingəçevirdə günərzi mərkəzin fəaliyyətini təşkil edib - FOTOLAR“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi sentyabr ayından başlayaraq Mingəçevir şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.

Dörd ay müddətində fəaliyyət göstərəcək mərkəzə cəlb olunmuş aztəminatlı ailələrdən olan, eyni zamanda sağlamlıq imkanı məhdud 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərilir. Uşaqlara gündəlik inkişaf xidmətləri göstərilməklə bərabər psixoloji dəstək verilir. Həmin uşaqların intellektinin inkişafıyla bağlı pedaqoq və tərbiyəçilər müxtəlif oyunlar təşkil təşkil edir, məktəb yaşlı uşaqların ev tapşırıqlarının həllində uşaqlara yardımçı olmağa çalışırlar. Hər bir uşağın maraq və qabiliyyəti nəzərə alınaraq onların özünəxidmət bacarıqlarının artırılması və təxəyyülünün inkişaf etdirilməsi məqsədilə müxtəlif dərnəklər təşkil olunur.

Mərkəzin fəaliyyəti haqqında yerli İcra Hakimiyyəti birlik tərəfindən rəsmi olaraq məlumatlandırılıb.



Partiya sədrləri Şuşaya yola düşübAzərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

Avrasiya.net-in xəbərinə görə, onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfərdə ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edirlər.
İsraildən İrana SƏRT XƏBƏRDARLIQ: Məhv edəcəyik!İsrail müdafiə ordusu harada yerləşməsindən asılı olmayaraq İran qüvvələrinə qarşı fəaliyyətini davam etdirəcək.

Avrasiya.net virtualaz.org-a istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Aviv Kohavi belə bəyanatla çıxış edib.

“Channel 7” telekanalının məlumatına əsasən Aviv Kohavi bu haqda İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri ilə söhbətində danışıb. Onun sözlərinə görə, dünyada elə ordu yoxdur ki, İsrail ordusunun malik olduğu kəşfiyyat imkanlarına malik olsun. Elə döyüş vahidi yoxdur ki, bu cür zəngin intellektə sahib olsun, elə müdafiə qüvvələri yoxdur ki, İsrail Müdafiə Ordusu kimi imkanları olsun.

“Keyfiyyətli kəşfiyyatın sayəsində İsrail ordusu İranda baş verənlər haqda çox şey bilir və müvafiq kəşfiyyatın, kəşfiyyat cameəsinin sayəsində bütün Yaxın Şərqdə İran istebleşmentinə qarşı işləyir”, - Aviv Kohavi bildirib.

Baş qərargah rəisinin sözlərinə görə, İranın imkanlarının məhv edilməsinə yönəlmiş əməliyyatlar istənilən arenada və istənilən vaxt davam edəcək, İranın nüvə proqramlarına qarşı operativ planlar isə inkişaf etdiriləcək, daha da yaxşılaşdırılacaq.

“Bizim borcumuz effektiv və vaxtında operativ reaksiyadır”, - o deyib.

Hərbi kəşfiyyatın rəisi, general-mayor Tamir Heyman isə öz növbəsində bildirib ki, Yaxın Şərqdəki mürəkkəb reallıq hərbi kəşfiyyat üçün çağırış olaraq qalır. “İran problemi ciddi narahatlıq doğurur. Biz İran təhdidinin öhdəsindən gəlmək üçün prosesləri sürətləndirməliyik. Ötən ay baş nazir Naftali Bennet bəyan etdi ki, İranın nüvə proqramında dönüş anı yaranıb. Bizim səbrimizdə də dönüş anı gəlib çatıb. Söz nüvə sentrifuqalarının fırlanmasını dayandırmır”, - Heyman bildirib.
ABŞ bombardmançılarını Britaniyaya göndərdiABŞ Böyük Britaniyadakı Ferford bazasına 4 ədəd “B-1BLancer” strateji bombardmançısını göndərib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Avropa Komandanlığı yayıb.

Məlumata görə, təyyarələr Baltikyanı, Qara dəniz və Arktika üzərində uçuşlar aparılmasında istifadə olunacaq.

Britaniyaya 200 ABŞ hərbçisi də gəlib.
İran Azərbaycan Ordusunun ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - SENSASİON FAKTLARİranla Azərbaycan arasında münasibətlər hazırda son dərəcə gərginləşib və bunun səbəbkarı rəsmi Tehranın ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları, Azərbaycanın qələbəsini həzm edə bilməməsidir. Əslində İranın Azərbaycana münasibətində 30 ildir dəyişən heç nə yoxdur, baxmayaraq ki, bu münasibətlərdə hökm sürən gərginlik vaxtaşırı olaraq özünü büruzə versə də tərəflər hər dəfə qarşılıqlı maraqlardan çıxış edərək qarşıdurma həddinə gəlib çatmamışdılar. İndi isə İran Azərbaycan sərhədlərinə ordu cəmləşdirir və dalbadal təlimlər keçirir, bu ölkənin rəsmiləri, din xadimləri, mətbuatı hər gün Azərbaycanın ünvanına təhdidlər, böhtanlar yağdırırlar. Bir sözlə, Tehran Azərbaycana qarşı öz düşmən münasibətini bütün imkanları ilə ortaya qoyub.

İranın Azərbaycanın üzərinə təbliğat hücumuna və hərbi-siyasi təzyiqlərə başlaması üçün istifadə etdiyi bəhanə də bəllidir-Tehran iddia edir ki, guya Qarabağ müharibəsindən istifadə edərək İsrail bölgəyə yerləşib və İranın milli təhlükəsizliyi üçün təhdid yaranıb. Hərçənd İsrailin “bölgəyə yerləşdiyi” haqda iddiaları sübut edən hər hansı dəlil ortada yoxdur, ola da bilməz. Azərbaycanın İsraillə münasibətləri, - hansı ki, rəsmi Bakı uzun illər boyu məhz İranla münasibətləri korlamamaq üçün bu münasibətlərdə olduqca ehtiyatlı davranıb və heç Təl-Əvivdə öz səfirliyini də açmayıb, - Tehran üçün şimal qonşusuna qarşı uzun illərdir yürütdüyü düşmən siyasət üçün həmişə bəhanədir.

Və indi, münasibətlərin son dərəcədə gərgin olduğu vaxtlarda İran təbliğatçıları bu bəhanədən fəal şəkildə istifadə edirlər və belə rəy formalaşdırmağa çalışırlar: guya İran həm birinci, həm ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib, ona birinci müharibə zamanı hərbi yardım edib. Amma Azərbaycan bunun əvəzində İranın qatı düşmənini onun sərhədləri yaxınlığında yerləşdirib.

Əslində isə İranın Azərbaycan ərazilərinin işğalında hansı rolu oynadığı yaxın tarixə şahidlik etmiş hər kəsə məlumdur, bu haqda faktları uzun-uzadı sadalamağa ehtiyac yoxdur. Amma təkcə onu xatırlatmaq lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində İranın həlledici rolunu keçmiş və indiki erməni rəhbərləri həmişə minnətdarlıq hissi ilə yad ediblər, hər fürsətdə İrana buna görə təşəkkür bildiriblər. Bəli, həmin dövrlər İranın blokada vəziyyətinə düşmüş Ermənistana, onun işğalçı qüvvələrinə ərzaq, yanacaq təchizatı Azərbaycan torpaqlarının işğal edilməsində həlledici rol oynamışdı. İranın yanacaqdaşıyan tankerlərinin Qarabağa göndərilən erməni tanklarına necə yanacaq doldurması barədə o dövrlərdə televiziyalarla yayılmış kadrlar yaddan çıxmayıb.

Bəs ikinci Qarabağ müharibəsində İranın mövqeyi necə idi? Bu ölkə Ermənistana hansı hərbi dəstəyi göstərirdi?

Bəribaşdan qeyd edək ki, Tehranın Qarabağ məsələsindəki mövqeyi lap əvvəldən status-kvonun saxlanılması, yəni Azərbaycan ərazilərinin və onun Arazboyu hissəsinin işğal altında qalması üzərində qurulmuşdu. Doğrudur, İran ayətullahları və dini lider Xamneyi öz moizlərində Qarabağın “islam torpağı” olduğunu deyərdilər, amma bu çıxışlar daha çox təbliğata hesablanmışdı. Reallıqda isə İran həmişə status-kvonun saxlanılmasına əsaslanan siyasət yürütmüşdü. O cümlədən İkinci Qarabağ münaqişəsinin başlanğıcında da İran rəsmilərinin bəyanatları bu ölkənin status-kvonun saxlanmasında marağının ifadəsindən başqa bir şey deyildi, Məsələn, döyüşlərin qızğın çağında – 2020-ci il oktyabrın 5-də İran XİN sözçüsü bu tezisi təkrarlayırdı: “Onilliklərlə davam edən bu münaqişənin hərbi yolla həlli mövcud deyildir”.

Müharibənin sonlarına yaxınlaşanda və Azərbaycanın qələbəsi artıq şübhə doğurmayanda İran öz mövqeyinə tələm-tələsik əl gəzdirməyə çalışdı, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini dəstəklədiyini (hansı ki, ərazilərin böyük hissəsi artıq azad edilmişdi) nümayiş etdirməyə, hərbi əməliyyatların dayandırılmasına dair hansısa uğursuz diplomatik təşəbbüslər göstərməyə çalışdı.

Hərbi baxımdan isə lap müharibənin son günlərinə qədər İran Ermənistana öz ərazisi üzərindən silah və hərbi texnikanın daşınmasını təmin etmişdi. Bu barədə həmin günlərdə çoxsaylı videolar sosial şəbəkələrdə yayılırdı, İran azərbaycanlıları Ermənistana gedən hərbi yük karvanlarının qarşısını kəsməyə çalışırdı və müxtəlif formada etirazlarını bildirirdi. İş o yerə çatdı ki, İnqilab Keşikçiləri Korpusu azərbaycanlıların Ermənistana gedən yükləri əngəlləməsinin qarşısını almaq üçün sərhədboyu ərazilərə hərbi qüvvələr yeritdi.

Lakin ikinci Qarabağ müharibəsində İranın Ermənistana verdiyi hərbi dəstək təkcə öz ərazisindən bu ölkəyə silah-sursatın daşınmasına imkan yaratmaqdan ibarət olmamışdı. Həmin günlərdə belə məlumatlar dolaşırdı ki, İran kəşfiyyatı Araz vadisi boyu hücuma keçən Azərbaycan ordu birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edir, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışır.

Bu barədə müharibənin başa çatmasından təxminən 3 ay sonra Türkiyədə nəşr olunan “Türkiye” qəzeti də özünün “Ermənilərə İrandan radar dəstəyi” adlı məqaləsində ətraflı bəhs edib.

Müəllif Yılmaz Bilgenin həmin yazısında deyilir: “İranın Azərbaycanla Ermənistan arasında 2020-ci il sentyabrın 27-də başlayan müharibədə Yerevana verdiyi dəstək ortaya çıxdı. “Türkiye” qəzetinə məlumat verən hərbi mənbələr Qarabağ sərhədlərinin sıfır nöqtəsinə 70-80 nəfərlik xüsusi təlim keçmiş hərbi heyət və təchizat yerləşdirildiyini açıqladı”

Xəbərdə deyilirdi ki, Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə paralel xətdə yerləşdirilən və əksəriyyəti radioelektron mübarizə sistemləri üzrə texniki mütəxəssislərdən ibarət olan iranlı hərbçilər Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyib. “Həmin qaynaq İranın Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin Baş qərargahına ötürdüyünü bildirib”, - qəzet yazıb.

Xəbərdə bildirilirdi ki, İranın Azərbaycan sərhədlərinə yaxın qurduğu həmin dinləmə bazasına uzun müddət mülki şəxslərin yaxınlaşması qadağan edilib. “Həmin bölgə tamamilə türk kəndləri və qəsəbələrindən ibarətdir. Bu səbəblə İran hərbçiləri bazanın yerləşdiyi ərazini fövqəladə təhlükəsizlik tədbirləri ilə qoruyub”, - məlumatda bildirilirdi.

Müharibədə iştirak edən yüksək rütbəli Azərbaycan hərbçisi isə qəzetə bildirib ki, İran müharibə zamanı “bəzi özəl məlumatlara” çıxış əldə etməyə çalışıb. Həmin mənbə İran kəşfiyyatının müxtəlif metodlardan istifadə edərək Azərbaycana aid döyüş PUA-larının, qırıcı-bombardmançı təyyarələrin və vertolyotların yerlərini, Azərbaycan ordusunun əməliyyat strategiyasına dair məlumatları və tətbiq etdiyi taktikaları əldə etməyə çalışdığını deyib. (virtualaz.org)
Ocaq Necat Bakını tərk edibİranın Azərbaycandakı səfirliyi ölkənin Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisinin bağlanmasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, xəbər verir ki, səfirlikdən BBC News Azərbaycancaya bildirilib ki, Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat bir aydır ki, Tehrandadır.

Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.
Ünvanlı sosial yardımda dəyişiklik2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, ÜDYS 234,6 manatdan 266,6 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artım deməkdir.
Paşinyan: “Azərbaycanlılar Şuşaya qayıtmalı idilər”“2018-ci ildə Qarabağla bağlı danışıqlar prosesinin məzmununu açıqlaya və 7 rayonu Azərbaycana qaytarmaq məcburiyyətində olduğumuz məqama çatdığmızı bildirə bilərdim”.

Avrasiya.net xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin iclasında müxalif "Ermənistan" blokundan olan deputat Aqnesa Xamoyanın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə olduğu kimi, Şuşaya da qayıtmalı idilər.

“Bunu niyə etmədim? Çünki danışıqlar prosesinin məzmununun açıqlanması beynəlxalq qalmaqala və onsuz da gərgin vəziyyətin daha da pisləşməsinə səbəb olardı. İkincisi, belə bir təəssürat yarana bilərdi ki, mən ən qısa zamanda mübarizədən imtina etmək üçün bir bəhanə axtarıram ", - Paşinyan bildirib.

Hökumət başçısının fikrincə, vəziyyətin bu cür inkişafı halında nəticələr daha da acınacaqlı ola bilərdi.
Tramp: Çin müharibəyə başlayacaqÇin zəiflik nümayiş etdirən Co Bayden administrasiyasına daha hörmət etmir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O bildirib ki, Ağ Evin siyasəti ucbatında ABŞ-Çin hərbi toqquşması yaşana bilər:

“Seçkilər saxtalaşdırıldı deyə, hazırki Amerika zəif və korrupsiyalaşmışdır. Biz Çinlə tam müharibə vəziyyətinə gələ bilərik”.